Shamakhi rmx

Shamakhi rmx Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının rəsmi səhifəsi

16/04/2026

💬Vətəndaş məmnunluğu - bizim üçün ən böyük mükafatdır!

Peşəkarlıq və qayğı – sağlamlığa aparan yol!

15/04/2026

Ailədə gigiyena vərdişləri yalnız təmizlik üçün deyil, həm də sağlamlığın qorunması üçün əsasdır. Uşaqlar bu vərdişləri ən çox valideynlərin davranışlarından öyrənir, ona görə də ailə mühiti onların gündəlik təmizlik qaydalarını formalaşdırmaqda böyük rol oynayır.

Erkən yaşlarda gigiyena vərdişlərinin öyrədilməsi uşaqların sağlam həyat tərzinə davamlı şəkildə sahib olmalarını təmin edir.

Ailədə gigiyena vərdişlərini formalaşdırmaq üçün vacib hesab olunur:

• Əllərin yeməkdən əvvəl, sonra və çöldən gəldikdə yuyulmasını vərdiş halına gətirmək;
• Şəxsi əşyaların (diş fırçası, dəsmal, geyim) paylaşılmamasına diqqət etmək;
• Evi mütəmadi havalandırmaq və təmiz saxlamaq;
• Uşaqlara gigiyena qaydalarını nümunə göstərərək öyrətmək.

15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

14/04/2026

Səhv vərdişlərin izi: mədə xorası necə yaranır?

Mədə xorası mədənin daxili selikli qişasında yaranan, turşu və həzm fermentlərinin təsiri ilə zədələnmiş açıq yaradır.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim-qastroenteroloqu Amil Mənsimovun sözlərinə görə, normal şəraitdə mədə turşusu qidanın həzmi üçün vacibdir, amma selikli qişa zədələndikdə və ya turşuluq artdıqda toxumalar zədələnir:

“Xoralar həm mədədə, həm də onikibarmaq bağırsaqda (duodenal xoralar) ola bilər. Xoralar mədənin qoruyucu mexanizmlərinin pozulması nəticəsində əmələ gəlir. Mədə xoraları, əsasən, helikobakter pylori infeksiyası səbəbindən yaranır. Bununla yanaşı, bakteriyalar mədənin selikli qişasında iltihab əmələ gətirir, qoruyucu mukus qatını zədələyir və yara riski artırır. Qeyri-steroid iltihabəleyhinə dərmanlar, mədə turşusunun çoxluğu da mədə xorasını yaradan səbəblərdəndir”.

Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının həkim-qastroenteroloqu Nailə Yəhyayeva bildirir ki, mədə xorası gec aşkarlanarsa, həmçinin müalicə olunmazsa, ağırlaşma müşahidə olunur:

“Bu ağırlaşmalar öz növbəsində qanaxma, perforasiya, penetrasiya, mədə çıxacağının daralması və mədə xərçəngi kimi fəsadlara və ağır xəstəliklərə səbəb olur. Mədə xoralarının müalicəsi yaranma səbəbindən asılı olur. Dərman müalicəsində antibiotiklər, proton pompası ingibitorları, H2-reseptor blokatorları, antasidlər və sitoprotektiv preparatlar istifadə olunur. Yanaşı olaraq, pəhriz və həyat tərzi də dəyişməlidir”.

A.Mənsimov vurğulayır ki, mədə xorasının profilaktikası məqsədilə vaxtında və balanslı qidalanmaq, ağrıkəsiciləri çox istifadə etməmək tövsiyə olunur:

“Eyni zamanda siqaret və spirtli içkilərdən, mümkün qədər stresdən uzaq durmaq və rahatlaşdırıcı üsullar tətbiq etmək, xora riskini artıran xəstəlik və dərmanlardan xəbərdar olmaq, habelə müntəzəm olaraq tibbi müayinələrdən keçmək və ən əsası, vaxtında həkimə müraciət etmək mütləqdir. Əks halda, mədə xoraları ağırlaşmalara səbəb ola bilər”.

Mütəxəssislər qeyd edir ki, mədə xoraları, adətən, 30-50 yaş aralığında olan şəxslərdə daha çox müşahidə olunur. Lakin son dövrlərdə düzgün qidalanmamaq və yuxu rejiminə riayət etməmək səbəbindən daha aşağı yaşlarda da mədə oxdralazine səbəb olur.

13/04/2026
13/04/2026
TƏBİB-in “Mentor klinika” layihəsi çərçivəsində 13- 18 aprel 2026-cı il tarixləri arasındaRespublika Klinik Xəstəxanasın...
11/04/2026

TƏBİB-in “Mentor klinika” layihəsi çərçivəsində 13- 18 aprel 2026-cı il tarixləri arasında
Respublika Klinik Xəstəxanasının həkimləri
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün pasiyent qəbulu həyata keçirəcəklər.

🏥 Qəbul icbari tibbi sığorta çərçivəsində aparılacaq.

👩‍⚕️👨‍⚕️ Qəbulda iştirak edən həkimlər:
• Pərvin Hüseynov – travmatoloq-ortoped
• İsmayıl Nəcəfəliyev – ümumi cərrah
• Xatirə Məmmədova- neonatoloq
• Pərviz İsmayılov– anestezioloq-reanimatoloq
• Afət Abdullayeva– şüa diaqnostikası üzrə həkim
• Nəsibə Quliyeva– terapevt
• Sevinc Həsənova – mama-ginekoloq
• Rəşad Qocayev – TTTY üzrə həkim
• Gülxanım Qurbanova – endokrinoloq
• Xəyalə Tahirova– nefroloq

🔍 Həkimlər tərəfindən müayinə, diaqnostika və tibbi məsləhətlər göstəriləcək.

📍 Ünvan: Şamaxı şəhəri, Qədirli küçəsi, 61
📞 Əlaqə: 020 265 70 41

Address

Şamaxı şəhəri Qədirli Küç N61
Shemakha

Telephone

+994202657041

Website

Alerts

Be the first to know and let us send you an email when Shamakhi rmx posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shamakhi rmx:

Share

Category