Muasir Stomatologiya

Muasir Stomatologiya Gözəl təbəssüm üçün, sağlam dişlər lazımdı :)

Ağıl dişi.Hamımızın bildiyi kimi ağzımızda ən axırıncı çıxan dişlər,ağıl dişləridir. Əsasən17-25yaşları arasında çıxmaga...
21/08/2016

Ağıl dişi.

Hamımızın bildiyi kimi ağzımızda ən axırıncı çıxan dişlər,ağıl dişləridir. Əsasən17-25yaşları arasında çıxmaga başlar. Bu dişlərin ağızda qalıb qalmaması mübahisəlidir.Əgər dogru vəziyyətdə çıxırsa və ətraf toxumalara zərər vermirsə bu diş yerində qala bilər. Çənə sümüyünə birləşmiş və anormal vəziyyətdə olan bir dişin (rentgenlə müəyyən edilmiş) gələcəkdə yol açacağı zərərlər göz önünə alınaraq çəkilməsinə qərar verilə bilər.

Ağıl dişlərinin çəkilməsinə yol açan hallar hansılardır?

ÇÜRÜK: Tüpürcək, bakteriya və yemək qalıqları yeni çıxmaqda olan dişin açdığı yuvada yığılaraq həm ağıl dişi həm də yanındakı azı dişini təhlükəyə atar. Bu tip çürükləri müəyyən etmək və müalicə etmək olduqca çətindir. Ağrı və infeksiyaya yol açan və abseslə nəticələnən ağır hallar meydana gələ bilər.
DİŞƏTİ XƏSTƏLİYİ (perikoronit): Qismən çıxmış bir ağıl dişin dişətində bakteriya və yemək artıqlarının yığıldığı bir infeksiya yığınağı olur. Bu vəziyyət ağız qoxusu, ağrı, ödem və trismusa (ağzın tam açıla bilməməsi halı) səbəb olur.İnfeksiya limfa sistemi vasitəsi ilə yanaq və boyuna yayıla bilər.
TƏZYİQ AĞRISI: Ağil dişi çıxan zaman qonşu dişlərə təzyiq edirsə,bununla əlaqədar da ağrı hiss edilə bilər.Bəzi hallarda bu təzyiq aşınmaya gətirib çıxarır.
ORTODONTİK SƏBƏBLƏR: Bir çox gənç daimi dişlərindəki əyrilikləri düzəltmək üçün ortodontik müalicə alır. Ağıl dişlərini çıxma təzyiqi digər dişlərə də əks olunacağından digər dişlərdə də bir hərəkətlilik olur,əyriliklər arta bilir.
PROTEZLƏƏLAQƏLİ SƏBƏBLƏR: Protez hazırlanması planlaşdırılan bir ağızda ağıl dişlerini nəzərə almaq lazımdır. Çünki, ağıl diş çəkildikdən sonra dəyişən ağız quruluşuna görə yeni bir protez hazırlamaq lazım gələcəkdir.
KİSTA ƏMƏLƏ GƏLMƏSİ: Retensiya olmuş bir dişin səbəb olduğu kista hallarıyla da qarşılaşmaq olur. Kista sümük əriməsinə, çənənin genişlənməsinə və ətrafdakı dişlərin yer dəyişdirməsinə ya da zərər görməsinə səbəb olur.Sümük əriməsinin qarşısını almaq üçün diş çəkilməli və kista təmizlənməlidir. Nadir hallarda bu kista çox geniş əraziyə yayılarsa şişə çevrilə bilər və ya çənə sümüyündə öz-özünə qırılmalara yol aça bilər.(Baxın, Diş Absesi)
Heç bir narahatçılıq verməsə də düzgün istiqamətdə olmayan bir ağıl diş nə üçün çəkilməlidir?
Dişin istiqamətinin düzgün olmaması infeksiya üçün yetərli bir səbəbdir. Belə bir halda bəhs olunan problemlər yaşanacak. Üstəlik bu tip problemlər qəflətən və gözlənilməyən bir zamanda yaranırlar.

Ağıl dişləri fırça və diş ipiylə təmizlənməsi çətin olan bölgələrdə yerləşirlər. Zamanla çürüməyə yol açan bakteriya, turşu və yemək artıqları bu bölgədə toplanır. Əgər diş çürüyərsə və plombla restavrasiya edilməzsə diş qısa zamanda iltihablanar.
Bu dişləri təmiz saxlamaq çətin olduğundan yığılan bakteriya və yemək artıqlarıağızdanp*siygəlməsinə səbəb olar.
Diş əti altında köndələn istiqamətdəki retensiya olmuş bir diş, digər dişlərin hərəkəti, sıxılması və əyilməsi ilə nəticələnən təzyiq yaradır.
Retensiya olmuş dişin üzərini örtən diş ətinin altına toplanan bakteriyalar infeksiyaya yol açar.
Ağıl dişlərin çəkilməsi üçün ən uyğun zaman nədir?
İmpact- düzgün ıstiqamətlənməmiş bir diş şikayət olsun ya da olmasın 14 - 22 yaşları arasında çəkilməlidir. Gənc yaşlardaki operasiyalar texniki olaraq daha asandır və sağalma daha tez olur. 40 yaşdan yuxarı operasiyalar çətinləşir . Yaşın artmasıyla birlikdə əlavə təsirlər də artar və sağalma müddəti uzanar.

Kəskin- aktiv infeksiyanın olduğu hallarda (perikoronit) diş çəkilə bilər mi?
Çox zaman xeyir. İnfeksiyanın var olduğu bir vəziyyətdə müdaxilə edilərse infeksiya ətrafa yayılar, yaranın sağalması geç və çətin olar. Lokal ağız gigiyenası, antibiyotikler və bəzən də qarşı çənədəki ağıl dişin çəkimi ilə infeksiya kontrol altına alınır.

Digər diş çəkimlərindən fərqlidirmi?

Ağıl dişin mövqeyi,quruluşu və ölçüsünə bağlı olaraq tətbiq olunan prosedurun çətinlik dərəcəsi dəyişir. Sadə bir çəkimdən sonra yüngül şişlik, ağrı ve qanama ola bilər. Daha özel işləmlər gərəkdirən bəzi kompleks çəkimlər də həyata keçirilə bilməkdədir..
Bu çəkimin ardından -dry soket- adlanan sağalma problemi yarana bilər. Çəkim boşluğunda qanyığılma və ağrı da yarana bilər. Bir neçə gün içində problem aradan qalxır. Diş həkiminin tövsiyələrinə əməl olunduğu zaman bu cür hallarla qarşılaşmamaqda olar.
Yaş artıqca sümük quruluşu qalınlaşdığı və elastiqlik azaldığı üçün diş çəkimi çətinləşir,sağalma gecikir.
Operasiya sonrası qulluq

Yara yeri qurcalanmamalıdır. Yoxsa ağrı, infeksiya və ya qanama ola bilər.
İlk 24 saat ərzində o tərəf ilə çeynənilməməlidir.
İlk 24 saat siqaret çəkilməməlidir. Çünki siqaret qanamanı artırıb sağalmanı çətinləşdirər.
Tüpürülmemelidir. Yoxsa qanama artar və laxta yerindən tərpənə bilər.
Qanama kontrol edilməli. Egər tikiş atılmayıbsa steril bintlə tampon qoyula bilər. Laxta yaranması üçün tampon yarım saat ağızda saxlanılmalıdır. Tampon çıxarıldıqdan sonra qanama davam edirsə yeni tampon qoyulmalıdır.
Şişkinliyin kontrolu. operasiya sonrası bölgəyə soyuq bir tampon istifadə olunaraq qan dövranı zəiflədilir və üzün şişməsi əngəllənir. Tamponun tətbiqi bu cür olmalıdır: 20 dəqiqə soyuq tampon- 20 dəqiqə ara- tekrar 20 dəqiqə soyuq tampon şəklindəki fasilələrıə davam edilir.
İlk 24 saatdan sonra hər 2 saatda bir ilık duzlu suyla ağzı qarqara etmək lazımdır. karışıq 1 stəkan ilıq suya 1 çay qaşığı duz əlavə etməklə hazırlanır.

22/07/2014

Diş əti xəstəlikləri.

Dişlər düzgün təmizlənmədiyində, üstlərində və aralarında yığılan qida artıqları, bakteriyalar əmələ gəlir. Bakteriya ərpi dediyimiz bu yumşaq yığıntı, diş çürüklərinin və dişəti iltihabının başlıca səbəbi olub, zamanla ağız suyunun bunlarla birləşməsi nəticəsində diş daşlarını əmələ gəlir.
Bakteriyal ərpin içində əmələ gələn mikroorqanizmalar, şəkərli qidaları parçalayaraq turşu əmələ gətirirlər. Və bu turşu, dişin kiçik bir hissəsindən başlayaraq daha da böyüyərək dişi çürüdür. İrəliləmiş problemlərdə dişin çəkilməsi məcburi ola bilər.
Dişəti iltihabının ilk simptomu dişətindəki qanamalardır. Dişətlərində rəng, forma problemləri və ağız qoxusu əmələ gəlir. Dişəti iltihabının səbəb olduğu diş itkiləri, çürüklərin səbəb olduğu diş itkilərindən daha çoxdur. Əvvəla bunu vurğulamaq lazımdir ki, sağlam dişəti açıq qırmızı rəngdədir. Dişə və sümüyə möhkəm yapışmışdır, portağal qabığına oxşar parlaq – girintili-çıxıntılı bir görünüşü vardır.

Diş əti xəstəliklərinin simptomları :



Diş əti xəstəliklərinin ilk və ən əhəmiyyətli simptomu dişəti qanamasıdır. Sağlam dişəti qanamaz
Diş ətlərində şişmələr, qızarmalar olursa,
Diş ətlərində çəkilmələr və açığa çıxan kök səthlərində həssaslıqlar olursa,
Dişəti kənarlarında və ya dişlər arasında, diş daşlarına bağlı olaraq əmələ gələn qara ləkələr görünürsə,
Diş ilə dişəti arasından iltihab axırsa,
Dişlərdə laxlamalar, uzanmalar və dişlər arasında açılmalar olursa,
Ağızda daimi bir p*s qoxu və p*s dad hissi var isə,
Çox geçikmədən bir diş həkiminə muraciət edip müayinə olmaq lazımdır.

Nələr dişəti xəstəliklərinə səbəb olur?
Dişəti xəstəliyinin əsas səbəbi bakteriya ərpi deyilən dişə möhkəmcə yapışan, yapışqan şəffaf bir təbəqədir. Dırnağınızla dişinizin üzərinə sürtərək ərpi hiss edə bilərsiniz. Ərpin bir milliqramında 200 ilə 500 milyon arasında bakteriya tapılır. Bunun yanında aşağıdakı faktorlar da dişəti sağlamlığınıza təsir etməkdədir.
· GENETİK FAKTORLAR. Edilən araşdırmalara görə %30 nisbətində genetik bir uyğunluq vardır. Ayrıca ağız baxımının p*s olması ilə dişəti xəstəliyinin inkişaf ehtimalı 6 qat daha artar. Ailədə dişəti problemi olan bir adam var isə mütləq bir dişəti mütəxəssisində siz də müayinə olunun.
· SİQARET. Hamımızın bildiyi kimi siqaret xərçəng, ağciyər, ürək xəstəlikləri kimi bir çox əhəmiyyətli narahatlıqlara səbəb olar. Bütün bunların xaricində ağız içi mukozası və dişətləri üçün də çox zərərlidir. Dişətlərinin yumşalmasına və dişəti xəstəliklərinin inkişafına səbəb olar.
· DƏRMAN İSTİFADƏSİ. Doğum idarə həbləri, anti-depresantlar, ürək dərmanları ağız sağlamlığınıza təsir edər. Buna görə bu dərmanlardan birini istifadə edirsinizsə diş həkiminizin xəbəri olmalı və ağız gigiyenanıza ayrıca əhəmiyyət verin.
· HORMONAL DƏYİŞİKLİKLƏR. Hamiləlik, menapauza, mensturasiya kimi hormonal dəyişikliklərin sıx olduğu dövrlərdə ağız gigiyenanıza ayrıca diqqət göstərməniz lazımdır. Diş ətləriniz bu dövrlərdə daha həssas olar. Diş əti xəstəliyinə meyillik artar.
· STRESS. Hipertoniya, xərçəng kimi bir çox narahatlığın səbəblərindən biri olmasının yanında dişəti xəstəlikləri də risk faktorlarındandır. Araşdırmalar göstərmişdir ki periodontal xəstəliklərdə daxil olmaq üzrə stress bədənin infeksiyayla mübarizəsini çətinləşdirməkdədir.
· DİŞ SIXMAQ VƏ YA GICIRDATMAK. Diş və dişəti arasındakı qüvvətin azalmasına səbəb olaraq periodontal toxumanın dağıtmasına səbəb olarlar. Diş ətlərindəki çəkilmənin bir səbəbi də diş sıxmaq. Mütləq gecə kappası geyinərək bu sıxılmanın dayandırılması lazımdır.
· PİS QİDALANMA. Bədənin, immun (immunitet) sisteminin zəifləməsinə və buna bağlı olaraq, diş əti infeksiyası da daxil olmaq üzrə infeksiyalarla mübarizəsinin çətinləşməsinə səbəb olar.
· DİABET-ŞƏKƏR XƏSTƏLİYİ Diabet xəstələri periodontal (diş əti) infeksiya baxımından yüksək risk qrupuna daxildir. Mütləq təkrarlanan diş əti problemini bir diş əti mütəxəssisinə (periodontolog) müraciət edərək ağız gigiyenalarına ayrıca diqqət göstərməlidirlər.
· PİS DÜZƏLDİLMİŞ QAPAQ, KÖRPÜ VƏ PLOMBLAR Dişətinə basan və daşqın edilmiş plomb dişətlərində problem meydana gətirər.

Sağlam Diş və Diş ətləri

Diş ərpi təmizlənməzsə sərtləşər və dişdaşı adlandırılan yığınaqlar meydana gələr. Ərpdəki bakteriyalar tərəfindən çıxarılan toksinlər (zərərli maddələr) dişətlərinə zərər verər. Periodontal xəstəlik inkişaf etdikcə ciblər daha da dərinləşər. Ərplər dişlərin ortaya çıxmış kök səthlərinə yapışar. Dişlərin sümük bağları yox olar və müalicə edilməyən dişlər yellənməyə başlar və sonunda çəkilər.

Gingivit nədir? Gingivit – damağın selikli qişasının iltihabi prosesidir. “Gingivit” sözü latın dilindəki gingiva sözünə...
12/04/2014

Gingivit nədir?

Gingivit – damağın selikli qişasının iltihabi prosesidir. “Gingivit” sözü latın dilindəki gingiva sözünə “it” şəkilçisi (tibbdə iltihabi prosesləri xaraterizə edən şəkilçidir) əlavə edilməklə əmələ gəlir.
Gingivit – yetərincə yayılmış bir xəstəlikdir. Gingivit tez-tez yeniyetmələrdə və hamilələrdə rast gəlir. Bu kateqoriya insanlarda xəstəlik adətən daha ağır keçir, çünki onların bədənində hormonal dəyişikliklər baş verir.

Gingivitin müalicə edilməyəndə inkişaf etməsi daha ağır fəsadlarla nəticələnə bilər: məs., paradontitlə, hansı ki, nəticədə dişlərin tökülməsinə gətirib çıxarır.

Gingivitin yaranma səbəbləri

Gingivitin yaranma səbəbləri çox müxtəlifdir. Onları şərti olaraq daxili və xarici qruplara bölmək olar.

Daxili səbəblərə aiddir: dişlərin böyüməsi (böyüyən diş damağı zədələyir) və onların səhv yerləşməsi (prikusu), vitamin çatışmazlığı, həzm sisteminin xəstəlikıəri (bütün sahələr bir-biri ilə əlaqədədir), immunitetin zəyifləməsi (ağız boşluğu üçün daha çox yerli immunitet əhəmiyyət daşıyır) və s. səbəblər.

Xarici səbəblər: fiziki (travma, yanıq, süa təsiri), kimyəvi (aqressiv maddələrin təsiri), bioloji (infeksiya) və tibbi (yatrogen) amillər. Diş daşı, ərp, qida qalıqları, səhv salınan plomblar, ağızla nəfəs alma, siqaret çəkmə, kimyəvi qıcıqlama, infeksiyalar daha çox gingivit yaradır. Böyük və uşaqlar üçün məhz infeksion gingivitlər daha aktualdır. Uşaqlarda gingivit lazımi gigiyena olmadıqda yaranır. Məsələ ondadır ki, yerli immun müdafiə 7 yaşa qədər hələ inkişaf edir, onun tam formalaşması isə yeniyetmə dövrü başlayanda bitir. Buna görə xroniki iltihab ocaqları olmadıqda belə yaranma riski uşaqlarda daha böyükdür. Kariesi olan uşaqlarda isə bu risk daha da artıqdır. Məhz müalicə edilməmiş çürük dişlər gingivitin yayılmış səbəbidir. Gingivitlər həmçinin revmatizm, vərəm, şəkərli diabet, qaraciyər və öd kisəsi xəstəlikləri, nefropatiyası olan uşaqlarda əmələ gəlir.

Bəzi dərmanların, məsələn, oral kontraseptivlərin uzun müddətli istifadəsi damaqda iltihab prosesini gücləndirə bilər. Ağır metallar (qurğuşun, vismut) həmçinin bəzən gingivitə səbəb ola bilərlər.

Gingivitin əlamətləri

Gingivitin bir neçə növləri vardır: kataral, xoralı-nekrotik, hipertrofik və atrofik gingivit.

Xəstəliyin kəskin və xroniki formaları vardır. Xroniki forma əksərən qışda və yazda kəskinləşir (bu artan qan axmayla büruzə verir) və daha çox böyük insanlarda rast gəlir.

Əgər xəstəlik bir və ya hər iki çənənin bütün dişləri əhatə edən damaqda əmələ gəlirsə, o zaman yayılmış gingivit haqqında deyirlər. Yerli gingivit isə damağın bəzi yerlərində bir və ya bir neçə diş nahiyyəsində əmələ gəlir.

Katarl gingivitin kliniki simptomları:iltihabi prosesə əsaslanan qızartı, damağın selikli qişasının şişkinliyi, qan axmalar. Gingivitin bu formasında xəstənin subyektiv hissləri dişlərdə cüzi qaşınmadan, yemək zamanı ağrılardan ibarətdir.

Xoralı-nekrotik gingivit zamanı damağın selikli qişasında yaralar və nekroza uğramış sahələr əmələ gəlir. Onun kliniki simptomları bunlardır: qalitoz (ağızdan xoşagəlməz qoxu), damağın ağrılı olması; orqanizmin ümumi vəziyyəti həmçinin ağırlaşır: xəstə ümumi əzginlik hiss edir, bədən hərarətinin 39 dərəcəyədək yüksəlməsi, limfa düyünlərinin böyüməsi mümkündür.

Hipertrofik gingivitdə damaq məməciklərinin böyüməsi baş verir və dişin bir hissəsi örtülür. Xəstəliyin ilkin mərhələlərində hər hansı bir simptom olmur. Sonradan isə damağa toxunanda və ya yemək yeyəndə qan axma və ağrılar başlayır.
Atrofik gingivitdə isə, əksinə, damaq toxumasının atrofiyası (azalması) baş verir, və damağın səviyyəsi zamanla aşağı düşür və dişin dibi görünməyə başlayır. Atrofik qingiviti olan insan bunu isti və soyuq yeməklərə həssaslıqda hiss edir.

Gingivit bəzən sadəcə parodontit (dişin dibini, sümük alveollarını və damağı əhatə edən toxumanın iltihabı) yaxud parodontoz (iltihab destruktiv proseslərdən daha az olur) əlamətləriylə büruzə verir.

Profilaktina

Gingivitin profilaktikası üçün növbəti tədbirlər görmək lazımdır:
˗ müntəzəm olaraq stomatoloqun müayinəsindən keçmək;
˗ hər gün diş ərpini diş pastası və ipək sap vasitəsiylə aradan qaldırmaq;
˗ dişləri təmizləmək üçün hər 3-6 ay stomatoloqa müraciət etmək.

Proqnoz

Ağırlaşmamış gingivit tez bitir, adətən 7-10 gün ərzində. xroniki isə intensiv müalicə tələb edir. Əgər gingivit müalicə edilməzsə, bu parodontit əmələ gəlməsinə və dişlərin tökülməsinə gətirə bilər (kariesdən fərqli olaraq, gingivit diş tökülməsinin daha yayılmış səbəbidir).

Həkim nə edə bilər?

Gingivitin müalicəsi sadəcə stomatoloq tərəfindən aparılmalıdır. Müalicə diş piləklərinə təsirdən, yerli və ümumi amilləri aradan qaldırmaqdan ibarətdir. Bəzi hallarda cərrahi müdaxilə zəruridir (küretaj).
Bundan başqa əksər hallarda xüsusi vasitələrə əl atmaq lazım olur, həm də sadəcə xəstəliyin kəskin fazasının müalicəsi üçün deyil, həmçinin ciddi ağırlaşmaları dayandırmaq və ya qarşısını almaqçün.

Müxtəlif preparatlardan istifadə olunur: antibiotik, iltihaba qarşı vasitələr, yerli immunomodulyatorlar.

Yoluxucu-iltihabi proseslərdən əmələ gələn gingivitlərdə infeksiyanın törədicisini aradan qaldırmaq lazımdır. Buna görə həkim antibakterial vasitələr və ya göbələyə qarşı dərmanlar təyin edə bilər.

Siz nə edə bilərsiniz?

İlk növbədə əsaslı şəkildə ağız boşluğunun gigiyenasına riayət etmək lazımdır. Həkim Sizi bütün lazımi tövsiyyələrlə təchiz edəcək.

18/12/2013
20/10/2013

Dişlərin çıxması

Ilk dişlər 6-9 ayında çıxır. Bir yaşında onların sayı 8 olmalıdır.

Hansı yaşda körpənin neçə dişi olmalıdır?

Bu belə hesablanır: ayların sayından 4 çıxırlar. Beləliklə, 1 yaşında körpənin 8 dişi olmalıdır (12-4=8). Bəzi raxiti olmayan uşaqlarda dişlər gec çıxır. Bu dişlərin dərində yerləşməsini göstərir. Bəzən diş çıxaran uşaqlar narahat olur, onların tüpürcək ifrazı artır, rezin oyuncaqları gəmirmək istəyirlər.

Bu zaman bədənin hərarəti artarsa və ishal baş verərsə, bunu diş çıxarmaqla əlaqələndirməyin. Həkimə müraciət edin.

2 yaşından əvvəlcə dişi məcunsuz, sonra isə məcunla yumağa alışdırmaq olar.

Diş fırçası — dişləri diş pastası ilə təmizləmək üçün istifadə edilən fırça növüdür. Bir diş fırçasında qırx ədəd tük də...
09/10/2013

Diş fırçası — dişləri diş pastası ilə təmizləmək üçün istifadə edilən fırça növüdür. Bir diş fırçasında qırx ədəd tük dəstəsi və hər dəstədə orta hesabla 40-50 ədəd tük vardır.
Tarixin əvvəlki dövrlərindən etibarən ağız təmizliyi üçün müxtəlif tədbirlər görülmüşdür. Ağız təmizliyində budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanları və s. vasitələr istifadə edilmişdir. Tarixdən məlum olan ilk diş fırçası qədim Misirdə qələm boyunda ağac budaqlarından hazırlanmışdır.Romada diş fırçaları təbii maddələrdən düzəldilən qurdalayanlardan meydana gəlirdi. İslam dünyasında ərak (misvak) ağacının budaqlarından diş fırçaları yaradılmışdır.

Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xü...
30/09/2013

Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növ ola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid və sirkon-dioksid əsaslı. Metalsız qapaqların əsas üstün cəhətləri bunlardır:

Son dərəcə yüksək estetik keyfiyyətlərə malikdirlər – görünüş, rəng, şəffaflıq və parlaqlıq nöqteyi-nəzərindən təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Bunun üçün də qabaq dişlərin bərpasında ideal nəticələr əldə edilir;
Bioloji uyğunluqları yüksəkdir – tamamən ətalətli və qeyri toksik kimyasal tərkibi ilə həm sərt, həm də yumşaq toxumalara qətiyyən heç bir təsir göstərmirlər.
Ən çox istifadə olunan və keyfiyyətini çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü sirkon-dioksid əsaslı qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə yüksəkdir

Diş əti xəstəlikləri stomatologiyada ən çox rast gəlinən xəstəliklərdir. Ümumdünya statistikasına görə əhalinin 80%-dən ...
08/09/2013

Diş əti xəstəlikləri stomatologiyada ən çox rast gəlinən xəstəliklərdir. Ümumdünya statistikasına görə əhalinin 80%-dən çoxunda bu problemlər müşahidə edilir. Diş əti dedikdə diş ətrafı toxumalar nəzərdə tutulur ki, bu da kompleks şəkildə parodont adlanır.Ağız boşluğunun sağlamlığı yalnız dişlərin deyil, həm də parodont toxumasının vəziyyətindən asılıdır.Parodont toxumasının ən çox rast gələn xəstəlikləri gingivit, parodontit və parodontozdur. Diş ətinin qanaması, ağızdan xoşagəlməz qoxunun gəlməsi, diş daşlarının yığılması artıq gingivit xəstəliyinin başlamasından xəbər verır. Diş daşlarının profesional təmizlənməsi,ağiz boşluğunun gigienasına əməl edilməsi və qarqaralar xəstəliyin erkən vaxtlarında çox effektli olur və simptomlar aradan qalxır. Lakin müalicə olunmadıqda dişin dairəvi əzələsi boşalır, daşlar çoxalaraq daha ağır fəsadlar verir, diş əti cibləri əmələ gəlir.Dişin dayaq toxuması kompleks halda iltihablaşdığı üçün dişlər laxlamağa başlayır. Əgər belə halda da xəstə həkimə müraciət etməzsə, parodont toxumasında destruksiya və rezorbsiyalar başlayır, dişin dayaq toxuması əriyir, nəticədə dişlər tökülməyə başlayır.
Parodont xəstəliklərinin müalicəsi yerli səbəblərin aradan qaldırılmasından başlayır. Belə ki, diş daşları yüksək tezlikli ultrasəs aparatı ilə təmizlənir, diş əti cibləri parodontoloji vektor aparatı ilə daşlardan, ərplərdən təmizlənir və ciblərə hidrooksıapatit məhlulu yeridilir ki, bu da sonrakı sağalmanı tezləşdirir.Lazım gəldikdə ciblər cərrahi yolla küretaj edilir, damağin plastikası həyata keçirilir. Simptomların tam aradan qaldırılması üçün təbii dərman aplikasiyalarından, masajdan istifadə edilir, ümumi səbəblər araşdırılaraq müalicə edilir. Əgər damağınızda hər hansı problem varsa, siz “Xarizma”diş klinikasına müraciət edə bilərsiniz. Profesional həkimlərimiz müasır müalicə metodları ilə sizin problemlərinizi həll etməyə hazırdırlar.

C vitamini orqanizmdə oksidləşmə-reduksiya prosesində mühüm rol oynayır.Qidada C vitamini çatışmayanda orqanizmdə skorbu...
02/08/2013

C vitamini orqanizmdə oksidləşmə-reduksiya prosesində mühüm rol oynayır.Qidada C vitamini çatışmayanda orqanizmdə skorbut xəstəliyi baş verir. Bu xəstəlik zamanı diş əti qanayır, ağızın selikli qişasi zədələnir, oynaqlarda agrılar baş verir. İnsanda qan azlığı baş verir. C vitamini çatışmazliği ən çox, yaz aylarında baş verir.C vitamini ən çox itburnunda, qara qarağatda, limonda, soğanda, portağalda və bitkilərin yaşıl hissələrində olur.Orqanizmin gündəlik C vitamininə olan ehtiyacı 50-78 milliqram hesablanır.

10/07/2013
02/01/2013

salam millet
sizin haminizi yeni il munasibeti ile tebrik edirem

01/01/2013

Gözəl təbəssüm üçün, sağlam dişlər lazımdı :)

Address

Ismayıllı
YOXDUR

Website

Alerts

Be the first to know and let us send you an email when Muasir Stomatologiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Muasir Stomatologiya:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram