MediPark Mingachevir

MediPark Mingachevir Hər kəsə qayğı ilə… Medipark Klinik Xəstəxana olaraq yeni fəaliyyətə başlasa da, hədəflərimiz böyükdür, məqsədimiz hər bir vətəndaşımıza yaxın olmaqdır.

Sloqanımız məqsədimizdən xəbər verir: Sağlamlığa bizimlə qovuşun. Hədəfimiz sağlam qalmağınız üçün profilaktik müayinələrlə sizin dostunuza çevrilməkdir. Medipark Klinik Xəstəxana daxildə altı şöbədən ibarətdir. Onlardan Poliklinika, Terapiya və Laboratoriya şöbələri fəaliyyətə başlayıb. Əlavə olaraq ən müasir standartlara cavab verən laboratoriyamız siz gələ bilməsəniz belə ünvanda sizdən nümunə götürmək üçün səyyar xidmətlə təhciz olunmuşdur. Tezliklə təqdim olunacaq Radiologiya şöbəmiz regionda ilk olan xidmətlərlə ən son həll yollarına cavab verəcək şəkildə fəaliyyət göstərəcək. Bundan başqa qısa zaman kəsiyində Cərrahiyyə və Acil şöbələrimiz də sizlərin istifadəsinə təqdim olunacaq.

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,1 noyabr tarixində Bakıdan dəvət olunmuş təcrübəli Pediatr Dr. Şəfa Ələkbəro...
20/10/2025

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,

1 noyabr tarixində Bakıdan dəvət olunmuş təcrübəli Pediatr Dr. Şəfa Ələkbərova Referans MediPark Hospitalda pasiyentlərini qəbul edəcək!

Qeyd: Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir.

Hər kəsə qayğı ilə... 🩵

Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 50 234 50 62
WhatsApp dəstək nömrəsi: +994 50 234 50 63
Ünvan: Mingəçevir şəh., N. Nərimanov küç. 28

20 oktyabr hər il Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd – sümükləri...
20/10/2025

20 oktyabr hər il Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd – sümüklərin möhkəmliyini itirməsi və kövrəkləşməsi ilə xarakterizə olunan osteoporoz xəstəliyinə diqqət çəkməkdir. Bu xəstəlik, xüsusilə yaşlı insanlarda sümük sınıqları riskini ciddi şəkildə artırır. Günü qeyd etməklə məqsəd — insanların osteoporozun erkən mərhələdə aşkarlanmasının vacibliyini anlaması və profilaktik tədbirlərlə sağlam sümükləri qorumaq istiqamətində maariflənməsidir.

👁️ Dünyanı daha aydın görün!Görmə keyfiyyəti həyat keyfiyyətidir — göz sağlamlığınızı etibarlı əllərə əmanət edin.- Refe...
19/10/2025

👁️ Dünyanı daha aydın görün!

Görmə keyfiyyəti həyat keyfiyyətidir — göz sağlamlığınızı etibarlı əllərə əmanət edin.
- Referans Medipark Hospitalının peşəkar oftalmoloqu Dr. Natiq Məmmədli görmə pozuntularının diaqnostika və müalicəsini müasir avadanlıqlarla həyata keçirir.
- Göz təzyiqi, katarakta, miopiya, astiqmatizm, quru göz sindromu və digər problemlərin vaxtında aşkarlanması görmənin qorunmasında mühüm rol oynayır.

💡 Vaxtında müayinə – aydın baxışların sirridir!

Qeyd: Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir. Doktorumuz hər həftənin 6-ci günü Hospitalda pasiyentlərini qəbul edir.

Hər kəsə qayğı ilə... 🩵

Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 50 234 50 62
WhatsApp dəstək nömrəsi: +994 50 234 50 63
Ünvan: Mingəçevir şəh., N. Nərimanov küç. 28

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,Bakıdan dəvət olunmuş təcrübəli Onkoginekoloq, Op. Dr. Könül Mərdanova 10 no...
18/10/2025

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,

Bakıdan dəvət olunmuş təcrübəli Onkoginekoloq, Op. Dr. Könül Mərdanova 10 noyabr tarixində Referans MediPark Hospitalda pasiyent qəbulu həyata keçirəcək.

Əziz xanımlar, sağlamlığınızın qorunması üçün vaxtında müayinə çox önəmlidir!

🔹 Ginekoloji onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi
🔹 Yumurtalıq, uşaqlıq və süd vəzi problemləri
🔹 Müntəzəm profilaktik müayinələr

📍 Peşəkar tibbi xidmət üçün Referans MediPark Hospitala müraciət edin və sağlamlığınızı mütəxəssislərə etibar edin!

Qeyd: Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir.

Hər kəsə qayğı ilə... 🩵

Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 50 234 50 62
WhatsApp dəstək nömrəsi: +994 50 234 50 63
Ünvan: Mingəçevir şəh., N. Nərimanov küç. 28

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü oktyabrın 18-i qeyd olunur.Azərbaycan xalqı tarixi qələbə...
17/10/2025

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü oktyabrın 18-i qeyd olunur.
Azərbaycan xalqı tarixi qələbəsi ilə bir daha göstərdi ki, müstəqilliyimiz dönməz və əbədidir.
Referans Medical Group olaraq, tariximizin ən parlaq səhifələrindən biri olan Müstəqilliyin Bərpası Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirik.
Yaşasın azad və müstəqil Azərbaycan!

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans uğurla həyata keçirilib. Referans Medical Group və Türk...
17/10/2025

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans uğurla həyata keçirilib. Referans Medical Group və Türkiyənin “Uğur Sağlık Teknolojileri” MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və KOBİA tərəfdaşlığı ilə konfrans baş tutub.

Tədbirdə tibdə innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı həllərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Dövlət qurumlarının nümayəndələri, Türkiyə və Azərbaycan səhiyyə mütəxəssisləri rəqəmsallaşma, tibbi innovasiyalar və texnoloji tərəqqinin əhəmiyyəti barədə çıxış ediblər.

Açılış mərasimində Referans Medical Group Müşahidə Şurasının sədri Hansıyar Babayev, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin İcraçı direktoru Fariz Cəfərov, KOBİA-nın sədr müavini Emil Hüseynli və “Uğur Sağlık Teknolojileri” MMC-nin Baş icraçı direktoru Yurdanur Murzoğlu çıxış edərək tibbi innovasiyaların inkişafı və beynəlxalq tərəfdaşlığın gücləndirilməsini vurğulayıblar.

Konfransda “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın əhəmiyyəti qeyd olunub, sənədin süni intellektin inkişafını təşviq etdiyi, müasir texnologiyaların tətbiqini və ixtisaslı kadr potensialının gücləndirilməsini dəstəklədiyi vurğulanıb.

Tədbir çərçivəsində Türkiyənin səhiyyə və texnologiya şirkətləri süni intellekt əsaslı reanimasiya sistemləri, VR simulyasiya texnologiyaları, uzaqdan fizioterapiya platformaları və müasir radioloji tətbiqlərlə bağlı təqdimatlar keçiriblər. Eyni zamanda, Leyla Medical Center-in Tibbi direktoru Dr. Sevda Cəfərova və Referans Medical Group-un Tibbi administratoru Dr. İbrahim Sivrikayanın moderatorluğu ilə innovativ tibbi texnologiyaların gələcək perspektivləri müzakirə olunub.

Konfrans çərçivəsində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı MMC ilə “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan tibbi innovasiyalar və rəqəmsal səhiyyə sahəsində irəliləyərək sağlam gələcəyin formalaşmasına töhfə verməkdə davam edir.

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,25 oktyabr tarixində Bakıdan dəvət olunmuş təcrübəli Cərrah Mammoloq Md. PhD...
17/10/2025

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,

25 oktyabr tarixində Bakıdan dəvət olunmuş təcrübəli Cərrah Mammoloq Md. PhD. Dr. Nigar Kərimova Referans MediPark Hospitalda pasiyentlərini qəbul edəcək!

Qeyd: Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir.

Hər kəsə qayğı ilə... 🩵

Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 50 234 50 62
WhatsApp dəstək nömrəsi: +994 50 234 50 63
Ünvan: Mingəçevir şəh., N. Nərimanov küç. 28

16/10/2025

Bəzən bir nəfəsin dəyərini, sadəcə nəfəs ala bilmədikdə anlayırıq...
Bəzən bir insanın toxunmadan sağaltma gücünə heyran qalırıq.
Əməliyyat otağında səssiz qalan, amma həyatımız üçün sükutla mübarizə aparan anestezioloqlar – sizə borcluyuq. Bizi qoruyan, bizə nəfəs olan səssiz qəhrəmanlarımız, gününüz mübarək.
Hər nəfəsdə sizin iziniz var…

“Referans Medical Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Kurort” Qapalı Səhmdar Cəmiyyəti arasında birgə əməkdaşlığa ...
14/10/2025

“Referans Medical Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Kurort” Qapalı Səhmdar Cəmiyyəti arasında birgə əməkdaşlığa dair Çərçivə Sazişi imzalanıb.

Bu sazişin əsas məqsədi tibbi xidmətlərin keyfiyyətinin artırılması, sağlamlıq və reabilitasiya sahəsində müasir standartların tətbiqi, həmçinin sanator-kurort istiqamətində birgə layihələrin həyata keçirilməsi üçün tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.

Əməkdaşlığın əsas istiqamətlərindən biri “Kurort” müəssisələrində tibbi xidmətlərin “Referans Medical Group”un keyfiyyət standartlarına uyğunlaşdırılması və bu sahədə peşəkar yanaşmanın gücləndirilməsidir. Bu addım sanator-kurort xidmətlərinin səviyyəsinin yüksəldilməsinə, pasiyentlərin sağlamlıq bərpasının daha effektiv təşkilinə və ümumilikdə, xidmət keyfiyyətinin yeni mərhələyə çatdırılmasına xidmət edəcək.

İmzalanan çərçivə sazişi tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın əsasını qoymaqla, əhalinin sağlamlığının qorunması, tibbi və sanator xidmətlərin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

USM müayinəsi – dəqiq, sürətli və ağrısız diaqnostika!Siz və ailəniz üçün sağlamlıq yoxlamaları çox önəmlidir. USM (ultr...
13/10/2025

USM müayinəsi – dəqiq, sürətli və ağrısız diaqnostika!

Siz və ailəniz üçün sağlamlıq yoxlamaları çox önəmlidir. USM (ultrasəs müayinəsi) müxtəlif orqan və sistemlərin vəziyyətini qiymətləndirməkdə effektiv üsuldur. Bu müayinə ilə aşağıdakı problemlər aşkarlana bilər:
• Qaraciyər, öd yolları və böyrəklər: daşlar, kistalar, iltihab və digər xəstəliklər
• Qalxanabənzər vəz: nodullar, kistalar və iltihabi dəyişikliklər
• Ürək və damar sistemi: damar daralmaları, tromblar, ürək əzələsi funksiyasının qiymətləndirilməsi
• Reproduktiv sistem: qadınlarda yumurtalıq kistaları, uşaqlıq polipləri; kişilərdə prostat xəstəlikləri
• Yumşaq toxumalar və əzələlər: travmalar, şişlər və iltihab
• Limfa düyünləri: böyümə və xəstəlik əlamətləri

USM müayinəsi ağrısız, radiasiyasız və sürətlidir, nəticələr dərhal həkim tərəfindən qiymətləndirilə bilər. Vaxtında diaqnoz sağlamlığınız üçün ilk və vacib addımdır!

Hər kəsə qayğı ilə... 🩵

Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 50 234 50 62
WhatsApp dəstək nömrəsi: +994 50 234 50 63
Ünvan: Mingəçevir şəh., N. Nərimanov küç. 28

Hər il 13 oktyabr tarixində Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü qeyd olunur. Referans Medical Group olara...
12/10/2025

Hər il 13 oktyabr tarixində Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü qeyd olunur.

Referans Medical Group olaraq, bu əlamətdar gün münasibətilə bütün ADY əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm sağlamlıq, rifah və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Hər zaman yolunuz uğurlu, əməyiniz dəyərli olsun!

Ümumdünya Artritlə Mübarizə Gününün məqsədi artrit və digər revmatoloji xəstəliklər barədə məlumatlılığı artırmaq, erkən...
12/10/2025

Ümumdünya Artritlə Mübarizə Gününün məqsədi artrit və digər revmatoloji xəstəliklər barədə məlumatlılığı artırmaq, erkən diaqnostika və profilaktikanın əhəmiyyətinə diqqət çəkməkdir. Artrit oynaqların iltihabi xəstəliyidir və müalicə olunmadıqda ağrı, hərəkət məhdudluğu, hətta əlilliyə səbəb ola bilər. Xəstəliyin yaranmasına genetik amillər, infeksiyalar, travmalar, soyuqlama və stres təsir edir.
Oynaq sağlamlığını qorumağın ən yaxşı yolu vaxtında müayinə və düzgün profilaktikadır. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik və psixoloji tarazlıq isə xəstəliyin riskini azaldır.
Unutmayaq ki, vaxtında atılan addımlar gələcək sağlamlığımızı qoruyur.

Address

Mingechaur
4500

Alerts

Be the first to know and let us send you an email when MediPark Mingachevir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MediPark Mingachevir:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category