Oğuz Rayon Mərkəzi Xəstəxanası

Oğuz Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

“Həkimlərimizi tanıyaq” rubrikasının növbəti qonağı Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim-mama-ginekoloqu Gülsüm İsako...
31/01/2026

“Həkimlərimizi tanıyaq” rubrikasının növbəti qonağı Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim-mama-ginekoloqu Gülsüm İsakovadır.

İsakova Gülsüm Seyid qızı 31 yanvar 1967-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olub.

Gülsüm İsakova 1985–1991-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, ali təhsilini qırmızı diplomla bitirib.

1991–1992-ci illərdə Şəki Perinatal Mərkəzində internatura keçən G.İsakova 2000-ci ildən etibarən Oğuz Rayon Mərkəzi Xəstəxanasında həkim-mama-ginekoloq kimi fəaliyyətə başlayıb.

Dəyərli həkimimizi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və peşə fəaliyyətində uğurlar arzulayırıq.

30/01/2026
Erkən müayinə və profilaktik tədbirlər ürək sağlamlığının qorunmasında ən effektiv yoldurÜrək orqanizmin fasiləsiz fəali...
29/01/2026

Erkən müayinə və profilaktik tədbirlər ürək sağlamlığının qorunmasında ən effektiv yoldur

Ürək orqanizmin fasiləsiz fəaliyyətini təmin edən əsas orqanlardandır.

Kardioloji sağlamlığın qorunması hər bir insan üçün mühüm əhəmiyyət daşıyır.

Oğuz Rayon Mərkəzi Xəstəxanasında arterial hipertenziya (yüksək qan təzyiqi), ürəyin işemik xəstəliyi (stenokardiya, infarktöncəsi hallar), miokard infarktı və infarktdan sonrakı vəziyyətlər, ürək ritm pozğunluqları (aritmiya, taxikardiya, bradikardiya), ürək çatışmazlığı, ürək qapaq xəstəlikləri (mitral və aortal qapaq patologiyaları), kardiomiopatiyalar, miokardit və perikardit, ateroskleroz, böyüklərdə aşkarlanan anadangəlmə ürək qüsurları, eləcə də xolesterin və lipid mübadiləsi pozğunluqları kimi kardioloji problemlərin müayinə və müalicəsi aparılır.

Oğuz Rayon Mərkəzi Xəstəxanasında əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və vaxtında tibbi xidmətlə təmin olunması daim diqqət mərkəzində saxlanılır.

29/01/2026
Oğuz Rayon Mərkəzi Xəstəxanasının 25-ə yaxın əməkdaşı təlimə cəlb edilibOğuz Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb b...
28/01/2026

Oğuz Rayon Mərkəzi Xəstəxanasının 25-ə yaxın əməkdaşı təlimə cəlb edilib

Oğuz Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb bacıları, böyük tibb bacıları və mamalar təlimə cəlb edilib.

Müəssisədaxili təlimlərin keçirilməsi üzrə koordinator tibb bacıları şöbəsinin baş tibb bacısı Oksana Mirzəyeva tərəfindən “Sterilizasiya qaydaları” mövzusunda nəzəri məlumatları əhatə edən təlimin məqsədi tibb personalının peşəkar bilik və bacarıqlarının artırılması, keyfiyyətli tibbi xidmətin təmin edilməsidir. ‎

İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

28/01/2026
Mövsümi infeksion xəstəliklərə qarşı maarifləndirici söhbətlər aparılıbOğuz Rayon Mərkəzi Xəstəxanasının ailə həkimləri ...
27/01/2026

Mövsümi infeksion xəstəliklərə qarşı maarifləndirici söhbətlər aparılıb

Oğuz Rayon Mərkəzi Xəstəxanasının ailə həkimləri və tibb bacıları tərəfindən mövsümi infeksion və virus xəstəliklərindən qorunma yolları ilə bağlı rayon və kəndlərdə yerləşən ümumtəhsil məktəblərində şagirdlər arasında maarifləndirici söhbətlər aparılıb.

Maarifləndirici görüşlər zamanı şagirdlərə mövsümi virus infeksiyalarının yayılma yolları, şəxsi gigiyena qaydalarına riayət etməyin vacibliyi, əllərin mütəmadi yuyulması, düzgün və balanslı qidalanma, immun sisteminin gücləndirilməsi, xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında həkimə müraciət etməyin əhəmiyyəti, eləcə də qrip peyvəndinin rolu barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi infeksion xəstəliklərin profilaktikası, mövsümi virus infeksiyalarına qarşı maarifləndirmənin artırılması və qrip peyvəndinin əhəmiyyəti barədə əhali arasında məlumatlılığın yüksəldilməsi olub.

Qeyd edək ki, qrip peyvəndinin icrası Oğuz Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində, Xaçmaz kənd Ailə Sağlamlıq Mərkəzində və kənd həkim məntəqələrində mütəmadi olaraq həyata keçirilir.

26/01/2026

Vətəndaş məmnuniyyəti !

Miokardın digər dəqiqləşdirilmiş lokalizasiyalı kəskin transmural infakrktı, hipertenziv ensefalopatiya, qarışıq astma, dəqiqləşdirilməmiş bronxopnevmaniya, dəqiqləşdirilməmiş xroniki bronxit xəstəlikləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlar aldıqları müalicələrdən məmnuniyyətini bildirir.

26/01/2026
23/01/2026
23/01/2026
22/01/2026

Address

Dədə Qorqud Küç 1
Oguz
AZ4800

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994242153503

Alerts

Be the first to know and let us send you an email when Oğuz Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Oğuz Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram