Vest Medical Center

Vest Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vest Medical Center, Hospital, H. Məmmədquluzadə küçəsi, Ganja.

🫁 Bronxial astma - tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir. Bu zaman bronxlar həssaslaşır və müxtəlif təsirlər...
30/12/2025

🫁 Bronxial astma - tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir. Bu zaman bronxlar həssaslaşır və müxtəlif təsirlərə cavab olaraq daralır, nəfəs alma çətinləşir.

🆘 Əsas əlamətləri:
⭕Nəfəs darlığı
⭕Xırıltılı nəfəs
⭕Sinədə sıxılma hissi
⭕Xüsusilə gecələr və səhər saatlarında artan öskürək

❓Nə səbəb olur?
Astma çox vaxt allergiya ilə əlaqəlidir. Toz, ev gənələri, heyvan tükü, siqaret tüstüsü, soyuq hava, infeksiyalar və stress tutmaları tətikləyə bilər.

🩺 Müalicə və nəzarət:
Bronxial astma tam sağalmır, lakin düzgün dərman müalicəsi və müntəzəm həkim nəzarəti ilə xəstəlik nəzarət altında saxlanıla bilər. İnhalyator preparatlar əsas müalicə üsuludur.

❗Astma vaxtında diaqnoz və düzgün müalicə ilə normal həyat sürməyə imkan verən xəstəlikdir. Tez-tez nəfəs darlığı və xırıltı varsa, pulmonoloqa və ya allerqoloqa müraciət etmək vacibdir.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

💀 Miqren - təkrarlanan, güclü və adətən başın bir tərəfində hiss olunan baş ağrısı növüdür. Ağrı saatlarla, bəzən isə gü...
29/12/2025

💀 Miqren - təkrarlanan, güclü və adətən başın bir tərəfində hiss olunan baş ağrısı növüdür. Ağrı saatlarla, bəzən isə günlərlə davam edə bilər və gündəlik həyatı çətinləşdirir.

🆘Əlamətləri:
⭕Güclü, döyüntülü baş ağrısı
⭕İşığa və səsə həssaslıq
⭕Ürəkbulanma və qusma
⭕Bəzi hallarda ağrıdan əvvəl aura (göz önündə işıqlar, bulanıqlıq)

❓Niyə yaranır?
Miqren sinir sistemi və beyin damarlarının fəaliyyətindəki dəyişikliklərlə əlaqəlidir. Stress, yuxusuzluq, hormonal dəyişikliklər, bəzi qidalar və hava dəyişikliyi tutmaları tətikləyə bilər.

🩺 Müalicə və nəzarət:
Miqren tam sağalmaya bilər, lakin düzgün dərmanlar, həyat tərzi dəyişiklikləri və həkim nəzarəti ilə tutmaların tezliyi və şiddəti azaldıla bilər.

❗Tez-tez təkrarlanan və güclü baş ağrıları varsa, səbəbi dəqiqləşdirmək üçün nevroloqa müraciət etmək vacibdir.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

🍗🌲Yeni il üçün qastroenteroloqdan sağlam məsləhətlərBayram günlərində mədə - bağırsaq problemlərindən qorunmaq üçün sadə...
27/12/2025

🍗🌲Yeni il üçün qastroenteroloqdan sağlam məsləhətlər

Bayram günlərində mədə - bağırsaq problemlərindən qorunmaq üçün sadə qaydalara əməl etmək kifayətdir.

🔹 Ölçülü yeyin
Həddindən artıq yemək mədə ağrısı, köp və ürək yanmasına səbəb ola bilər.

🔹 Yeməkləri qarışdırmayın
Çoxlu müxtəlif yeməyi qısa müddətdə yemək həzmi çətinləşdirir.

🔹 Yağlı və qızardılmış yeməkləri azaldın
Bu tip qidalar qaraciyər və mədəaltı vəz üçün əlavə yük yaradır.

🔹 Alkoqoldan uzaq durun və ya minimuma endirin
Alkoqol mədənin selikli qişasını qıcıqlandırır və pankreatit riskini artırır.

🔹 Şirniyyatlara diqqət edin
Şəkərin çox qəbulu köp, halsızlıq və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.

🔹 Su içməyi unutmayın
Təmiz su həzmi asanlaşdırır və orqanizmi qoruyur.

❗Yeni il süfrəsindən zövq almağın ən sağlam yolu - ölçü, balans və düzgün seçimdir. Bayram sağlamlığınızı pozmamalıdır.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/


🥞Qida allergiyası - immun sisteminin bəzi qidalara qarşı həddindən artıq reaksiyasıdır. Orqanizm bu qidaları təhlükəli m...
26/12/2025

🥞Qida allergiyası - immun sisteminin bəzi qidalara qarşı həddindən artıq reaksiyasıdır. Orqanizm bu qidaları təhlükəli maddə kimi qəbul edir və allergik əlamətlər yaranır.

🍗 Ən çox allergiya yaradan qidalar:
⭕Süd və süd məhsulları
⭕Yumurta
⭕Qoz-fındıq və yer fıstığı
⭕Balıq və dəniz məhsulları
⭕Buğda, soya
⭕Çiyələk, şokolad

🆘 Əlamətləri:
⭕Dəridə səpkilər, qaşınma, qızartı
⭕Dodaq, dil və üz nahiyəsində şişkinlik
⭕Qarın ağrısı, ishal, qusma
⭕Burun axıntısı, asqırma
⭕Ağır hallarda nəfəs darlığı

⚠️ Niyə təhlükəlidir?
Bəzi hallarda qida allergiyası anafilaksiya adlanan həyati təhlükəli vəziyyətə səbəb ola bilər.

🧪 Diaqnostika və müalicə:
Allergiyanın səbəbini müəyyən etmək üçün allergoloji testlər və qan analizləri aparılır. Əsas müalicə allergiya yaradan qidadan uzaq durmaqdır.

❗Qida allergiyası şübhəsi olduqda özünüzü müalicə etməyin və mütləq həkimə müraciət edin. Vaxtında diaqnoz ağır fəsadların qarşısını alır.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

24 Dekabr - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı Cənab İlham Əliyevin doğum günüdür...
24/12/2025

24 Dekabr - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı Cənab İlham Əliyevin doğum günüdür!

Bu münasibətlə Cənab Prezidenti təbrik edir, dövlət başçısına cansağlığı, uzun ömür, xoş və firavan həyat, hər zaman qələbə və nailiyyətlər əldə etməyi arzu edirik!

🖐Karpal tunel sindromu - bilək nahiyəsində yerləşən sinirin sıxılması nəticəsində yaranan vəziyyətdir. Ən çox əllərdə ke...
20/12/2025

🖐Karpal tunel sindromu - bilək nahiyəsində yerləşən sinirin sıxılması nəticəsində yaranan vəziyyətdir. Ən çox əllərdə keyimə, iynələnmə və ağrı ilə özünü göstərir.

🆘 Əlamətləri:
⭕Baş barmaq, şəhadət və orta barmaqda keyimə
⭕Əldə yanma və iynələnmə hissi
⭕Gecələr ağrının artması
⭕Əl gücünün zəifləməsi, əşyaları tutmaqda çətinlik

❌ Səbəbləri:
🔵Uzun müddət təkrarlanan əl hərəkətləri (kompüter, telefon)
🔵Hamiləlik və hormonal dəyişikliklər
🔵Şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri
🔵Bilək travmaları

❗Erkən müraciət əl funksiyasının qorunması üçün vacibdir.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

📌 Boyun və bel yırtıqları fəqərələrarası diskin zədələnməsi nəticəsində diskin iç hissəsinin çölə çıxaraq sinirlərə təzy...
19/12/2025

📌 Boyun və bel yırtıqları fəqərələrarası diskin zədələnməsi nəticəsində diskin iç hissəsinin çölə çıxaraq sinirlərə təzyiq göstərməsi ilə yaranır.

🔻 Yerləşməsinə görə əlamətlər:

⭕Boyun yırtığı
🔵Boyun, çiyin və qola yayılan ağr
🔵Əllərdə keyimə və zəiflik
🔵Baş ağrısı və başgicəllənmə

⭕ Bel yırtığı
🔵Bel və ayağa yayılan ağrı
🔵Ayaqlarda keyimə, qarıncalanma
🔵Oturarkən və yeriyərkən ağrının artması

🧪 Diaqnostika:
🔵MRT (ən dəqiq üsul)
🔵Rentgen
🔵Nevroloji müayinə

💊 Müalicə:
🔵Dərmanlar və fizioterapiya
🔵Masaj və xüsusi idman hərəkətləri
🔵Ağır hallarda cərrahi müdaxilə

‼️ Vaxtında müalicə olunmadıqda sinir zədələnməsi qalıcı ola bilər.

🏥 West Medical Center — peşəkar diaqnostika və müalicə üçün doğru ünvandır.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

🦴Osteoporoz - sümük toxumasının sıxlığının və gücünün azalması ilə xarakterizə olunan xroniki skelet xəstəliyidir. ✅Bu z...
18/12/2025

🦴Osteoporoz - sümük toxumasının sıxlığının və gücünün azalması ilə xarakterizə olunan xroniki skelet xəstəliyidir.

✅Bu zaman sümüklər kövrəkləşir və sınıq riski artır.

🔻Əsas xüsusiyyətləri:
➡️Sümüklərin zəifləməsi və kövrəkləşməsi
➡️Boyun qısalması, qamətin əyilməsi
➡️Bel və kürək ağrıları
➡️Kiçik travmalarla belə sınıqların yaranması (xüsusilə omba, bilək, onurğa)

🧠 Osteoporozun səbəbləri:
✅Yaş artımı (xüsusilə qadınlarda menopauzadan sonra)
✅Kalsium və D vitamini çatışmazlığı
✅Az fiziki aktivlik
✅Uzunmüddətli steroid istifadəsi
✅Genetik meyillilik
✅Siqaret, alkoqol və kofeinin yüksək istifadəsi

🧪 Diaqnostikası:
✅Sümük sıxlığı testi (densitometriya – DEXA)
✅Qanda kalsium, D vitamini, fosfor səviyyəsi
✅Hormon analizləri (estrogen, tiroid və s.)

💊 Müalicə və profilaktikası üçün bunlara diqqət edilir:
➡️Kalsium və D vitamini tərkibli əlavələr
➡️Bifosfonatlar və ya digər sümük möhkəmləndirici preparatlar
➡️Fiziki aktivlik (xüsusilə ağırlıqdaşıyan hərəkətlər)
➡️Günəş işığı (D vitamini sintezi üçün)
➡️Sağlam qidalanma və siqaret/alcohol kimi risk faktorlarından uzaq durmaq

✔️Qadınlar (xüsusilə 50+ yaş) və kişilər (70+ yaş) osteoporoz baxımından daha risk altındadır.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

🧠 Altsheymer xəstəliyi - beyin hüceyrələrinin tədricən zədələnməsi ilə yaddaş, düşüncə və davranış funksiyalarının pozul...
17/12/2025

🧠 Altsheymer xəstəliyi - beyin hüceyrələrinin tədricən zədələnməsi ilə yaddaş, düşüncə və davranış funksiyalarının pozulmasına səbəb olan proqressiv nevroloji xəstəlikdir.

🆘 Əsas xüsusiyyətləri:
❌ Xüsusilə yaxın zamanlı yaddaşın zəifləməsi
❌ Günlük fəaliyyətləri yerinə yetirməkdə çətinlik
❌ Zaman və məkan oriyentasiyasının pozulması
❌ Danışıqda və söz tapmaqda çətinlik
❌ Davranış və əhval-ruhiyyə dəyişiklikləri: əsəbilik, depressiya

❓ Səbəbləri:
🔵 Beyində amiloid plaq və tau zülalı yığıntısı
🔵 Genetik meyillilik (məs: APOE-e4 geni)
🔵 Ən əsas risk faktoru: 65 yaşdan yuxarı olmaq

🧪 Diaqnostika zamanı:
🔵 Nevroloji və psixoloji testlər
🔵 Qan analizləri (digər xəstəlikləri istisna etmək üçün)

✨West Medical Center nevroloji problemlərin erkən diaqnozu və müalicəsində sizin xidmətinizdədir!

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

16/12/2025

📢20 DEKABR tarixində ReGen Kök Hüceyrə Mərkəzinin rəhbəri, Kök hüceyrə mütəxəssisi, Nevroloq - Dr. Aytən Əliyeva .aytan_aliyeva West Medical Center-də pasiyentləri qəbul edəcək.

❗ ÖNCƏDƏN QEYDİYYATDAN KEÇMƏK MÜTLƏQDİR

📌Həkim tərəfindən aparılan müayinə və müalicələr:
⚡Parkinson
⚡Altsheymer
⚡Dağınıq skleroz
⚡İnsult sonrası fəsadlar
⚡Uşaq beyin iflici
⚡Autizm
⚡Nevropatiyalar
⚡Oynaq ağrıları
⚡Orqanizmin gəncləşməsi

❗Kök hüceyrə terapiyasını beyin, sinir sistemi və oynaq xəstəliklərində hüceyrələrin regenerasiyasını sürətləndirir, funksiyaların bərpasına dəstək olur.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

16/12/2025

📢21 DEKABR tarixində Endokrinoloq - Dr. Aytən Rzayeva .ayten.rzayeva West Medical Center-də pasiyentləri qəbul edəcək.

🔻Həkim tərəfindən müalicə olunan xəstəliklər:
🔵Qalxanvarı vəz xəstəlikləri
🔵Şəkərli diabet və onun ağırlaşmaları
🔵Qalxanvariətraf vəz xəstəlikləri
🔵Artıq çəki, Piylənmə, Metobolik sindrom
🔵Böyrəküstü vəz xəstəlikləri
🔵Hiperprolaktinemiya
🔵Yumurtalıqların polikistoz sindromu
🔵Qadınlarda menstrual tsikl pozulmalar
🔵Tüklənmə
🔵Osteoporoz
🔵Klimakterik sindrom

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

16/12/2025

📢7 FEVRAL tarixində Endokrinoloq - Dr. İlkin Əhmədli West Medical Center-də pasiyentləri qəbul edəcək.

❗ ÖNCƏDƏN QEYDİYYATDAN KEÇMƏK MÜTLƏQDİR

📌Həkim tərəfindən aparılan müayinə və müalicələr:
⚡Qalxanvarı vəz xəstəlikləri
⚡Şəkərli diabet və onun ağırlaşmaları
⚡Qalxanvariətraf vəz xəstəlikləri
⚡Artıq çəki, Piylənmə, Metobolik sindrom
⚡Böyrəküstü vəz xəstəlikləri
⚡Hiperprolaktinemiya
⚡Yumurtalıqların polikistoz sindromu
⚡Qadınlarda menstrual tsikl pozulmalar
⚡Hirsutizm
⚡Osteoporoz

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

Address

H. Məmmədquluzadə Küçəsi
G***a
2000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994556433624

Website

Alerts

Be the first to know and let us send you an email when Vest Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vest Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category