Muğan klinika Sabirabad

Muğan klinika Sabirabad SAĞLAMLIĞ

19/01/2025
14/01/2025

İNEKSİYA -İynə qorxusu (tripanofobiya) nədir?
İynə qorxusu (tripanofobiya) nədir?
Tripanofobiya iynələrdən güclü qorxu kimi müəyyən edilir. Xüsusilə, tripanofobi olan insanlar tibbi şəraitdə iynələrdən qorxurlar. Onlar peyvəndlərdən, qan götürməkdən və ya venadaxili infuziyalardan qaça bilərlər. Qorxu və narahatlıq səviyyəsi insandan insana fərqli olsa da, iynə qorxusu insanın həyatına dərin təsir göstərə bilər.
Məhz bu qisim pasientlər üçün düşünülmüş tam ağrısız oneksiya cihazı Muğan klinikada

12/01/2025

ƏN MÜASİR ÜSULLARLA ÜRƏK MÜAYİNƏLƏRİ.

09/01/2025

Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur.

Stress testi ürək əzələsinin funksional pozğunluğunu, daim fiziki və emosional yüklənmiş rejimdə olan insanların ürəyinin profilaktikası üçün əvəzsizdir. Xüsusən idmançılar, ağır işdə çalışanlar, sürücülər, rəhbər vəzifədə işləyənlər bu testdən mütəmadi keçməlidir.
Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur.

Bu metoda 2 gün əvvəldən hazırlaşmaq lazımdır. Xəstənin şikayətlərinə görə kardioloq stress testini təyin edib, pasiyentə lazımi tapşırıqlarını verir. 1 sutka əvvəl xəstə bəzi preparatların, kofein tərkibli qidaların, içkilərin qəbulunu dayandırmalıdır. Test günü pasiyent ən azı 3 saat əvvəldən heç nə yeməməlidir, maye qəbulunu azaltmalı, test günü özü ilə qəbul etdiyi bütün dərman preparatlarını gətirməlidir.
Stress testi zamanı pasiyent qaçış aparatında hərəkət edəcək, ona görə idman üslublu, rahat geyim geyinməlidir.
Stress testin bir neçə növü var: ana damarlarda qan dövranında bloklanmanı yoxlamaq üçün. Bu zaman pasiyent qaçış xalçasında maksimal həddə çatana kimi qaçır. Bundan sonra pasiyentə xüsusi preparat vurulur və ürəyə qan axını izlənilir.

Radioaktiv indikatorlar vasitəsilə skan olunma – ürək tutmasını aşkar etmək üçün olunur. İnfarkt keçirmiş və ya keçirən, keçirmə riski olan xəstələrə olunur.

Doktor Rəşad Məmmədov Urologiya ixtisasinda Tibb uzre Fəlsəfə Doktoru ATU-nun Urologiya kafedrasinın dosentidir Doktor R...
17/10/2024

Doktor Rəşad Məmmədov Urologiya ixtisasinda Tibb uzre Fəlsəfə Doktoru ATU-nun Urologiya kafedrasinın dosentidir

Doktor Rəşad Məmmədov
1997-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ile bitirmişdir. 2004 cu ilde Urologiya ixtisasinda Tibb uzre Fəlsəfə Doktoru adını qazanmışdır.2004 va 2005 ci illərdə Allgemeines Krankenhaus der Stadt Wien (Avstriya) xəstəxanasında urologiya uzrə fellowship kecərək ixtisasını artırmışdır. 2006- ci ildə Istanbul Tibb Fakultəsi Çapa xəstəxanasında prostat xerçengi ùzra klinik fellowship, 2008- ci ilde Haseki Eğitim Araşdırma xəstəxanasında (Istanbul) endourologiya üzrə fellowship kecmişdir. 2010-cu ilde Aachen (Almaniya) Universitet xəstəxanasında Uroonkogiya üzrə klinik fellowship olaraq ixtisasını təkmilləşdirmişdir. 2013 ilde IRCAD training mərkəzində (Strazburg) laproskopik urologiya kursunu kecmishdir. 2017- ci ildə Koç Üniversitesi Hastanesində (Istanbul) robotik cərrahiyyə kursunu kecib. 2018-ci ilde Guangzhou Universitet xəstəxanasında (Çin) miniperkutan kursunu bitirmişdir. Hal-hazırda ATU-nun Urologiya kafedrasinda dosent vəzifəsində çalışır

Address

Sabirabad

Alerts

Be the first to know and let us send you an email when Muğan klinika Sabirabad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Muğan klinika Sabirabad:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram