06/03/2023
Mövzumuz günümüzün aktual problemlərindən olan qadına qarşı şiddət, qadın qətlləridir.Bu kimi cinayət hadisələrinin qarşısının alınması üçün mütləq maarifləndirmə işləri aparılmalıdır və qadınlar öz hüuqqlarını bilməlidirlər. Valideynlər öz qızlarının təhsil almasına və işləməsinə mütləq dəstək olmalıdır. Çünki iş problemlinin olması qadının əzilməsi deməkdir.
Məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial-psixoloji xidmətlərin göstərilməlidir.Burada əsas məqsəd onlara yenidən özlərinə inam qazandırmağa və həyatlarına hakimlik etməyə kömək etməkdir. Zərər çəkmiş şəxsin çəkdiyi əzabı azaltmaq, təkliyinin və sosial münasibətlərdən qaçmaq kimi davranışlarının qarşısını almaq, fiziki sağlamlığını yaxşılaşdırmaq, həm cəmiyyət, həm də ailə daxilində inteqrasiya ola bilmələrinə yardım etmək kimi xidmətlər sosial-psixoloji yardımın tərkib hissəsi ola bilər.