Narmina diets

Narmina diets Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Narmina diets, Doctor, Sheki.

Autoimmun tiroidit (AİT) — orqanizmin öz qalxanabənzər vəzisinə qarşı immun sisteminin reaksiya verməsi nəticəsində yara...
15/04/2025

Autoimmun tiroidit (AİT) — orqanizmin öz qalxanabənzər vəzisinə qarşı immun sisteminin reaksiya verməsi nəticəsində yaranan bir vəziyyətdir. Bu zaman vəz iltihablanır və zamanla hormon istehsalında dəyişikliklər baş verə bilər.

AİT-in əsas əlamətləri:
• Davamlı yorğunluq və halsızlıq
• Dərinin quruluğu, saç tökülməsi
• Çəki artımı və arıqlamaq çətinliyi
• Əhval dəyişiklikləri və yuxu pozuntuları

Bu vəziyyət bəzən illərlə simptom vermədən inkişaf edə bilər. Ona görə də vaxtında müayinə və analizlər çox önəmlidir.

Əgər bu əlamətləri özündə hiss edirsənsə – yoxlanmağa dəyər.

“AİT” yaz və sənə hansı analizlərdən başlamağın lazım olduğunu izah edim.

“Serum dəmiri ≠ ferritin: analizlər nə göstərir?”Çoxları düşünür ki, "dəmir" analizi vermək kifayətdir, amma əslində tam...
10/04/2025

“Serum dəmiri ≠ ferritin: analizlər nə göstərir?”

Çoxları düşünür ki, "dəmir" analizi vermək kifayətdir, amma əslində tam nəticəyə varmaq üçün ən azı iki göstərici tələb olunur:

1. Serum dəmiri
– Qanda hazırkı səviyyəni göstərir.
– Gün ərzində, yeməkdən, stresdən və xəstəlikdən asılı olaraq dəyişə bilər.

2. Ferritin
– Orqanizmdəki dəmir ehtiyatlarını (qaraciyər, dalaq) əks etdirir.
– Dəmir çatışmazlığında ilk olaraq azalır.
– İltihab zamanı yüksələ bilər — bu halda dəqiqləşdirmək üçün C-reaktiv protein (CRP) analizinə ehtiyac var.

3. Əlavə faydalı analizlər
– Ümumi dəmir bağlama qabiliyyəti (TIBC)
– Transferrin

Nə üçün vacibdir?
– Yalnız serum dəmirini yoxlayaraq gizli çatışmazlığı görməyə bilərsiniz.
– İltihabı nəzərə alınmadan yüksək ferritin yanıltıcı ola bilər.

Nə etmək lazımdır?

1. Kompleks analiz verin: dəmir, ferritin, TIBC və CRP.

2. Nəticələri həkimlə birgə şərh edin.

3. Qidalanmanı və əlavələri göstəricilərə uyğun tənzimləyin.
Şərhlərdə paylaşın: siz artıq hər iki analizi veribmisiniz, yoxsa yalnız birinə əsaslanmısınız?

Dəmirin sorulmasına mane olan əsas amillər:1. Kalsium– Süd məhsulları (süd, pendir, qatıq)– Kalsium əlavələriMəsləhət: D...
08/04/2025

Dəmirin sorulmasına mane olan əsas amillər:

1. Kalsium
– Süd məhsulları (süd, pendir, qatıq)
– Kalsium əlavələri
Məsləhət: Dəmir qəbulundan ən azı 2 saat əvvəl və ya sonra istifadə etmək.

2. Çay və qəhvə
– Tərkibində olan tanin maddəsi dəmirin sorulmasını 60%-ə qədər azalda bilər!
Məsləhət: Dəmir qəbulundan 1 saat əvvəl və sonra çay/qəhvə içməmək.

3. Tam taxıllı məhsullar
Məsləhət: Dəmir mənbələri ilə birlikdə istifadə etməmək, xüsusilə də ferritin az olduqda.

4. Mədə turşusunu azaldan preparatlar (omeprazol və s.)
– Mədə turşuluğu azaldığı üçün dəmirin mənimsənilməsi zəifləyir.
Məsləhət: Dəmirin mənimsənilməsi üçün turş mühit vacibdir. C vitamini əlavə etmək olar.

Dəmir necə seçilməlidir?1. Dəmir sulfat (FeSO₄)– Ən çox istifadə olunan formadır.– Qəbizlik, ürəkbulanma və mədə narahat...
05/04/2025

Dəmir necə seçilməlidir?

1. Dəmir sulfat (FeSO₄)
– Ən çox istifadə olunan formadır.
– Qəbizlik, ürəkbulanma və mədə narahatlığı yarada bilər.
– Asan mənimsənilmir, lakin ucuz və təsirlidir.
– C vitamini ilə acqarına qəbul etmək daha yaxşıdır.

2. Dəmir fümarat
– Daha yüksək dozada dəmir tərkiblidir.
– Effektlidir, amma bəzi insanlarda yan təsirlər yarada bilər.

3. Dəmir qlükonat
– Mədə üçün daha yüngüldür.
– Həssas mədəsi olanlar üçün uyğundur.
– Effekt bir az zəif ola bilər, amma daha az yan təsirlidir.

4. Dəmir bisqlisinat (xelat forması)
– Orqanizm tərəfindən ən yaxşı mənimsənilən formadır.
– Ən az yan təsir göstərən formadır.
– Xüsusilə dəmir çatışmazlığı olanlarda tövsiyə olunur.

5. Dəmir-polimaltos kompleksi
– Yumşaq və davamlı təsir göstərir.
– Mədə narahatlığı azdır.
– Uşaqlar və hamilələr üçün uyğundur.

Qeyd: Hər hansı dəmir preparatını qəbul etməzdən əvvəl analiz vermək və həkimlə məsləhətləşmək vacibdir.

“Ən yaxşı dəmir mənbələri hansı qidalardır?”🥩 Ət, yoxsa ispanaq? Hansında daha çox dəmir var?Dəmir iki növ olur:🔹 Hem də...
01/04/2025

“Ən yaxşı dəmir mənbələri hansı qidalardır?”

🥩 Ət, yoxsa ispanaq? Hansında daha çox dəmir var?

Dəmir iki növ olur:
🔹 Hem dəmiri – heyvani məhsullarda olur, daha yaxşı mənimsənilir.
🔹 Qeyri-hem dəmiri – bitki mənşəli qidalarda olur, daha çətin mənimsənilir.

🥩 Hem dəmiri ilə zəngin TOP-5 qida:
– Mal ciyəri (6,9 mq / 100 q).
– Qırmızı ət (2,7 mq).
– Hind quşu əti (1,3 mq).
– Dəniz məhsulları (midyə, istridyə).
– Yumurta sarısı.

🥦 Qeyri-hem dəmiri ilə zəngin TOP-5 qida:
– İspanaq (2,7 mq).
– Qarabaşaq.
– Mərcimək.
– Tofu.
– Balqabaq toxumu.

🔥 Dəmirin sorulmasını necə yaxşılaşdırmaq olar?
Vitamin C ilə birgə qəbul etmək (bibər, sitrus meyvələri, giləmeyvə).

❌ Dəmirin sorulmasını nə maneə törədir?
Kofe, çay, süd məhsulları.

Siz qidalanmanızda dəmir səviyyəsinə nəzarət edirsiniz?

Niyə dəmir orqanizm üçün bu qədər vacibdir?”🔴 Dəmir – enerji mənbəyidir! Niyə buna məhəl qoyula bilməz?Özünüzü daim yorğ...
31/03/2025

Niyə dəmir orqanizm üçün bu qədər vacibdir?”

🔴 Dəmir – enerji mənbəyidir! Niyə buna məhəl qoyula bilməz?

Özünüzü daim yorğun hiss edirsiniz? Gücsüzlük, başgicəllənmə və ya dırnaqların qırılması? Ola bilsin ki, orqanizminizdə dəmir çatışmazlığı var.

✅ Dəmir nə üçün vacibdir?
– Oksigeni orqanlara və toxumalara daşıyır.
– Enerji istehsalında iştirak edir.
– İmmuniteti gücləndirir.
– Dərinin, saçın və dırnaqların sağlamlığına təsir göstərir.

❌ Dəmir çatışmazlığı nəyə səbəb olur?
– Xroniki yorğunluq.
– Saç tökülməsi və dırnaqların qırılması.
– Solğun dəri, başgicəllənmə, təngnəfəslik.
– Diqqət və konsentrasiya problemləri.

💡 Dəmir səviyyəsini necə öyrənmək olar?
Qan analizləri vermək: ferritin, serum dəmiri, serumun ümumi dəmir bağlama qabiliyyəti (TIBC)

Dəmir çatışmazlığına laqeyd yanaşmayın! Növbəti postlarda hansı qidaların bu çatışmazlığı aradan qaldıracağını və əlavə dəmir qəbulunun qaydalarını izah edəcəyəm.

Həm də  HbA1c kimi tanınan qlükozalaşmış hemoqlobin şəkərli diabetin diaqnostikası və kontrolu üçün vacib göstəricidir. ...
28/06/2023

Həm də HbA1c kimi tanınan qlükozalaşmış hemoqlobin şəkərli diabetin diaqnostikası və kontrolu üçün vacib göstəricidir. Bəs bu terminin mənası nədir və niyə o bu qədər vacibdir?🤔

Qanda şəkərin miqdarı yüksək olanda onun bir qismi hemoqlobin adlanan və toxumalarımıza oksigen daşıyan oksigenəbağlı zülalla əlaqəyə girir. Bu proses qlükozalaşma adlanır və qlikohemoqlobinin yaranmasına gətirib çıxardır.😕

Qlikohemoqlobinin səviyyəsinin ölçülməsi qanda şəkərin səviyyəsinin erkən kontrolunun vacib indikatoru hesab olunur. Hemoqlobin tərkibli eritrositlərin ömrü 2-3 ay olduğundan qlikohemoqlobin son 2-3 ay ərzində qanda şəkərin səviyyəsini əks edir. Bu isə bizə şəkər səviyyəsinin müalicəsi və kontrolun effektivliyini uzunmüddətli perspektivdə qiymətləndirmək imkanı verir. ☝️

Diabeti olmayan insanların əksəriyyətində qlikohemoqlobinin göstəricisi 5,7%-dən az təşkil edir. 5,7%-6,4% arası olan göstərici diabet öncəki vəziyyəti əks etdirir, 6,5% və daha yüksək isə şəkərli diabetin mövcudluğuna işarədir.

Qlikohemoqlobinin mütəmadi yoxlanılması qanda şəkərin səviyyəsini bilmək və müalicənin effektivliyini qiymətləndirmək üçün çox vacibdir. Bununla şəkərli diabetlə bağlı fəsadların qarşısı alınır və bu xəstəliyin daha keyfiyyətli idarəolunması təmin edilir.👍

🔗SMM by

❓Anaboliklər nə deməkdir? Bunlar kişi cinsi hormonu olan testosteronla struktur oxşarlığına sahib olan sintetik maddədir...
26/06/2023

❓Anaboliklər nə deməkdir? Bunlar kişi cinsi hormonu olan testosteronla struktur oxşarlığına sahib olan sintetik maddədir. Onlar idman mühitində əzələ kütləsi və qüvvənin artırılması üçün istifadə olunurlar.

😓Çox təəssüf ki, idman zallarında məşqçilər cavan kişiləri anabolik steroidlərə alışdırmaqla çox vaxt narko-diller kimi davranırlar. Bu maddələr isə sağlamlıqla ciddi hətta katastrofik problemlər yaradır.👇

1. Qaraciyərin zədələnməsi: hətta hepatit və serroza qədər.
2. Ürək-damar problemləri: hipertoniya, miokard infarktı və s.
3. Hormonal pozulmalar: anaboliklər orqanizmdə təbii hormonal balansı pozur, testosteronun təbii hasilini azaltmağa yol açır, həmçinin qadınlarda menstrual tsikli pozur.
4. Psixoloji problemlər: anaboliklərin qəbulu depressiya, aqressivlik və asıllılıq daxil olmaqla bir sıra psixi problemlər yarada bilər.
5. Reproduktiv problemlər: anaboliklərin qəbulu çox vaxt sonsuzluqla nəticələnir.

❌ "Əzələlərin sürətlə böyüməsi" və "ideal bədən" vədlərinə aldanmayın. Unutmayın ki, zahiri görünüşə nail olmaq sağlamlığınıza zərər verməməlidir. Gözəllik qurban tələb etsə də, ona sağlamlığınızı qurban verməyin.

🔗SMM by

Hestasiya dövrü diabeti: ana olmağa hazırlaşanlar üçün vacib faktlar! 🤰 Bu gün sizə hestasiya diabeti haqda danışmaq ist...
23/06/2023

Hestasiya dövrü diabeti: ana olmağa hazırlaşanlar üçün vacib faktlar! 🤰

Bu gün sizə hestasiya diabeti haqda danışmaq istəyirəm - hamilə qadınlarda təsadüf edilə bilən vəziyyətdir. Gəlin bu xəstəliyin əsas aspektlərini araşdıraq.

🔸 Hestasiya dövrü diabeti nədir? Hestasya diabeti bəzi qadınlarda hamiləlik dövründə yaranan diabet formasıdır. Bu, qanda şəkərin tənzimlənmə pozulması ilə bağlıdır və xüsusi diqqət və nəzarət tələb edir.

🔸 Hestasiya diabetinin hansı simptomları var? Çox vaxt onun simptomi olmur, bu səbəbdən də hamiləlik vaxtı mütəmadi olaraq tibbi müayinələrdən keçmək vacibdir. Bəzi hallarda qadınlar tez-tez sidiyə gedə bilər, daim susuzluq hiss edər və ya səbəbsiz arıqlayar.

🔸 Hestasiya diabeti uşağa necə təsir edə bilər? Gecikmiş və ya yarımçıq aparılmış müalicə dölün inkişafına təsir edə bilər, vaxtından tez doğuşun və iri döl riskini artırar və ya körpənin sağlamlığında müxtəlif problem yarada bilər.

🔸 Hestasiya diabetinin diaqnozu necə qoyulur və müalicəsi necə aparılır? Hestasiya diabetinin diaqnostikası üçün hamiləliyin 24-28-ci həftələrində qanda şəkərin səviyyəsinin yoxlamaq üçün xüsusi test aparılır. Əgər sizə hestasiya diabeti diaqnozu qoyulubsa panikaya qapılmayın!

Əksər hallarda onu düzgün qidalanma, fiziki aktivlik, bəzi hallarda isə həkimin təyin etdiyi preparatlarla uğurla nəzarətə almaq olur.
Unutmayın ki, hestasiya diabeti - müvəqqəti haldır və düzgün müalicə və baxımla siz və körpəniz minimum fəsadlarla bu dövrdən keçə bilərsiniz.
Sizə sağlam və uğurlu hamiləlik arzulayıram! 🌸💕

🔗SMM by

Qalxanvari vəzi maddələr mübadiləsinin tənzimlənməsində vacib rol oynayır və təbii olaraq insanın çəkisinə təsir edir.✔️...
21/06/2023

Qalxanvari vəzi maddələr mübadiləsinin tənzimlənməsində vacib rol oynayır və təbii olaraq insanın çəkisinə təsir edir.✔️

Qalxanvari vəzi hormonlarının aşağı səviyyəsi (hipotireoz) mübadilə prosesini zəiflədir, bununla da artıq çəki və ya kəskin arıqlama problemləri yaradır. Hipotireozlu insanlar daim yorğunluq hiss edir, zehni ləngimə və ümumi zəiflikdən əziyyət çəkir. Bu da aktiv həyat tərzinə mane olur.🏃‍♂️

Əksinə, hipertireoz (qalxanvari vəzin həddindən artıq aktiv olub daha çox hormon hasil etməsi) olduqda mübadilə prosesləri sürətlənir, bu da arıqlamaya səbəb ola bilər.✨

Çəki problemi olduqda və ya qalxanvari vəzin fəaliyyətinin pozulmasına şübhə yarandıqda mütləq endokrinoloq-diyetoloqa müraciət etmək lazımdır. Həkim qalxanvari vəzi hormonlarının qanda yoxlanmasını təyin edə bilər, ehtiyac yarandıqda isə müalicə yazar.👩🏻‍⚕️

🔗SMM by

Bəs arıqlamaq üçün nə təyin edirlər? 🤔1.Tiroksin - qalxanvari vəzi tərəfindən hasil edilən və maddələr mübadiləsində vac...
19/06/2023

Bəs arıqlamaq üçün nə təyin edirlər? 🤔

1.Tiroksin - qalxanvari vəzi tərəfindən hasil edilən və maddələr mübadiləsində vacib rol oynayan hormondur. Bəzi hallarda qalxanvari vəzi çatışmazlığında biz bu defisitin kompensasiyası məqsədilə tiroksin təyin edirik. Lakin normal funksiya edən qalxanvari vəzi olanlara sırf arıqlamaq məqsədilə tiroksin təyininin elmi əsası yoxdur və hətta bu, sağlamlıq üçün təhlükəli ola bilər. Tiroksin ürək problemi, həyəcan, əzələ əriməsi kimi ciddi yan təsirlər yarada bilər. ✅

2.Metformin - II tip şəkərli diabetin müalicəsi üçün istifadə ounan preparatdır. Qanda şəkərin səviyyəsini kontrol etməyə kömək edir, insulinə həssaslığı artırır, şəkərli diabet olan insanlarda çəkini kontrol etməyə yardım edir. Lakin şəkərli diabet olmayan insanlarda arıqlamq üçün istifadə olunması həzmin pozulması və başqa preparatlar ilə xoşagəməz qarşılıqlı təsir kimi yan təsir verə bilər.✅

Unutmayın ki, arıqlamanın ən effektli və təhlükəsiz vasitələr sağlam qidalanmaya, mütəmadi fiziki aktivlik və həkim-diyetoloqun köməyinə əsaslanmalıdır. Geri qalan hər şey «tarix-nadirdir».😇

🔗SMM by

Address

Sheki

Website

Alerts

Be the first to know and let us send you an email when Narmina diets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category