Saatlı Rayon Mərkəzi Xəstəxanası

Saatlı Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Bu oyunda “restart” yoxdur!🚭 Siqaret ağciyərləri tədricən iflic edir və bərpası mümkün olmayan zərər verir.
28/01/2026

Bu oyunda “restart” yoxdur!

🚭 Siqaret ağciyərləri tədricən iflic edir və bərpası mümkün olmayan zərər verir.

27/01/2026

📌 “İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilən oftalmoloji xidmətlər”

🗓️ 28.01.2026 | ⏰ Saat 16:20
📺 REAL TV | 🩺 Vasif Akifli ilə “İNSAN”

İcbari tibbi sığorta oftalmoloji hansı xidmətləri əhatə edir? Göz müayinəsi sığorta çərçivəsində necə aparılır? Hansı göz problemləri ödənişsiz qarşılanır?

Qonaqlar:

Albina Hüseynova
TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin Böyük məsləhətçisi

Aytən Mirzəyeva
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin - Tibbi xidmətlər və dərman vasitələri departamenti,Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinin məsləhətçisi

📺 Canlı yayımı 28 yanvar saat 16:20-də izləməyi unutmayın.

27/01/2026
“Sağlam ol” rubrikasında bu dəfə kataraktanı yaradan səbəblər barədə danışacağıq.
27/01/2026

“Sağlam ol” rubrikasında bu dəfə kataraktanı yaradan səbəblər barədə danışacağıq.

26/01/2026

Respirator virus infeksiyaları uşaqlara necə təsir edir?

Fəsil dəyişkənliyi böyüklərlə yanaşı, uşaqların səhhətinə də təsirsiz ötüşmür.

Uşaqlarda mövsümi xarakter daşıyan respirator xəstəliklər əsasən fəsil dəyişən müddətdə, havanın soyuq keçdiyi dövrlərdə müşahidə olunur.

Tibb məsləhətləri bu dəfə bölgə xəstəxanalarında çalışan həkim-mütəxəssislər verirlər. Onlar hesab edir ki, uşaq kollektivlərində uşaqlar bir-biri ilə sıx təmasda olduğu üçün xəstəliyin ilkin əlamətləri çox zaman gözardı edilir:

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülov:

“Yoluxma halında artım da çox zaman bu formada yayılır. Nadir hallarda kontakt yolu ilə başlayır. Uşaqlarda, xüsusilə körpələrdə və məktəbəqədər yaşda immun sistemi tam formalaşmadığı üçün uşaqlar viruslara daha tez yoluxurlar. Respirator virusun yaranma metodu, əsasən, hava-damcı yolu, çirkli əllər və əşyalar vasitəsilə uşağın burun, ağız və ya gözündə yerləşən selikli qişaya düşür, nəticədə virus burada çoxalır. Bu proses nəticəsində selikli qişada şişkinlik və qızartı yaranır, burun axıntısı, öskürək, boğaz ağrısı müşahidə olunur. İmmun sistem virusla mübarizə aparır, bu zaman qızdırma və halsızlıq yaranır”.

Soyuq, quru hava virusların daha uzun müddət havada qalmasına və yayılmasına şərait yaratdığını deyən Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Lamiyə Qədirovanın sözlərinə görə, uşaqları həddən artıq qalın geyindirmək də tərləməyə səbəb olur və tərli halda bədən tez soyuyur, immun sisteminin müdafiəsi zəifləyir:

“Uşağı uzun müddət evdə saxlamaq qapalı məkanda təmiz havanın azalmasına və virus konsentrasiyasının artmasına, immun sisteminin tənbəlləşməsinə səbəb olur. Təmiz hava isə ağciyərlərin ventilyasiyasını yaxşılaşdırır, virusların artmasının və yayılmasının qarşısını alır, uşağın iştahasını və yuxusunu yaxşılaşdırır”.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülovun sözlərinə görə, uşaqlarda infeksion və respirator xəstəliklər ən çox rast gəlinən sağlamlıq problemlərindəndir:

“Xüsusilə payız-qış mövsümündə virus infeksiyalarının artması uşaqların immun sisteminə əlavə yük yaradır. Bu xəstəliklərin qarşısının alınmasında əsas məqsəd infeksiyaya yoluxma riskini azaltmaq, uşağın immun-müdafiə mexanizmlərini gücləndirməkdir. Uşaqların infeksion xəstəliklərdən qorunmasında gigiyenik qaydalara riayət olunması mühüm rol oynayır”.

Ümumiyyətlə, uşaqların mövsümə uyğun geyindirilməsi, üşütməyə və ya tərləməyə yol verilməməsi də profilaktik baxımdan əhəmiyyətlidir. Gigiyena qaydalarına riayət, peyvəndləmə, düzgün qidalanma, kifayət qədər yuxu və sağlam psixoemosional mühit immun sisteminin möhkəmlənməsində əsas amillərdir.

Mütəxəssislərin sözlərinə görə, müalicə simptomatik və antiviraldır. İlk olaraq, istirahət, bol maye qəbulu, qızdırmasalıcı dərman vasitələri istifadə edilməlidir. Əlavə olaraq isə həkim təyinatı əsasında vitaminlərlərdən istifadə edilə bilər. Əgər ağırlaşmalar müşahidə olunarsa, dərhal tibb müəssisəsinə müraciət edilməli, ehtiyac yaranarsa, infuzion və antibakterial terapiya aparılmalıdır.

23/01/2026
Pozulmuş aclıq qlükozası – qanda şəkərin normal səviyyədən yüksək, lakin diabet üçün diaqnostik həddən aşağı olması halı...
23/01/2026

Pozulmuş aclıq qlükozası – qanda şəkərin normal səviyyədən yüksək, lakin diabet üçün diaqnostik həddən aşağı olması halıdır.

Həkimlər bunu prediabetin xəbərdarlıq siqnalı hesab edirlər. Əgər vaxtında tədbir görülməzsə, gələcəkdə tip 2 şəkərli diabet riski əhəmiyyətli dərəcədə artır.
Risk faktorlarına artıq çəki, az fiziki aktivlik, qeyri-sağlam qidalanma, genetik meyllilik və yüksək qan təzyiqi daxildir.

Aclıq qan qlükoza testi insan 8-12 saat ərzində qida qəbul etmədikdən sonra aparılır. Bu test prediabet və diabetin aşkarlanmasında istifadə edilən əsas üsullardan biridir.

Sağlam həyat tərzi, balanslı qidalanma və stresin idarə olunması pozulmuş aclıq qlükozasının qarşısını almağın ən effektiv yollarındandır.

23/01/2026
22/01/2026

Əlilliyin təyinatı üçün hansı hallarda göndəriş verilməlidir?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasına əsasən göndəriş verilməsi üçün aşağıdakı 5 əsas müəyyən edilib:

- Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;

- Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, lll, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyi həmçinin 12 nömrəli qərarın 1 nömrəli əlavəsində qeyd olunan diğər xəstəliklərin olması (göndəriş 1-ci bənddə göstərilən müddət gözlənilmədən verilir);

- Əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin 12 nömrəli qərarın 2 nömrəli əlavəsində qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi;

- Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi;

- Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı (azalma, artırılma, ləğv edilmə) Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

21/01/2026

Address

H. Əliyev
Saatlı
AZ4900

Alerts

Be the first to know and let us send you an email when Saatlı Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Saatlı Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram