Dr. Calal Humbetov

Dr. Calal Humbetov -Həkim Terapevt , Nevroloq, Naturoloq -Dr. Cəlal Hümbətov

-Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi, Alternativ tibb mərkəzi

Ağıl zəifliyi Demensiya✅Demensiya insan təfəkkürünün və intellektinin çatışmazlığıdır. Bu çatışmazlıq beyinin müxtəlif z...
23/07/2018

Ağıl zəifliyi Demensiya

✅Demensiya insan təfəkkürünün və intellektinin çatışmazlığıdır. Bu çatışmazlıq beyinin müxtəlif zədələnmələri səbəbdən baş verə bilir. Bu səbəblərə aiddir:
✔Beyinin iltihabi xəstəlikləri;
✔Müxtəlif travmalar;
✔Toksiki zəhərlənmələr və s.
✅Demensiyanın əmələ gəlməsi yerli və proqressiv edilmiş olaraq baş verə bilir. Yerli olaraq demensiyanın baş verməsinə beyində əmələ gələn müxtəlif xəstəliklər səbəb ola bilir. Bu xəstəliklərə meningit, ensefalit, ağır kəllə-beyin travmaları və müxtəlif dərman və digər maddələr səbəbli zəhərlənmələr aiddir. Proqressiyaedici demensiya zamanı isə ağıl zəifliyi bəzi xəstəliklərin əlaməti kimi meydana çıxır (Alsheymer, Qeller demendiyası xəstəlikləri, dağınıq skleroz və s.).
✅Demensiya zamanı beyin öz fəaliyyətini normal həyata keçirə bilmir. Bu zaman xəstələrdə fikiryürütmə qabiliyyəti zəifləyir, emosiyalar zəif inkişaf edir və onlar ətraf mühitə qarşı ləng reaksiya verirlər. Onların intellekti, yaddaşı, diqqəti, psixi aktivliyi zəif olur. Belə xəstələr baş verəcək hadisə barədə fikir yürüdə bilmirlər.
✅Demensiya uşaqlarda baş verdikdə onların qavrayışı zəifləyir, nitqində qüsurlar meydana çıxır. Belə uşaqlar özlərinə normal qulluq edə bilmirlər.
⚠Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən və onu əmələ gətirən səbəbdən asılı olaraq aparılır.
✅Bu halda da alternativ müalicənin üstünlükləri çoxdur. Təbii üsullarla müalicə çox gözəl nəticələr verir.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

✅Mədə və onikibarmaq bağırsaq xorası, yaxud xora xəstəliyi müxtəlif səbəblərdən baş verir. Xəstəliyin yaranmasında sinir...
19/07/2018

✅Mədə və onikibarmaq bağırsaq xorası, yaxud xora xəstəliyi müxtəlif səbəblərdən baş verir. Xəstəliyin yaranmasında sinir sisteminin fəaliyyətinin pozulması mühüm rol oynayır. Qida rejiminin pozulması, siqaret çəkmək, müntəzəm spirtli içki qəbulu, qastrit, endokrin sisteminin fəaliyyətinin pozulması və s. xora xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Xəstəlik adətən hər iki orqanda birlikdə, bəzən də ayrı-ayrı mədədə, ya da onikibarmaq bağırsaqda müşahidə olunur.
✅Mədə xorası olan xəstələrdə yeməkdən yarım saat, bir saat sonra sol qabırğaaltı nahiyədə şiddətli ağrı, gəyirmə və hətta qusma başlayır. Bu xəstəlik zamanı mədə nahiyəsində ağrılar acqarına, xüsusilə gecələr, yaxud da yeməkdən 2-3 saat sonra baş verir, yemək qəbul etdikdə isə ağrı kəsilir.
⚠Mədə xorası çox ciddi xəstəlikdir və vaxtında müalicə olunmadıqda çox ağır fəsadlar (daxili qanaxma, xoranın deşilməsi) verə bilər. Nəzərə almaq lazımdır ki, bu xəstəlik mədə xərçənginin əsas risk faktoru sayılır. Bu səbəbdən mədə xorasını vaxtında və düzgün müalicə etmək lazımdır.
✅Son vaxtlar yaranın əmələ gəlməsində helikobakter pilorinin rolu qeyd edilir, amma həmin parazitlərin ora yığılması yara əmələ gələndən sonra da baş verə bilir. Yaranı əmələ gətirən səbəb aradan qalxmayınca müalicə müvəqqəti remissiya almaqla başa çatmış olur. Bir də sintetik preparatlarla müalicə xəstəliyi xroniki hala keçirməkdən başqa bir rol oynamır.
✅Müalicədə xilopraktikadan: - qarın masajından istifadə etməklə ödün maniyəsiz onikibarmaq bağırsağa tökülməsinə, mədə altı vəzin fəaliyyətinin, nəhayət onikibarmaq bağırsağın normal funksiyasının bərpasına nail olmaq olur. Həmçinin təbii məhsullardan da istifadə etməklə uzun müddətli remissiya yaxud sağalmaya nail olmaq mümkündür. Klassik tibb isə belə xəstələri əlilliyə qədər gətirib çıxarır.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82 📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

Həkim Terapevt Dr Cəlal Hümbətov tərəfindən 20 və 21 iyul tarixlərində pulsuz müayinədən keçmək üçün elə indi əlaqə saxl...
18/07/2018

Həkim Terapevt Dr Cəlal Hümbətov tərəfindən 20 və 21 iyul tarixlərində pulsuz müayinədən keçmək üçün elə indi əlaqə saxlayın və qəbula yazılın.
__________________________________
📞070 634-94-02, 📞077 460-53-18,
☎012 595-13-82 📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

✅Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qaraciyərdəki öd yoll...
18/07/2018

✅Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qaraciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.
✅Öd daşları – bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.
✅Öd kisəsinin daşı xəstəliyinin əlamətləri:
Əksər hallarda öd kisəsində olan daşlar əlamətsiz keçir, bunlara “lal daşlar” da deyirlər. Bəzən isə - doyunca yemək yedikdən sonra, bədən xeyli silkələndikdə və ya digər bu kimi səbəblərin təsiri nəticəsində belə xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir.
✅Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:
✔Sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;
✔Ağızda aclıq hissiyyatı;
✔Meteorizm, ürəkbulanma;
✔Üşütmə, temperaturun bir qədər yüksəlməsi;
✔Doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra gəyirmənin olması;
✔Sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.
✅Müalicəsi:
⚠️Daşların ölçüsü vacibdir. Belə ki, əgər balaca olarsa onları bir günə öddən çıxarmaq olar. Böyük olanda isə çalışıb əritmək və girdələnməsinə səbəb olan vasitələrdən istifadə etmək lazımdır. Öd yollarının ölçüsü imkan verən halda çıxarmaq olar. Xalq təbabətində bir çox təbii məhsullar var ki, bunlardan istifadə olunur.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82 📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

✅Mədəaltı vəzi şirə ifraz edir və bəzi hormonları (xüsusilə insulini) sintez edir. Mədəaltı vəzi şirəsinin tərkibində pr...
14/07/2018

✅Mədəaltı vəzi şirə ifraz edir və bəzi hormonları (xüsusilə insulini) sintez edir. Mədəaltı vəzi şirəsinin tərkibində proteaza, lipaza, amilaza kimi fermentlər var ki, bu fermentlər qidanın əsas komponentlərini (zülallar, yağlır, karbohidratlar) parçalayır. İnsulin karbohidratların mübadiləsini təmin edir.
✅Pankreatit - mədəaltı vəzinin iltihabıdır. Bu xəstəlik zamanı mədəaltı vəzinin funksiyaları pozulur ki, bunun nəticəsində orqanizmdə mübadilə proseslərin ciddi pozulmaları inkişaf edir. Bu xəstəliyə çox tez-tez təsadüf edilir və ildən ilə bu xəstəlik daha da artır.
✅Pankreatit kəskin və xroniki ola bilər. Kəskin pankreatit zamanı xəstədə qarının sol tərəfində kəskin ağrılar, ürəkbulanması, tez-tez baş verən qusma kimi simptomlar inkişaf edir.
✅Xroniki pankreatit zamanı patoloji proses uzun illər ərzində inkişaf edir. Xəstəliyin əsas simptomu ağrılardır. Ağrılar qarının yuxarı və orta hissəsində, döş qəfəsinin sol hissəsində, ürək və bel nahiyəsində adətən qida qəbulundan 15-20 dəqiqə sonra inkişaf edir, oturaq vəziyyətdə və bədəni qabağı əyildikdə azalır.
✅Pankreatit zamanı vəzin şirəsi çox ifraz olunur ki, bu da vəzin özünü yeyir-zədələyir. Bu xəstəlik başqa sözlə qarınquluların xəstəliyidir. Belə ki, çox və kəskin qida qəbulu zamanı vəz həzmə kömək üçün hormonunun miqdarını artırır. Hormon o qədər artır ki, nəhayət öz toxumasını zədələyir-nekroza uğradır. Müalicədə əsas taktika vəzin özünün qorunması, nekrozun qarşısının alınmasıdır. Kəskin pankreatit tutmaları zamanı ağrını götürmək olur. Xüsusi metodika ilə vəzin axarları, əsası və quyruğu masaj edilir. Çox zaman ağrını tez göturmək olur. Bir də aclıqla müalicə çox effektlidir. Həmçinin təbii otlar və məhsullarla müalicə də gözəl nəticələr verir. Alternativ yolla qısa müddətə yüksək nəticə almaq olur.⚠️Beləliklə, deyə bilərik ki, pankreatit xəstəliyi heç də insanlar arasında qəbul olunan sağalmayan xroniki xəstəlik deyildir. Müalicəsi mümkün və sağalandır.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

Spondilit Artrit✅Onurğada olan iltihablı revmatizma xəstəliyidir Hərəkət məhdudiyyəti olan hər 100 nəfərdən birində rast...
13/07/2018

Spondilit Artrit

✅Onurğada olan iltihablı revmatizma xəstəliyidir Hərəkət məhdudiyyəti olan hər 100 nəfərdən birində rast gəlinir. Onurğanın içərisində olan bağların sümükləşməsi nəticəsində ortaya çıxır. Buna görə də xəstədə həm bel həm də boyun hərəkətlərində məhdudiyyətlər yaranır. Bu səbəblə də adam donqar bir şəkildə həyatına davam etməkdədir. Xəstəlik irəliləyən mərhələlərdə xəstənin boyununu hərəkət etdirməsinə mane törədərək başın hərəkətini məhdudlaşdırar. Xəstə başını çevirmək istədiyində bütün bədənini çevirər hərəkət etməli olur.
✅Əlamətləri:
✔Kürəkdə ağrı;
✔Hərəkət məhdudiyyəti;
✔Sinədə narahatlıq;
✔Dizlərdə şişmə və şiddətli ağrı;
✔Halsızlıq;
✔Yüksək temperatur;
✔İştahasızlıqla birlikdə kilo itkisi;
✔Görmədə pozulmalar;
✔Donqarlıq.
✅Müalicədə çətinlik xroniki revmatizm-revmatoidin artritdə olduğu kimi revmatik iltihabı aradan götürmək, gecikmiş hallarda isə autoimmun prosesi tənzim etmək lazım gəlir. Burada da klassik təbabətdə əvvəlcə qeyri steroidlərdən başlanılır sonra hormanal müalicə daha sonralar sitostatiklərdən istifadə edilir. Harmonal müalicə immun sistemi zəiflətdiyinə görə belə xəstələrdə vərəm əmələ gəlir. Sitostatiklər isə o qədər güclü yanaşı təsirlərə malikdirlər ki, əsas xəstəlik yaddan çxır fəsadları yumşaltmaqla məşğul olurlar.⚠️Burada da təbii məhsullarla və üsullarla müalicə gözəl nəticələr verir. Erkən hallarda uzun müddətli remissiya almaq mümkündür. Gecikmiş hallarda da yaxşı nəticələrimiz vardır. Hüceyrə səviyyəsində təsir edə bilən, immun sistemi requlə edə bilən təbii məhsullarla müalicə çox gözəl nəticələr verir.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

Nefroptoz - böyrəyin sallanması✅Bədənin vəziyyətinin dəyişilməsi, nəfəsalma zamanı böyrəklər şaquli istiqamətlə 1-2 sm o...
12/07/2018

Nefroptoz - böyrəyin sallanması

✅Bədənin vəziyyətinin dəyişilməsi, nəfəsalma zamanı böyrəklər şaquli istiqamətlə 1-2 sm olmaqla yerini dəyişir. Bu normal fizioloji prosesdir. Lakin bəzən böyrək 10 sm kimi aşağı enir, hətta kiçik çanağa düşür, bəzən isə burulur. Böyrəyin belə həddən artıq hərəkətliliyi "nefroptoz" adlandırılır. Nefroptoz təhlükəli pozulmadır. Nefroptoz zamanı böyrəyin normal fəaliyyəti pozulur. Nəticədə bu böyrəkdə iltihab inkişaf edə bilər, daşlar əmələ gələ bilər. Bundan əlavə böyrəklərin normal fəaliyyətinin pozulması nəticəsində insanda arterial hipertenziya (arterial təzyiqinin patoloji yüksəlməsi) inkişaf yarana bilər. Əksər hallarda nefroptoz qadınlarda inkişaf edir.
✅Nefroptozun səbəbləri:
✔Kəskin arıqlama (bu zaman böyrəklərin ətrafında olan piy qatı nazilir və böyrəyin hərəkətliliyi artır);
✔Ağır fiziki iş;
✔Qarın boşluğu divarının əzələlərinin zəifləməsi (adətən qadınlarda hamiləlik və doğuşdan sonra);
✅Müalicəsi:
⚠Xəstəliyin ilkin mərhələlərində xəstəlik konservativ üsullarla (cərrahi əməliyyatsız) müalicə olunur. Xəstəyə xüsusi bandajın taxılması, müalicəvi bədən tərbiyyəsi təyin edilir. Üzgüçülük da çox yaxşı kömək edir.
✅Bütün bunlarla yanaşı böyrəkləri qaldırmaq və yerinə fiksə etməyə çalışmaq lazımdır. Düzdür, bu xüsüsi bacarıq və vərdiş tələb edir, amma mümkündür. Böyrəkləri qarından palpasiya etmək və vəziyyətini qiymətləndirmək olur. Hər bir orqan öz yerinə can atır, ona görə də bir necə proseduradan sonra böyrəyi yerinə qoymaq mümkündür.
Böyrəyin sallanma dərəcəsindən aslı olaraq, bizim mərkəzdə böyrəyi yerinə qaytarmaq olur.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

✅Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gə...
11/07/2018

✅Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişasi şişkinləşir. Bu bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur.
Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa təhlükəli ola bilər.
✅Astmanın təcili yardım simptomları:
✔Tənəffüsün çətinləşməsi;
✔Üz və dodaqların göyərməsi;
✔Həyacan və tənəffüsün qısalması;
✔Sürətli nəbz;
✔Tərləmə;
✔Astma tutmaları zamanı xəstələrdə əmələ gələn çaşqınlıq və s.
✅Astmanın müalicəsi əsasən allergenlərdən, tənəffüs yollarını qıcıqlandıran maddələrdən uzaq olmaqdan və tənəffüs yollarının iltihabından qaçmaqdan ibarətdir.
✅Astma xəstəliyi bir neçə cür olur. Allergiya, infeksiyalı-allergiya olmaqla bərabər həm də autoimmun xəstəliklər qrupuna aid edilir. Autoimmun xəstəliklər klassik üsullarla çətin müalicə olunduğundan xəstələr uzun müddət əziyyət çəkirlər.
Alternativ təbabətlə isə bu xəstəliklər yüksək səviyyədə müalicə olunur. Əsas başlanğıc üçün səbəb aradan götürülməlidir. Son nano texnologiyası ilə hazırlanmış hüceyrə səviyyəsində təsir edən təbii məhsullar gözəl nəticələr verir.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

✅Sistem sklerodermiya birləşdirici toxumanın və kiçik damarların sistem xəstəliyidir. Bu xəstəlik dərinin və daxili orqa...
10/07/2018

✅Sistem sklerodermiya birləşdirici toxumanın və kiçik damarların sistem xəstəliyidir. Bu xəstəlik dərinin və daxili orqanların stromasının fibroz -skleroz dəyişiklikləri ilə təzahür edən xəstəlikdir. Müasir dövrdə sistem sklerodermiya xəstəliyinin əmələ gəlməsində virusların böyük rol oynayır. Zədələmiş toxumalarda virusabənzər əlavələrin tapılması, antivirus antitellərinin yüksəlməsi, zülal mübadiləsinin pozulması, Reyno sindromu buna sübutdur. Xəstəliyin əmələ gəlməsində ailə – genetik faktorun da rolunun böyük olduğu qeyd olunur.
✅Xəstəliyin əmələ gəlməsində qeyri-əlverişli amillərin də rolu var (bədənin soyuması, travmalar, neyro -endokrin funksiyaların pozulması və s,)
⚠Xəstəliyin müalicəsində medikamentoz terapiya və fizioterapiya (vannalar, masaj, gimnastika) ilə yaxşı nəticələr əldə olunur.
✅Bütün qazanılan xəstəliklər kimi sistem skleradermiyası da orqanizmdə proseslərin normal getməsi üçün nəyinsə çatışmazlığı nəticəsində immun və sinir sistemində yaranan, porocnı kruq, nəticəsində xəstəlik əmələ gəlmiş olur. Bu prosesləri görmək çətin olduğundan və müalicə çox vaxt apardığından belə xəstəliklər çətin müalicə olunan qrupa aid edilir. Bizim köməyimizə burada xalq təbabəti gəlir .Belə ki, orqanizmə lazım olan qida və mikroelementləri verib, sağalma müddətini nəzərə alsaq yaxşı nəticələrə nail ola bilərik. Son zamanlar məlum olan immunorequlyatorlar hüceyrə səviyyəsində bu işin öhdəsindən yaxşı gəlirlər. Orqanizmin öz köməyi ilə də çox gözəl nəticələr əldə etmək olur.
✅Beləliklə, demək olar ki, xalq və alternativ təbabətlə belə xəstəlikləri müalicə etmək mümkündür. Uzun müddətli remissiya almaq asandır.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

Göbək düşməsi✅Ani hərəkət və ağır yük qaldırma nəticəsində qarında hiss etdiyiniz ağrı el arasında ürək göbəyi düşmə və ...
09/07/2018

Göbək düşməsi

✅Ani hərəkət və ağır yük qaldırma nəticəsində qarında hiss etdiyiniz ağrı el arasında ürək göbəyi düşmə və ya göbək düşməsi adlanır.
✔Əlamətləri:
✔Göbək və ətrafında ağrı və ya ağırlıq hiss edilməsi;
✔Göbək və ətrafında şişkinlik, şiş və həssaslıq əmələ gəlməsi;
✔Halsızlıq, mədə pozğunluğu, yorğunluq, yorğun hiss etmək;
✔Qarın bölgəsində qaz yığılması və şişlik;
✔Yeməkdən sonra şişkinlik, ürək bulanması, ağızda turşuluq hiss edilməsi, isti və tər basması, baş ağrısı və tərləmə;
✔Müvazinət pozğunluğu, yuxusuzluq və tənbəllik;
✔Qarın ağrısı, qızdırma, qusma, ishal kimi xəstəliklər;
✔Yüksək qızdırma və s.
✅Göbək düşməsinin əsas səbəbi qarın içi təzyiqinin müxtəlif səbəblərlə artması, qarın pərdəsində zəif sahələrin və dəliklərin əmələ gəlməsidir. Bu problemlər hamiləlikdə, ağır əşya daşımaq, artıq çəkidən yarana bilər.
✅Əslində mədə sallana bilər və özü ilə bərabər bütün qarın orqanlarını da aşağı darta bilər. Göbək özü yerini sağa sola aşağı dəyişə bilər. Çünkü göbəyin özünün orta mövqedə olmasını təmin edən bağlar var. Onlardan göbək, qaraciyərə bənzər bağırsaq, böyrək, dalaq, kor bağırsaq bağı var. Bu bağlardan hər hansı birində zəiflik olarsa göbək yerini dəyişmiş olur. Qarın orqanlarını və göbəyi yerinə qoymaq üçün adətən ara adamlar məşğul olur. Alternativ yolla daxili orqanları, hətta uşaqlığın yerdəyişməsini və sallanmasını düzəltmək mümkündür. Bu xəstəliklərlə illərlə yaşayan əziyyət çəkən xəstələr çoxluq təşkil edir. Ancaq asanlıqla vəziyyəti düzəltmək mümkündür.
⚠️Səhv diaqnozlar nəticəsində illərlə həkimləri gəzən xəstələr çoxluq təşkil edir. Çünkü qarın orqanlarındakı dəyişiklər zamanı ağrılar onurğa sütünuna vurduğundan, onurğa xəstəlikləri kimi müalicə olunurlar və.s.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

✅Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zə...
04/07/2018

✅Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.
✅Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəssurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur.
✅Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.
⚠️Stulda çətin oturan, çətin hərəkət edən uşaq qısa müddət də fəallaşdı, sərbəst hərəkət edib, əllərini sərbəst şəkildə yuxarı qaldırır.
⚠️Bütün bu hallarda alternativ təbabətin əvəzi yoxdur. Belə ki, klassik təbabətə tabe olmayan bu xəstəlik alternativ yolla çox gözəl müalicə olunur.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

✅Oturaq sinir orqanizmin ən böyük siniridir. Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür.✅Bu sinirin...
03/07/2018

✅Oturaq sinir orqanizmin ən böyük siniridir. Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür.
✅Bu sinirin iltihabı - işias - çox yayılmış nevroloji xəstəlikdir. İşias zamanı xəstə belin aşağı hissəsində başlayan və daha sonra sağrıya və ayağın arxa tərəfi boyu topuğa kimi yayılan ağrılar hiss edir. Adətən ağrı bir ayaqda hiss olunur. İkitərəfli işias zamanı ağrı iki ayaqda olur. İkitərəfli işias nadir hallarda inkişaf edir.
✅İşias zamanı ağrılar xroniki tutmaşəkilli xarakter daşıyır - bəzən ağrılar kəskinləşir, bəzən isə azalır və ya tam yox olur. İşias zamanı olan ağrılar müxtəlif ola bilər - sızıldayan və ya yandırıcı, çox kəskin, dözülməz və ya əksinə dözülə bilən. Ağrıdan əlavə xəstə ayaqda həssaslığın və hərəkətliliyinin azalmasını hiss edir, dəridə "qarışqaların yeriməsi" hissi yaranır.
✅Xəstəlik inkişaf etdikcə ağrılar çoxalır, xəstə ayağını diz və baldır-pəncə oynağında bükə bilmir. Zədələnmiş ayaqda əzələlər zəifləyir, hətta qismən fəaliyyətdən qalır və nəticədə kiçilir (buna "atrofiya" deyilir). Ağır vəziyyətlərdə xəstədə sidiyin və (və ya) nəcisin saxlaya bilməməsi kimi patoloji hal inkişaf edir. Bu səbəbdən xəstəliyin müalicəsinə işiasın ilk mərhələlərində başlamaq lazımdır.

__________________________________
📞070 634-94-02,
📞077 460-53-18,
☎012 595-13-82
📍Ünvan: Nizami Ⓜ Cəfər Cabbarlı 29 - Uğur Tibet və Xalq Təbabəti Mərkəzi

Address

Nizami , Cefer Cabbarlı 29
Binagady
AZ1065

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

070 634-94-02

Alerts

Be the first to know and let us send you an email when Dr. Calal Humbetov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category