12/01/2023
Self mutilasiya (özünə zərər yetirmə), qəsdən ölümü hədəfləmədən bədən toxumalarına ciddi ziyan vurma davranışına deyilir. Özünə xəsarət yetirməyə misal olaraq, dərinin kəsilməsi, yanıqlar, iynə batırma, özünü dişləmə, saçların dartılması misal göstərilə bilər. Ümumiyyətlə, yeniyetməlik və gənc yetkinlik dövründə özünə zərər vermə davranışının daha intensiv olduğu müşahidə edilir.
Özünə zərər vermə davranışı depressiya, qidalanma pozğunluğu, travma sonrası stress pozğunluğu, borderlayn şəxsiyyət pozğunluğu, cinsi kimlik pozğunluğu və psixotik xəstəliklərin göstəricisi ola bilər.
Kiminsə bilə-bilə özünü fiziki cəhətdən incitdiyini başa düşmək çətin ola bilər. İnsanlar özünə zərər vermə davranışını adətən “diqqət çəkmək” olaraq açıqlamağı sevirlər. Əslində isə səbəb çox fərqli ola bilər. Self mutilasiyanın psixolojik səbəblərinə aşağıdakılar göstərilə bilər.
1. Mənəvi olaraq boşluqda olduqlarını bildirən fərdlər yaşadıqlarını hiss etmək və hisslərini canlandırmaq üçün özlərinə bədən xəsarətləri yetirməyi seçə bilirlər. Özlərini tamamilə cansız hiss edərkən gördükləri qanayan bədən onların ölmədiklərinin sübutu ola bilər.
2. Duygusal ağrıları basdırmağa çalışmaq: Güclü emosional gərginlik yaşayan insanlar bu ağrı verici duyğular ilə başa çıxmaqda çətinlik çəkirsə, bu ağrıları təcəssüm etdirib bədənlərinə yönəldə bilirlər. Ağrıyan ruhun yerini tutan bədən daha çox başa düşülə bilər.
3. Mənəvi ağrıları bədənə köçürərək təcəssüm etdirən fərdlər bir neçə dəqiqəlik fiziki və mənəvi rahatlıq eldə edə bilirlər. Ruhən yaşadıqları çətinliklərin bədənlərindən atıldığını hiss edirlər. Ancaq bu hiss zaman keçdikcə yerini narahatlığa və utanca buraxmağa başlayır.
4. Xüsusilə, laqeydlik və sui-istifadə qurbanları tez-tez günah və utanc hissi yaşayırlar, tez-tez travmatik hadisələrə görə özlərini günahlandırmağa meyyilli olurlar. Bu travmatik hadisələrə layiq olduqlarını düşünən fərdlər bir müddət sonra bədənlərinə dəfələrlə zərər verərək özlərini cəzalandırırlar.
5. Nəzarəti ələ almaq: Baxımsızlıq və sui-istifadə edilən insanların ən çox yaşadığı hisslərdən biri fiziki və zehni olaraq nəzarəti itirmək hissidir. Digər tərəfdən, bədənə zərər vermək onlara bədənləri ilə nə edəcəyinə qərar verdiklərini və ruhən özlərinə zərər vermənin onların nəzarətində olduğunu hiss etdirə bilər.
6. İntiqam almaq və manipulyasiya etmək: Fərd yaşadıqlarının intiqamını almaq və yaxınlarını cəzalandırmaq üçün öz bədənini kəsə bilər. Bu davranışla qarşı tərəfdə günahkarlıq hissi oyandırıraq onu müəyyən davranışı etməyə məcbur edə bilər.
7. Qəzəb: İdarə olunması ən çətin duyğulardan biri olan, şiddətlənən və özünə dönən aqressiya ilə özünü kəsə bilər.