Qəbələ Rayon Mərkəzi Xəstəxanası

Qəbələ Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçibSon illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və b...
24/04/2026

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.

➡️ https://az.trend.az/azerbaijan/society/4178689.html

🔹 WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib.🔹 Könüllülər 17–...
24/04/2026

🔹 WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib.
🔹 Könüllülər 17–22 may 2026-cı il tarixlərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF 13) fəaliyyət göstərəcəklər.
🔹 Təlim Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Simulyasiya şöbəsinin təlimçiləri tərəfindən aparılıb.
🔹 Təlim proqramı iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib.

➡️ https://tabib.gov.az/media/xeberler/983

Qalxanabənzər vəzin funksiyasının yoxlanılması üçün göstərişlər müxtəlif hallarda ortaya çıxır. Tireotoksikoz və ya hipo...
23/04/2026

Qalxanabənzər vəzin funksiyasının yoxlanılması üçün göstərişlər müxtəlif hallarda ortaya çıxır. Tireotoksikoz və ya hipotireoz əlamətləri müşahidə edildikdə müayinənin aparılması tövsiyə olunur.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Gülnar Qədirli bildirir ki, tireotoksikoz titrəmə, əsəbilik, ürəkdöyünmə, tərləmə və çəki itkisi fonunda artmış iştaha daha aydın klinik əlamətlərlə özünü göstərir:

“Hipotireoz isə daha qeyri-spesifik simptomlarla xarakterizə olunur və yorğunluq, yuxululuq, saç tökülməsi, dəri quruluğu, yaddaş zəifliyi, qəbizlik və ödem kimi əlamətlərlə özünü göstərə bilər. Risk qrupuna 40 yaşdan yuxarı şəxslər (xüsusilə qadınlar), hamilə və doğuşdan sonrakı dövrdə olan qadınlar, qalxanabənzər vəz xəstəliyi olan şəxslər, baş-boyun nahiyəsinə şüa terapiyası almış insanlar, bəzi dərman preparatlarını qəbul edənlər, autoimmun xəstəlikləri olanlar və ailə anamnezində bu xəstəlik olan şəxslər daxildir”.

Həkim vurğulayıb ki, qalxanabənzər vəz pozğunluqları reproduktiv sağlamlığa da təsir göstərə bilər və sonsuzluq riskini artıra bilər.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında növbəti mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub.Qəbələ Rayon Mərkəzi Xəstəxana...
20/04/2026

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında növbəti mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 1969-cu il təvəllüdlü şəxsə (qadın) uşaqlığın çox böyük ölçüdə və çoxsaylı qanayan fibromiom düyünləri (teratoma tipli) diaqnozları təyin olunub və cərrahi əməliyyat tövsiyə olunub.

Həkim-cərrah Fariz Abdullayev və həkim-anesteziloq-reanimatoloq Azər Söhbətov tərəfindən tərəfindən icra olunan laparotomiya (uşaqlığın hər iki artımlarla birgə ekstirpasiyası) əməliyyatı uğurla başa çatıb.

Cərrahi əməliyyatdan sonra müalicəsi müvafiq şöbədə davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş hesab edilir.

Qeyd edək ki, bugünədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb əməliyyatlar, həmçinin tibbi müayinələr artıq region xəstəxanalarında da həyata keçirilir.

Üç ay ərzində şəhid ailəsi üzvlərinə 50 mindən çox tibbi xidmət göstərilib2026-cı ilin ilk üç ayı ərzində TƏBİB tabeli t...
17/04/2026

Üç ay ərzində şəhid ailəsi üzvlərinə 50 mindən çox tibbi xidmət göstərilib

2026-cı ilin ilk üç ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinə 4 261 şəhid ailəsi üzvü tərəfindən 14 645 müraciət daxil olub. Müraciətlər əsasında onlara ümumilikdə 51 183 adda müxtəlif tibbi xidmət göstərilib.

Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.

Bununla yanaşı, YAŞAT Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.

Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.

🩸17 Aprel Ümumdünya Hemofiliya Günüdür.Hemofiliya - qanın laxtalanması prosesinin pozulması ilə xarakterizə olunan irsi ...
17/04/2026

🩸17 Aprel Ümumdünya Hemofiliya Günüdür.

Hemofiliya - qanın laxtalanması prosesinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlar, əzələlər, daxili orqanlarda zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir.

Hemofiliyanın müalicəsi olmasa da, xəstənin orqanizmində çatışmayan qanın laxtalanma amilinin inyeksiya edilməsi yolu ilə bu xəstəliyin gedişinə tam və uğurlu şəkildə nəzarət edilə bilər.

Respirator sinsitial virus (RSV) uşaqlarda və körpələrdə tez-tez rast gəlinən tənəffüs yolu infeksiyasıdır. Qəbələ Rayon...
16/04/2026

Respirator sinsitial virus (RSV) uşaqlarda və körpələrdə tez-tez rast gəlinən tənəffüs yolu infeksiyasıdır.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Gülnar Mirzə bildirir ki, risk qrupuna 0–2 yaşlı körpələr, vaxtından əvvəl doğulanlar, xroniki xəstəliyi olanlar və immun sistemi zəif şəxslər daxildir:

“Bu xəstəlik, əsasən, burun axıntısı, öskürək, qızdırma, nəfəs darlığı və xırıltı kimi əlamətlərlə özünü göstərir. Nəfəs alma çətinləşdikdə, dodaqlarda göyərmə olduqda və ya uşaq qidalanmadan imtina etdikdə mütləq həkimə müraciət olunmalıdır. Profilaktika üçün əllərin tez-tez yuyulması, sanitar-gigiyena qaydalarına düzgün riayət edilməsi, körpələrin izdihamlı yerlərdən uzaq tutulması vacibdir”.

G.Mirzə vurğulayır ki, respirator sinsitial virus ağırlaşarsa və vaxtında müalicə olunmazsa, bronxiolit və pnevmoniyaya səbəb ola bilər.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Yanıqlar” mövzusunda təlim keçirilib.Təcili yardım şöbəsinin təcili və təxirəsalınm...
16/04/2026

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Yanıqlar” mövzusunda təlim keçirilib.

Təcili yardım şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi Kəmalə Əsədovanın moderatorluğunda baş tutan təlimdə aidiyyəti şöbələrin əməkdaşları iştirak ediblər.

Təlimin məqsədi yanıqların yaranma səbəbləri, növləri və dərəcələri barədə ətraflı məlumat verməkdən ibarət olub. Həkim tərəfindən termiki, kimyəvi və elektrik yanıqları zamanı göstərilməli olan ilkin tibbi yardım qaydaları izah olunub, düzgün və vaxtında müdaxilənin xəstənin həyatının xilas edilməsində mühüm rol oynadığı vurğulanıb.

Həmçinin təlimdə, yanıqlar zamanı tez-tez yol verilən səhvlər, infeksiya riskinin azaldılması, ağrının idarə olunması və pasiyentin sonrakı müalicə mərhələləri haqqında iştirakçılara geniş məlumat verilib.

Təlim interaktiv şəkildə keçib, iştirakçıların sualları cavablandırılıb və praktiki tövsiyələr verilib.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yeni təyin olunmuş təcili təxirəsalınmaz tibbi yardım üzrə hə...
15/04/2026

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yeni təyin olunmuş təcili təxirəsalınmaz tibbi yardım üzrə həkim Seyidov Çingiz Ağabala oğlu 1966-ci ildə Qəbələ rayon Şamlı kəndində anadan olub.

1984-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.1993-2004-cü illərdə Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissəsində tibbi xidmət rəisi vəzifəsində çalışıb.

2004-2008-ci illərdə Qəbələ rayon Hacıalılı kənd tibb məntəqəsində həkim-terapevt, 2008-2012-ci illərdə isə Zalam kənd tibb məntəqəsində baş həkim vəzifələrində çalışıb.

2013-2026-cı illərdə Qəbələ Beynəlxalq Hava Limanında həkim vəzifəsində çalışıb. 10.03.2026-cı il tarixindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə təyin olunub.

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gün...
15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilibAprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) pu...
14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Address

Abbas Səhhət Küçəsi 12
Qabala

Alerts

Be the first to know and let us send you an email when Qəbələ Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qəbələ Rayon Mərkəzi Xəstəxanası:

Share