Dr.Adil

Dr.Adil stomatoloji kabinet
(1)

10/04/2024
 #4.3 (aşağı sağ köpək) dişÇox nadir hallarda bu diş iki köklü olur. Mənim praktikamda bu ikinci haldır.
03/02/2024

#4.3 (aşağı sağ köpək) diş

Çox nadir hallarda bu diş iki köklü olur. Mənim praktikamda bu ikinci haldır.

10/06/2022
Damaqların xalq təbabəti üsulları ilə müalicəsi Damaq xəstəlikləri ən tez-tez təsadüf edilən problemlərdən biridir.Parod...
11/02/2022

Damaqların xalq təbabəti üsulları ilə müalicəsi

Damaq xəstəlikləri ən tez-tez təsadüf edilən problemlərdən biridir.

Parodontoz xəstəliyi zamanı damaqlar həssas olur, dişlərin təmizlənməsi zamanı qanayır, qaşınır. Daha sonra damaqlar kiçilir, diş kökləri görünməyə başlayır. Nəticədə dişlər laxlanmağa başlayır və tökülür.

Parodontoz tək dişlərə ziyan etmir. Parodontoz həmçinin mədə-bağırsaq sistemi və ağız boşluğu xəstəliklərinə və iltihablarına gətirib çıxarır. Bu səbəbdən özünüzdə parodontozun simptomlarını müşahidə etdikdə mütləq diş həkiminə müraciət edin. Həkim xüsusi müalicə təyin edəcək. İlk növbədə parodontoza səbəb olan amillər (diş daşları, dişlərin patologiyaları və s.) aradan qaldırılmalıdır. Daha sonra xəstəyə iltihabəleyhinə müalicə təyin olunur (antiseptik preparatlar, vitaminlər, fermentlər və s.). Bu mərhələdə xalq təbabəti üsullarından da istifadə etmək olar. Bu üsullar əsas müalicə ilə yanaşı istifadə olunur və çox yaxşı effekt verir.

1. Ağız boşluğunuzu palıd qabığı, adaçayı otu (şalfey), evkalipt, kalendula ilə qarqara edin. Bunun üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, bir neçə dəfə yaxşı süzülür və ilıq vəziyyətdə qarqara üçün istifadə olunur. Dəmləməni bir neçə dəqiqə ərzində ağızda saxlamaq lazımdır.

2. Propolis (vərəmum) çox təsirli antiseptik vasitədir. Propolisin kiçik hissəsi sürtgəcin xırda gözündən keçirilir 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. Dəmləməni ağzınıza alıb bir neçə dəqiqə saxlayın. Nəzərinizə çatdıraq ki, digər arı məhsulları kimi propolis da güclü allergik reaksiyalara səbəb ola bilər.

3. 1 çay qaşığı qara çay və 2-3 xırda doğranmış diş sarımsaq 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. (Çay ilıq olmalıdır.). Sarımsaq çox təsirli təbii antiseptik vasitədir, çay isə dişlər üçün xeyirli olan ftorla zəngindir.

4. Gicitkən iltihabəleyhinə təsir edir və həmçinin dişlərin qanamasını aradan qaldırır. 1 xörək qaşığı quru gicitkən 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.

5. İynəyarpaq çox yaxşı iltihabəleyhinə təsir edir. Dəmləmələr şəklində istifadə olunur.

6. 1-2 bağayarpağını yaxşı yuyun və hər gün gündə bir neçə dəfə bir neçə dəqiqə ərzində çeynəyin və sonra tüpürün.

7. Efir yağları ilə damaqların masajı çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun üçün nanə, limon, evkalipt, çay ağacı yağlarından istifadə olunur. Dişlərinizi yaxşı yuyun. Əllərinizi yuyun, şəhadət barmağınıza bir neçə damcı efir yağı damızdırın və damaqların kənarlarından başlayaraq mərkəzə doğru olmaqla dairəvi hərəkətlərlə damaqlarınızı masaj edin.

8. İslam ölkələrində istifadə olunan təbii diş fırçası olan misvak (və ya sivak) parodontoz zamanı çox yaxşı müalicəvi təsir edir. Misvak iltihabı azaldır, mikrobları öldürür, damaqları və dişləri möhkəmləndirir, diş daşı ilə əsalı şəkildə mübarizə aparır, dişləri ağardır və s. Ağacın kökündən hazırlanan misvak 100% təbii vasitədir.

Bütün sadaladığımız vasitələri yalnız sizi müalicə edən həkimlə məsləhətləşdikdən sonra istifadə edə bilərsiniz.

Bütün bu vasitələr həm müalicəvi, həm də profilaktik məqsədlə istifadə oluna bilər.

Allaha sonsuz şükürlər olsun. Bu çətin yolda zəhməti keçən hər bir şəxsə təşəkkürümüzü bildiririk. Var olun. Yaxşı ki va...
20/12/2021

Allaha sonsuz şükürlər olsun.
Bu çətin yolda zəhməti keçən hər bir şəxsə təşəkkürümüzü bildiririk. Var olun. Yaxşı ki varsınız.

Allah bütün şəhidlərimizə rəhmət eləsin
18/11/2021

Allah bütün şəhidlərimizə rəhmət eləsin

08/11/2021

nız mübarək!
Bizə bu bayram sevincini yaşadan şəhid ruhları və qazilər qarşısında baş əyirik.

Bugünkü "Anterior restavrasiyalar" kursumuzu da uğurla bitirdik. Dr.Vüqar Pənaova və "Dental Consept Clinic"ə təşəkkür e...
07/11/2021

Bugünkü "Anterior restavrasiyalar" kursumuzu da uğurla bitirdik.
Dr.Vüqar Pənaova və "Dental Consept Clinic"ə təşəkkür edirik.

"Xəstəxanaya gətirilən bir əsgərin ürəyi dayanmışdı. Mən də əməliyyatdaydım. Yaralıya ürək masajı etdik. Hər kəs əlini ü...
07/11/2021

"Xəstəxanaya gətirilən bir əsgərin ürəyi dayanmışdı. Mən də əməliyyatdaydım. Yaralıya ürək masajı etdik. Hər kəs əlini üzmüşdü. Bəhruz həkim dirəndi diafraqmanı açdı. Sinəsini yarıb birbaşa əliylə ürəyini masaj elədi. Və inanmarsız, o yaralını biz ölümdən qurtardııq”.

Vətən müharibəsində iştirak edən həkim Müseyib Şərifzadə.

Address

Tofiq İsmayılov 31
Siazan'
AZ5300

Opening Hours

Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Telephone

+994997497797

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Adil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Adil:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category