Naxçıvan Mərkəzi Xəstəxanası

Naxçıvan Mərkəzi Xəstəxanası Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası

3 sentyabr 1991-ci il tarixində Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmiş...
03/09/2025

3 sentyabr 1991-ci il tarixində Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. Bu tarixi hadisə dövlətçilik ənənələrinin qorunması və Azərbaycanın müstəqillik yolunda möhkəmlənməsində mühüm mərhələ olmuşdur.

       ̇kidövlət
30/08/2025

̇kidövlət

26/08/2025

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı ...
26/08/2025

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik.
Uğurlu fəaliyyətiniz, humanizmə, xeyriyyəçilik işinə və milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyiniz böyük töhfələr daim yüksək qiymətləndirilir. Sizə möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!

2025–2026-cı tədris ili üzrə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəss...
22/08/2025

2025–2026-cı tədris ili üzrə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində rezidenturaya qəbul olunmuş ixtisaslar üzrə həkim-rezidentlərin mülki müqavilə bağlaması məqsədilə aşağıda göstərilən tarixlərdə saat 11:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə müraciət etmələri tələb olunur.

Cədvəl üzrə müraciət etməli olan tibb müəssisələri:

🗓️25 avqust 2025-ci il

📍Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsi

📍Perinatal Mərkəz

📍Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri

📍Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanseri

🗓️26 avqust 2025-ci il

📍Naxçıvan Muxtar Respublikası Xəstəxanası

📍Ağız və Diş Sağlamlığı Mərkəzi

📍Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti

📍Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi

🗓️27 avqust 2025-ci il

📍Naxçıvan Sağlamlıq Mərkəzi

📍Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi

📍Naxçıvan Muxtar Respublikasının Onkoloji Mərkəzi

📍Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası

✅Qeyd: Hər bir rezident yalnız özünün təyin olunduğu tibb müəssisəsinə uyğun olaraq müvafiq tarixdə müraciət etməlidir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi, eləcə də nazirliyin tabeliyində fəaliyyət göstərən tibb mü...
19/07/2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi, eləcə də nazirliyin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin bir qrup rəhbər heyəti şəhid leytenant Emin Sadiqovun doğum günü münasibətilə keçirilən anım tədbirində iştirak etmişdir.

Vətən uğrunda canından keçmiş qəhrəmanımızın xatirəsinə ehtiram ifadə olunan tədbirdə vurğulanıb ki, Emin Sadiqovun fədakarlığı və vətənpərvərliyi daim qürurla xatırlanacaq. Qeyd edək ki, şəhidimizin anası — uzun illər Naxçıvan səhiyyə sistemində çalışan Gülşad Rüstəmova da xalqımıza xidmət missiyasını layiqincə yerinə yetirən peşəkar səhiyyə işçilərindən biridir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi şəhidimizin ailəsinə dərin ehtiramını bildirir, Vətən uğrunda canını fəda etmiş bütün qəhrəmanlarımızın xatirəsini hörmət və minnətlə yad edir.

14 iyul 1969-cu il - Azərbaycanın sosial-iqtisadi həyatında canlanmanın, milli ruhun güclənməsinin, xalqın öz tarixinə v...
14/07/2025

14 iyul 1969-cu il - Azərbaycanın sosial-iqtisadi həyatında canlanmanın, milli ruhun güclənməsinin, xalqın öz tarixinə və kimliyinə qayıdışının əsasını qoyan böyük dönüş nöqtəsi idi. Məhz bu gündən Azərbaycanın inkişafının, quruculuq və yenidənqurma proseslərinin əsası qoyuldu, xalq öz liderini, gələcək müstəqilliyinin memarını tanıdı.

23/06/2025

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib.Tədbir Azərbaycan ...
17/06/2025

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov səhiyyə sahəsində son dövrlərdə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər və gələcək hədəflər barədə ətraflı məlumat verib. Nazir tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra muxtar respublikada uzun müddət səhiyyə sahəsində çalışan bir sıra həkimlər – Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzinin Qan Tədarükü şöbəsinin müdiri, həkim-transfuzioloq Məmmədəli Həsənov, Naxçıvan Sağlamlıq Mərkəzinin həkimi Ənvər Şıxəliyev və Ordubad Rayon Uşaq Xəstəxanasının həkim-pediatrı Rübabə Cabbarova çıxış edərək, Naxçıvan səhiyyəsinin inkişaf yolu, əldə olunan uğurlar və bu sahədə göstərilən dövlət qayğısı barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində tibb işçilərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonda səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.

Naxçıvanda Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibəti...
17/06/2025

Naxçıvanda Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir təşkil olunub.
Tədbirdən əvvəl Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, nazirliyin əməkdaşları, tibb müəssisələrinin rəhbərləri və baş həkimlər ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, onun xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra iştirakçılar Heydər Əliyev Muzeyinə baxış keçirib, ümummilli liderin zəngin irsi, dövlətçilik fəaliyyəti və Naxçıvanda həyata keçirdiyi mühüm islahatlarla bağlı eksponatlarla tanış olublar.

Address

Nakhchivan

Opening Hours

Monday 09:00 - 03:30
Tuesday 09:00 - 03:30
Wednesday 09:00 - 03:30
Thursday 09:00 - 03:30
Friday 09:00 - 03:30
Saturday 09:00 - 00:00

Telephone

+994365456974

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Naxçıvan Mərkəzi Xəstəxanası:

Share

Category