Neftçala Rayon Mərkəzi Xəstəxanası

Neftçala Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Neftçala Rayon Mərkəzi Xəstəxanasında növbəti iclas keçirilib.İclasda xəstəxana rəhbərliyi, eləcə də şöbə müdirləri və b...
14/04/2026

Neftçala Rayon Mərkəzi Xəstəxanasında növbəti iclas keçirilib.

İclasda xəstəxana rəhbərliyi, eləcə də şöbə müdirləri və böyük tibb bacıları iştirak ediblər.

Gündəlikdə duran məsələ- tibbi xidmətlərin mövcud vəziyyəti, müayinə və müalicə prosesinin səmərəliyinin artırılması istiqamətində görülən işlər barədə müzakirə aparılıb. Mövcud çətinliklər və onların aradan qaldırılması yolları müzakirə olunub. İclas zamanı xəstə məmnuniyyətinin yüksəldilməsi, dərman təminatının vəziyyəti, tibbi xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması, nizam intizam, davamiyyət və digər məsələlər barədə şöbə müdirlərinə və tibbi heyətə müvafiq tapşırıqlar verilib.

Neftçala Rayon Mərkəzi Xəstəxanasında sanitar-gigiyenik normalara ciddi riayət olunması və pasiyentlərimizin sağlam mühi...
13/04/2026

Neftçala Rayon Mərkəzi Xəstəxanasında sanitar-gigiyenik normalara ciddi riayət olunması və pasiyentlərimizin sağlam mühitdə müalicə alması məqsədilə genişmiqyaslı sanitar-epidemioloji xidmətlər həyata keçirilib.

Görülən işlər çərçivəsində:
Virus və bakteriyalara qarşı dezinfeksiya: Bütün palatalar, dəhlizlər və laboratoriyalar infeksion risklərə qarşı xüsusi məhlullarla təmizlənib.
Həşəratlara qarşı dezinseksiya: Xəstəxana ərazisində zərərli həşəratların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülüb.
Gəmiricilərə qarşı deratizasiya: Sanitar təhlükəsizliyi tam təmin etmək üçün gəmiricilərə qarşı effektiv mübarizə işləri aparılıb.

08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🔗 https://president.az/az/articles/view/72061

Neftçala Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şura İclası keçirildi.Neftçala Rayon Mərkəzi Xəstəxanasında və həkim tibb mə...
07/04/2026

Neftçala Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şura İclası keçirildi.

Neftçala Rayon Mərkəzi Xəstəxanasında və həkim tibb məntəqələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə növbəti Tibbi Şuranın iclası keçirildi. İclasda rəhbərlik, şöbə və tibb məntəqə müdirləri və baş tibb bacıları iştirak edirdilər.

İclasın gündəliyində xəstələrə ambulator və stasionar tibbi xidmətlərin göstərilməsi, məktəblərdə diapanserizasiyanın vəziyyəti, nizam intizam və davamiyyət qaydalarına riayət olunması məsələləri müzakirə olundu.

İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi.

07/04/2026
Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.
07/04/2026

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdır...
06/04/2026

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdırır, sümükləri möhkəmləndirir və gündəlik enerjinizi artırır. Aktiv həyat tərzi stressi azaldır, əhval-ruhiyyəni yüksəldir və depressiya riskini minimuma endirir.

Sağlam qalmaq üçün böyük addımlar atmağa ehtiyac yoxdur. Həftədə ən azı 3 dəfə, gündə minimum 60 dəqiqə orta intensivlikdə hərəkət – yürüş, velosiped sürmək və ya idmanla məşğul olmaq artıq sağlam gələcəyə atılan böyük addımdır.

Hərəkət – sağlam və enerjili həyatın ən güclü təməlidir.

Neftçala Rayon Mərkəzi Xəstəxanasının həyətyanı sahəsində abadlıq və təmizlik işləri – iməclik keçirilib. Kollektivimizi...
04/04/2026

Neftçala Rayon Mərkəzi Xəstəxanasının həyətyanı sahəsində abadlıq və təmizlik işləri – iməclik keçirilib. Kollektivimizin böyük həvəslə qoşulduğu bu təşəbbüs çərçivəsində xəstəxananın ərazisi tullantılardan təmizlənib, yaşıllıqlara qulluq edilib, səliqə-sahman işləri görülüb,ağaclar suvarılıb və gövdələri ağardılıb.

2 Aprel Ümumdünya Autizm Məlumatlandırma GünüdürAutizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiy...
02/04/2026

2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür

Autizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiyyətinə və davranışlarına təsir edən inkişaf pozuntusudur. Əlamətləri adətən 1,5–2 yaşdan etibarən üzə çıxır. Uşaq göz kontaktından qaça, adına reaksiya verməyə bilər, yaşıdları ilə ünsiyyətdə çətinlik çəkər, nitqi gecikə və ya fərqli inkişaf edə bilər. Həmçinin özünə qapanma, təkrarlanan hərəkətlər və dəyişikliklərə qarşı həssaslıq müşahidə oluna bilər.

Bu əlamətlərdən bir neçəsi olduqda vaxtında psixoloq və ya mütəxəssisə müraciət etmək vacibdir. Erkən müdaxilə uşağın inkişafına müsbət təsir göstərir.

Müasir yanaşmalara görə autizm mərkəzi sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Onun yaranmasına genetik faktorlar, maddələr mübadiləsinin anadangəlmə pozğunluqları, hamiləlik və doğuş zamanı baş verən ağırlaşmalar, həmçinin bəzi infeksiyalar və nevroloji vəziyyətlər təsir göstərə bilər. Autizm fərqli formalarda özünü göstərir və düzgün dəstək ilə uşağın həyat keyfiyyətini artırmaq mümkündür.

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.    🇦🇿
02/04/2026

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.

🇦🇿

01/04/2026

Address

Neftçala M. Ə. Sabir Küçəsi 506
Neftçala
AZ4700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:45

Telephone

+994212633848

Alerts

Be the first to know and let us send you an email when Neftçala Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Neftçala Rayon Mərkəzi Xəstəxanası:

Share