14/04/2026
Əvvəllər qaraciyər yağlanması əsasən alkoqolla əlaqələndirilirdi və bu vəziyyət Alkoqol mənşəli qaraciyər xəstəliyi kimi tanınırdı. İndi isə daha geniş yayılmış forma var — Qeyri-alkoqol mənşəli qaraciyər yağlanması. Bu, artıq həyat tərzi ilə birbaşa bağlıdır.
• Şəkər və xüsusilə fruktoza ilə zəngin qidalar
• Paketlənmiş və işlənmiş məhsullar
• Trans yağlar və sürətli qidalanma
• Hərəkətsiz həyat tərzi
Bu prosesin mərkəzində isə İnsulin dirənci dayanır. İnsulin dirənci olanda:
• Hüceyrələr şəkəri düzgün istifadə etmir
• Artıq şəkər yağ formasında toplanır
• Qaraciyər bu yağın əsas yığıldığı yer olur