OKİ Hospitalın Ürək-Damar Mərkəzi

OKİ Hospitalın Ürək-Damar Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OKİ Hospitalın Ürək-Damar Mərkəzi, Medical and health, F. Musayev 27, Qusar.

İnvaziv kardiologiya,
Invaziv radiologiya,
Açıq ürək əməliyyatları,
Qapaq cərrahiyyəsi,
Anadangəlmə ürək qüsurları,
Periferik arteriyaların cərrahiyyəsi,
Damar cərrahiyyəsi

23/04/2026

“Niyə bəzi pasiyentlər tam olaraq bərpa olunur, digərləri isə yox?”

Bu sual nevrologiyada ən çox verilən suallardan biridir. 🤍

Bərpa prosesi bir neçə vacib amildən asılıdır. İlk növbədə, xəstəliyin növü və ağırlıq dərəcəsi mühüm rol oynayır. Eyni diaqnoz olsa belə, hər pasiyentin vəziyyəti fərqli ola bilər.

İkinci vacib faktor — vaxtında müraciətdir. Erkən diaqnoz və düzgün başlanmış müalicə bərpa şansını xeyli artırır.

Bundan əlavə, pasiyentin yaşı, ümumi sağlamlıq vəziyyəti və reabilitasiya prosesinə necə əməl etməsi də nəticəyə təsir edir.

Unutmaq olmaz ki, sinir sistemi hər insanda fərqli reaksiya verir və bərpa tempi də fərqli olur.

Əsas olan — prosesi düzgün idarə etmək və həkim tövsiyələrinə riayət etməkdir. ✨

🩸 Varikoz — sadəcə kosmetik problem deyil!Şişkin və qabarmış damarlar estetik görünmür, lakin varikozun əsas təhlükəsi o...
23/04/2026

🩸 Varikoz — sadəcə kosmetik problem deyil!
Şişkin və qabarmış damarlar estetik görünmür, lakin varikozun əsas təhlükəsi onun fəsadlarındadır:

🔹 Xroniki venoz çatışmazlıq
🔹 Varikoz dermatit və dəri piqmentasiyası
🔹 Lipodermatoskleroz
🔹 Trofik xoralar
🔹 Tromboflebit
🔹 Dərin venaların trombozu riski
🔹 Nadir hallarda hətta ağciyər arteriyasının tromboemboliyası

⚠️ Varikozdan vaxtında azad olun, özünüzü onun ciddi fəsadlarından qoruyun!

🏥OKİ Hospitalda ürək-damar cərrahı Uzm. Dr. Arzu Vahidoğlu ən müasir metodlarla varikozun effektiv müalicəsini həyata keçirir!

📍 Konsultasiya üçün müraciət edin - ayaqlarınız həm gözəl, həm də sağlam olsun!

Qəbula yazılmaq üçün:
📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27
lazerablasiya

19/04/2026

Əməliyyatdan sonra sağalma üçün bağırsaq mikrobiomu və qidalanma nə dərəcədə önəmlidir? 🫀
Bu videoda ürək-damar cərrahı Ramil Əliyev izah edir ki, əməliyyatdan sonrakı bərpa prosesi təkcə dərmanlarla məhdudlaşmır.
Bağırsaq mikrobiomu immun sisteminə birbaşa təsir edir və düzgün qidalanma orqanizmin daha tez bərpa olunmasına kömək edir 🥗
Düzgün seçilmiş qida rasionu iltihabın azalmasına, enerjinin bərpasına və ümumi sağalma prosesinin sürətlənməsinə dəstək olur.
Sağalma mərhələsində hər detal önəmlidir 💙
Videoya baxın və bərpa prosesini daha düzgün idarə edin ⬇️
📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

16/04/2026

Ürək ilə bağlı ən çox rastlaşdığınız miflər hansılardır? ❤️

Bu videoda kardioloq Sənan Təhməzov ürəklə bağlı ən çox yayılan yanlış fikirlərdən danışır və onların nə qədər doğru olub-olmadığını izah edir.

Bəzən hamının “bildiyi” məlumatlar əslində sağlamlıq üçün yanıltıcı ola bilər. Ona görə də bu kimi mövzularda doğru mənbəyə müraciət etmək çox vacibdir.

14/04/2026

İnsult zamanı insanı xilas etmək üçün nə qədər vaxt var? ⏱️

Bu sualın cavabı çox vacibdir: vaxtında yardım həyatı və sağlamlığı qoruya bilər.

Bu videoda nevroloq izah edir ki, insult zamanı ilk 4 saat ərzində tibbi yardım göstərilərsə, ağır fəsadların, o cümlədən əlilliyin qarşısını almaq mümkündür. ⚠️

İnsultda hər dəqiqə önəmlidir. Əlamətləri gecikdirmədən tanımaq və dərhal həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.

Videoya baxın — bu məlumat kiminsə həyatını xilas edə bilər.

🩺 Periferik angioqrafiya damarların vəziyyətini qiymətləndirmək üçün aparılan müasir rentgenoloji müayinə üsuludur.💉 Müa...
08/04/2026

🩺 Periferik angioqrafiya damarların vəziyyətini qiymətləndirmək üçün aparılan müasir rentgenoloji müayinə üsuludur.
💉 Müayinə zamanı damar daxilinə xüsusi kontrast maddə yeridilir və 🩻 rentgen görüntüləmə vasitəsilə damarların quruluşu və qan axını aydın şəkildə görüntülənir.

🔍 Bu üsul sayəsində damarların daralması, tutulması və digər damar patologiyaları daha dəqiq müəyyən edilə bilir.

📍 Arteriyalarda daralma və tutulmaların dəqiq lokalizasiyası və dərəcəsi müəyyən edildikdən sonra
🎈 balon dilatasiyası (genişləndirilməsi) və ya
🔗 stent implantasiyası icra edilə bilər.

🛌 Bu müdaxilə yerli keyləşdirmə altında, arteriyanın daxilinə xüsusi iynə vasitəsilə daxil olmaqla həyata keçirilir.
🏥 Prosedurdan sonra xəstə adətən 1 gün stasionar şəraitdə müşahidə altında qalır,
🏠 ertəsi gün isə müalicə təyin olunaraq evə buraxılır.

Hansı hallarda tövsiyə olunur:

• 🦵 ayaqlarda ağrı və keyimə olduqda
• 🚶‍♂️ gəzərkən ayaqlarda tez yorulma və narahatlıq yarandıqda
• 🔍 damar daralması və ya tutulması şübhəsi olduqda
• ❤️‍🩹 qan dövranı pozğunluqlarının qiymətləndirilməsi üçün
• 🩺 diabet və ateroskleroz zamanı damarların vəziyyətini yoxlamaq üçün
• 🔄 damar əməliyyatından əvvəl və ya sonra vəziyyətin qiymətləndirilməsi üçün

Periferik angioqrafiyanın üstünlükləri

• damar tutulmasının növünü və dərəcəsini dəqiq müəyyən edir
• prosedurdan sonra qısa müddətdə gündəlik fəaliyyətə qayıdış
• bəzən kontrast maddə damar keçiriciliyini qismən bərpa edə bilər
• qısa müddətli, az invaziv və təhlükəsiz diaqnostik üsuldur

Vaxtında aparılan müayinə aşağıdakı problemlərin qarşısını almağa kömək edə bilər:

• 🚫 damarların tam tutulması
• ⚠️ ayaqlarda ciddi qan dövranı pozğunluğu
• 🧬 toxumaların qidalanmasının pozulması
• 🩹 trofik yaraların yaranması
• 🧠 tromboz və digər damar ağırlaşmaları
• 🔪 bəzi hallarda cərrahi müdaxilə riskinin artması

📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

🩺 Periferik angioqrafiya damarların vəziyyətini qiymətləndirmək üçün aparılan müasir rentgenoloji müayinə üsuludur.💉 Müa...
06/04/2026

🩺 Periferik angioqrafiya damarların vəziyyətini qiymətləndirmək üçün aparılan müasir rentgenoloji müayinə üsuludur.
💉 Müayinə zamanı damar daxilinə xüsusi kontrast maddə yeridilir və 🩻 rentgen görüntüləmə vasitəsilə damarların quruluşu və qan axını aydın şəkildə görüntülənir.

🔍 Bu üsul sayəsində damarların daralması, tutulması və digər damar patologiyaları daha dəqiq müəyyən edilə bilir.

📍 Arteriyalarda daralma və tutulmaların dəqiq lokalizasiyası və dərəcəsi müəyyən edildikdən sonra
🎈 balon dilatasiyası (genişləndirilməsi) və ya
🔗 stent implantasiyası icra edilə bilər.

🛌 Bu müdaxilə yerli keyləşdirmə altında, arteriyanın daxilinə xüsusi iynə vasitəsilə daxil olmaqla həyata keçirilir.
🏥 Prosedurdan sonra xəstə adətən 1 gün stasionar şəraitdə müşahidə altında qalır,
🏠 ertəsi gün isə müalicə təyin olunaraq evə buraxılır.

Hansı hallarda tövsiyə olunur:

• 🦵 ayaqlarda ağrı və keyimə olduqda
• 🚶‍♂️ gəzərkən ayaqlarda tez yorulma və narahatlıq yarandıqda
• 🔍 damar daralması və ya tutulması şübhəsi olduqda
• ❤️‍🩹 qan dövranı pozğunluqlarının qiymətləndirilməsi üçün
• 🩺 diabet və ateroskleroz zamanı damarların vəziyyətini yoxlamaq üçün
• 🔄 damar əməliyyatından əvvəl və ya sonra vəziyyətin qiymətləndirilməsi üçün

Periferik angioqrafiyanın üstünlükləri

• damar tutulmasının növünü və dərəcəsini dəqiq müəyyən edir
• prosedurdan sonra qısa müddətdə gündəlik fəaliyyətə qayıdış
• bəzən kontrast maddə damar keçiriciliyini qismən bərpa edə bilər
• qısa müddətli, az invaziv və təhlükəsiz diaqnostik üsuldur

Vaxtında aparılan müayinə aşağıdakı problemlərin qarşısını almağa kömək edə bilər:

• 🚫 damarların tam tutulması
• ⚠️ ayaqlarda ciddi qan dövranı pozğunluğu
• 🧬 toxumaların qidalanmasının pozulması
• 🩹 trofik yaraların yaranması
• 🧠 tromboz və digər damar ağırlaşmaları
• 🔪 bəzi hallarda cərrahi müdaxilə riskinin artması

📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

Xocalı soyqırımı - yaddaşlara həkk olunmuş, zaman keçdikcə unudulmayan bir ağrıdır. Bu faciə  bütöv bir xalqın taleyinə ...
26/02/2026

Xocalı soyqırımı - yaddaşlara həkk olunmuş, zaman keçdikcə unudulmayan bir ağrıdır. Bu faciə bütöv bir xalqın taleyinə yazılmış qara səhifədir.
Xocalı şəhidlərini dərin hüzn və sonsuz ehtiramla anırıq.

Oksigen və qida maddələrini ürəkdən bütün bədənə aparan arteriyaların qalınlaşması və sərtləşməsi zamanı arteroskleroz a...
22/02/2026

Oksigen və qida maddələrini ürəkdən bütün bədənə aparan arteriyaların qalınlaşması və sərtləşməsi zamanı arteroskleroz adlanır. Bəzən bu orqan və toxumalara qan axının məhdudlaşdırılmasına səbəb olur. Sağlam arteriyalar elastik və yumşaq olur, lakin vaxt keçdikcə arteriaların divarları sərtləşə bilir.

🩺 Ateroskleroz arteriosklerozun spesifik bir növüdür, lakin termin olaraq bir biri ilə dəyişik istifadə oluna bilir. Ateroskleroz arteriya divarlarının içində və üzərində yağların, xolesterol və digər maddələrin toplanmasına (ərp) deyilir, hansı ki, qan axınını məhdudlaşdırır.

⚠️ Ərp bəzən qoparaq, həmin nahiyədə qan laxtasının əmələ gəlməsinə səbəb olur. Baxmayaraq ki, ateroskleroz dedikdə ağla ən çox ürək problemləri gəlir, lakin orqanizmin hər yerində olan arterialara təsir edə bilir. Ateroskleroz qarşısı alına və müalicə oluna bilən bir vəziyyətdir.

👉 Bu zədə aşağıdakı səbəblərdən yarana bilər:
🔶 Yüksək qan təzyiqi
🔶 Yüksək xolesterin
🔶 Yüksək triqliseridlər
🔶 Siqaret və digər tütün məhsullarının istifadəsi
🔶 İnsulin rezistentliyi, diabet və ya artıq çəkili olmaq
🔶 Hər hansı infeksiyadan, artrit və qırmızı qurd eşənəyi iltihabından və ya bilinməyən iltihabi xəstəlikdən

👉 Aterosklerozun müalicəsi üçün lazım olan sağlam həyat şəraiti, onun qarşısının alınması üçün də mütləqdir. Bunlar:
🔶 Siqareti tərgitmək
🔶 Sağlam qidalanmaq
🔶 Davamlı hərəkət
🔶 Boy çəki indeksini normada saxlamaq

Ürək-damar cərrahı PhD. Dr. Ramil Əliyev

🕌Müqəddəs Ramazan ayının gəlişi münasibətilə ən xoş arzularımızı çatdırırıq. ☪️Bu ayın sizə güc, səbir və mənəvi rahatlı...
19/02/2026

🕌Müqəddəs Ramazan ayının gəlişi münasibətilə ən xoş arzularımızı çatdırırıq.

☪️Bu ayın sizə güc, səbir və mənəvi rahatlıq bəxş etməsini diləyirik. Sevdiklərinizlə birlikdə gözəl və dəyərli anlar yaşayasınız. Evinizdən bərəkət və huzur əskik olmasın.

14 Fevral yalnız Sevgililər Günü deyil. Bu gün həm də Ürək Qüsurları haqqında Beynəlxalq Maarifləndirmə Günü kimi qeyd o...
14/02/2026

14 Fevral yalnız Sevgililər Günü deyil. Bu gün həm də Ürək Qüsurları haqqında Beynəlxalq Maarifləndirmə Günü kimi qeyd olunur.

Ürək qüsurları nədir?
Ürək mürəkkəb, lakin ideal işləyən bir mexanizmdir. Ürək qüsurları bu mexanizmin quruluşunda və ya fəaliyyətində yaranan pozğunluqlardır.

Ürək qüsurları iki növə bölünür:
🔹 Anadangəlmə (uşaq bu problemlə doğulur)
🔹 Qazanılmış (həyat boyu müxtəlif xəstəliklər və ya amillər nəticəsində yaranır)

❗ Ürək qüsurlarının əlamətləri:
Xəstəliyin hiyləsi ondadır ki, ilkin mərhələdə heç bir simptom müşahidə olunmaya bilər. Lakin zaman keçdikcə aşağıdakı əlamətlər ortaya çıxa bilər.

🔹 Böyüklərdə:
Təngnəfəslik (əvvəl fiziki gərginlik zamanı, sonra istirahətdə də)
Tez yorulma və zəiflik
Ayaqlarda və topuqlarda şişkinlik
Döş qəfəsində sıxıcı ağrı
Ürəkdöyünmə hissi
Başgicəllənmə və bayılma
Uzandıqda artan quru öskürək
Dodaqlarda və barmaq uclarında göyərmə (sianoz)

🔹 Uşaqlarda (xüsusilə körpələrdə):
Çəkinin zəif artması
Qidalanma zamanı tez yorulma
Sürətli nəfəsalma
Dərinin göyərməsi
Tez-tez təkrarlanan bronxit və soyuqdəymə
Həddən artıq tərləmə
Ürəkdə küy (həkim tərəfindən aşkar olunur)

⚠️ Diqqət!
Bu əlamətlərdən birini və ya bir neçəsini müşahidə edirsinizsə, həkimə müraciəti gecikdirməyin. Erkən diaqnoz və vaxtında müalicə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Anadangəlmə ürək qüsurlarının qarşısını almaq mümkün olmasa da, qazanılmış ürək qüsurlarının yaranma riskini azaltmaq mümkündür. Bunun üçün əsas şərt sağlam həyat tərzidir:

✔️ Sağlam qidalanma
✔️ Fiziki aktivlik
✔️ Siqaret və alkoqoldan imtina
✔️ Çəkiyə nəzarət
✔️ Arterial təzyiqi, xolesterini və qlükozanı nəzarətdə saxlamaq

📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

Address

F. Musayev 27
Qusar

Alerts

Be the first to know and let us send you an email when OKİ Hospitalın Ürək-Damar Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share