Xocalı Rayon Mərkəzi Xəstəxanası

Xocalı Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.Yeganə və əsas əlaməti tək...
26/03/2026

Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.

Yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır.

Hər il martın 26-sı Beynəlxalq Epilepsiya Maarifləndirmə Günü kimi qeyd olunur.

Bayat yeməklər zəhərlənmə riskini artırır.Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi üçün bəzən sonr...
23/03/2026

Bayat yeməklər zəhərlənmə riskini artırır.

Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi üçün bəzən sonrakı günlərə saxlanılır.

Yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır.

Bu qidalar otaq temperaturunda, açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur.

Sağlamlığınız üçün köhnəlmiş yeməklərdən istifadə etməyin!

Novruz bayramınız mübarək! Təbiətin oyanması və yenilənməsinin rəmzi olan Novruz bayramı hər kəsə sağlıq, qarşılıqlı anl...
20/03/2026

Novruz bayramınız mübarək!

Təbiətin oyanması və yenilənməsinin rəmzi olan Novruz bayramı hər kəsə sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmətin təcəssümü olan Ramazan bayramı münasibətilə hər kəsi səmimi-q...
20/03/2026

Milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmətin təcəssümü olan Ramazan bayramı münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirik!

Allah Ramazan ayı boyunca tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!🤲

19/03/2026

Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.

https://president.az/az/articles/view/71960

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə müxtəlif...
18/03/2026

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə müxtəlif təşkilatların nümayəndələri ilə yanaşı, Xocalı Rayon Mərkəzi Xəstəxanasının kollektivi də iştirak edib. Bayram ab-havası ilə keçən tədbirdə milli adət-ənənələrimiz nümayiş olunmuş, iştirakçılar üçün maraqlı proqram təşkil edilib.

Novruz bayramı ərəfəsində şəhid məzarları ziyarət olunub. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ...
17/03/2026

Novruz bayramı ərəfəsində şəhid məzarları ziyarət olunub. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub. Bu ənənə xalqımızın qəhrəman övladlarına olan dərin hörmət və ehtiramının bariz nümunəsidir!

Torpaq çərşənbəsi – Novruz bayramı ərəfəsində qeyd olunan dördüncü və sonuncu çərşənbədir və xalq arasında “İlaxır çərşə...
17/03/2026

Torpaq çərşənbəsi – Novruz bayramı ərəfəsində qeyd olunan dördüncü və sonuncu çərşənbədir və xalq arasında “İlaxır çərşənbə” kimi tanınır. Bu gün torpağın dirçəlişininin, təbiətin yenidən canlanmasının və baharın gəlişininin simvoludur. 🌱

Torpaq çərşənbəsi evinizə bolluq, süfrənizə ruzi, qəlbinizə isə sevinc gətirsin! ✨

Ramazanda sağlam qidalanma qaydaları: Şirniyyat və çay-qəhvə qəbulunda diqqət yetirilməli məqamlar hansılardır? ▪️ Şirni...
16/03/2026

Ramazanda sağlam qidalanma qaydaları:

Şirniyyat və çay-qəhvə qəbulunda diqqət yetirilməli məqamlar hansılardır?

▪️ Şirniyyat yeməklərdən 1-2 saat sonra qəbul edilməlidir.
▪️ Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyatın qəbulu daha məqsədəuyğundur.
▪️ Xüsusilə iftar zamanı çox yağlı, şəkər miqdarı çox olan, undan hazırlanmış şirniyyatları süd və süd məhsullarından hazırlanmış, qlikemik indeksi nisbətən az olan meyvələrdən (xüsusilə turşməzə) hazırlanmış salatlarla əvəz etmək daha məqəsədəuyğundur.
▪️ İftarı bir xurma ilə açmaq şirniyyat istəyimizi nisbətən səngidə, iftardan 2 saat sonra qəbul olunan bir porsiya meyvə isə günlük ehtiyacımızı qarşılaya bilər.
▪️ Şirniyyatdan çox istifadə halları gün boyunca susuzluğa səbəb olacağı üçün iftar və imsakda çox miqdarda su qəbul etmək məsləhətdir.
▪️ Oruc tutan şəxslər çay-qəhvə istehlakını tamamilə dayandırmamalı, lakin minimuma endirməlidir. Xüsusən, imsakda çay qəbul edirik. İftar sonrası isə 1-2 stəkan qara çayla kifayətlənmək məsləhətdir.
▪️ Qara çay qəbulundan sonra 1 stəkan yaşıl çayın da qəbulu məsləhət görülür. Çünki qara çay orqanizmdə ödəm yaradır, yaşıl çay isə ödəmin atılmasına (toksinlərin və şlakların bədəndən xaric edilməsinə) səbəb olur.

İstər Ramazan ayı boyunca, istərsə də digər zamanlarda düzgün qidalanma qaydalarına riayət edin. Əks halda, orqanizmdə narahatlıqlar və müxtəlif xəstəliklər yarana bilər.

Ramazan ayında tutduğunuz oruc və etdiyiniz dualar qəbul olunsun!

Bu gün Ümumdünya Böyrək Günüdür!Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılmas...
12/03/2026

Bu gün Ümumdünya Böyrək Günüdür!

Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılması və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.

Onların sağlam qalması üçün:

💧 Kifayət qədər su için;
🥦 Sağlam qidalanın, duz və şəkəri məhdudlaşdırın;
🏃‍♂️ Aktiv həyat tərzi keçirin;
🩺 Müntəzəm tibbi müayinələrdən keçin.

Böyrəklərinizi qoruyun, sağlamlığınızı gücləndirin!

Bu gün Yel çərşənbəsidir! 🍃Qədim inanclara görə, Yel çərşənbəsində əsməyə başlayan külək qışın son izlərini aparır, təbi...
10/03/2026

Bu gün Yel çərşənbəsidir! 🍃

Qədim inanclara görə, Yel çərşənbəsində əsməyə başlayan külək qışın son izlərini aparır, təbiəti dirçəldir.🌱 Xalq arasında bu gün “Küləkli çərşənbə”, “Badi çərşənbə” və “Nəfəs çərşənbə”si kimi də tanınır. 🌬️

Bu gündən etibarən əsən külək torpağı canlandırır, od alovlanır, su hərəkətə gəlir, baharın nəfəsi daha çox hiss olunur.

Yel çərşənbəsi evinizə bərəkət, qəlbinizə ümid və sevinc gətirsin!

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəx...
08/03/2026

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq!

Ölkəmizin parlaq gələcəyi, xalqımızın rifahı naminə qazanılan bütün böyük uğurlarda qadınların rolu əvəzsizdir!

Bu gün qadınlar ictimai-siyasi, elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində uğurlu fəaliyyətləri ilə fərqlənirlər.

Bayramınız mübarək!

🌹

Address

Azerbaycan
Geran'boy
AZ2200

Alerts

Be the first to know and let us send you an email when Xocalı Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xocalı Rayon Mərkəzi Xəstəxanası:

Share

Category