Göyçay Rayon Mərkəzi Xəstəxanası

Göyçay Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. https://its.gov.az/

04/05/2026

04/05/2026
04/05/2026
Göyçay Rayon Mərkəzi Xəstəxanasında əl gigiyenasının önəmi barədə təlim keçirilibGöyçay Rayon Mərkəzi Xəstəxanasında tib...
04/05/2026

Göyçay Rayon Mərkəzi Xəstəxanasında əl gigiyenasının önəmi barədə təlim keçirilib

Göyçay Rayon Mərkəzi Xəstəxanasında tibb işçilərinin iştirakı ilə 5 May – Ümumdünya Əl Gigiyenası Günü münasibətilə “Əl gigiyenası və infeksiyaların profilaktikasında rolu” mövzusunda təlim təşkil olunub.

Baş tibb bacısı Əzizə Əliyeva tərəfindən keçirilən təlimdə əl gigiyenasına düzgün riayət etməyin infeksiyaların qarşısının alınmasında və insan həyatının qorunmasında mühüm rol oynadığı vurğulanıb.

Bildirilib ki, əl gigiyenasının təşviqi yalnız tibb işçiləri üçün deyil, ümumilikdə cəmiyyətin sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır.



01/05/2026

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub.

R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil almış, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlamışdır.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanmışdır.

2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

29/04/2026

Məktəblilərdə diqqət dağınıqlığı: səbəblər və həll yolları

Məktəb yaşlı uşaqlarda diqqət dağınıqlığı tədris prosesinə mənfi təsir göstərən əsas amillərdən biridir. Bu hal dərs zamanı məlumatın mənimsənilməsini çətinləşdirir və nəticələrə təsir edir.

Diqqət dağınıqlığının əsas səbəbləri:

• Yuxu rejiminin pozulması və kifayət qədər istirahət etməmək;
• Uzun müddət telefon, planşet və digər elektron cihazlardan istifadə;
• Qidalanma rejiminin düzgün olmaması;
• Fiziki aktivliyin azlığı;
• Stres və emosional gərginlik;
• Dərs mühitində diqqəti yayındıran amillər.

Diqqətin artırılması üçün tövsiyələr:

• Gündəlik sabit yuxu rejimi formalaşdırmaq;
• Dərs zamanı elektron cihazlardan istifadəyə məhdudiyyət qoymaq;
• Sağlam və balanslı qidalanmaya üstünlük vermək;
• Qısa fasilələrlə dərs çalışmaq (25-30 dəqiqə fasilələr ola bilər);
• Fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirmək;
• Dərs mühitini sakit və diqqəti yayındırmayan şəkildə təşkil etmək.

Valideynlərin və müəllimlərin dəstəyi ilə düzgün vərdişlər formalaşdırıldıqda məktəblilərdə diqqət səviyyəsini artırmaq və tədris prosesini daha səmərəli etmək mümkündür.

28/04/2026

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.

O, oftalmologiya sahəsindəki dəyərli elmi töhfələri və yüksək insani keyfiyyətləri ilə həm tibb tariximizdə, həm də insanların yaddaşında silinməz iz qoymuşdur.

Address

Nizami Kuc. 183
Göyçay
2300

Telephone

+994202741840

Website

Alerts

Be the first to know and let us send you an email when Göyçay Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Göyçay Rayon Mərkəzi Xəstəxanası:

Share