dr.yolchuamiraslanov

dr.yolchuamiraslanov Ortoped-Vertebroloq: Bel ve oynaqların ağrısız və qansız müalicəsi

13/07/2024

Tik Tok : Dr.Yolchu

📌Osteoporoz - sümük sıxlığının həddindən artıq azalması səbəbindən sümüklərin daha kövrək olması deməkdir.📋Osteporozun y...
28/12/2023

📌Osteoporoz - sümük sıxlığının həddindən artıq azalması səbəbindən sümüklərin daha kövrək olması deməkdir.
📋Osteporozun yaranmasına təsir edən risk faktorları aşağıdakılardır:
• Kalsium, fosfor və D vitamini çatışmazlığı
• Qadın olmaq, xüsusən də postmenopozal dövrdə
• Yaşın irəliləməsi
• Genetik meyl
• Cinsi hormonların azalması
• Tiroid hormonlarının pozulması
• Premenopozal dövrdə yumurtalıqların çıxarılması
• Steroid tərkibli dərmanların istifadəsi
• Siqarət və spirtli içkilərin istifadəsi
• Passiv, oturaq həyat tərzi
_____________________________________
📍GƏNCƏ şəhəri Protez-Ortopedik Bərpa Mərkəzi
📱055-976-98-38
👨🏻‍⚕️Həkim Ortoped-Vertebroloq Əmiraslanov Yolçu
#ортопед #вертебролог #спинаболит #травма #травматология #травматолог #суставы #суставболит #азербайджан #гянджа #клиника #врач

Zəifləmiş, zədələnmiş, aşınmış, boşalmış və ya gücünü itirmiş vətər və oynaqlara tətbiq edilən proloterapiya, bərpaedici...
28/12/2023

Zəifləmiş, zədələnmiş, aşınmış, boşalmış və ya gücünü itirmiş vətər və oynaqlara tətbiq edilən proloterapiya, bərpaedici təsir yaradan məhlulların inyeksiyası ilə baş verir. Oynaq və vətərlərinizi əvvəlki gücünə qaytarmaq istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz.
_______________________________
👨🏻‍⚕️Həkim Ortoped-Vertebroloq Əmiraslanov Yolçu
📱055-976-98-38
📍Gəncə şəhəri Protez-Ortopedik Bərpa Mərkəzi
#врач #доктор #ортопед #травматология #травматолог #лечениесуставов #лечение #лечениеболи #азербайджан #гянджа #профессионал #диагностика #медицина

Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəblərindən yarana bilir. Boyun ağrısına səbəb olan halla...
04/05/2023

Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəblərindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları - viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzlərin) şişməsi və boyun ağrısı yaranır. Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir). Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.

Boyun ağrılarının risk faktorlarına əlbəyaxa idman növləri, nəqliyyat qəzaları, at sürmək və s.aiddir. Bəzən isə səbəb boyunda olmadığı halda ağrının boyunda hiss edilməsi halları da olur. Buna yansıyan ağrılar deyilir. Bunlara aiddir:
Stressə bağlı ağrılar
Əzələyə bağlı ağrılar
Düzgün olmayan duruş (osanka)
Göz xəstəlikləri ilə əlaqəli
Revmatizimlə əlaqəli
Yüksək arterial təziqlə əlaqəli
Daxili orqanlarla əlaqəli

Müalicə zamanı ilk öncə məqsəd ağrının səbəbini tapmaq, ağrını kəsmək, gərginləşmiş əzələləri boşaltmaq və məhdudlaşmış boyun hərəkətlərini bərpa etməkdir.
______________________________
📍GƏNCƏ ŞƏHƏRİ
👨🏻‍⚕️Həkim Ortoped-Vertebroloq Əmiraslanov Yoçu
📱055 976 98 38
#лечение #шея #шейныйотдел #шейныйостеохондроз #доктор #ортопед #вертебролог #азербайджан #гянджа #медицина

Fəqərəarası disk yırtıqları Osteoxondrozun ən çox rast gəlinən və ən böyük ağırlaşmalarındandır. Xəstəlik zamanı əmələ g...
11/04/2022

Fəqərəarası disk yırtıqları Osteoxondrozun ən çox rast gəlinən və ən böyük ağırlaşmalarındandır. Xəstəlik zamanı əmələ gələn yırtıq arxaya və kənara yayılaraq sinir kötüyünün sıxılmasına səbəb olur, iltihabi proses yaranır və ödem meydana çıxır. Bu isə ağrı və hissiyyat pozğunluqlarının məhz bir sutkadan sonra meydana çıxmasını izah edən səbəbdir. Sıxılmış sinir kötüyü beynə ağrı impulsları göndərərək xəstələrə ağrının sanki ayaqdan gəldiyini göstərir. Yırtığın sıxdığı sinir isə ümumiyyətlə funksiyasını itirir və nəticədə də ayaqda kəskin hissiyyatsızlıq, zəiflik, şiddətli dartılma ağrısı hətda ayağın arıqlamasına (atrofiyasına) gətirib çıxara bilir.
Əsas şikayətlər ayaqda şiddətli ağrı sindromu, zəiflik və hissiyyat pozğunluğudur. Ağır hallarda isə pəncənin sallanması, ayağın arıqlaması, sidik və nəcisin ixtiyarsız ifrazı meydana gəlir hansı ki bu hallar bir başa əməliyyata göstərişdir. Adətən yırtığın əmələ gəlmə səbəbi ağır fiziki yük götürülməsi, yatağın komfortlu olmaması, oturaq-passiv həyat tərzi, artıq çəki, genetik faktorlar və müalicə olunmamış skolioz göstərilə bilər. Ağrı hissi yırtığın yerləşdiyi bölgəyə görə deyişə bilər, adətən ağır qaldıran zaman, bir tərəfə əyildikdə, öskürən zaman, bədənin gərginləşməsi zamanı və hər hansı bir hərəkət etdikdə baş verir. Bu ağrılar o dərəcədə şiddətli olur ki xəstənin yataq rejiminə ehtiyacı olur.
Xatırladım ki fəqərəarası disk yırtıqlarının 98%-i müalicəyə tabe olur!
Müalicə kompleks şəkildə həm medikamentoz, həm fizioterapevtik həm də müalicəvi idmanla olur. Əsas müalicədən sonra pasientlərə sanator-kurort müalicəsi və üzgüçülük tövsiyə olunur.
______________________
📍GƏNCƏ ŞƏHƏRİ
👨🏻‍⚕️Həkim Ortoped-Vertebroloq Əmiraslanov Yolçu
📱055 976 98 38
#азербайджан #гянджа #доктор #врач #ортопед #вертебролог #грыжа #грыжадиска #межпозвоночнаягрыжа #спина #спинаболит #лечениегрыж #лечениегрыжи #боли #больвспине

Bel ağrılarının yüksək risk faktorları:🧠 Zehni gərgin iş; 🤰Hamiləlik; 🧑‍💻 Oturaq və passiv həyat tərzi; 🔢 Yaş faktoru-ya...
05/04/2022

Bel ağrılarının yüksək risk faktorları:
🧠 Zehni gərgin iş; 🤰Hamiləlik; 🧑‍💻 Oturaq və passiv həyat tərzi; 🔢 Yaş faktoru-yaşlı insanlarda bel ağrıları gənc və uşaqlara nisbətən daha çox rast gəlinir; 😱 Həyəcan və depressiya; Piylənmə və həddindən artıq çəki; 🚬 Siqaret çəkmə; 🏋️‍♀️ Yorucu,məqsədsiz və yalnış fiziki idman.

Gərilmə və dartılma ən çox bel ağrısı səbəbləridir: ➡️Əzələ dartınması; ➡️Bağların gərilməsi; ➡️Əzələ spazmı.

Dartılma və gərilməyə səbəb olan hərəkətlər isə aşağıdakılardır. Bunlardan uzaq durmağınız məsləhətdir :
-Ağır əşya qaldırma
-Kəskin və yöndəmsiz hərəkətlər
-Yüksəkdən atlanma və s.

Əlamətlər və simptomlar:
Bel ağrısının əsas simptomu beldə yaranan və bəzən də sağrı nahiyyəsinə və ayaqlara yayılan (irradiasiya edən) ağrıdır. Hansı sinirin sıxılmasından asılı olaraq beldə olan patologiya bədənin digər nahiyyələrində ağrıya səbəb ola bilər. Vaxtında və düzgün müalicə isə sizi gələcəkdə əməliyyatdan uzaq tutacaq.
________________________
📍GƏNCƏ ŞƏHƏRİ
👨🏻‍⚕️Həkim Ortoped-Vertebroloq Əmiraslanov Yolçu
📱055 976 98 38
#азербайджан #гянджа #спинаболит #спина #лечение #ортопед #медина #суставы #болитспина #травма #травматология

Address

G***a

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 17:00

Telephone

+994559769838

Website

Alerts

Be the first to know and let us send you an email when dr.yolchuamiraslanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to dr.yolchuamiraslanov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category