Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Mərkəzimizdə hər növ oftalmoloji müalicə və əməliyyatlar aparılır. Yüksək peşəkar h?

16/09/2024
26/06/2024
25/06/2024

24-25 iyun 2024-cü il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr…

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftal...
11/05/2024

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 10 may 2024-cü il tarixində Gəncə şəhərində Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş XIII Regional konfrans keçirildi.

Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək həmçinin region həkimlərinin bu konfranslarda iştirakını təmin edərək, onların inkişafına dəstək olmaqdan ibarətdir.

Konfransda Bakı, Qobustan, Şəki, Gəncə, Göranboy, Yevlax, Bərdə, Ağstafa, Göyçay və digər rayonlarından mütəxəssis və alimlər iştirak etdi.

Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov açıb. 10 may- Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf edən konfransda E.Qasımov ilk olaraq Ulu öndərin səhiyyə, xüsusilə oftalmogiya sahəsinə ayırdığı diqqətdən, onun həkimlər haqqında bildirdiyi dəyərli fikirləri bölüşüb: “Həkimləri insnalarla bir çox tellər bağlayır. Həkimin qəlbinin hərarəti ilə isinən, onun peşə ustalığı ilə tamamlanır. Onun şəxsi səmimiyyətini və diqqətini bir-birindən ayırmaq qeyri-mümkündür”.
Daha sonra prof E. Qasımov Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən bəsh edib.
Hımçinin E.Qasımov qeyd edib ki, Azərbaycanda oftalmologiya təkcə paytaxt Bakıda deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib.

Konfrans, moderatorlar- t.e.d., Hicran Namazova, t.ü.f.d. Rühəngiz Balayeva, t.ü.f.d Yazgül Abdıyeva, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Lalə Axundova, dos. Qurban İsmayılov, Dr. Emin Əlihüseynli və t.ü.f.d. Qafar Tağıyev tərəfindən həyata keçirildi.

Konfransda t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Rühəngiz Balayeva, dr. Humay Bayramova, dr. Elçin Əsqərov, t.ü.f.d. Xalid Əliyev, dr. Sona İbrahimova, dr. Tərlan Əliyeva, t.ü.f.d. Aişə Şahmalıyeva, dr. Səbinə Quliyeva, dr. Lalə Məmmədova, t.ü.f.d. Qafar Tağıyev, dr. Ramilə Əhmədova, dr. Emin Əlihüseynli, dr. Elsəvər Həmidov, dr. Şəfaqət İmranova, dr. Nuranə Ələkbərova tərəfindən məruzələr dinlənildi.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva tərəfindən "Azərbaycan Oftalmolqlar Cəmiyyətinin dünəni və bugünü” mövzusunda çıxış oldu. Çıxış zamanı Y. Abdıyeva Azərbaycan oftalmologiyasına töhfəsini verən qocaman alimlərimizdən, müasir oftalmologiyanın inkişafından və s. bəhs edib.

Konfransda həmçinin "Göz travmaları zamanı korluqla mübarizə", “Gəncə şəhərində çəpgözlük diaqnozu ilə aparilan müayinə və müşahidələrin nəticələri", “Mərkəzi serroz xorioretinopatiya", "Anti- VEGF terapiyası və yaşa bağlı makula degenerasiyasının müalicəsində olan uğursuzluqların səbəbləri”, “AOC Gənc Oftalmoloqlar Komitəsi. Amal, məqsəd və məramlar", "Göyçay rayonu üzrə konyuktivitin rast gəlmə tezliyi və differensial diaqnostikası", "Katarakta əməliyyatından sonra quru göz sindromu" mövzularında məruzələr dinlənildi.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən 10-11 may 2024-cü il t...
11/05/2024

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən 10-11 may 2024-cü il tarixlərində Astara rayon sakinləri üçün tibbi aksiya keçirildi.

Aksiya çərçivəsində 115 nəfər müayinə olundu.

Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasientlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri, dr. Əzizi Hikmət və dr. Güllərov Orxan tərəfindən həyata keçirildi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Of...
29/04/2024

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq Elmi-praktik konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd oftalmologiyada baş verən ən son yenilikləri, aktual məsələlər və müasir aspektləri müzakirə etməkdir.

Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açıb.
O, görkəmli oftalmoloq alim, ictimai xadim, Akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi töhfələrdən, oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.
Daha sonra Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova Zərifə xanım Əliyevanın elmi yaradıcılığından söz açıb.

Konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri Kafedrasından, digər özəl və dövlət təşkilatlarından, regionlardan professorlar və gənc oftalmoloqlar iştirak edib.

Eyni zamanda konfransda Azərbaycan alimləri ilə yanaşı, Rusiyadan və Türkiyədən gəlmiş qonaqlar iştirak edərək məruzə ilə çıxış ediblər.

Konfransda t.ü.f.d. Abdıyeva Yazgül, t.ü.f.d. Axundova Lalə, Dos. İsmayılov Qurban, Dr. Əkbərova Aysel, prof. Hacıyev Rasim, prof. Selina Olga, Dr. Babayeva Dilarə, Dr. Kramarenko Yevgeniya, Dr. Əlihüseynli Emin, Prof. Levent Akçay, Prof. Məltəm Söylev Bajin, Dr. Bayramova Humay, Dr. Əliyeva Günay, t.ü.f.d. Əsədova Şəhla, Dr. Carullazadə İmran, t.ü.f.d. Məcidova Səbinə, Dr. Feyziyeva Könül və Dr. Rəcəbli Rövşən tərəfindən məruzələr dinlənilib.

https://az.trend.az/azerbaijan/society/3891962.html
28/04/2024

https://az.trend.az/azerbaijan/society/3891962.html

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmi....

19-20 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalm...
22/04/2024

19-20 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası Füzuli rayonunun azad edilmiş torpaqlarında tibbi aksiya keçirdib.

Aksiya çərçivəsində isə 230 nəfər müayinə olundu. Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Rəcəbli Rövşən, dr. Fərhad Nurməmmədov, rezident Ərəbov Emin və Anar Şahverdiyev tərəfindən həyata keçirildi.
Aksiyada Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov və sürücülər Vasif Nəsirov və Vüsal Məmmədov iştirak etdi.

Dr. Rövşən Rəcəbli tərəfindən CBC TV-yə aksiya zamanı aşkar olunan xəstəliklər barədə məlumat müsahibə şəklində verildi.

Address

Binagady

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Telephone

+99412 569-09-23

Alerts

Be the first to know and let us send you an email when Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Milli Oftalmologiya Mərkəzi haqqında

1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. 2002-ci ildən ETGXİ akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir. 2009-cu il 22 may tarixində cənab prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olmuşdur.

2006-cı ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Qasımov Elmar Mustafa oğlu rəhbərlik edir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzdə Oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.