08/11/2025
🇦🇿 Zəfər Gününüz mübarək! 🇦🇿
Bugün, şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfəri bir daha dərin iftixarla anırıq. Hər birimiz üçün bu gün, igid əsgərlərimizin vətən sevgisi, azadlıq ruhu və fədakarlığı ilə qazanılmış bir gündür. Məhz onların cəsarəti və birliyi sayəsində ədalət bərpa olundu və torpaqlarımız azadlığa qovuşdu.
Vətənimizə olan sevgi və bağlılıq hər birimizin ürəyində əbədi yaşayacaq! Bu müqəddəs Zəfər Günündə, şəhidlərimizi rəhmətlə anır və qazilərimizə dərin hörmətimizi bildiririk. Azərbaycanımız hər zaman güclü, hər zaman azad və müstəqil olsun!
Zəfərimiz mübarək, Qarabağ Azərbaycandır!