Qax Rayon Mərkəzi Xəstəxanası

Qax Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

24/04/2026

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.

➡️ https://az.trend.az/azerbaijan/society/4178689.html

24/04/2026
24/04/2026

Vətəndaş məmnunluğu.

Havanın dəyişkən keçməsi, gah mülayim, gah soyuq olması bəzi insanların səhhətinə mənfi təsir göstərir.Buraya uşaqlar, h...
21/04/2026

Havanın dəyişkən keçməsi, gah mülayim, gah soyuq olması bəzi insanların səhhətinə mənfi təsir göstərir.

Buraya uşaqlar, hamilə qadınlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar aiddir. Hava qəfil soyuduqda bəzən insanlar isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq bu cür insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür. ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın dəyişməsi zamanı özlərini mütləq qorumalıdırlar.

İnsanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın dəyişməsi bəzi insanlarda stres yaradır. Bu stres ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır. Hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilir. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər baş qaldırır. Bu cür hava şəraiti emosional insanlara da p*s təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir. Dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etməli, həmçinin çox tərləmədən qorunmalıdırlar.

20/04/2026

İmmunlaşdırma Həftəsi yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biri olan immunizasiyanın əhəmiyyətinə ictimai diqqəti yönəltmək məqsədi daşıyır.

Peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir. İmmunizasiya sayəsində hər il 2-3 milyon insan difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən müdafiə olunur.

Dünyada hər bir uşağın ağır fəsadlara səbəb olan xəstəliklərdən peyvənd vasitəsilə qorunmaq hüququ vardır. Bu baxımdan immunlaşdırmanın genişləndirilməsi və gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

17/04/2026

🩸17 Aprel Ümumdünya Hemofiliya Günüdür.

Hemofiliya - qanın laxtalanması prosesinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlar, əzələlər, daxili orqanlarda zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir.

Hemofiliyanın müalicəsi olmasa da, xəstənin orqanizmində çatışmayan qanın laxtalanma amilinin inyeksiya edilməsi yolu ilə bu xəstəliyin gedişinə tam və uğurlu şəkildə nəzarət edilə bilər.

Yaz fəsli gələndə allergiyası olanlar bəzi narahatlıqlarla üzləşirlər. Ağacların çiçək açması nəticəsində havada uçuşan ...
16/04/2026

Yaz fəsli gələndə allergiyası olanlar bəzi narahatlıqlarla üzləşirlər. Ağacların çiçək açması nəticəsində havada uçuşan toz hissəcikləri allergiyaya səbəb olur. Tozlanma havaya yayıldıqca ağız, burun və göz vasitəsilə ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Lakin allergiyalar təkcə tozlanma ilə əlaqədar olmur.

Allergiya- orqanizmin müəyyən maddələrə qarşı qeyri-adekvat və arzuolunmaz bir sıra əlamətləri nəzərdə tutulur. Bura genetik faktorlar da aiddir. Ailə üzvlərindən birində və yaxud hər ikisində, yaxın qohumlarda allergik xəstəliklərin olması, tərkibində allergik maddələr olan məhsullarla qidalanmaq yazqabağı qidaların tərkibində vitaminlərin tükənməsi, Günəş şüalarının olmaması nəticəsində lazımi qədər D vitamini almamaq və immun sisteminin zəifləməsi həmin dövrdə allergik xəstəliklərin meydana çıxmasına səbəb olur.

Allergik xəstəliklər bəzən yüngül, bəzən isə ağır və orta ağır formada olur. Dəridə qaşınma, tez-tez asqırma, burun, göz axıntıları, gözlərdə yaşarma, qızartı, burunda tıxanıqlıq, öskürək halları yaz allergiyasının əsas əlamətləridir. Belə əlamətləri olanlar tozlanma dövründə açıq havaya çıxmamağa çalışmalı, allergiya verən komponentlərlə təmasdan mümkün qədər uzaq durmağa çalışmalıdırlar. Onlar küçədən evə gələn kimi dərhal üst geyimlərini dəyişməli, dərhal duş qəbul etməlidirlər. Allergiya xəstələrinin yaşadığı mənzildə gündə iki-üç dəfə yaş dəsmalla təmizlik işləri aparılmalıdır. Otaqda temperatur 22 dərəcədən yüksək olmamalıdır. Dibçək bitkilərindən uzaq olmaq lazımdır.

16/04/2026

Ailədə gigiyena vərdişləri yalnız təmizlik üçün deyil, həm də sağlamlığın qorunması üçün əsasdır. Uşaqlar bu vərdişləri ən çox valideynlərin davranışlarından öyrənir, ona görə də ailə mühiti onların gündəlik təmizlik qaydalarını formalaşdırmaqda böyük rol oynayır.

Erkən yaşlarda gigiyena vərdişlərinin öyrədilməsi uşaqların sağlam həyat tərzinə davamlı şəkildə sahib olmalarını təmin edir.

Ailədə gigiyena vərdişlərini formalaşdırmaq üçün vacib hesab olunur:

• Əllərin yeməkdən əvvəl, sonra və çöldən gəldikdə yuyulmasını vərdiş halına gətirmək;
• Şəxsi əşyaların (diş fırçası, dəsmal, geyim) paylaşılmamasına diqqət etmək;
• Evi mütəmadi havalandırmaq və təmiz saxlamaq;
• Uşaqlara gigiyena qaydalarını nümunə göstərərək öyrətmək.

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gün...
15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Uğurlar arzu edirik!
14/04/2026

Uğurlar arzu edirik!

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

14/04/2026

Address

9 Aprel Küçəsi
Qakh
AZ3400

Alerts

Be the first to know and let us send you an email when Qax Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qax Rayon Mərkəzi Xəstəxanası:

Share