Uptodate in Medicine

Uptodate in Medicine UPTODATE IN MEDICINE provides healthcare consulting solutions as well as promotes evidence-based med Uptodate in Medicine-dən kim istifadə edir?

Uptodate in Medicine həkimlər tərəfindən həkimlər və digər tibb işçiləri üçün yaradılmış və dinamik inkişaf etdirilən kliniki məlumat mənbəyidir. Uptodate in Medicine-də toplanan materiallar ən son kliniki məlumatlara, qabaqcıl tibbi cəmiyyətlərin təlimatları, kliniki tədqiqatların nəticələrinə əsaslanır. UptodateİnMedicine-də təqdim edilən məlumat həkimlər və digər səhiyyə işçiləri tərəfindən praktikalarında yaranan əksər suallara cavab əldə etməyə imkan yaradır. Gündəlik yenilənən kontent Uptodate in Medicine-in elmi redaksiya heyəti tərəfindən izlənilən yüzlərlə aparıcı tibbi jurnal və elektron kitabxanaların monitorinqi və araşdırılması nəticəsində əldə edilir. Hər bir məqalə, hər bir tövsiyə kliniki təcrübəyə və elmi əsaslarla təmin edilir, sonuncu tədqiqatlara arxalanır. Hər bir yenilik araşdırıldıqdan sonra mövcud olan materiala inteqrasiya edilir və ya köklü dəyişiklik olduqda isə əvvəlki material tamamilə əvəzlənir. Mübahisəli hallarda həkimlərə müxtəlif tədqiqatların nəticələri, kliniki təcrübədən nümunələr və elmi cəmiyyətlərin verdiyi tövsiyə və təlimatlar sintez olunmuş tərzdə təqdim edilir. Uptodate in Medicine xəstəxanalar, tibb universiteti, tibb məktəbləri, rezidentlər, tələbələr, tibb bacıları, farmaseptlər, tədqiqatçılar, müəllimlər və digər tibbi işçiləri tərəfindən istifadə edilir.

05/09/2024
05/09/2024
23/08/2024

❗️XOAX kəskinləşməsi riski yüksək olan xəstələrdə kardioselektiv beta-blokada (May 2024)❗️

☑️Müşahidəli tədqiqatlar göstərir ki, kardioselektiv beta-blokatorların istifadəsi XOAX olan xəstələrdə ölüm riskini və XOAX-ın kəskinləşməsini azalda bilər; lakin kardioloji xəstəliyə görə beta blokatorlara göstərişi olmayan xəstələrdə aparılan randomizə edilmiş sınaqlarda, beta blokatorların tətbiqi ilə XOAX-ın kəskinləşməsinin mümkün artımı görülmüşdür.
☑️Yeni çoxmərkəzli klinik sınaqda orta-ağır XOAX ilə tez-tez kəskinləşmə epizodları (ildə ≥2) olan 515 xəstə təsadüfi olaraq gündə 5 mq-a qədər bisoprolol və ya plasebo qəbuluna görə iki qrupa ayrılmışdır]. Xəstənin bildirdiyi orta və ağır XOAX kəskinləşməsi və XOAX-a görə xəstəxanaya yerləşdirilmə bu iki müalicə qrupunda demək olar ki, eyni idi. Ciddi mənfi hadisələrin tezıiyi də oxşar idi. ✅Bu məlumatlar göstərir ki, XOAX olan, lakin ürək-damar xəstəliyi olmayan xəstələrdə kardioselektiv beta-blokada çox güman ki, təhlükəsizdir, lakin XOAX-ın alovlanmalarını azaltmaq üçün faydalı deyil.

ƏTRAFLI: www.MDreference.az

15/08/2024
05/08/2024

Amerika Ürək Assosiasiyasının ACLS -
TƏKMİL KARDİOVASKULYAR HƏYATA DƏSTƏK TƏLİMİ üçün qeydiyyat davam edir❗
🗓Tarix: 26-27 sentyabr 2024-cü il
✔Təlimin içindəkilər:
Təlimdə miokard infarktı, insult, aritmiyalar, defibrilyasiya və kardioversiya, sepsis və septik şokda reanimasiya tədbirləri, ürək dayanması, peysmeykerin istifadəsi və kardiovaskulyar və pulmonar farmakoterapiyaya geniş yer ayrılıbdır.
✔Nəzəri biliklərlə yanaşı təlimdə intensiv praktik bacarıqlar öyrədilir.
🔹Təlimin sonunda yazılı imtahan və Meqakoddan ibarət bacarıqların yoxlanması üçün real klinik halların simulyasiyaları tətbiq edilir.
🔹Tədbirdə iştirak edənlərə sertifikat və imtahandan keçənlərə Amerika Ürək Assosiasiyasının bütün dünyada tanınan beynəlxalq sertifikatı verilir.
📍Qeydiyyat:
https://www.uimconsulting.com/az/site/course/342
☎️ : 050 243 86 71

05/08/2024

Yeni məqalə.
📢”SUBARAXNOİDAL QANAXMA” adlı klinik tövsiyələri elə indi keçid alaraq oxuyun:
https://mdreference.az/article/content/953

———————
2000-ə yaxın protokol, metodik tövsiyə, klinik praktik təlimatların məkanı olan: www.MDreference.az internet saytına indi keçid alın
və ya “MD Reference” mobil tətbiqini Android və İOS əməliyyat sistemli telefonlar üçün yükləyin.
———————
«MD Reference” imternet platforması və mobil tətbiqinin əsas məqsədi klinik qərarların qəbulunda həkim və orta tibb işçilərinə dəstək olmaqdır.

05/08/2024

Yeni məqalə.
📢”KƏSKİN BÖYRƏK ZƏDƏLƏNMƏSİ” adlı klinik tövsiyələri elə indi keçid alaraq oxuyun:
https://mdreference.az/article/content/1314

———————
2000-ə yaxın protokol, metodik tövsiyə, klinik praktik təlimatların məkanı olan: www.MDreference.az internet saytına indi keçid alın
və ya “MD Reference” mobil tətbiqini Android və İOS əməliyyat sistemli telefonlar üçün yükləyin.
———————
«MD Reference” imternet platforması və mobil tətbiqinin əsas məqsədi klinik qərarların qəbulunda həkim və orta tibb işçilərinə dəstək olmaqdır.

05/08/2024

❗️Hamiləlik zamanı peyvəndlər təhlükəsizdirmi??❗️

👩‍⚕️Bu, vurmaq istədiyiniz peyvəndin növündən asılıdır. Hamiləlik dövründə təhlükəsiz və sağlam qalmaq üçün hamilə qadınların müəyyən peyvəndlər almaları vacibdir. Hamiləlik zamanı peyvəndlər körpəni də qoruya bilər. Ananın orqanizmi xəstəliyə qarşı anticismlər istehsal edir və bu anticismlər ciftdən (plasentadan) keçərək yenidoğulmuş körpəni artıq qorumağa başlayır.
👩‍⚕️Peyvəndlər həm də potensial olaraq ciddi infeksion xəstəliklərin anadan körpəyə ötürməsinin qarşısını alır.
Vurulması vacib olan bəzi peyvəndlərlə yanaşı, hamiləlik zamanı vurulması həkimlər tərəfindən tövsiyə edilməyən peyvəndlər də var.
👩‍⚕️Hamiləlik zamanı tövsiyə edilməyən peyvəndlərə aşağıdakılar aiddir:
☑ hamiləlikdə təhlükəsizliyi yoxlanmamış peyvəndlər,
☑ tərkibində zərərsizləşdirilmiş (inaktivasiya olunmuş) deyil, məhz canlı, zəiflədilmiş viruslar olan peyvəndlər
☑ Qeyd: zərərsizləşdirilmiş (inaktivasiya olunmuş) virusdan hazırlanmış peyvənd sizdə xəstəlik törədə bilməz. Lakin, canlı, zəiflədilmiş viruslardan hazırlanmış peyvənd nəzəri olsa belə, xəstəliyə səbəb ola bilər.

👩‍⚕️Bəzən isə hamiləlik zamanı sizə spesifik ... ...

Bu və digər suallara Burla Xatun mobil tətbiqində cavabları əldə edin.
🚼 Daha ətraflı “Burla Xatun” mobil tətbiqinin Gündəlik Tövsiyələrin 250-ci günüdə və ya BLOQ bölməsində tanış ola bilərsiniz.
📲Burla Xatun tətbiqini tam ödənişsiz yükləyin:
https://onelink.to/28fzun

05/08/2024

TƏKMİL PEDİATRİK HƏYATA DƏSTƏK TƏLİMİ - PALS
🗓Tarix: 1-2 oktyabr 2024-cü il
PALS və ya Təkmil Pediatrik Həyata Dəstək təlimi Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsili və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan irəliləmiş təlim kursudur.
2 günlük təlimdə əhatə olunacaq mövzular:
➡ uşaqlarda təcili və təxirəsalınmaz klinik halların idarə olunması
➡ klinik alqoritmlərin tətbiqi
➡ respirator çatışmazlıq hallarının menecmenti,
➡ obstruktiv, distributiv, hipovolemik və kardiogen şoklarda təxirəsalınmaz yardım
➡ aritmiyaların diaqnostikası və menecmenti
➡ ürək dayanması, bradi- və taxiaritmiyaların müalicəsi,
➡ EKQ-nin əsasları və s.
❗️Qeydiyyat: https://www.uimconsulting.com/az/site/course/343
📞Əlaqə : 050 243 86 71

02/08/2024

❗️JILBERT SINDROMU VƏ SARILIQ❗️

👩‍⚕️Jilbert sindromu olan insanlarda bilirubinin emalına cavabdeh gen mutasiyaya məruz qalmış olur. Buna görə, qaraciyər hüceyrələrinin köhnə qırmızı qan hüceyrələrinin parçalanması nəticəsində əmələ gəlmiş bilirubini emal etmə qabiliyyəti pozulmuş olur.
☑ Belə ki, Jilbert sindromu olan insanlarda qanda bilirubinin səviyyəsini normada saxlamaq üçün tələb olunan fermentin səviyyəsi yetərli olmur. Nəticədə onların orqanizmində bilirubin miqdarı normadan artıq olur.
☑ Bilirubinin miqdarının normadan çox olması isə hiperbilirubinemiya adlanır. Qanda bilirubin miqdarı həddindən çox olduqda, sarılıq (dəri və gözlərin sarımtıl rəngə boyanması) inkişaf edir.

👩‍⚕️Jilbert sindromunun diaqnostikası və müalicəsi necə aparılır?
☑ Bu sindromun diaqnostikası üçün ... ...

🚼 Daha ətraflı bu linkdən tanış ola bilərsiniz:
https://videodoktor.az/disease/794

🚼 Youtube kanalımıza abunə olmağı unutmayın:
https://www.youtube.com/
Aparıcı mütəxəssislərin tövsiyələrini Sizin üçün əlçatan etdik.

30/07/2024

❗️QURU GÖZLƏR SİNDROMU NƏDİR?❗️

👩‍⚕️Quru göz sindromu üç gözyaşı qatından ibarət olan və gözün səthini örtən və qoruyan gözyaşı təbəqənizin zədələnməsi ilə müşayiət olunan vəziyyətdir. Aydın və rahat görmək üçün sizə hamar və sabit gözyaşı təbəqəsi lazımdır. Gözyaşı qatının pozulması yanma, qaşınma, sulanma və ya bulanıq görmə kimi xoşagəlməz simptomlara səbəb ola bilər.
👩‍⚕️Bir çox fərqli faktor gözyaşı qatının lazım olduğu kimi işləməsinə mane ola və gözlərin qurumasına səbəb ola bilər. Buna görə tibb işçiləri quru göz sindromunu çoxfaktorlu xəstəlik hesab edirlər. Onun səbəbləri və risk faktorları çoxsaylı və mürəkkəbdir. Beləliklə, problemin kökünə varmaq və simptomlarınıza nəyin səbəb olduğunu müəyyən etmək üçün vaxt tələb oluna bilər.
👩‍⚕️Əgər quru göz sindromundan əziyyət çəkirsinizsə, həm səbəblərin aşkar edilməsi, həm də müalicə üçün oftalmoloq və ya optometristə müraciət etmək vacibdir.

👩‍⚕️Quru gözlər nəyin əlaməti ola bilər?
Quru göz öz-özünə və ya digər xəstəliklərlə yanaşı baş verə bilər. Bəzi hallarda quru gözlər aşağıdakıların əlamətidir:
☑ Şöqren sindromu (su çatışmazlığı ilə əlaqəli quru göz sindromu olan insanların təxminən 10%-də Şöqren sindromu müəyyən edilir).
☑ Şəkərli diabet (şəkərli diabeti olan insanlarda bir ağırlaşma kimi, quru göz xəstəliyinin inkişafı ehtimalı 50%-dir).
☑ Qalxanvari vəzin xəstəlikləri ilə əlaqəli göz xəstəliyi.
☑ Blefarit.

👩‍⚕️Quru gözlər sindromunun müalicəsi necə aparılır?.. ...

🚼 Daha ətraflı bu linkdən tanış ola bilərsiniz: https://videodoktor.az/disease/799

🚼 Youtube kanalımıza abunə olmağı unutmayın: https://www.youtube.com/
Aparıcı mütəxəssislərin tövsiyələrini Sizin üçün əlçatan etdik.

Address

World Business Center, Səməd Vurğun Küçəsi, 53
Baku

Alerts

Be the first to know and let us send you an email when Uptodate in Medicine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uptodate in Medicine:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram