22/04/2026
Oyunu qazanmaq gözəldir, lakin uzun müddət ekran qarşısında qalmaq göz sağlamlığına mənfi təsir göstərir.
Kompüter, telefon və digər rəqəmsal cihazlara davamlı baxmaq göz qırpma tezliyi azalır. Bu hal göz səthinin kifayət qədər nəmlənməməsinə və nəticədə quru göz sindromunun yaranmasına səbəb olur. Quru göz zamanı pasiyentlərin gözündə yanma hissi, batma, qızartı, yorğunluq və zaman-zaman bulanıq görmə müşahidə olunur.
Uzun müddət davam edən bu vəziyyət göz səthində narahatlıq yaradır və görmə keyfiyyətini zəiflədir. Xüsusilə gün ərzində saatlarla ekran qarşısında çalışan və ya oyun oynayan şəxslər isə risk qrupuna daxildir.
Bu təsirlərin qarşısını almaq üçün mütəmadi fasilələr vermək, ekranla göz arasındakı məsafəni qorumaq və gözlərin qurumasının qarşısını almaq vacibdir.
Əgər qeyd olunan şikayətlər davamlı xarakter daşıyırsa, vaxtında oftalmoloji müayinə olunmaq tövsiyə edilir. Erkən diaqnoz və düzgün yanaşma göz sağlamlığının qorunmasında mühüm rol oynayır.
Ətraflı məlumat və qeydiyyat üçün:
📱+994 50 310 4033 (WhatsApp)
☎️ +994 50 720 3233
📍Ünvan: Lənkəran şəhəri, Soltanağa Bayramov 19 (“Xan evi”nin yanı)