Mediaz Clinic

Mediaz Clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mediaz Clinic, Medical Lab, Heydər Əliyev prospekti 163 A, Quba.

6 aydan böyük uşaqların su içmə rejimi: su vermək olarmı? - 6 aylığından sonra əlavə qidalanmaya başlayan uşaqlara yemək...
21/01/2020

6 aydan böyük uşaqların su içmə rejimi: su vermək olarmı? - 6 aylığından sonra əlavə qidalanmaya başlayan uşaqlara yeməklər arası dövrdə bir neçə udum su verə bilərsiniz (adətən, məsləhət görülür gündə 60ml-dən çox olmayaraq)
- Uşaq bərk qidanı yeməyə başlayandan isə bir-neçə udum sağılmış süd və ya suyu elə qidalanma zamanı vermək olar. Bəzi uşaqlar qəbizlikdən əziyyət çəkməsinlər deyə buna ehtiyacları olur.
- 1 yaşdan sonra isə təklif olunan suyun miqdarını gün ərzində 120-200ml artırmaq olar.
- yeməkdən əvvəl su verməyin – ac uşaq siz nə qədər su versəz hamısını içəcəkç amma bunun nə sizə, nə sizin körpənizə xeyri olmayacaq. Uşağın mədəsi su ilə dolacaq və südü az içəcək.
- əgər uşaq su içməkdən imtina edirsə - məcbur etməyin.

Mediaz Klinikasi adından bütün Azərbaycan xalqını təbrik edirik!
31/12/2019

Mediaz Klinikasi adından bütün Azərbaycan xalqını təbrik edirik!

Zəhərli zobun əlamətləriƏsəbilik, həyəcanlılıq, emosionallıqZəhərli zobda ən çox rast gəlinən əlamətlərdəndir. Yüksək ti...
25/12/2019

Zəhərli zobun əlamətləri

Əsəbilik, həyəcanlılıq, emosionallıq

Zəhərli zobda ən çox rast gəlinən əlamətlərdəndir. Yüksək tiroid hormonları bütün orqanlarımıza təsir etdiyi kimi beynimizə və psixoloji vəziyyətimizə də təsir edir. Bu səbəblə bir çox əsəbi insan –yəqin zobum var, deyərək həkimə müraciət edir. Və ya zobu olan hər xəstə növündən asılı olmayaraq əsəbiliyini zobla əlaqələndirir. Lakin nəzərə almaq lazımdır ki, əsəbilik halı başqa xəstəliklərin də nəticəsi ola bilər. Zəhərli zobda yaddaş və diqqət pozğunluğu da olur.

2.Çəki itirmə

İştahın yaxşı olmasına baxmayaraq xəstə arıqlayır. Ancaq bəzən arıqlama olmaya da bilir. Bəzi artəq çəkili xəstələr arıqladıqları üçün sevinirlər. Lakin bu xəstəlikdə yağ əriməsi ilə yanaşı əzələ əriməsi də olur. Buna görə də hətta yüngül hərəkətlərdə belə xəstələr çətinlik çəkirlər.

3.İstiyə dözümsüzlük

Çox zaman qadınlar bunu klimaksla əlaqələndirirlər. Ancaq klimaksda olan istilik basmaları ara sıra görülməsinə baxmayaraq, zəhərli zobda istilik basması davamlıdır.

4. Titrəmə

Xüsusilə əllərdə olur. Əl ilə iş görərkən, çay süzərkən hiss edir xəstələr. Ancaq buna bənzər titrəmələr başqa nevroloji xəstəliklərdə , alkoqolizmdə də olur.

5. Ürəkdöyünmə

Bir çox xəstənin ilk şikayət etdiyi əlamətlərdəndir. Xəstə gəzərkən və ya istirahət halında ürəkdöyünmədən narahat olur. Bu şikayətlə xəstələr çox vaxt kardioloqa müraciət edirlər. Müayinə zamanı zəhərli zob aşkarlanır.

6. Saç tökülməsi

Belə xəstələrin saçları incə və yumşaqdır. Asanlıqla tökülür. Zəhərli zob müalicə olunduqda saçlar təkrar çıxır.

7. Dəri və dırnaqlarda dəyişikliklər

Dəri yumşaq, isti və nəmli olur. Az hallarda qaşıntı olur. Yenə nadir hallarda xüsusilə baldırın ön hissəsində dəri qalınlaşması ola bilir.

8. Bağırsaq hərəkətlərində artma

Xəstələr nəcisə gün ərzində bir neçə dəfə və yumşaq getmədən şikayətlənirlər.

9. Gücsüzlük

10. Aybaşı pozulmaları

11. Cinsi istəyin azalması

Bəzi kişilərdə estrogen artışına bağlı süd vəzilərində böyümə olur. Müalicədən sonra düzəlir.
Əlaqə üçün 055 669 01 03 və 070 669 01 03 (whatsapp)


Ürəklə, təzyiqlə problemi olanlar, zobdan şəkərdən əziyyət çəkənlər, nevroloji sinir sistemi narahatlığı olanlar buyurub...
05/12/2019

Ürəklə, təzyiqlə problemi olanlar, zobdan şəkərdən əziyyət çəkənlər, nevroloji sinir sistemi narahatlığı olanlar buyurub gələ bilərlər.
Həkimlər Bakıdan gələcək yalnız 1 gün olacağını vurqulaya bilərsiniz..

Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutula...
31/10/2019

Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.

Xəstəlikdən qorunma üsulları
Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır.

Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır.Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar.

Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.
Əlaqə üçün 055 669 01 03 və 070 669 01 03 (whatsapp)

Qrip virus infeksiyadır. Virus orqanizmimizə selikli qişalardan və nəfəs yollarından daxil olur, orqanizmin hüceyrələrin...
18/10/2019

Qrip virus infeksiyadır. Virus orqanizmimizə selikli qişalardan və nəfəs yollarından daxil olur, orqanizmin hüceyrələrinin içərisinə keçir və burada çoxalmağa başlayır. “Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, qrip zamanı bədən hərarəti 38,5 C-dən yuxarı qalxır. Digər kəskin respirator infeksiyaları zamanı hərarət daha aşağı olur. Bu qripi digər respirator infeksiyalardan fərqləndirir. Həmçinin qrip zamanı həddən artıq güclü intoksikasiya inkişaf edir (baş, oynaqlar, əzələ ağrıları, ürəkbulanması, iştahasızlıq). Kəskin respirator infeksiya zamanı insan özünü daha yaxşı hiss edir, qrip zamanı isə xəstənin vəziyyəti çox ağır olur – insan, hətta yataqdan qalxa bilmir. Digər respirator infeksiyalarla müqayisədə qrip daha sürətlə yayılır (qrip, demək olar, 100% hallarda xəstə insandan ətrafda olanlara keçir). Qrip çox təhlükəli virus sayılır. Bu virus çox ağır fəsadların inkişafına və hətta xəstənin həlak olmasına səbəb ola bilər. Bu fəsadların arasında:
– pnevmoniya (ağ ciyər iltihabı)
– otit (qulaq iltihabı)
– haymorit
– bronxit
– miokardit – ürək əzələsinin iltihabı
– perikardit – ürək qişasının iltihabı
– ürək çatışmazlığı
– piyelonefrit – böyrək toxumasının iltihabı
– meningit – beyin qişalarının iltihabı
– ensefalit – baş beyinin iltihabı
qrip immunitetin kəskin zəifləməsinə səbəb olur ki, bu fonda insanda olan bir çox xroniki xəstəliklər kəskinləşə bilər.
qrip 5 yaşına kimi olan uşaqlar və 55 yaşından yuxarı böyüklər üçün xüsusilə təhlükəlidir. Məhz bu qrup insanlarda qripin fəsadlarının riski olduqca yüksək olur.
Qripin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.
Mediaz Klinikası - ən müasir avadanlıq və peşəkar tibbi heyətlə daim sizin keşiyinizdə!!
Əlaqə üçün 055 669 01 03 və 070 669 01 03 (whatsapp)

Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı və ya diskomfortla təzahür edən funksional pozğunlu...
25/09/2019

Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı və ya diskomfortla təzahür edən funksional pozğunluqların davamlı cəmidir. Qıcıqlanmış bağırsaq sindromundə bağırsaq funksiyasının pozğunluğunun ən azı iki davamlı simptomu birgə olur:
* nəcisin ifrazı tezliyinin dəyişməsi
* defekasiya aktının özünün dəyişkinliyi
* nəcisin konsentrasiyasının dəyişkənliyi
* selikli nəcisin ifraz olunması
* meteorizm.
Bu pozğunluqlar son 12 ay ərzində, 12 həftədən az olmayaraq davam edərsə, qıcıqlanmış bağırsaq sindromu diaqnozu öz təsdiqini tapmış olur.
Defekasiya aktının pozğunluqları arasında imperativ çağırışlara, tenezmlərə, bağırsağın tam boşalması hissinə, defekasiyadan əlavə gücənməyə böyük əhəmiyyət verilir. Patoloji prosesə başlıca olaraq yoğun bağırsaq cəlb olunur. Xəstəlik insanlar arasında geniş yayılmış xəstəliklərdəndir. Dünya statistikasının hesablamalarına görə dünya əhalisinin 20%-ə qədəri qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2-4 dəfə çox xəstələnirlər.
Xəstəliyin əmələ gəlməsinin səbəbləri kimi aşağıdakılar əsas götürülür:
* Xəstəliyin inkişafında şəxsiyyətin tipi böyük əhəmiyyətə malikdir. Pasiyentlər üçün isterik, aqressiv reaksiyalar, depressiya, asılılıq, kansentrofobiya, ipoxondrik təzahürlər xarakterikdir.
* Bağırsaq funksiyasının tenzimində iştirak edən bioloji aktiv maddələrin (serotonin, histamin, bradsikinin, xolesistokinin, neyrotenzin, vazoaktiv intestinalpolipeptidlər, enkefalinlər və endorfinlər) tarazlığının pozulması əhəmiyyətli rol oynayır.
* Xəstəliyin əmələ gəlməsində rejim və qidalanma xarakteri mühüm rol oynayır. Qeyri-müntəzəm qida qəbulu, rəfinə olunmuş qidaların həddindən çox qəbulu bağırsağın mator-evakuator fuksiyasının, mikroflorasının dəyişməsinə, bağırsaqdaxili təzyiqin artmasına səbəb olur.
* Qıcıqlanmış bağırsaq sindromunun inkişafında sonradan əmələ gələn bağırsaq disbakteriozunun yaranmasına səbəb olan keçirilmiş bağırsaq infeksiyaları da böyük əhəmiyyətə malikdir.
Mediaz Klinikası - ən müasir avadanlıq və peşəkar tibbi heyətlə daim sizin keşiyinizdə!!
Əlaqə üçün 055 669 01 03 və 070 669 01 03 (whatsapp)

Mediaz Klinikası - ən müasir avadanlıq və peşəkar tibbi heyətlə daim sizin keşiyinizdə!!Əlaqə üçün 055 669 01 03 və 070 ...
21/09/2019

Mediaz Klinikası - ən müasir avadanlıq və peşəkar tibbi heyətlə daim sizin keşiyinizdə!!
Əlaqə üçün 055 669 01 03 və 070 669 01 03 (whatsapp)

Qaraciyərin naməlum etiologiyalı zədələnməsi olan 3-55 yaşlı istənilən xəstədə Vilson xəstəliyindən şübhələnmək olar. Di...
21/09/2019

Qaraciyərin naməlum etiologiyalı zədələnməsi olan 3-55 yaşlı istənilən xəstədə Vilson xəstəliyindən şübhələnmək olar. Digər yaşlı pasiyentlərdə diaqnozu inkar etmək olmaz. Diaqnostik meyar – zərdab seruloplazmininin kəskin azalmasıdır (250 mkq/q-quru toxumada olmasıdır. Bu göstəricinin

1)Qan səhər ac qarına, axırıncı qida qəbulundan 8-16 saat vaxt keçdikdən sonra verilməlidir.Aşağıda göstərilən analizlər...
21/09/2019

1)Qan səhər ac qarına, axırıncı qida qəbulundan 8-16 saat vaxt keçdikdən sonra verilməlidir.

Aşağıda göstərilən analizlər tam ac qarına (qida qəbulundan 12 saat keçdikdən sonra) verilməlidir: - Paratireoid hormon - saat 11-ə kimi
- C-peptid, insulin
- kalsitonin
- immunoqramma
- Koaquloqramma
- Biokimyəvi tədqiqatlar (qlükoza, lipidoqramma, xolesterin, triqliseridlər, yüksək və aşağı sıxlıqlı lipoproteinlər).
2) Su qəbulu analizlərə təsir etmir.

3) Qan analizindən 1 (bir) gün əvvəl alkoqol qəbulundan, yüksək fiziki gərginlikdən, güclü psixiemosional stresslerdən, qida qəbulunda və gündəlik rejimdə ciddi dəyişikliklərdən çəkinmək lazımdır.

4) Analizdən 2 saat əvvəl siqaret çəkmək olmaz.

5) Rentgenoqrafiya, rektal müayinə və fizioterapevtik prosedurlardan sonra qan analizi vermək olmaz.

6) Qan dərman preparatları (məsələn, antibakterial və kimyəviterapevtik) qəbulundan əvvəl və ya 10-14 keçdikdən sonra verilməlidir. Analiz istisna hallar kimi dərman preparatlarının (məsələn, valproik turşusu, antikonvulsantlar) qanda konsentrasiyasını öyrənmək lazım olduqda verilə bilər. Əgər siz dərman preparatları qəbul edirsinizsə, bunu mütləq müalicə həkiminə bildirməlisiniz.

7) Reproduktiv funksiyanın tədqiqi zamanı: hormonlar (FSH, LH, prolaktin, estradiol, testosteron, DHEA-S, progesteron) menstrual tsiklin günündən asılı olaraq ac qarına verilməlidir.
Əlaqə üçün 055 669 01 03 və 070 669 01 03 (whatsapp)

Mediaz Clinic bütün Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik edir..
12/08/2019

Mediaz Clinic bütün Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik edir..

02/07/2019

Mediaz Clinic 12 iyun 2019 vu ildə fəaliyyətə başlamışdır. Klinikada yeni nəsil şüa-diaqnostika cihazları quraşdırılmış, pasiyentlərin klinikanı tərk etmədən bütün poliklinik xidmətləri yüksək keyfiyyətlə almasına şərait yaranmışdır.
Məqsədimiz düzgün diaqnoz və sağlamlığımızı bölgələrdə (Quba, Xaçmaz, Xudat, Qusar) eləcədə şimal rayonlarımızda yüksək şəkildə inkişaf etdirməkdir. Pasiyentlərin rahatlığı üçün ölkə və dünya standartlarına uyğun yaradılmış şöbələr, müasir avadanlıqlar, mərkəzləşmiş informasiya sisteminin qurulması xidmət spektrinin genişlənməsinə səbəb olmuşdur. Mediaz Clinic daima xidmətinizdə.
Ünvan H.əliyev prospekti 163 A
Telefonlar 070 669 01 03
055 669 01 03
Iş vaxtı 09:00-18:00.
Bazar bağlıdır⏰
👉👍
👉👍

Address

Heydər Əliyev Prospekti 163 A
Quba
AZ4011

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994556690103

Alerts

Be the first to know and let us send you an email when Mediaz Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category