Şəmkir Sağlamlıq Tibb Mərkəzi

Şəmkir Sağlamlıq Tibb Mərkəzi MedStar Klinikası rəsmi Facebook səhifəsi

Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstəni kompleks şəkildə müayinə etdikdən sonra ona düzgü...
01/05/2025

Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstəni kompleks şəkildə müayinə etdikdən sonra ona düzgün diaqnoz qoymaq olar.

Xəstənin kompleks müayinəsi həkim-allerqoloqun müayinəsilə başlayır. Həkim xəstənin şikayətlərini dinləyir, xəstəliyin ilk dəfə necə başlamasını, onun inkişaf etməsinin xüsusiyyətlərini, allergiyanın hansı şəraitdə maksimal şəkildə təzahür etdiyini, yaxın qohumlarında allergik xəstəliklərin olub-olmamasını, məişət və iş şəraiti və s. barədə olan məlumatları soruşur. Bundan sonra isə həkim aşağıdakı müayinələri təyin edə bilər:

🔹Dəri sınaqları – insanda allergiyanı məhz hansı allergenlərin törətdiyini müəyyən etmək üçün icra olunur.
🔹Dəridaxili sınaqlar – allergiyanın diaqnostikası üçün kifayət qədər dəqiq olan və uzun zaman ərzində yoxlanılmış bir üsuldur.
🔹Qan analizləri – aparmaqla allergiyaya diaqnoz qoyulması – allerqologiyada yeni bir istiqamətdir. Bu analizlərin xüsusiyyəti ondan ibarətdir ki, bu zaman xəstənin allergenlə bilavasitə təmasda olması tələb olunmur və bunun nəticəsində baş verə biləcək riskin qarşısı alınmış olur.

Analiz aparmaq üçün barmaqdan qan götürülür. İnsanın qanını müayinə etməklə bir çox hallarda həmin orqanizmin məhz hansı allergenə reaksiya verməsini dəqiqliklə müəyyən etmək olar. Bu analizlər ayrı-ayrı allergen qruplarına qarşı aparılır: qida allergenləri, heyvani mənşəli allergenlər, bitki mənşəli allergenlər, məişət allergenləri və s.

Daha ətraflı⤵️

☎️ (02230) 5-23-93
📞 (055) 497-82-05
📞 (051) 497-05-05 (WhatsApp)

📍 Şəmkir şəhər, H.Aslanov küçəsi. 4c
(2-ci küçənin başlanğıcı, kəhriz ilə üzbəüz)

Böyrək daşı — sidik yollarında mineralların və duzların birləşərək sərt kütlələr əmələ gətirməsi nəticəsində yaranır. Ki...
29/04/2025

Böyrək daşı — sidik yollarında mineralların və duzların birləşərək sərt kütlələr əmələ gətirməsi nəticəsində yaranır. Kiçik daşlar çox vaxt öz-özünə çıxsa da, böyük daşlar sidik axınını tıxaya və şiddətli ağrıya səbəb ola bilər.

Əlamətlər:
🔹Bel və yan tərəfdə güclü, dalğavari ağrılar
🔹Sidik zamanı yanma və ağrı
🔹Tez-tez sidiyə getmə ehtiyacı
🔹Sidikdə qan və ya bulanıqlıq
🔹Ürəkbulanma və qusma

Vaxtında diaqnoz və müalicə ciddi fəsadların qarşısını alır. Su qəbulunu artırmaq və düzgün qidalanma böyrək daşı riskini azalda bilər.

Daha ətraflı⤵️

☎️ (02230) 5-23-93
📞 (055) 497-82-05
📞 (051) 497-05-05 (WhatsApp)

📍 Şəmkir şəhər, H.Aslanov küçəsi. 4c
(2-ci küçənin başlanğıcı, kəhriz ilə üzbəüz)

Hər il 25 aprel tarixində dünyanın müxtəlif ölkələrində Dünya DNT Günü kimi qeyd edilir. 🧬DÜNYA DONT Dezoksiribonuklein ...
25/04/2025

Hər il 25 aprel tarixində dünyanın müxtəlif ölkələrində Dünya DNT Günü kimi qeyd edilir. 🧬

DÜNYA DONT Dezoksiribonuklein Turşuları (DNT) – canlı orqanizmdə genetik məlumatı saxlayan və ötürən yüksək molekullu təbii üzvi birləşmədir.

DNT bir orqanizmin inkişafı, yaşaması, çoxalması üçün lazım olan məlumatları özündə toplayır.
___

☎️ (02230) 5-23-93
📞 (055) 497-82-05
📞 (051) 497-05-05 (WhatsApp)

📍 Şəmkir şəhər, H.Aslanov küçəsi. 4c
(2-ci küçənin başlanğıcı, kəhriz ilə üzbəüz)

Klinikamızda icra edilən   - xüsusi apparat vasitəsilə qanın filtrasiyası üsulu ilə orqanizmin hüceyrə səviyyəsində təmi...
12/04/2025

Klinikamızda icra edilən - xüsusi apparat vasitəsilə qanın filtrasiyası üsulu ilə orqanizmin hüceyrə səviyyəsində təmizlənmə metodudur.

Bu üsul bir çox xəstəliklərin müalicəsində tətbiq olunur, hətta bəzi xəstəliklərdə yeganə çıxış yolu hesab edilir. Plazmaferez zamanı qan porsiyası hemokonteynerə toplanır, plazma və formalı elementləri ayrılır, plazma kənar edilərək qan hüceyrələri yenidən orqanizmə qaytarılır.

Plazmaferez aşağıdakı xəstəliklərin müalicəsində tətbiq edilir:
🔹Ürək qan damar xəstəlikləri;
🔹Qaraciyər və böyrək xəstəlikləri (iltihabi proses və orqan çatışmazlığı olduqda);
🔹Ginekoloji xəstəliklər (süni mayalanmadan əvvəl, patoloji klimaksın və cinsi infeksiyaların müalicəsi);
🔹Ağciyər və bronx xəstəliklərində, bronxial astma;
🔹Sinir sistemi xəstəliklərində;
🔹Göz patologiyalarında (retinopatiya, uveit);
🔹Hamiləlik zamanı toksikozlarında;
🔹Alkohol və narkotik asılılığı;
🔹Zəhərlənmələrdə.

Daha ətraflı⤵️

☎️ (02230) 5-23-93
📞 (055) 497-82-05
📞 (051) 497-05-05 (WhatsApp)

📍 Şəmkir şəhər, H.Aslanov küçəsi. 4c
(2-ci küçənin başlanğıcı, kəhriz ilə üzbəüz)

Saç tökülməsinin müalicəsində üstünlük verilən tətbiqlərdən biri olan saç mezoterapiyası saç hüceyrələrini qidalandırara...
05/04/2025

Saç tökülməsinin müalicəsində üstünlük verilən tətbiqlərdən biri olan saç mezoterapiyası saç hüceyrələrini qidalandıraraq gücləndirir və bu sayədə saçın keyfiyyəti artırılarkən, tökülmənin qarşısı alınır və yeni saçların çıxması dəstəklənir.

🔹Prosedur saç tökülməsi, yerlərdə seyrəlmə və ya saçların seyrəlməsi zəifləməsi kimi problemləri olan fərdlərdə güvənlə tətbiq oluna bilən bir müalicə üsuludur.

✔ Klinikamızda həyata keçirilən digər prosedurlar:

▪️Təmizləyici proseduralar (Çistka)
▪️Tatuların silinməsi
▪️Bilefaroplastika
▪️Karbon pillinq
▪️Papilomaların, xalların, ksantelezmanın götürülməsi
▪️Biorevializasiya
▪️Dolğular
▪️Botoks
▪️Pillinqlər
▪️Plazmoliftinq
▪️Mikronidlinq
▪️Lazer epilyasiya və digər proseduralar.

Daha ətraflı⤵️

☎️ (02230) 5-23-93
📞 (055) 497-82-05
📞 (051) 497-05-05 (WhatsApp)

📍 Şəmkir şəhər, H.Aslanov küçəsi. 4c
(2-ci küçənin başlanğıcı, kəhriz ilə üzbəüz)

☑️ 7 noyabr tarixində uzun illər Russiyada təhsil almış və fəaliyyət göstərmiş tibb elmləri namizədi uşaq həkim-oftalmol...
05/10/2024

☑️ 7 noyabr tarixində uzun illər Russiyada təhsil almış və fəaliyyət göstərmiş tibb elmləri namizədi uşaq həkim-oftalmoloqu Gülnarə Xasiyeva klinikamızın qonağı olacaq.

🔹Böyüklərin və uşaqların göz müayinəsi və müalicəsi.
🔹Uşaqlarda ən çox rast gələn göz xəstəliklərinin müayinəsi və müalicəsi :
▪️Miopiya ( yaxındangörmə);
▪️Hipermetropiya (uzaqdangörmə);
▪️Astiqmatizm;
▪️Ambliopiya (tənbəl göz);
▪️Çəpgözlük;
▪️Görmə sinirinin atrofiyası;
▪️Gözün iltihabi xəstəlikləri və s.

__
☎️ (02230) 5-23-93
📞 (055) 497-82-05
📞 (051) 497-05-05 (WhatsApp)
📍 Şəmkir şəhər, H.Aslanov küçəsi. 4c
(2-ci küçənin başlanğıcı, kəhriz ilə üzbəüz)

Qaraciyər sirrozu nədir?Sirroz-fransız həkimi tərəfindən elmə daxil olub.Sirroz sözünün mənası sarı-turuncu rəng deməkdi...
31/08/2024

Qaraciyər sirrozu nədir?

Sirroz-fransız həkimi tərəfindən elmə daxil olub.Sirroz sözünün mənası sarı-turuncu rəng deməkdir.Sirroz qaraciyərin patalogiyası olub,qaraciyərdə birləşdirici toxumanın üstünlüyü ilə gedir,bu zaman qan damar strukturu pozulur nəticədə portal hipertenziyanın yaranması ilə nəticələnir.Sirroza səbəb uzun cəkən bir xroniki xəstəlik olduğu kimi  bəzən səssiz geden ağır xəstəlik də ola bilər.Bunlara virus hepatitləri,autoimmun hepatit,toksiki hepatit,öd daşı,sklerozlaşdırıcı xolangit,hepatosteatoz və s.kimi qaraciyər xəstəlikləri aiddir.Bəzən bir neçə həftəyə bəzənsa bir neçə ilə yaranır.Sirroz geri dönməyən prosesdir.

Klinikası:kompensasiya və dekompensasiya olmaqla 2 cür olur.Assit-qarın boşluğunda mayenin yığılması,sarıliq,ensefalopatiya,varikoz qanaxma kimi ağırlaşmalar dekompensasiyanı göstərir.Bu zaman qanda albumin,bilrubin,

kreatinin,PT-İNR yoxlanılır.

Sirrozlu xəstələrin ən şox rast gəlinən dekompensasiya şəkli assitdir.Buna görə USM müayinəsində qaraciyərin vəziyyətinə baxıldıqda mütləq duqlas boşluğunda mayenin olub olmadığına da nəzarət etmək lazımdır.Varsa miqdarına və tərkibinə əsasən sinifləndirmə aparılır.Miqdarı artdıqda qarında şişkinlik,gərginlik kənardan nəzərə çarpır.1.mərhələdə duzsuz pəhriz .2.də pəhriz yanaşı olaraq diuretiklər.3.də parasentez(5litrin üstündə)daha sonra pehriz və diuretik təyin olunur.Parasentezdən sonra hər litrə 6-8 qr albumin verilir.

Müalicəyə tabe olmayan hallarda assitə oliquriya və anuriya da qoşulur.Nəticədə böyrək çatışmazlığı yaranır.Buna hepatorenal sindrom deyilir.

Bu zaman qanda kreatinin yüksəlir.

Assitə infeksiyanın qoşulması zamanı peritonit yaranır ki,qızdırma,qarın ağrısı,

Ensefalopatiya prosesə qoşulur.

Yuxaridakılardan da başa düşdük ki,vaxtında ilk əlamətlər olduqda həkimə müraciət olunmalıdır.

26/08/2024
Mehriban Arif qızı Əliyeva (26 avqust 1964, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (2017-ci ildən),...
26/08/2024

Mehriban Arif qızı Əliyeva (26 avqust 1964, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (2017-ci ildən), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri. UNESCO-nun xoşməramlı səfiri (2004–2022).
Doğum gününüz mübarək Mehriban xanım!

☑️ 12sentyabr  tarixində uzun illər Russiyada təhsil almış və fəaliyyət göstərmiş tibb elmləri namizədi uşaq həkim-oftal...
23/08/2024

☑️ 12sentyabr tarixində uzun illər Russiyada təhsil almış və fəaliyyət göstərmiş tibb elmləri namizədi uşaq həkim-oftalmoloqu Gülnarə Xasiyeva klinikamızın qonağı olacaq.

🔹Böyüklərin və uşaqların göz müayinəsi və müalicəsi.
🔹Uşaqlarda ən çox rast gələn göz xəstəliklərinin müayinəsi və müalicəsi :
▪️Miopiya ( yaxındangörmə);
▪️Hipermetropiya (uzaqdangörmə);
▪️Astiqmatizm;
▪️Ambliopiya (tənbəl göz);
▪️Çəpgözlük;
▪️Görmə sinirinin atrofiyası;
▪️Gözün iltihabi xəstəlikləri və s.

__
☎️ (02230) 5-23-93
📞 (055) 497-82-05
📞 (051) 497-05-05 (WhatsApp)
📍 Şəmkir şəhər, H.Aslanov küçəsi. 4c
(2-ci küçənin başlanğıcı, kəhriz ilə üzbəüz)

Cərrah - endokrinoloq Dr. Xəqani Həsənov 11 sentyabr tarixində Şəmkir Sağlamlıq Tibb mərkəzində pasiyentləri qəbul edəcə...
19/08/2024

Cərrah - endokrinoloq Dr. Xəqani Həsənov 11 sentyabr tarixində Şəmkir Sağlamlıq Tibb mərkəzində pasiyentləri qəbul edəcək.



Müayinə və müalicə sahələri:

🔸Hipertireoz (Zəhərli zob)
🔸Hipotireoz (Düyünlü zob)
🔸Qalxanvari vəzi xərçəngi
🔸Tireoditlər
🔸Qalxana bənzər vəzin anadan gəlmə inkişafdan qalması
🔸İnsulin pompası ilə müalicə
🔸Piylənmə
🔸Dislipidemiyalar (qan yağları)
🔸Osteoporoz (sümük əriməsi)
🔸Sümük və kalsium metabolizmi
🔸D vitamini əksikliyi

Address

H. Aslanov Küç. 4c
Shamkhor

Telephone

+994554978205

Website

Alerts

Be the first to know and let us send you an email when Şəmkir Sağlamlıq Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şəmkir Sağlamlıq Tibb Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category