Qazax Rayon Mərkəzi Xəstəxanası

Qazax Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. gazakh.mdm@tabib.gov.az gazakh.rmx@tabib.gov.az

20/03/2026

Milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmətin təcəssümü olan Ramazan bayramı münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirik!

Allah Ramazan ayı boyunca tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!🤲

20/03/2026

Novruz bayramınız mübarək!

Təbiətin oyanması və yenilənməsinin rəmzi olan Novruz bayramı hər kəsə sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

19/03/2026

Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.

https://president.az/az/articles/view/71960

Xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, mill...
19/03/2026

Xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır.

Novruz bayramı və Ramazan bayramı münasibətiylə Qazax Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.Tədbirdə Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri Novruz bayramı münasibətilə hər kəsi təbrik etdi, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Rəhbərlik və Həmkarlar İttifaqı tərəfindən Novruz bayramı münasibətilə səhiyyədə fəaliyyət göstərən işçilərə hədiyyələr təqdim olunub.

17/03/2026

Torpaq çərşənbəsi – Novruz bayramı ərəfəsində qeyd olunan dördüncü və sonuncu çərşənbədir və xalq arasında “İlaxır çərşənbə” kimi tanınır. Bu gün torpağın dirçəlişininin, təbiətin yenidən canlanmasının və baharın gəlişininin simvoludur. 🌱

Torpaq çərşənbəsi evinizə bolluq, süfrənizə ruzi, qəlbinizə isə sevinc gətirsin! ✨

08/03/2026

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq!

Ölkəmizin parlaq gələcəyi, xalqımızın rifahı naminə qazanılan bütün böyük uğurlarda qadınların rolu əvəzsizdir!

Bu gün qadınlar ictimai-siyasi, elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində uğurlu fəaliyyətləri ilə fərqlənirlər.

Bayramınız mübarək!

🌹

Qazax Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Qazax Rayon Mərk...
07/03/2026

Qazax Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov və müəssisədə fəaliyyət göstərən tibb işçiləri iştirak ediblər.

Qazax Rayon Mərkəzi Xəstəxananın rəhbərliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım əməkdaşları təbrik edib, onların fədakar əməyi və cəmiyyətdəki rollarının əvəzsiz olduğunu vurğulayaraq həyat və iş fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Qazax Rayon Mərkəzi Xəstəxanası adından Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sağlam həyat arzulayırıq!

04/03/2026
03/03/2026

Od çərşənbəniz mübarək! 🔥

Novruz ərəfəsində qeyd olunan Od çərşənbəsi xalqımızın qədim ənənələrini yaşadan xüsusi günlərdəndir. Od və günəş həyatın, işığın və dirçəlişin rəmzi hesab olunur.

Bu gün qalanılan tonqal yenilənməni və mənəvi saflaşmanı simvolizə edir.

🔥

Fevralın 27-də Qazax Rayon İcra Hakimiyyətinin  və Qazax Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə 1 Mart – Ümumdü...
28/02/2026

Fevralın 27-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib.
Qazax Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Qazax rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov ,Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və himanitar məsələlər sektorunun müdiri inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiro Azad Hümbətov, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini , mayor Həsənəli İsmayılov və Qazax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları iştirak ediblər.

QazaxRayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb və 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə, o cümlədən rayonumuzda mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi-təşkilat va ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Azad Hümbətov, çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov tədbirin əhəmiyyətindən söz açaraq bu günün vacibliyini bir daha vurğulayıb. A.Hümbətov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərmiş, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalmışdır. Dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin tarixində əvəzsiz rolu vardır. Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin bir daha diqqətinin əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsi baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması əlverişli üsul hesab olunur, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyalarının və rabitə vasitələrinin böyük rolu vardır. Ötən dövr ərzində Respublika Prezidenti İlham Əliyevin bu sahədə verdiyi Sərəncamlar nəticəsində əhalinin və ərazinin təhlükəsizliyi sahəsində böyük işlər görülmüşdür.

Qazax Rayon Mərkəzinin Xəstəxanasının Mülkü Müdafiə qərargah rəisi Mehman Carçıyev Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini , mayor Həsənəli İsmayılov, TTTY-nin şöbə müdirinin Əmirxan Mamedov və GEM-in dirktor əvəzi Səidə Hüseynova mövzu ətrafında çıxış edərək bu günün əhəmiyyətini vurğulayıblar.
Tədbirdə mövzu ilə bağlı slayd təqdimatı olub və tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılıb.
Tədbirin 2-ci hissəsində Qazax Mərkəzi Xəstəxanasının heyətinin və mülki müdafiə qüvvələrinin xəbərdarlıq siqnalı üzrə toplanışı olub. Mərkəzin qərargah rəisi hazırlıq barədə Mərkəzin mülki müdafiə rəhbərinə raport verib.

Qazax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən ilk tibbi yardım, tibbi mühafizə vasitələrindən istifadə qaydaları nümayiş olunub.
Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib.
Könüllüləri ilə birgə xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi və onların xilasedicilərin köməyi ilə hadisə yerindən çıxarılmasını əyani formada göstəriblər.

Qazax Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımının 34-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.Tədbirdə ilk o...
26/02/2026

Qazax Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımının 34-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Tədbirdə ilk olaraq ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov Xocalıda törədilən soyqırımı aktından danışdı. Bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə bəşəriyyətin tarixində ən qanlı səhifələrdən biri yazıldı, erməni terrorçuları tərəfindən Xocalı soyqırımı törədildi. Hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Afiq Fərruxov çıxışında Xocalı soyqırımının o zamankı iqtidarın laqeydliyinin bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratdığını və Ulu öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən cənab Prezidentimizin ərazi bütövlüyümüzü təmin etdiyini vurğuladı.

Address

Qazax şəhəri, Heydər Əliyev Prospekti 172
Qazax

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 15:00

Telephone

+994222951782

Website

Alerts

Be the first to know and let us send you an email when Qazax Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qazax Rayon Mərkəzi Xəstəxanası:

Share

Category