Gəncə Şəhər Birləşmiş Xəstəxanası

Gəncə Şəhər Birləşmiş Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

14/04/2026

Səhv vərdişlərin izi: mədə xorası necə yaranır?

Mədə xorası mədənin daxili selikli qişasında yaranan, turşu və həzm fermentlərinin təsiri ilə zədələnmiş açıq yaradır.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim-qastroenteroloqu Amil Mənsimovun sözlərinə görə, normal şəraitdə mədə turşusu qidanın həzmi üçün vacibdir, amma selikli qişa zədələndikdə və ya turşuluq artdıqda toxumalar zədələnir:

“Xoralar həm mədədə, həm də onikibarmaq bağırsaqda (duodenal xoralar) ola bilər. Xoralar mədənin qoruyucu mexanizmlərinin pozulması nəticəsində əmələ gəlir. Mədə xoraları, əsasən, helikobakter pylori infeksiyası səbəbindən yaranır. Bununla yanaşı, bakteriyalar mədənin selikli qişasında iltihab əmələ gətirir, qoruyucu mukus qatını zədələyir və yara riski artırır. Qeyri-steroid iltihabəleyhinə dərmanlar, mədə turşusunun çoxluğu da mədə xorasını yaradan səbəblərdəndir”.

Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının həkim-qastroenteroloqu Nailə Yəhyayeva bildirir ki, mədə xorası gec aşkarlanarsa, həmçinin müalicə olunmazsa, ağırlaşma müşahidə olunur:

“Bu ağırlaşmalar öz növbəsində qanaxma, perforasiya, penetrasiya, mədə çıxacağının daralması və mədə xərçəngi kimi fəsadlara və ağır xəstəliklərə səbəb olur. Mədə xoralarının müalicəsi yaranma səbəbindən asılı olur. Dərman müalicəsində antibiotiklər, proton pompası ingibitorları, H2-reseptor blokatorları, antasidlər və sitoprotektiv preparatlar istifadə olunur. Yanaşı olaraq, pəhriz və həyat tərzi də dəyişməlidir”.

A.Mənsimov vurğulayır ki, mədə xorasının profilaktikası məqsədilə vaxtında və balanslı qidalanmaq, ağrıkəsiciləri çox istifadə etməmək tövsiyə olunur:

“Eyni zamanda siqaret və spirtli içkilərdən, mümkün qədər stresdən uzaq durmaq və rahatlaşdırıcı üsullar tətbiq etmək, xora riskini artıran xəstəlik və dərmanlardan xəbərdar olmaq, habelə müntəzəm olaraq tibbi müayinələrdən keçmək və ən əsası, vaxtında həkimə müraciət etmək mütləqdir. Əks halda, mədə xoraları ağırlaşmalara səbəb ola bilər”.

Mütəxəssislər qeyd edir ki, mədə xoraları, adətən, 30-50 yaş aralığında olan şəxslərdə daha çox müşahidə olunur. Lakin son dövrlərdə düzgün qidalanmamaq və yuxu rejiminə riayət etməmək səbəbindən daha aşağı yaşlarda da mədə oxdralazine səbəb olur.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) həkim-nevroloqları “Ağrı və Podaqra Akademiyası 2026” çərçivəsində keçirilən ...
13/04/2026

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) həkim-nevroloqları “Ağrı və Podaqra Akademiyası 2026” çərçivəsində keçirilən elmi-praktik konfransda iştirak ediblər.

“Ağrının idarə olunmasında müasir aspektlər” mövzusuna həsr olunmuş bu tədbirdə mütəxəssislərimiz xroniki və kəskin ağrıların müalicəsində tətbiq edilən ən son metodlar, innovativ yanaşmalar və beynəlxalq protokollarla yaxından tanış olublar.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) həkim-terapevtləri Bakı şəhərində keçirilən Azərbaycan Daxili Xəstəliklər Dər...
13/04/2026

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) həkim-terapevtləri Bakı şəhərində keçirilən Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresi və Türk Dövlətləri Nefroloji Federasiyasının I Konqresində iştirak ediblər.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə həkimlər daxili xəstəliklər və nefroloji xəstəliklər sahəsində olan ən son yeniliklərlə tanış olub, beynəlxalq təcrübə mübadiləsi aparıblar.

Konqresdə müxtəlif ölkələrdən gələn mütəxəssislərin elmi məruzələri dinlənilib, iştirakçıları maraqlandıran məsələlərə toxunulub.

Bu cür beynəlxalq səviyyəli tədbirlərdə iştirak tibb işçilərinin peşəkar biliklərinin artırılmasına və müasir müalicə metodlarının tətbiqinə böyük töhfə verir.

Həkim pediatrlarımız 1-ci Milli Pediatriya Konqresində iştirak edirGəncə Şəhər Birləşmiş Xəstəxanasının pediatrları Mill...
10/04/2026

Həkim pediatrlarımız 1-ci Milli Pediatriya Konqresində iştirak edir

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının pediatrları Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə keçirilən 1-ci Milli Konqresdə iştirak edirlər. Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi həyata keçirilən tədbirdə uşaq sağlamlığının qorunmasına dair ən son yeniliklər müzakirə olunur.

İştirakçılar konqres çərçivəsində yerli və xarici mütəxəssislərin məruzələrini dinləyir, klinik təcrübələri paylaşır və müasir yanaşmalarla tanış olurlar.

Uşaqda hər qızdırma "boğaz gəlməsi" deyil – yanlış müalicə fəsadlara yol açır.Unutmayaq ki, qızdırma bir xəstəlik deyil,...
09/04/2026

Uşaqda hər qızdırma "boğaz gəlməsi" deyil – yanlış müalicə fəsadlara yol açır.

Unutmayaq ki, qızdırma bir xəstəlik deyil, orqanizmin müdafiə siqnalıdır.

Uşaq xəstəxanasının pediatrı Səbuhi Həsənov qeyd edir ki, qızdırma bədənin hər hansı bir infeksiyaya qarşı verdiyi təbii reaksiyadır və bu reaksiyanın mənbəyi hər zaman boğaz olmur. Həkimin sözlərinə görə, boğazdan kənar qızdırmanın əsas səbəbləri aşağıdakılardır:

Gizli sidik yolu infeksiyaları: xüsusilə kiçik yaşlı uşaqlarda heç bir öskürək və ya burun axması olmadan yaranan yüksək qızdırmanın səbəbi çox vaxt sidik yolu problemləri olur. Qızılca, su çiçəyi və digər viruslar ilk günlərdə yalnız yüksək hərarətlə özünü göstərir. Bu halda antibiotik istifadəsi tamamilə faydasızdır və uşağın immun sisteminə zərər verir.

Qulaq iltihabı (Otit): Uşaq boğaz ağrısından şikayət etməsə də, qulaqdakı problem yüksək hərarətə səbəb ola bilər.

Bundan başqa diş çıxaran uşaqlarda da hərarət bir qədər yüksələ bilər. Həmçinin, uşağı həddindən artıq qalın geyindirmək də süni qızdırmaya yol açır.

"Diaqnozu boğaza baxaraq deyil, müayinə ilə qoymaq lazımdır"

Pediatr Səbuhi Həsənov vurğulayır ki, boğazın qırmızı olması hər zaman bakterial infeksiya (angina) demək deyil. Viruslar zamanı da boğaz qızara bilər. Valideynlər özbaşına xəstəliyi müalicə etməməlidirlər.

Mütəxəssis tövsiyəsi:
Uşağın qızdırması varsa, ilk növbədə ona bol maye verilməli, geyimi yüngülləşdirilməli və dəqiq diaqnoz üçün mütləq pediatra müraciət edilməlidir.

08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🔗 https://president.az/az/articles/view/72061

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxanada tibb bacıl...
08/04/2026

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxanada tibb bacılarının peşəkar hazırlığının artırılması məqsədilə növbəti təlim keçirilib.

Gəncə ŞBX-nin Tibb bacıları şöbəsinin müdiri Güney Əzizova tərəfindən xəstəxananın Poliklinika şöbəsində "Tənəffüs yollarına yad cisim düşməsi zamanı ilk yardım" mövzusuna toxunulub. Təlim zamanı həyat qurtaran ən effektiv üsullardan biri olan Heimlich manevrası əyani şəkildə izah edilib. Tibb bacılarına boğulma hallarında saniyələr içində düzgün müdaxilə etməyin qaydaları və bu manevranın tətbiqi texnikası ətraflı şəkildə nümayiş etdirilib.

Bu kimi praktik məşğələlər qəfil yaranan kritik vəziyyətlərdə pasiyentlərin həyatını xilas etmək üçün tibbi heyətin operativliyini təmin edir.

Gəncədə kardioloqlar üçün interaktiv EKQ kursu keçirilibAzərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) Aritmiya işçi qrupu t...
07/04/2026

Gəncədə kardioloqlar üçün interaktiv EKQ kursu keçirilib

Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) Aritmiya işçi qrupu tərəfindən Gəncəbasar bölgəsində fəaliyyət göstərən kardioloq, terapevt və təcili yardım həkimləri üçün ilk elektrokardioqramma (EKQ) kursu təşkil olunub. 3-5 aprel tarixlərini əhatə edən təlim proqramı peşəkar mütəxəssislər – aritmoloqlar Günay Rəhimova (işçi qrupunun rəhbəri), Tural Məmmədzadə, Ceyhun Umudov və kardioloq Nailə Zərbəliyeva tərəfindən aparılıb.

Səhiyyə Nazirliyi tərəfindən 14 DTT balı ilə akkreditə olunan kurs interaktiv keçib və maraqlı tibbi müzakirələrlə yadda qalıb. Kursun yekununda iştirakçılarla formal imtahan keçirilib və qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, bölgələrdə həkimlərin peşəkar inkişafını hədəfləyən bu layihənin davamı olaraq, növbəti kursun mayın sonunda Qərb bölgəsində keçirilməsi planlaşdırılır.

07/04/2026

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 48 yaşlı qadın 25 il sonsuzluqdan so...
06/04/2026

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 48 yaşlı qadın 25 il sonsuzluqdan sonra əkiz övladlarını dünyaya gətirib.

Şəmkir rayon sakini Pərvanə Hüseynova 25 illik birincili sonsuzluqdan sonra ilk dəfə ana olmaq xoşbəxtliyini yaşayıb. EKM (Ekstrakorporal mayalanma) yolu ilə baş tutan riskli hamiləlik Perinatal Mərkəzin peşəkar tibbi heyətinin nəzarəti altında uğurla nəticələnib.

Hamiləliyin 36+1 həftəsində, xəstədə mövcud olan ikinci dərəcəli piylənmə (110 kq) və digər kliniki risk faktorlarına baxmayaraq, keysəriyyə kəsiyi əməliyyatı uğurla icra edilib. Əməliyyatı həkim-mama-ginekoloqlar Günel Ələsgərli və Təranə Həsənova icra edib. Həkim-neonatoloq isə Aysel Hacıyeva olub.

Əməliyyat nəticəsində dünyaya gələn əkizlərin - çəkisi 2400 qr, boyu 47 sm olan qız uşağının və çəkisi 3600 qr, boyu 51 sm olan oğlan uşağının vəziyyəti qənaətbəxşdir.

Ana və körpələr artıq evə buraxılıblar.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) peşəkar komandası tərəfindən daha bir uğurlu əməliyyat icra olunub. Avtoqəza ...
03/04/2026

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) peşəkar komandası tərəfindən daha bir uğurlu əməliyyat icra olunub.



Avtoqəza nəticəsində xəsarət alan 1964-cü il təvəllüdlü Goranboy sakini Saleh Qurbanov Gəncə ŞBX-nin nəzdində olan Abbas Səhhət adına xəstəxanaya gətirilib və müayinələr olunub. Müayinələr nəticəsində pasiyentə çanaq sümüklərinin sınığı diaqnozu təyin edilib və əməliyyat olunub.

Həkim-ortoped-travmatoloq Rahib İsgəndərzadə və ümumi cərrah Sənan Abbasov tərəfindən icra edilən əməliyyat uğurla başa çatıb.

S.Qurbanova zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstənin vəziyyəti stabildir, özünü yaxşı hiss edir, həkim nəzarəti altında sağalma prosesi davam edir.

O, göstərdikləri yüksək xidmətə görə xəstəxanasının tibbi personalına təşəkkürünü bildirir.

2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür. Bu tarix BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı əsasın...
02/04/2026

2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür. Bu tarix BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı əsasında təsis edilib.

Bu günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirmə işini genişləndirmək və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu gün hər il geniş miqyasda qeyd olunur.

Address

Nizami Pr 412
Ganja
AZ2000-AZ2024

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə Şəhər Birləşmiş Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gəncə Şəhər Birləşmiş Xəstəxanası:

Share