Şəki RMX PHŞ

  • Home
  • Şəki RMX PHŞ

Şəki RMX PHŞ ŞƏKİ RAYON MƏRKƏZİ XƏSTƏXANASI

“815” Çağrı Mərkəzinə I rüb ərzində 35 mindən çox zəng daxil olubTƏBİB-in “815” Çağrı Mərkəzinə 2026-cı ilin I rübü ərzi...
14/04/2026

“815” Çağrı Mərkəzinə I rüb ərzində 35 mindən çox zəng daxil olub
TƏBİB-in “815” Çağrı Mərkəzinə 2026-cı ilin I rübü ərzində ümumilikdə 35 814 zəng daxil olub. Müraciətlərdən 35 350 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 464 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 162 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 153 müraciət ilə bağlı məsələ həll edilib, 149 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

13/04/2026

Sağlam körpə üçün sağlam ana ol!

“Sağlam ol” rubrikasında bu dəfə hava təzmiliyinin qorunması haqqında danışacağıq.
10/04/2026

“Sağlam ol” rubrikasında bu dəfə hava təzmiliyinin qorunması haqqında danışacağıq.

Hamiləlikdə düzgün çəki artımı nə qədər olmalıdır?Hamiləlik dövründə çəki artımı ana və körpənin sağlam inkişafı üçün va...
09/04/2026

Hamiləlikdə düzgün çəki artımı nə qədər olmalıdır?
Hamiləlik dövründə çəki artımı ana və körpənin sağlam inkişafı üçün vacibdir. Lakin bu artım hər kəsdə eyni olmur və qadının hamiləlikdən əvvəlki bədən kütlə indeksinə uyğun şəkildə dəyişə bilər. Mütəxəssislər bildirir ki, hamiləlik müddətində çəkinin nəzarətli və mərhələli şəkildə artması həm ana, həm də körpə üçün daha sağlam hesab olunur.
Ümumiyyətlə normal çəki ilə hamiləliyə başlayan qadınlarda ümumi çəki artımı təxminən 10–15 kq arası ola bilər. Bu artımın böyük hissəsi hamiləliyin ikinci və üçüncü trimestrlərində baş verir. Çəkinin həddindən artıq artması hamiləlik diabeti və yüksək təzyiq kimi riskləri artıra bilər, az artması isə körpənin inkişafına təsir göstərə bilər.
Bu səbəbdən hamiləlik dövründə:
• Balanslı və müxtəlif qidalanmaya diqqət etmək;
• Kifayət qədər su qəbul etmək;
• Həkim məsləhətinə uyğun fiziki aktiv olmaq;
• Çəki artımını mütəmadi olaraq izləmək və həkimlə məsləhətləşmək vacib hesab olunur.

Şəki Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində  məktəblilər arasında uşaqların icbari tibbi dispanserizasiy...
08/04/2026

Şəki Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində məktəblilər arasında uşaqların icbari tibbi dispanserizasiyası aprel ayında da davamlı şəkildə həyata keçirilir.

Dispanserizasiya “Uşaqların icbari dispanserizasiyasına dair Dövlət Proqramı”na uyğun olaraq mərhələli şəkildə təşkil olunub.

Ailə Sağlamlıq Mərkəzində həkim-pediatrlar tərəfindən məktəblilər ilkin tibbi müayinələrə cəlb olunub, daha sonra Xidmətlər Zərfi çərçivəsində ixtisaslı həkim müayinələrinə yönləndirilir.

Tədbirin əsas məqsədi uşaqların sağlamlığının qorunması, onların fiziki və psixoloji inkişafının izlənilməsi, eləcə də mümkün xəstəliklərin erkən mərhələdə aşkar olunaraq vaxtında profilaktik və müalicəvi tədbirlərin görülməsidir.

Keçirilən profilaktik baxışlar çərçivəsində müxtəlif ixtisaslar üzrə mütəxəssis həkimlər tərəfindən hər bir şagirdin sağlamlıq vəziyyəti kompleks şəkildə qiymətləndirilir.

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) ...
08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
🔗 https://president.az/az/articles/view/72061

Güzgüdəki dəyər: Bədən imici uşaqlara necə təsir edir? Məktəb yaşı uşağın özünü tanıdığı, kimliyini formalaşdırdığı ən h...
08/04/2026

Güzgüdəki dəyər: Bədən imici uşaqlara necə təsir edir?
Məktəb yaşı uşağın özünü tanıdığı, kimliyini formalaşdırdığı ən həssas dövrlərdən biridir. Bu dövrdə uşaqlar həmyaşıdları ilə özlərini müqayisə etməyə başlayır, sosial mediada gördükləri obrazlarla “oynayır” və beləliklə onlarda zaman-zaman bədənləri haqqında yeni fikirlər formalaşır.
Bədən imici – insanın öz xarici görünüşünü necə qəbul etməsidir. Əgər uşaq öz görünüşünü daim tənqid edir, başqaları ilə müqayisə edir və özünü “kifayət qədər yaxşı deyil” kimi hiss edirsə, bu, özünə inamın azalmasına səbəb ola bilər.
Aşağı özünə inam məktəb həyatına da təsir edir:
• Dərsdə aktivliyin azalması;
• Sosial mühitdən uzaqlaşma;
• Həddindən artıq utanma və ya aqressiv davranış;
• Qidalanma vərdişlərində dəyişiklik.
Xüsusilə yeniyetməlik dövründə bədəndə baş verən təbii dəyişikliklər şagirdlərdə narahatlıq yarada bilər. Bu mərhələdə valideyn və müəllim dəstəyi çox önəmlidir. Uşağa onun dəyərinin yalnız görünüşlə ölçülmədiyini anlatmaq, bacarıqlarını və fərdi xüsusiyyətlərini vurğulamaq özünə inamın formalaşmasına kömək edir.
Gəlin uşaqlara güzgüdə qüsuru deyil, dəyəri görməyi öyrədək.

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.
07/04/2026

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdır...
06/04/2026

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdırır, sümükləri möhkəmləndirir və gündəlik enerjinizi artırır. Aktiv həyat tərzi stressi azaldır, əhval-ruhiyyəni yüksəldir və depressiya riskini minimuma endirir.
Sağlam qalmaq üçün böyük addımlar atmağa ehtiyac yoxdur. Həftədə ən azı 3 dəfə, gündə minimum 60 dəqiqə orta intensivlikdə hərəkət – yürüş, velosiped sürmək və ya idmanla məşğul olmaq artıq sağlam gələcəyə atılan böyük addımdır.
Hərəkət – sağlam və enerjili həyatın ən güclü təməlidir.

03/04/2026
2 Aprel Ümumdünya Autizm Məlumatlandırma GünüdürAutizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiy...
02/04/2026

2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür
Autizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiyyətinə və davranışlarına təsir edən inkişaf pozuntusudur. Əlamətləri adətən 1,5–2 yaşdan etibarən üzə çıxır. Uşaq göz kontaktından qaça, adına reaksiya verməyə bilər, yaşıdları ilə ünsiyyətdə çətinlik çəkər, nitqi gecikə və ya fərqli inkişaf edə bilər. Həmçinin özünə qapanma, təkrarlanan hərəkətlər və dəyişikliklərə qarşı həssaslıq müşahidə oluna bilər.
Bu əlamətlərdən bir neçəsi olduqda vaxtında psixoloq və ya mütəxəssisə müraciət etmək vacibdir. Erkən müdaxilə uşağın inkişafına müsbət təsir göstərir.
Müasir yanaşmalara görə autizm mərkəzi sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Onun yaranmasına genetik faktorlar, maddələr mübadiləsinin anadangəlmə pozğunluqları, hamiləlik və doğuş zamanı baş verən ağırlaşmalar, həmçinin bəzi infeksiyalar və nevroloji vəziyyətlər təsir göstərə bilər. Autizm fərqli formalarda özünü göstərir və düzgün dəstək ilə uşağın həyat keyfiyyətini artırmaq mümkündür.

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.    🇦🇿
02/04/2026

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.
🇦🇿

Address

📌 Şəki şəhəri Zərifə Əliyeva 177

AZ5504

Telephone

+994242451173

Website

https://www.tabib.gov.az/

Alerts

Be the first to know and let us send you an email when Şəki RMX PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şəki RMX PHŞ:

  • Want your practice to be the top-listed Clinic?

Share