Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Tibb Kolleci

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Tibb Kolleci Lənkəran Tibb kolleci- Resmi sehifesi

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı şəhərində Kitab sərgisi keçirilib. Səhiyyə Nazirliyi Lənkər...
04/05/2026

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı şəhərində Kitab sərgisi keçirilib. Səhiyyə Nazirliyi Lənkəran Tibb Kolleci də öz stendi ilə kolleci haqqında yazılan kitablara sərgiyə dəvət alıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə  YAP Lənkəran rayon təşkilatında xeyriyyə ...
01/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə YAP Lənkəran rayon təşkilatında xeyriyyə məqsədi ilə qanvermə aksiyası təşkil edilib. Aksiyada YAP Lənkəran rayon təşkilatının əməkdaşları, YAP fəalları, rayonun idarə və müəssisə rəhbərləri, ali və orta ixtisas təhsil ocaqlarının nümayəndələri də daxil olmaqla 150 nəfərə yaxın partiya üzvü könüllü şəkildə iştirak ediblər.
Aksiya zamanı Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecinin müəllim və tələbə heyətidə iştirak etdi. Keçirilən qanvermə aksiyası partiya üzvlərinin ölkəmizdə həyata keçirilən humanist tədbirlərdə fəal iştirakının bariz nümunəsidir. Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev mütəmadi qan köçürülməsinə ehtiyacı olan pasiyentlər üçün hər bir donorun verdiyi qan həyatın qorunmasında əvəzsiz rol oynadığını, bu kimi təşəbbüslərin davamlı şəkildə reallaşdırılması cəmiyyətin sağlamlıq rifahına mühüm töhfə verdiyini bildirib. Qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün sağlamlığı imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırıb.

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecinin 350-ci qrupu Lənkəran Mərkəzi Xəstəxanasında diplomqabagı təcrübə keçirlər. T...
30/04/2026

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecinin 350-ci qrupu Lənkəran Mərkəzi Xəstəxanasında diplomqabagı təcrübə keçirlər. Təcrübə müddətində tələbələr nəzəri biliklərini praktik mühitdə tətbiq etmək imkanı qazanmış, xəstələrlə ünsiyyət, tibbi prosedurların icrası və komanda şəraitində işləmək bacarıqlarını inkişaf etdirirlər.
Təcrübə prosesində tələbələr müxtəlif şöbələrdə fəaliyyət göstərərək həkim və tibb heyətinin iş prinsipləri ilə yaxından tanış olur, müasir tibbi avadanlıqlardan istifadə qaydalarını öyrənirlər. Bu təcrübə onların gələcək peşə fəaliyyətinə hazırlıq baxımından mühüm rol oynayacaqdır.

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecində  Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, a kademik Zərifə xanı...
29/04/2026

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecində Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, a kademik Zərifə xanım Əliyevanın 103 il həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Lənkəran Rayon Yeni Azərbaycan Partiyası ( YAP) Ərazi Partiya Sədri Kamilə Peysudə çıxış edib və partiya sıralarına qoşulan bir qrup gəncə Partiyanın vəsiqələri təqdim olunub.

28/04/2026
28.04.2026-ci il tarixində Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecində Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri dokt...
28/04/2026

28.04.2026-ci il tarixində Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecində Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.İlk öncə Ulu Öndərimiz Heydər Əliyev və Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirin
açılışını Kollecimizin direktoru əvəz edicisi Solmaz Babayeva açıq elan etmişdi. Akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi. Akademik Zərifə xanım Əliyeva apardığı araşdırmalar, elmi tədqiqatlar əsasında bir sıra geniş yayılmış göz xəstəliklərini müalicə etmişdir. Daha sonra sözu Lənkəran Astara Regional Gənclər və İdman idarəsinin rəis müavini Könül Manafovaya verildi. Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında bu fikirləri söyləmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. Öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan Xalqının qəlbində əbədi yaşayacaqdır. Daha sonra Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx kollecin tələbələrinin hazırladığı şeirlər və musiqilər nümayiş olundu.

Lənkəranda “Gözlərə nur, qəlblərə ümid bəxş edən alim” adlı tədbir keçirilib. Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Siste...
28/04/2026

Lənkəranda “Gözlərə nur, qəlblərə ümid bəxş edən alim” adlı tədbir keçirilib. Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gözlərə nur, qəlblərə ümid bəxş edən alim” adlı tədbir keçirilib. Tədbirdə rayonun ziyalıları, məktəblilər, ictimaiyyət nümayəndələri və kitabxana əməkdaşları iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Lənkəran MKS-in Xidmət şöbəsinin baş kitabxanaçısı Afaq Mirzəyeva çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, onun insanlara bəxş etdiyi nurdan, yüksək mənəvi keyfiyyətlərindən və zəngin irsindən geniş bəhs edib. O qeyd edib ki, Zərifə xanım Əliyeva yalnız böyük alim deyil, həm də qayğıkeş ana, vətənpərvər ziyalı kimi xalqımızın yaddaşında daim yaşayır. Tədbirdə Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecinin tələbələri Nərmin Rüstəmova və Rəvanə Bəşirli, III-dəfə respublika mahnı müsabiqəsi laureatı Allahverən Pərvizoğlu çıxış edərək Zərifə Əliyevanın elmi fəaliyyəti, insanlara olan sonsuz sevgisi və gənc nəsil üçün örnək olan həyat yolundan danışıblar. Onlar çıxışlarında Zərifə xanımın oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərin bu gün də aktuallığını qoruduğunu, onun elmi irsinin müasir tibb elminə mühüm töhfələr verdiyini xüsusi vurğulayıblar.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

27/04/2026

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kolleci Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Yaşıl şəhər, sağlam canlılar” layihəsi “Gələcəyin Şəhərləri” Gənclər həftəsi çərçivəsində uğurla həyata keçirildi.
Layihə çərçivəsində müəllim və tələbələrin iştirakı ilə dənizkənarı ərazidə təmizlik aksiyası təşkil olundu. İştirakçılar ətraf mühitin qorunmasının vacibliyini bir daha vurğulayaraq sahilboyu əraziləri tullantılardan təmizlədilər. Aksiya zamanı gənclər həm ekoloji maarifləndirmə baxımından biliklərini artırdı, həm də təbiətin qorunmasına öz töhfələrini verdilər. Bu kimi təşəbbüslər sağlam mühitin formalaşdırılmasında və gələcək nəsillərə daha yaşıl bir dünya ötürülməsində mühüm rol oynayır.
Unutmayaq ki, təmiz və sağlam mühit gələcəyin şəhərlərinin əsasını təşkil edir. Bu gün atılan hər bir kiçik addım sabahın daha yaşıl, daha dayanıqlı və yaşanılabilir şəhərlərinin qurulmasına xidmət edir.

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecinin müəllim və tələbə heyəti şəhid Zülfüqarzadə Fariz Fərhad oğlunun  ev muzeyini...
27/04/2026

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecinin müəllim və tələbə heyəti şəhid Zülfüqarzadə Fariz Fərhad oğlunun ev muzeyini ziyarət ediblər. Şəhidin anası onun vətənpərvərliyi haqqında gənclərə örnək olacaq məlumatlar danışıb.

24/04/2026

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kolleci Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Yaşayan Tarix: Lənkəran şəhəri” layihəsi “Gələcəyin Şəhərləri” Gənclər həftəsi çərçivəsində uğurla həyata keçirilib. Layihə çərçivəsində tələbələr müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərdə iştirak edərək Lənkəran şəhərinin tarixi məkanları, mədəni irsi və turistik əhəmiyyət daşıyan yerləri haqqında araşdırmalar apardılar. Ekskursiyalar zamanı qala qapıları, samovar abidəsi, bambuq meşələri, çay plantasiyası və Xan evi-muzeyi kimi məkanları ziyarət edərək şəhərin zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış oldular. Bu layihə tələbələrin həm biliklərinin artmasına, həm də sosial əlaqələrinin güclənməsinə mühüm töhfə verib.
“Yaşayan Tarix: Lənkəran şəhəri” layihəsi bir daha göstərdi ki, tarixini və mədəniyyətini yaxşı tanıyan gənclər gələcəyin şəhərlərinin qurulmasında daha şüurlu və məsuliyyətli rol oynayırlar.

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecində 23.04.2026-cü il tarixində "Narkotik aslılığı problemində ailələrin rolu, val...
23/04/2026

Səhiyyə Nazirliyi Lənkəran Tibb Kollecində 23.04.2026-cü il tarixində "Narkotik aslılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə mətumatın artırılması" məqsədi ilə 2025-2030-cu illər üçün Dövlət Proqramı " çərçivəsində "Narkamaniyaya Yox Deyək" mövzusuna dair marifləndirici tədbir keçirilib.Kollecin Müəllimi Fərəcov Mülayim Narkamaniyanin orqanizmə Fəsadları fiziki təsirləri və onlarin qarşısının alınması istiqamətində tələbərə geniş məlumat verilib və tələbələrin sualları cavablandırılıb.

Address

Lankaran
AZ4200

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994252553425

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Tibb Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share