13/04/2026
Heydər Əliyev Mərkəzində 9-11 aprel 2026-cı il tarixlərində “Azərbaycan Daxili Xəstəliklər Dərnəyi” ictimai birliyinin və Türk Dövlətləri Federasiyasının təşkil etdiyi “Daxili Xəstəliklər Dərnəyinin 2-ci Milli Konqresi, Türk dövlətləri Nefroloji federasiyasının 1-ci Konqresi ”adlı tədbir keçirilib.
Tədbir daxili xəstəliklər və nefrologiya sahəsində müasir yanaşmaların müzakirəsi, elmi biliklərin yenilənməsi və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbə müdiri, həkim-terapevt İlhamə Hüseynova, həkim-kardioloqu Rüfət Məmmədov, həkim-endokrinoloqu Xanım Nuriyeva iştirak edib.