Dr. Nuranə Quliyeva

Dr. Nuranə Quliyeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Nuranə Quliyeva, Doctor, Elşad Hüseynov küçəsi, Masali.

Qarlı gündə işə gəldik — çay, gülüş və kollektiv bonusu ilə ❄️☕😂
20/01/2026

Qarlı gündə işə gəldik — çay, gülüş və kollektiv bonusu ilə ❄️☕😂

Yoğun bağırsaqları necə müayinə etməliyik? Yoğun bağırsaqlarda polip,eroziya,Xərçəng varsa,və ya daxili babasil olmasını...
13/10/2025

Yoğun bağırsaqları necə müayinə etməliyik? Yoğun bağırsaqlarda polip,eroziya,Xərçəng varsa,və ya daxili babasil olmasını hansı müayinə ilə bilmək olar? Yoğun bağırsaqların ən informativ müayinə üsulu kolonoskopiyadır.
Kolonoskopiya — qalın bağırsağın (yoğun bağırsağın) daxildən xüsusi endoskop cihazı ilə müayinəsidir 🩺.
Bu prosedur zamanı ucunda kamera və işıq olan uzun, elastik borucuq (kolonoskop) bağırsağa daxil edilir və həkim monitor vasitəsilə onun daxili səthinə baxa bilir.
- Nə üçün aparılır?
Qanlı nəcis, səbəbsiz qarın ağrısı, səbəbi bilinməyən qanazlığı,ishal və ya qəbizliyin səbəbini araşdırmaq üçün,Polipləri aşkar edib çıxarmaq üçün,Xərçəng və ya iltihabi bağırsaq xəstəliklərini vaxtında aşkarlamaq üçün,Diaqnoz qoymaq və ya müalicə məqsədi ilə (məs., qanaxmanı dayandırmaq),ailə üzvlərində bağırsaq xərçəngi olanlarda profilaktik məqsədlə( bu zaman valideyn və ya bacı-qardaşda bağırsaq xərçəngi aşkar edildiyi yaşdan 10 il çıxılır və o yaşdan profilaktik müayinələrə başlanır),
-Xüsusiyyətləri:
Adətən qısa yuxu (sedasiya) altında aparılır, xəstə ağrı hiss etmir.Müayinə adətən 20-40 dəq davam edir.
Təhlükəsiz və informativ müayinə üsuludur.
Profilaktik olaraq 45 yaşdan yuxarı hər kəsə, risk qrupunda isə daha tez-tez məsləhət görülür.
- Necə hazırlıq görülür?
Müayinədən 1 gün əvvəl xüsusi bağırsaq təmizləyici dərmanlar 1 st ilıq suda həll edilib saat 16.00 və 20.00 içilir və hər dəfə əlavə 2lt maye qəbul edilir. Qidalanma yüngül və duru olmalıdır,sancı olarsa Espumizan 2tab 3dəfə qəbul etmək olar. Müayinə günü xəstə acqarına gəlməlidir,65yaşdan yuxarı şəxslər əvvəlcədən kardioloq müayinəsindən(EKQ,EXOKQ)keçməlidir.
-Alətlər necə təmizlənir? Kolonsokop aləti hər xəstədən sonra tibb bacısı tərəfindən yuyulur və xüsusi dezinfeksiyaedici məhlullda 15-20 dəq gözlədilir. Daha sonra durulanır və istifadə edilir.
- Uşaqlar da kolonoskopiya olunur mu?
Bəli,uşaqlarda da nəcisdə qan,selik,irin varsa,səbəbi bilinməyən qarın ağrısı varsa sedasiya ilə kolonoskopiya icra edilir. Uşaqlar üçün xüsusi pediatrik kolonoskop istifadə edilir.

Mədə ağrısını azaldan, rahatladan qidalar hansılardır? -BANAN, mədə turşuluğunu azaldır. Tərkinində təbii antasidlər var...
10/10/2025

Mədə ağrısını azaldan, rahatladan qidalar hansılardır?
-BANAN, mədə turşuluğunu azaldır. Tərkinində təbii antasidlər var, yanma və ağrını azaldır. Tərkibi kaliumla zəngindir,spazmı aradan qaldırır. Ancaq mədə xorası olanlar diqqətli olmalıdır.
-ALMA,tərkibindəki pektin var,xüsusilə bişmiş halda həzmi yaxşılaşdırır.
-XURMA(quru),selikli qişanı qoruyur.
-ŞAFTALI,iltihabı azaldır
-KƏLƏM,tərkibindəki qlutamin,mədə selikli qişasını bərpa edir. Bişmiş halda istifadə etmək məsləhətdir
-YERKÖKÜ,mədə seliyini gücləndirir. Bişmiş halda məsləhətdir
-XİYAR,mədə turşuluğunu azaldır,otaq temperaturunda istifadə olunmalıdır.
-BALQABAQ,püre və ya şorba şəklində faydalıdır
-DÜYÜ HƏLİMİ,ən yumşaq,qoruyucu qidalardan biridir.ancaq qəbizliyi olanlar ehtiyatlı olmalıdır
-ZƏNCƏFİL,iltihab əleyhinədir,ancaq boş mədəyə qəbul etmək olmaz.

Mədə ağrısında istifadə etmək olmaz!
-NAR,turş,büzücü təsir edir,turşuluğu artırır.
-SİTRUS MEYVƏLƏRİ,Mandarin,portağal
-XURMA,ANANAS
-TURŞ ALMA növləri
-SOĞAN,SARIMSAQ
-POMİDOR,TURP
-Paxlalılar(noxud,lobya,mərcimək)
-SÜD,əvvəlcə turşuluğu azaltsa da sonradan turşulğu çox yüksəldir!!!
⛔️Çips,Paketli qəlyanaltılar,kolbasa-sosis kimi qidalarda yüksək miqdarda trans yağ,duz olduğu üçün mədə xərçənginə səbəb ola bilər.

Mədə ağrısı sadəcə mədə nahiyəsində olmaya bilər. Ağrı çox vaxt kürəyə yayılan olur. Bu ağrının səbəbləri müxtəlifdir. B...
07/10/2025

Mədə ağrısı sadəcə mədə nahiyəsində olmaya bilər. Ağrı çox vaxt kürəyə yayılan olur. Bu ağrının səbəbləri müxtəlifdir. Bu
-mədə xorası və ya xoranın deşilməsi, qanaması,
- qida borusunda yara
- mədənin çıxacaq hissəsinin spazmı
-mədə sallanması
- öd kisəsinin daşı, öd yollarının spazmı
- hətta ÜRƏK xəstəliklərinin əlaməti olaraq bilər.
Bəs necə fərqləndirək?
- Əgər ağrı yandırıcı tipdədirsə qida borusu yarası
-yeməkdən sonra sakitləşirsə mədə xorası
-gecə yuxudan oyadırsa 12 barmaq bağırsaq xorası
-bıçaq batmış kimi dözülməzdirsə xora deşilməsi
-hərəkətlə əlaqəsi varsa ürək xəstəlikləri( hətta İNFARKT) əlaməti ola bilər.
Ona görə mədə ağrısında dərhal ağrıkəsicilər istifadəsinə qaçmaq olmaz. Əgər xora və ya qastrit varsa daha da ağırlaşa bilər.
Bu zaman ilk olaraq
- spazmı götürən dərmanlar( No-şpa forte 80mg ,Spascupreel 2 tab hər 15 dəq bir dilaltına 2 saat ərzində)
-mədə turşuluğunu azaldan dərmanlar(Omez,Pantap,Rabezol),ancaq bu dərmanlar mədədə polip, nazik bağırsaqda bakteriya inkişafı, osteporoz yarandığı üçün uzun müddət içmək olmaz!!!
- bürüyücü siroplar(Almagel,Maalox) istifadə edilməlidir. Tərkiblərində Alüminium kimi ağır metal olduğu üçün 2 həftə-1 aydan çox içmək olmaz!!!
Ev şəraitində isə çobanyastığı,razyana çayı, ilıq su qəbulu,banan kimi bürüyücü qida istifadə etmək olar. Ancaq şiddətli qəfil başlayan ağrı,qara nəcis,soyuq tər basması xora deşilməsinin əlaməti olub təhlükəli ola bilər. Bu halda dərhal həkimə müraciət etmək lazımdır. ,

Dəyərli həkim yoldaşlarım və pasiyentlərimiz, Dünyaca məşhur Professor, hocamız Serhat Bor ölkəmizə pasiyent qəbuluna gə...
22/02/2025

Dəyərli həkim yoldaşlarım və pasiyentlərimiz, Dünyaca məşhur Professor, hocamız Serhat Bor ölkəmizə pasiyent qəbuluna gəlir. Yararlanmaq istəyənlər mənə müraciət edə bilər.

Qastroeneteroloji kursda( GASTRO MODUL ) MANOMETRİYA VƏ PH METRİYA-İMPEDANS haqqında çıxış etmək qürur vericidir.
02/11/2024

Qastroeneteroloji kursda( GASTRO MODUL ) MANOMETRİYA VƏ PH METRİYA-İMPEDANS haqqında çıxış etmək qürur vericidir.

Tibb üzrə fəlsəfə doktoru, dosent Gülüstan xanım Babayeva, həkimlərin inkişafı üçün yaratdığı şəraitə görə təşəkkürümü b...
02/11/2024

Tibb üzrə fəlsəfə doktoru, dosent Gülüstan xanım Babayeva, həkimlərin inkişafı üçün yaratdığı şəraitə görə təşəkkürümü bildirirəm.

📍Ünvan-Bioloji Təbabət Klinikası🏥📍Əlaqə - (050) 486 87 47☎️
26/08/2024

📍Ünvan-Bioloji Təbabət Klinikası🏥
📍Əlaqə - (050) 486 87 47☎️

COVID - 19: Qastroenterologiya sahəsi üçün Klinik Məlumatlar1- Yetişkinlərdə ən sıx görülən simptomlar öskürək, qızdırma...
18/03/2020

COVID - 19: Qastroenterologiya sahəsi üçün Klinik Məlumatlar
1- Yetişkinlərdə ən sıx görülən simptomlar öskürək, qızdırma, halsızlıq və ya boğaz ağrısıdır.
2- Qastrointestinal simptomlar bəzi tədqiqatlarda 5 %’ dən az, bəzilərində isə 50% təşkil edir. Hərarət və öskürəkdən əvvəl sadəcə ishal ilə aşkar olunan xəstələr də bildirilmişdir.
3- Virus çox güman ki qastrointestinal sekresiyalarda olur və virus RNT nəcisdə təyin olunur. Bu səbəblə fekal oral yoluxmaya diqqət edilməlidir.
4- Xəstəliyin asemptomatik olduğu prodromal dövrdə (inkübasiya müddəti təxmini 5 gün olub 14 günə qədər uzanabilər) yoluxma mümkündür və semptomatik dövrdə yoluxma riski daha yüksəkdir.
5- Xəstələrin təxminən 20-30 % ’də qaraciyər testləri anormal olur.
6- Covid 19 infeksiyası olanlarda leykosit miqdarı düşür və yüksək WBC p*s proqnostik faktordur.
7- Yaşlılar və ürək xəstəliyi, ağciyər xəstəliyi, diabet, dekompansasiya mərhələsində siroz, aşağı CD4 sayı olan HIV ve immünosupresiya kimi (qaraciyər və digər orqan nəqli olanlar daxil) şiddətli xroniki xəstəliyi olanlar riskli qrup olaraq bildirilir. Hamiləlik bir risk faktoru olabilər.
8- Virus yoluxmasından qorunmaq üçün ən yaxşı tədbirlər:
• Əlləri yumaq
• Üzünüzə toxunmamaq
• Öskürək zamanı etik qaydalara əməl etmək
• Sosial məsafə qoymaq
• İnsanların sıx toplandığı yerlərdən uzaq durmaqdır
,

14/03/2020
14/03/2020
Öyle insanlar çıkar ki karşımıza. Hayattan soğutur. Ne yazık ki böyleleri ile dolu etrafımız. Çok şükür ki parmakla sayı...
02/08/2019

Öyle insanlar çıkar ki karşımıza. Hayattan soğutur. Ne yazık ki böyleleri ile dolu etrafımız. Çok şükür ki parmakla sayılıcak kadar az da olsa iyiler de var. Artık liste tutuyorum. "Altından kiymetli insanlar" . Allahım, karşıma çıkardığı her iyi insan için 10 insan adını taşımayanı unutucam. Ve listemdekilerden Uzm. Dr. Ali Şenkaya... @ Ege Üniversitesi Tıp Fakültesi Hastanesi

Address

Elşad Hüseynov Küçəsi
Masali

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Nuranə Quliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category