Fito Club

Fito Club FİTO CLUB - Organic məhsullar

🔹Çəhrayı rodiola orqanizmdə stresə qarşı təbii müdafiə mexanizmini gücləndirərək adaptogen təsir göstərir. Kortizol səvi...
17/07/2025

🔹Çəhrayı rodiola orqanizmdə stresə qarşı təbii müdafiə mexanizmini gücləndirərək adaptogen təsir göstərir. Kortizol səviyyəsini tənzimləyərək yorğunluq və gərginliyi azaldır, zehni və fiziki dözümlülüyü artırır. Bu xüsusiyyəti ilə zehni əmək tələb edən işlərdə diqqəti və yaddaşı gücləndirir, bərpaedici təsiri ilə xəstəliklərdən sonrakı zəiflik və astenik hallarda effektivdir.

🔸Ürək-damar sisteminə müsbət təsir göstərərək damar elastikliyini yaxşılaşdırır və qan dövranını stimullaşdırır. Maddələr mübadiləsini sürətləndirərək orqanizmin enerji ehtiyatını artırır və gün ərzində gümrahlığı qoruyur. İltihab və virus əleyhinə təsiri ilə yanaşı, dəri səpgiləri və yaraların sağalmasını sürətləndirir. Bu xüsusiyyətləri ilə həm immunitetin, həm də ümumi həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verir.

📍 Məhsulu sizə yaxın Fito Club mağazalarından əldə edə bilərsiniz.

🔹Gəndalaş bitkisi tərkibindəki efir yağları və rutin sayəsində tənəffüs yolları xəstəliklərində iltihab proseslərini zəi...
12/07/2025

🔹Gəndalaş bitkisi tərkibindəki efir yağları və rutin sayəsində tənəffüs yolları xəstəliklərində iltihab proseslərini zəiflədir, hərarəti tənzimləyir və bədənə tərlədici təsir göstərir. Bu xüsusiyyətləri ilə qrip, soyuqdəymə, bronxit və tonzillit kimi hallarda sağalma prosesini sürətləndirir. Gəndalaşın ağrıkəsici və bəlğəmgətirici təsiri xəstəlik əlamətlərini yüngülləşdirir

🔸Gəndalaş eyni zamanda kapilyarların möhkəmləndirilməsində və qan dövranının tənzimlənməsində də mühüm rol oynayır. Sidikqovucu xüsusiyyəti sayəsində bədəndə yığılan artıq mayenin və toksinlərin orqanizmdən xaric olunmasına dəstək olur. Bu bitki revmatizm, poliartrit və klimakterik dövr pozuntuları zamanı orqanizmin funksional tarazlığını bərpa etməyə yardım edir.

📍 Məhsulu sizə yaxın Fito Club mağazalarından əldə edə bilərsiniz.

🔹Exinaseya orqanizmin immun sistemini aktivləşdirərək təbii müdafiənin gücləndirilməsində mühüm rol oynayır. Tənəffüs yo...
08/07/2025

🔹Exinaseya orqanizmin immun sistemini aktivləşdirərək təbii müdafiənin gücləndirilməsində mühüm rol oynayır. Tənəffüs yollarının infeksiyalarında və xroniki iltihabi hallarda dəstəkləyici vasitə kimi əhəmiyyətli təsir göstərir. Eyni zamanda iltihabın sorulmasını sürətləndirməklə sağalma müddətini qısaldır.

🔸Exinaseya dəridə baş verən iltihabi proseslərə qarşı da effektiv vasitə sayılır. Ekzema, furunkul və sızanaq kimi problemlərdə yerli istifadə zamanı dərinin yenilənməsini və toxuma bərpasını sürətləndirir. Təbii antioksidant xüsusiyyətləri orqanizmi qocalmadan və degenerativ proseslərdən qoruyur. Həzmi tənzimləyir və bağırsaq fəaliyyətini dəstəkləyir.

📍 Məhsulu sizə yaxın Fito Club mağazalarından əldə edə bilərsiniz.

🔹Keşniş toxumu həm ədviyyat, həm də müalicə vasitəsi kimi mətbəx və təbabətdə özünəməxsus yer tutur. Antioksidant təsiri...
06/07/2025

🔹Keşniş toxumu həm ədviyyat, həm də müalicə vasitəsi kimi mətbəx və təbabətdə özünəməxsus yer tutur. Antioksidant təsiri sayəsində orqanizmin xərçəngə qarşı müdafiə səviyyəsini artırır, ürək fəaliyyətinə müsbət təsir göstərir. Eyni zamanda qanda qlükozanın səviyyəsini tənzimləyərək metabolik balansın qorunmasına kömək edir. Allergik reaksiyalara antihistamin təsir göstərir.

🔸Həzm sistemində yaranan problemlərdə keşniş toxumunun rolu əvəzolunmazdır. Onun dəmləməsi bağırsaq florasını qoruyaraq zərərli bakteriyaları aradan qaldırır, qıcqırma və ishal kimi halların qarşısını alır. Dəri iltihablarında və aybaşı pozğunluqlarında yumşaldıcı təsiri ilə rahatlıq yaradır. Ağızdan gələn xoşagəlməz qoxunu yox etməsi isə bu toxumu gündəlik istifadəyə daha da uyğun edir.

📍 Məhsulu sizə yaxın Fito Club mağazalarından əldə edə bilərsiniz.

🔹Dazıotu orqanizmdə toplanan toksinləri neytrallaşdırmaq və çıxarmaq qabiliyyəti ilə seçilir. Xüsusilə qaraciyər və öd y...
01/07/2025

🔹Dazıotu orqanizmdə toplanan toksinləri neytrallaşdırmaq və çıxarmaq qabiliyyəti ilə seçilir. Xüsusilə qaraciyər və öd yollarında infeksiyaya qarşı təsiri ilə yanaşı, spazm və ağrıları aradan qaldırır, həzmi aktivləşdirir. Melatonin mübadiləsini tənzimləyərək yuxu problemlərinin qarşısını alır və əhval-ruhiyyənin sabitləşməsinə dəstək olur.

🔸Dazıotu dəmləməsi bağırsaqlarda yaranan iltihabları və kolikləri azaldır, həzm sisteminin ümumi fəaliyyətini dəstəkləyir. Qurd əleyhinə təsiri ilə tanınan bu bitki, bağırsaq mikroflorasını pozmadan zərərli parazitləri uzaqlaşdırır. Xarici istifadə zamanı isə dəri səthində yaranan xora, yara və yanıqlarda infeksiyaların qarşısını alaraq sağalma prosesini sürətləndirir.

📍 Məhsulu sizə yaxın Fito Club mağazalarından əldə edə bilərsiniz.

🔹Qaya duzu qranulu təbii mineral tərkibi və kimyəvi təmizliyi ilə süfrə duzlarından fərqlənir. Yeraltı təbəqələrdə forma...
28/06/2025

🔹Qaya duzu qranulu təbii mineral tərkibi və kimyəvi təmizliyi ilə süfrə duzlarından fərqlənir. Yeraltı təbəqələrdə formalaşdığı üçün sənaye çirklənməsindən uzaqdır və bu səbəbdən orqanizm üçün daha uyğun hesab olunur. Tərkibindəki təbii minerallar maddələr mübadiləsini tənzimləyir, hüceyrələrarası balansı qoruyur və elektrolit səviyyəsini sabit saxlayır. Xüsusilə yüksək tərləmə və maye itkisi zamanı bədənin ehtiyac duyduğu mineral duzları effektiv şəkildə bərpa edir.

🔸Qaya duzu qranulu mətbəxdə dad verici kimi istifadədən əlavə, orqanizmin zərərli maddələrdən təmizlənməsinə dəstək olur. Duz otaqları terapiyasında geniş tətbiq edilir. Bu növ duz sinir sistemini sakitləşdirir, yuxunu normallaşdırmağa kömək edir və fiziki gərginlikdən sonra bədənin bərpasını sürətləndirir. Kimyəvi qatqılardan uzaq təmiz strukturu sayəsində həssas bünyələr üçün də ideal seçimdir.

📍 Məhsulu sizə yaxın Fito Club mağazalarından əldə edə bilərsiniz.

26 İyun - Azərbaycanın qəhrəman əsgərlərinin, mərd zabitlərinin şərəf günüdür.Bayramınız mübarək!
26/06/2025

26 İyun - Azərbaycanın qəhrəman əsgərlərinin, mərd zabitlərinin şərəf günüdür.

Bayramınız mübarək!

🔹Daşəridən - təbii komponentlərlə sidik yollarının sağlamlığını qorumağa kömək edən bitki mənşəli qranuldur. Sidik daşla...
24/06/2025

🔹Daşəridən - təbii komponentlərlə sidik yollarının sağlamlığını qorumağa kömək edən bitki mənşəli qranuldur. Sidik daşlarını və duz kristallarını parçalayaraq onların orqanizmdən çıxmasını asanlaşdırır. Eyni zamanda, sidiyin pH səviyyəsini tənzimləyərək yeni daşların və kristalların əmələ gəlməsinin qarşısını alır.

🔸Daşəridən iltihab əleyhinə təsiri ilə sidik yollarının funksiyasını normallaşdırır və rahatlıq hissi yaradır. Daş əmələ gəlməsinə meyilli insanlar üçün profilaktik dəstək verərək sidik sistemini təmizləyir. Təbii tərkibi orqanizmi yormadan təsir göstərərək ümumi sağlamlığa müsbət təsir edir.

📍 Məhsulu sizə yaxın Fito Club mağazalarından əldə edə bilərsiniz.

🔹İnsul10 qanda qlükoza səviyyəsini tənzimləməyə kömək edən təbii komponentlər əsasında hazırlanmış bioloji fəallığa mali...
24/06/2025

🔹İnsul10 qanda qlükoza səviyyəsini tənzimləməyə kömək edən təbii komponentlər əsasında hazırlanmış bioloji fəallığa malik qida əlavəsidir. Bu məhsul insulin sintezini və sekresiyasını dəstəkləyərək hüceyrələrin insulinə qarşı həssaslığını artırır. Metabolizmi sürətləndirərək qanda xolesterol səviyyəsinin azalmasına və yağ mübadiləsinin yaxşılaşmasına kömək edir.

🔸İnsul10 qan damarlarının elastikliyini artırmaqla damar sklerozu və angiopatiyaların qarşısını almaqda yardımçı olur. Beyin, ürək və mədəaltı vəzin qan dövranını yaxşılaşdıraraq orqanizmin ümumi sağlamlığını dəstəkləyir. Uzun müddət istifadəsi diabet və metabolik sindrom kimi hallarda bədənin balanslı işləməsinə töhfə verir.

📍 Məhsulu sizə yaxın Fito Club mağazalarından əldə edə bilərsiniz.

Dəyərli izləyicilərimiz, "Fito Club"un növbəti filialı 23 iyun tarixində Nərimanovda fəaliyyətə başladı❗🔹Bu filialımızda...
23/06/2025

Dəyərli izləyicilərimiz, "Fito Club"un növbəti filialı 23 iyun tarixində Nərimanovda fəaliyyətə başladı❗
🔹Bu filialımızda da Bal və arı məhsulları, Müalicəvi bitki və çaylar, Rafinə olunmamış yağlar, Məcunlar, tam təbii Qida əlavələri, Bitki tərkibli kosmetik vasitələr və s. bir çox çeşiddə olan təbii məhsullar müştərilərə təqdim edilir.
🔹Hər açılan yeni filialı ilə sizə bir ünvan daha yaxın olan "Fito Club" sağlamlığını düşünənlərin ünvanıdır😊

🕹 Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 31 (Saatın yaxınlığı)

Filial əməkdaşlarımızla əlaqə saxlayaraq sizə lazım olan məlumatları əldə edə bilərsiniz😊

📲+99455 2518428

Address

Baku

Opening Hours

Monday 10:00 - 00:15
Tuesday 10:00 - 00:15
Wednesday 09:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 10:00 - 23:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 00:15

Telephone

+994553042684

Alerts

Be the first to know and let us send you an email when Fito Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Fito Club:

Share