Qusar Rayon Mərkəzi Xəstəxanası

Qusar Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim Zərifə Əliyeva-nın vəfat günü xalqımız tərəfindən...
16/04/2026

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim Zərifə Əliyeva-nın vəfat günü xalqımız tərəfindən dərin hüzn və ehtiramla yad edilir. Onun dünyasını dəyişməsi Azərbaycan səhiyyəsi və tibb ictimaiyyəti üçün böyük itki olmuşdur.
Zərifə xanım ömrünü insan sağlamlığının qorunmasına həsr etmiş, oftalmologiya sahəsində apardığı elmi tədqiqatlarla mühüm nailiyyətlər əldə etmişdir. O, yüksək peşəkarlığı, zəngin biliyi və insanlara göstərdiyi diqqət və qayğı ilə seçilmiş, həmkarlarının və xəstələrinin dərin hörmətini qazanmışdır.
Onun elmi irsi və tibbi fəaliyyəti bu gün də yaşayır, gənc həkimlər üçün örnək olaraq qalır. Zərifə Əliyevanın həyat yolu və xidmətləri Azərbaycan tibb tarixində silinməz iz qoymuşdur.

Zərifə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edir, onun ruhuna rəhmət diləyirik.

Qusar Rayon Mərkəzi Xəstəxanasında aprel ayı üzrə tibbi şura iclası keçirilib.İclasda xəstəxananın direktoru İmran Qurba...
15/04/2026

Qusar Rayon Mərkəzi Xəstəxanasında aprel ayı üzrə tibbi şura iclası keçirilib.

İclasda xəstəxananın direktoru İmran Qurbanov, baş həkim Əjdər Ağacanov, müvafiq şöbə və bölmə müdirləri, həmçinin Ailə Sağlamlıq Mərkəzinin müdirləri, Kənd həkim və Kənd tibbi məntəqələrinin müdirləri iştirak ediblər.

İclasın keçirilməsində əsas məqsəd kənd tibb məntəqələri ilə birgə qarşıda duran məsələlərin müzakirə olunması və tibbi xidmətin keyfiyyətinin artırılması olub.

İclasın gündəliyində iki məsələnin müzakirəsinə baxılıb. Gündəlikdə duran məsələlər üzrə geniş müzakirələr aparılıb.

🔹️Rayon üzrə hamilələrin patronajı və nəticələri barədə İlkin səhiyyə xidmətlərinin müdiri Natavan Butayeva ətraflı məruzə edib, həmçinin kənd məntəqələrində fəaliyyət göstərən əməkdaşların maraqlandırdığı suallar cavablandırılıb.

🔹️İPİN komitəsinin 3 aylıq hesabatı və qarşıda duran vəzifələri barədə Yoluxucu Xəstəliklər şöbəsinin müdiri, İPİN komitəsinin sədri Mühübəli Cəfərov ətraflı çıxış edərək iclas iştirakçılarını məlumatlandırılıb.

Yekun olaraq xəstəxana direktoru və şura sədri tərəfindən iclasda qaldırılan məsələlər üzrə müvafiq tapşırıqlar verilib və qarşıda duran vəzifələrin icrası üçün zəruri tədbirlərin görülməsi qərara alınıb.

Ailədə gigiyena vərdişləri yalnız təmizlik üçün deyil, həm də sağlamlığın qorunması üçün əsasdır. Uşaqlar bu vərdişləri ...
15/04/2026

Ailədə gigiyena vərdişləri yalnız təmizlik üçün deyil, həm də sağlamlığın qorunması üçün əsasdır. Uşaqlar bu vərdişləri ən çox valideynlərin davranışlarından öyrənir, ona görə də ailə mühiti onların gündəlik təmizlik qaydalarını formalaşdırmaqda böyük rol oynayır.

Erkən yaşlarda gigiyena vərdişlərinin öyrədilməsi uşaqların sağlam həyat tərzinə davamlı şəkildə sahib olmalarını təmin edir.
Ailədə gigiyena vərdişlərini formalaşdırmaq üçün vacib hesab olunur:

• Əllərin yeməkdən əvvəl, sonra və çöldən gəldikdə yuyulmasını vərdiş halına gətirmək;
• Şəxsi əşyaların (diş fırçası, dəsmal, geyim) paylaşılmamasına diqqət etmək;
• Evi mütəmadi havalandırmaq və təmiz saxlamaq;
• Uşaqlara gigiyena qaydalarını nümunə göstərərək öyrətmək.

15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilibAprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) pu...
14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

10/04/2026

Xəstə Yunusov Hikmət kliniki ölüm vəziyyətində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Həkimlər tərəfindən ona “Kəskin miokard infarktı, Mədəciklərin fibrilyasiyası və Kliniki ölüm” diaqnozları qoyulub.
Üç dəfə defibrilyasiya tətbiq edildikdən sonra xəstənin ürək fəaliyyəti (ritmi) bərpa olunub.
Reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstəyə həkim-kardioloq tərəfindən müvafiq təyinat verilib və müalicəsi həmin şöbədə davam etdirilib.

Digər xəstə-Pirməmmədova Vəsilə vəziyyətinin ağırlığı nəzərə alınaraq birbaşa Reanimasiya şöbəsinə yerləşdirilib. Ona “Mədəciklərin residivləşən fibrilyasiyası, Kəskin miokard infarktından sonrakı kardioskleroz və Aritmik şok” diaqnozları qoyulub. Xəstəyə fasilələrlə üç dəfə defibrilyasiya tətbiq edilib və nəticədə ürək ritmi bərpa olunub. Vəziyyəti stabilləşdikdən sonra xəstə Terapiya şöbəsinə köçürülüb və hal-hazırda xəstənin müalicəsi Terapiya şöbəsində davam olunur.

Təcili tibbi yardım və Reanimasiya şöbələrinin əməkdaşları arasında qurulmuş operativ və koordinasiyalı fəaliyyət nəticəsində hər iki xəstə ağır vəziyyətdən çıxarılaraq həyata qaytarılmışdır.

Sağlamlıqlarına qovuşan hər iki pasiyent Qusar Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə və bütün tibb personalına dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.


08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🔗 https://president.az/az/articles/view/72061

Azərbaycan-Gürcüstan Strateji Tərəfdaşlığının Yeni Mərhələsi.Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi b...
08/04/2026

Azərbaycan-Gürcüstan Strateji Tərəfdaşlığının Yeni Mərhələsi.

Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi bəyanat iki qonşu və dost ölkə arasındakı münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsindən sarsılmaz qardaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Gürcüstanın birliyi təkcə iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz regionunun sabitliyi və tərəqqisi üçün həlledici amildir.
Bəyanatda əsas diqqət mərkəzində olan məsələlərdən biri də iqtisadi əlaqələrin dərinləşməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, birgə icra edilən nəhəng layihələr xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars dəmir yolu artıq Avropanın enerji və nəqliyyat xəritəsini dəyişib. "Orta Dəhliz" layihəsinin potensialının artırılması və bu marşrut vasitəsilə yükdaşımaların həcminin 2026-cı ildə rekord həddə çatdırılması hədəfi xüsusi vurğulandı.
Dövlət başçısı regiondakı yeni reallıqlara toxunaraq, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Azərbaycanın apardığı siyasətdən bəhs etdi. Gürcüstanın bu prosesdəki rolu yüksək qiymətləndirilərək bildirildi ki, Tbilisi hər zaman sülh və qarşılıqlı etimadın yaradılması üçün əlverişli platforma rolunu oynayıb. İlham Əliyev bir daha bəyan etdi ki, hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq müstəvidə qətiyyətlə dəstəkləyir.
Bəyanatın sonunda Prezident İlham Əliyev Gürcüstanın yeni rəhbərliyi ilə qurulan sıx dialoqun gələcəkdə kənd təsərrüfatı, yüksək texnologiyalar və bərpa olunan enerji sahələrində yeni imkanlar açacağını bildirdi. Bu səfər Azərbaycan və Gürcüstanın "bir yumruq" kimi çıxış edərək regionun gələcək taleyini müəyyənləşdirmək əzmində olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

07/04/2026
Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 828 müraciət qeydə alınıb.Bayram günlə...
02/04/2026

Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 828 müraciət qeydə alınıb.

Bayram günlərində 20.03.2026-30.03.2026-ci il tarixlərində ümumilikdə 828 nəfər müraciət edib. Müraciətlərdən 8 nəfər yol-nəqliyyat hadisəsi, 8 nəfər heyvan dişləmə, 1 nəfər dəm qazı, 75 nəfər müxtəlif travmalar, digər müraciətlər isə əsasən, kəskin respirator virus xəstəlikləri və arterial hipertenziya ilə əlaqədar olub.

Bayram günlərində 14 cərrahi əməliyyat icra olunub.

Qeyd olunan dövr ərzində vətəndaşlardan daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, bütün çağırışlara vaxtında və peşəkar tibbi yardım göstərilib.

Əməkdaşlarımız bayram günlərində də fasiləsiz xidmət göstərərək vətəndaşların sağlamlığının keşiyində dayanıb.

Qeyd etmək istəyirik ki, Təcili tibbi yardım şöbəsinə mart ayı ərzində ümumilikdə 1840 müraciət qeydə alınıb.

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.    🇦🇿
02/04/2026

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.

🇦🇿

Address

Qusar şəhəri Məlikov Küçəsi 2A
Qusar
AZ3800

Telephone

+994233855673

Alerts

Be the first to know and let us send you an email when Qusar Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qusar Rayon Mərkəzi Xəstəxanası:

Share

Category