31/01/2026
TƏBİB-in “Mentor klinika” layihəsi çərçivəsində 02–07 fevral 2026-cı il tarixlərində Respublika Klinik Xəstəxanasının həkimləri Şamaxı Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün pasiyent qəbulu həyata keçirəcəklər.
🏥 Qəbul icbari tibbi sığorta çərçivəsində aparılacaq.
👩⚕️👨⚕️ Qəbulda iştirak edən həkimlər:
• Pərvin Hüseynov – travmatoloq-ortoped
• Firuzə Hümbətəliyeva – ümumi cərrah
• Sevda Qaibova – neonatoloq
• Ellada Qasımova – anestezioloq-reanimatoloq
• Azadə Salmanova – şüa diaqnostikası üzrə həkim
• Nəsibə Quliyeva – terapevt
• Şəhla Musayeva – mama-ginekoloq
• Nüsrət Səlimov – TTTY üzrə həkim
• Günay Məmmədova – endokrinoloq
• Həcər Həbibova – nefroloq
🔍 Həkimlər tərəfindən müayinə, diaqnostika və tibbi məsləhətlər göstəriləcək.
📍 Ünvan: Şamaxı şəhəri, Qədirli küçəsi, 61
📞 Əlaqə: 020 265 70 41