30/03/2026
Sağlamlığa bir addım: Aktiv həyat
Mart ayında bayram və istirahət günlərinin çox olması adətən daha az hərəkətlə yadda qalır. Bu isə bədəndə halsızlıq, enerjinin azalması və motivasiya düşkünlüyünə səbəb ola bilər. Amma narahat olmağa dəyməz — bayramdan sonra düzgün fiziki aktivliklə bədəni yenidən balans vəziyyətinə qaytarmaq mümkündür.
Fiziki aktivliyə qayıdış yüngül və tədricən olmalıdır. İlk günlərdə özünüzü yormadan açıq havada gəzintilər etmək, yavaş tempdə yürüşlərə çıxmaq həm bədəni oyadır, həm də enerjini bərpa edir. Növbəti mərhələdə isə tempi bir qədər artıraraq yüngül qaçış, sadə məşqlər və ya ev şəraitində edilə bilən idman hərəkətlərini gündəlik rejimə əlavə etmək olar.
Bu dövrdə əsas məqsəd bədəni cəzalandırmaq deyil, ona qayğı göstərməkdir. Ani və ağır məşqlər əvəzinə, davamlı və balanslı fiziki aktivlik daha effektiv nəticə verir. Eyni zamanda, kifayət qədər su qəbul etmək və yüngül, sağlam qidalanma ilə fiziki aktivliyi birləşdirmək bərpa prosesini sürətləndirir.
Unutmayaq ki, bayram sadəcə bir neçə gündür, amma sağlamlıq uzunmüddətli həyat tərzidir. Özünüzü çox yormadan, amma hərəkətsiz də qalmadan, kiçik addımlarla yenidən ritmə qayıdın və bədəninizə yaxşılıq edin. 🌿💪