Ginekoloq xalida kengerli

Ginekoloq xalida kengerli Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ginekoloq xalida kengerli, Doctor, шоссе Баку-Алят-Газах-Грузия, AZ Bakı, Qobustan.

📌Tokofobiyası olan qadınlar doğuş zamanı çox acı çəkməkdən, ölməkdən qorxurlar. Həmçinin həkimə, özlərinə güvənmirlər və...
03/05/2022

📌Tokofobiyası olan qadınlar doğuş zamanı çox acı çəkməkdən, ölməkdən qorxurlar. Həmçinin həkimə, özlərinə güvənmirlər və daim körpəyə p*s bir şey olacaq qorxusu ilə yaşayırlar.

Dünyaya gətirəcəkləri körpəyə baxa bilməməkdən, bu məsuliyyəti daşıya bilməməkdən daim qorxurlar. Hətta bu qorxu qadınları abort etməyə, uşağı tələf etməyə, narkotik və spirtli içki qəbuluna qədər apara bilər.

♦️Tokofobiyası olan qadınlar normal doğuş həyata keçirsələr də illər keçdikdən sonra belə o anları unutmurlar, o günləri düşündükcə panik atak krizləri keçirirlər.

❓Qorxunun qarşısını necə ala bilərik?

✅Hamiləliyin necə inkişaf etməsi, fiziologiyası, psixologiyası barəsində anaları məlumatlandırmalıyıq. Bəzi ölkələrdə olan “doğuşa hazırlıq kursları” məhz bu məqsədə xidmət edir.
✅Əyani psixoloji yardım ala bilərsiniz.. Psixoloqa getməkdən utanmayın, ailənizdən kimsəyə söyləmək məcburiyyətində də deyilsiniz.
✅Pozitiv olun. P*s şeyləri düşünməkdən imtina edin. Körpənizin bətninizdə sağlam bir şəkildə böyüdüyünü və sağlam bir şəkildə dünyaya gələcəyini düşünün.

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

Doğuş travmalarının ümumi səbəbləri hansılardır?🔺Ananın və körpənin çoxformalı doğuş travmaları müxtəlif mexaniki və his...
29/04/2022

Doğuş travmalarının ümumi səbəbləri hansılardır?

🔺Ananın və körpənin çoxformalı doğuş travmaları müxtəlif mexaniki və histopatik səbəblərdən yaranır.

❗Mexaniki amillərə sürətli və ya diskoordinasiyalı doğuş fəaliyyəti, doğuş prosesində müdaxilələr (maşaların qoyulması, dölün vakuum-ekstraksiyasının tətbiqi, ciftin əllə ayrılması, dölparçalayıcı əməliyyatlar), həddindən artıq stimulyasiya, dölün qovulma dövrünün qeyri-rasional aparılması, aralığın qeyri-adekvat müdafiəsi və s. daxildir.

📍Həmçinin vaxtından keçmiş hamiləlik, dölün köndələn vəziyyəti, çanaq gəlişi, vaxtından əvvəl doğuşlar, dar çanaq, dölyanı mayenin çoxluğu, çoxdöllü hamiləlik, cift gəlişi doğuş travmalarına səbəb ola bilər.

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

Ananın qanı Rh (-) və atanın qanı Rh (+) olduqda qan uyğunsuzluğu olaraq da bilinən Rh uyğunsuzluğu meydana gələ bilər. ...
27/04/2022

Ananın qanı Rh (-) və atanın qanı Rh (+) olduqda qan uyğunsuzluğu olaraq da bilinən Rh uyğunsuzluğu meydana gələ bilər. Ancaq bunun körpə üçün mütləq bir problem olduğunu söyləmək olmaz. Ananın Rh (-) və atasının Rh (+) olduğu bir ssenaridə, körpə Rh müsbət və ya mənfi olaraq doğula bilər.

✅ Gözlənilən anaya uyğun olaraq, körpənin qanında Rh (-) olması problem deyil, lakin Rh (+) qan uyğunsuzluğu riskini yaradır. Bətnindəki körpənin qanı Rh (+) olduqda, ananın immunitet sistemindəki antikorlar körpənin qan hüceyrələrini xarici orqanizm kimi qəbul edirlər.

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

✅Hamiləlik zamanı ana bətnindəki körpədə yarana biləcək xromosomal anomaliyaların təspit edilə bilməsi üçün yoxlanılan t...
25/04/2022

✅Hamiləlik zamanı ana bətnindəki körpədə yarana biləcək xromosomal anomaliyaların təspit edilə bilməsi üçün yoxlanılan testə ikili test deyilir.

✨Bu test ilə uşaqda Daun və Edwars sindromu kimi mental geriliyə səbəbiyyət verən anomaliyalar öncədən müəyyənləşdirilə bilir.

❗İkili test körpənin zəka səviyyəsini ölçən bir test deyil. Zəka geriliyi və bir sıra orqan anomaliyalarını qabaqcadan müəyyən etməyə yarayan bir testdir. Hamiləliyin 11-ci ilə 14-cü həftələri arasında yoxlanılır. İlk öncə ultrasəs müayinə ilə uşağın ənsə qalınlığı və boyun uzunluğu ölçülür.

❗Nəticə əldə edildikdən sonra eyni gündə qan analizi də alınaraq test yoxlanılır.

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

22/04/2022

Mayalanma prosesi📌

Spermanın yumurta ilə birləşməsi.

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

Eroziya hamiləliyə mane olurmu?❓ Uşaqlıq boynunun eroziyası ilə hamilə qalmaq olarmı?💁Bir qayda olaraq, uşaqlıq boynunun...
20/04/2022

Eroziya hamiləliyə mane olurmu?

❓ Uşaqlıq boynunun eroziyası ilə hamilə qalmaq olarmı?💁
Bir qayda olaraq, uşaqlıq boynunun eroziyası sonsuzluğa səbəb olmur və buna görə də mayalanma üçün maneə ola bilməz🙅.
Uşaqlıq boynunun psevdoeroziyası (ektopiyası) zamanı qadın arxayın hamiləliyi planlaşdıra bilər. Bu zaman heç bir müalicə tələb olunmur, hamiləlik və doğuş zamanı isə heç bir ağırlaşma qeydə alınmayacaq.
Uşaqlıq boynunun həqiqi eroziyası zamanı hamiləliyi bir qədər təxirə salmaq və əvvəlcə müalicə ilə məşğul olmaq tövsiyə olunur. Uşaqlıq boynunun həqiqi eroziyasına səbəb olan cinsi infeksiyalar sonsuzluğa gətirib çıxara və ya hamilə qadında gələcək uşaqda fəsadlar yarada bilər. Uşaqlıq boynunun birinci dərəcəli displaziyası zamanı hamiləliyə əks göstəriş yoxdur.

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

Əgər qeysəriyyə əməliyyatı planlaşdırılıbsa, həkim hamiləliyin 39-cu həftəsində görüş təyin edir.📌 Təyin olunan gündən ö...
18/04/2022

Əgər qeysəriyyə əməliyyatı planlaşdırılıbsa, həkim hamiləliyin 39-cu həftəsində görüş təyin edir.

📌 Təyin olunan gündən öncə anestezioloq ananı müayinə edir.
📌 Doğumdan 6-7 saat əvvəl yemək-içmək dayandırılır.
📌 Anesteziya epidural və ya ümumi şəkildə tətbiq edilir.
📌 Anesteziyadan sonra qarının aşağı hissəsində təxminən 10 sm-lik kəsik edilir.
📌Qatlar kəsildikdən sonra körpəni əhatə edən kisəyə çatılır.
📌 Uşaq çıxarılır.
📌 Kordon kəsilir və nəzarət edilir.
📌 Plasenta çıxarılır.
📌 Uşaqlığın içi təmizlənir.
📌 Kəsilmiş laylar yoxlanılır və tikiş işləri aparılır.

Qeysəriyyə əməliyyatı ilə bağlı əlaqə saxlaya bilərsiniz!😊

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

✔ Uşaqlıq yolundan – qaşınma, yanma, şişkinlik, qızartı ilə özünü biruzə verən çoxlu kəsmiyə bənzər axıntı gəlirsə, bu s...
13/04/2022

✔ Uşaqlıq yolundan – qaşınma, yanma, şişkinlik, qızartı ilə özünü biruzə verən çoxlu kəsmiyə bənzər axıntı gəlirsə, bu sizdə uşaqlıq yolunun göbələyi var deməkdir və mütləq müalicə olunmalı vəziyyətdir. Bütün qadınların uşaqlıq yolunda müəyyən miqdarda bakteriya və göbələk mövcuddur, bu normal haldır. Bakteriyalar azalarsa, göbələk artar və yuxarıda qeyd olunan rahatsızlıqlar baş verər.

📍 Uşaqlıq yolunun bakteriyalarının normal miqdarının azalmasına və göbələyin artmasına səbəb olan amillər:

- Antibiotik istifadəsi
- Doğum kontrol həbləri
- Dar şalvar, yaş iç geyimləri
- Aşırı şirniyyat, ədviyyat
- Uşaqlıq daxili spiral
- Hamiləlik
- Diabet və.s.
- Stres
- Va**nanın havalanmasına mane olan sintetik iç geyimləri
- Parfümlu vaginal spreylər

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

12/04/2022

🔺️ Vaginoplastika lazer əməliyyatı üstünlükləri:

- Cinsi həyatı yaxşılaşdırmaq
- Cinsi əlaqə zamanı meydana gələn səsləri yox etmək
- Sidik kisəsi və bağırsaq sallanmalarının qarşısını almaq
- Doğuş izlərinin və ağrılı cinsi əlaqənin aradan qaldırılması
- Va**na əməliyyatlarından sonrakı izlərin silinməsi
- Özünə inamın artırılması

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

📍 Çoxdöllü hamiləliklər yüksək riskli hamiləliklərdir. Yüksək təzyiq, qansızlıq, erkən doğum, inkişafdan qalma, doğuş za...
11/04/2022

📍 Çoxdöllü hamiləliklər yüksək riskli hamiləliklərdir. Yüksək təzyiq, qansızlıq, erkən doğum, inkişafdan qalma, doğuş zamanı çətinliklər - çoxdöllü hamiləliklərdə daha tez-tez rast gəlinir.

📢 Çoxdöllü hamiləliklərdə digər bir problem, anadangəlmə anomaliyaların daha tez görülməsidir. Bir silsilədə tək uşaqlı hamiləliklərdə anomaliya sıxlığı 1.4%, əkiz hamiləliklərdə 2.7%, üçüz hamiləliklərdə isə 6.1% olaraq aşkarlanmışdır. Əkiz hamiləliklərə xas anomaliyalar arasında da əkiz tərs arterial qanlanma və yapışıq əkizlər sayıla bilər. Əkiz hamiləliklərə xas bir başqa problem də əkizdən əkizə transfuziya sindromudur.

Bütün bu risklər səbəbiylə çoxdöllü hamiləliklər daha yaxından və sıx təqib tələb edir ❗

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

📌 Ginekoloji müayinə zamanı mama-ginekoloq hamiləyə mütləq həyat tərzi, qidalanmaya dair məsləhətlər verir, lazım gələrs...
08/04/2022

📌 Ginekoloji müayinə zamanı mama-ginekoloq hamiləyə mütləq həyat tərzi, qidalanmaya dair məsləhətlər verir, lazım gələrsə, dərman preparatları təyin edir. Hər müayinədə hamilənin qan təzyiqi ölçülməlidir.

Həkim mütləq hamilənin süd vəzlilərini müayinə etməli, onların inkişafını, gilələrin vəziyyətini, ifrazatın olmağını qiymətləndirməlidir. 📍

Hamilə qadınların ilk ginekoloji müayinə zamanı verməli olduğu analizlər aşağıdakılardır ⤵️

🔸 Qanın ümumi analizi
🔸 Qanın biokimyəvi analizi
🔸 QİDS (AİDS, SPİD), hepatit B və C, sifilisin təyini
🔸 Sidiyin ümumi analizi

Vaxtında diaqnoz qoyub, düzgün müalicə etmək üçün erkən müayinə məsləhətdir!

👩🏻‍⚕️ Mama-Ginekoloq Xalidə Kəngərli
📍Kəpəz Hospital

🇦🇿

Address

шоссе Баку-Алят-Газах-Грузия, AZ Bakı
Qobustan

Website

Alerts

Be the first to know and let us send you an email when Ginekoloq xalida kengerli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category