Şamaxı Müalicə Diaqnostika Mərkəzi PHŞ

Şamaxı Müalicə Diaqnostika Mərkəzi PHŞ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı Müalicə Diaqnostika Mərkəzi PHŞ, Medical Service, Şamaxı rayonu, Yuxarı Qala küçəsi 32, Shemakha.

Azərbaycan Respublikası
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
"Şamaxı Müalicə Diaqnostika Mərkəzi"
publik hüquqi şəxsi

29/04/2022
28/04/2022
28/04/2022
27/04/2022

ÜST-nin Azərbaycan nümayəndəliyinin mütəxəssisi Dr. Tural Qulu British Council tərəfindən təşkil olunan Məzun Mükafatı müsabiqəsində “Elm və dayanıqlılıq” kateqoriyası üzrə qlobal finalçı seçilib. Aztibb.az-ın məlumatına görə, Tural Qulu 2020-ci ildə “Peşək...

25/04/2022

Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlər hansılardır?

25/04/2022

Akademik Zülfüqar Məmmədov adına xəstəxana
Akademik Zülfüqar Məmmədov adına xəstəxana 1959-cu ildən fəaliyyət göstərir. Daha əvvəl tibb ocağı Kirovabad şəhər Təcili Tibbi Yardım xəstəxanası,1988-ci ildən isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanası adlandırılıb.
Xəstəxana 3 mərtəbədən və 2 korpusdan ibarətdir. Burada 1960-cı ildən travmatologiya, terapiya və yardımçı şöbələr, 1983-cü ildən isə cərrahiyyə şöbəsi fəaliyyət göstərir.
Günün 24 saatı əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım göstərən xəstəxanada icbari tibbi sığortaya keçid ilə əlaqədar yeni şöbələr açılıb. Hazırda xəstəxanada cərrahiyyə (buraya travmatoloji, otolorinqoloji və uroloji çarpayılar da daxildir) və onun bölmələri, reanimasiya, terapiya, radiologiya, fizioterapiya, laboratoriya və onun bölmələri, təcili yardım şöbəsi, eyni zamanda tibb müəssisəsinin nəzdində olan poliklinika şöbəsi və onun bölmələri, vərəm, endokrinoloji, oftalmoloji, pediatriya şöbələri fəaliyyət göstərir.
Akademik Z.Məmmədov adına xəstəxana Gəncə şəhərində fəaliyyət göstərən ən böyük xəstəxanalardan biridir. Burada uzun illər Gəncənin ən tanınmış həkimləri çalışıb. Bunlardan Qəzənfər Ələsgərov (baş həkim), Ənubət Nəzərli (baş həkim), Subatay Rzayev (cərrah), Balaxanım Yusibova (ginekoloq), Kamal İsmayılov (uroloq), Rauf Həsənov (uroloq), Çərgiz Novruzov (lor), Davud Həsənov (ginekoloq), Bəşir Abdullayev (terapevt), Eldar Həsənov (reanimatoloq), Cavad Əliyev (reanimatoloq), Telman Feyzullayev (travmatoloq), Kamil Həsənov (cərrah), Niyazi İbrahimov (cərrah), Mehman Hüseynov (travmatoloq), Könül Ələkbərov (reanimatoloq) və digərlərinin adlarının çəkə bilərik.
Hazırda tibb müəssisəsində yenidənqurma işləri həyata keçirilir. Belə ki, təcili yardım, reanimasiya və radiologiya şöbələri yenidən qurularaq əhalinin istifadəsinə veriləcək. Bununla yanaşı xəstəxanada mərkəzləşmiş oksigen təminatı sistemi də qurulur.
Tibb müəssisəsinin xidmətindən nəinki Gəncə şəhəri, eləcə də ətraf rayonların əhalisi istifadə edir.

Ünvan: Fətulla Həsənov küçəsi 53
Elektron ünvan: gttyx@mail.ru
Əlaqə telefonu: (022) 256-87-55

Akademik Zülfüqar Məmmədov adına xəstəxananın rəhbəri, direktor müavini İbrahimov Qafar Niyazi oğludur.

Akademik Zülfüqar Məmmədov adına xəstəxananın şöbələri
1. Reanimasiya, İntensiv Terapiya və Anesteziologiya şöbəsi
2. Oftalmoloji şöbəsi
3. Endokrinoloji şöbəsi
4. Radiologiya şöbəsi
5. Təcili yardım şöbəsi
6. Terapiya şöbəsi
7. Laboratoriya şöbəsi (Bakterioloji bölməsi, Transfuziologiya bölməsi)
8. Vərəm şöbəsi
9. Cərrahiyyə şöbəsi (Sterilizasiya bölməsi, Əməliyyat bölməsi)
10. Pediatriya
11. Fizioterapiya
12. Poliklinika (Uşaq Poliklinika bölməsi, 1 nömrəli Poliklinika bölməsi, 2 nömrəli Poliklinika bölməsi)

Çarpayı sayı – 280

24/04/2022

Address

Şamaxı Rayonu, Yuxarı Qala Küçəsi 32
Shemakha
AZ5600

Alerts

Be the first to know and let us send you an email when Şamaxı Müalicə Diaqnostika Mərkəzi PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şamaxı Müalicə Diaqnostika Mərkəzi PHŞ:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram