Siyəzən Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsi

Siyəzən Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsi Əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət ver?

Əziz jurnalistlər, 22 İyul - Milli Mətbuat Günü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirik!
22/07/2022

Əziz jurnalistlər, 22 İyul - Milli Mətbuat Günü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirik!

01/07/2022

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bərdə və Tərtər rayon sakinlərini qəbul edəcək.

🗓 Tarix: 22 iyul 2022
⏰ Saat: 10:00
📍 Ünvan: Bərdə rayon Mərkəzi Xəstəxanası, Bərdə şəhəri, Bakı küçəsi 6

🔗 Qəbula yazılmaq üçün qaydalarla keçiddən tanış ola bilərsiniz: https://bit.ly/BardaQ

01/07/2022
TƏBİB-də YAP-ın ərazi partiya təşkilatı yaradıldıYeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Tibbi Ə...
01/07/2022

TƏBİB-də YAP-ın ərazi partiya təşkilatı yaradıldı

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Tibbi Ərazi Bölmələrinin İdarəedilməsi Birliyi (TƏBİB) üzrə ərazi partiya təşkilatı təsis edilib.

İyunun 30-da TƏBİB-də keçirilmiş iclasda TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Nərimanov rayon təşkilatının və TƏBİB-in YAP üzvü olan əməkdaşları iştirak ediblər.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva qurumun əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olduğunu, 30%-ə yaxın TƏBİB əməkdaşının isə YAP-ın üzvü olduğunu qeyd edib, ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. Bildirilib ki, yeni ərazi partiya təşkilatı vasitəsilə YAP-ın tədbirlərində və təşəbbüslərində fəal iştirak ediləcək, birgə tədbirlər həyata keçiriləcəkdir.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 800 minə yaxın üzvü olan partiyanın bu il 30 illiyinin qeyd ediləcəyini vurğulayıb. Qeyd olunub ki, gənclər YAP-ın yarandığı ilk gündən onun qurucusu, Ulu Öndər Heydər Əliyevin və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Təşkilat sədri bildirib ki, YAP-ın Nərimanov rayon təşkilatının 116 ərazi partiya təşkilatı var və TƏBİB-də yaradılmış ərazi partiya təşkilatı da qurumun işinə öz töhfəsini verəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.

İclasda TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsini icra edən Şəmsi Gülverdiyev ərazi partiya təşkilatının sədri, İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin koordinatoru Kənan Kərimov isə sədr müavini seçilib.

Sonra birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin hüquqi təminatının həyata keç...
01/07/2022

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin hüquqi təminatının həyata keçirilməsinə dəstək göstərilməsi, tibb müəssisələrinin hüquqşünaslarının kadr potensialının inkişaf etdirilməsi istiqamətində “Tibb müəssisələrinin hüquqi təminatının təşkili” mövzusunda praktik təlim təşkil olunub.

TƏBİB-in Hüquq departamenti əməkdaşlarının təşkilatçılığı və mentorluğu ilə baş tutan praktik təlimdə dinləyici olaraq Bakı şəhərində və regionlarda yerləşən tabeli müəssisələrdə hüquqşünas vəzifəsində çalışan 60-dan çox əməkdaş iştirak edib.

Hüquq departamentinin Məhkəmə və icraat işləri şöbəsinin koordinatoru Mir Hüseyn Həbibli tərəfindən iştirakçılara tibb sahəsi üzrə qanunvericilik aktları, TƏBİB və tibb müəssisələri arasında münasibətlərin hüquqi bazası, tibb müəssisələrinin fəaliyyətinin məqsədi, istiqamətləri və vəzifələri, tibb müəssisələrinin idarəetmə strukturu və əsasları mövzularında təlim keçirilib.

Təlimdən sonra iştirakçıların sualları cavablandırılıb.

30/06/2022
30/06/2022
30/06/2022

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 6 sosial media platformasında istifadəçiləri məlumatlandırır. İcbari tibbi sığorta ilə bağlı ən vacib və ən düzgün məlumatları rəsmi hesablarımızdan izləyin.

📲Bu gün dünyada Sosial Media Günü kimi qeyd edilir.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də sosial şəbəkə he...
30/06/2022

📲Bu gün dünyada Sosial Media Günü kimi qeyd edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də sosial şəbəkə hesablarında izləyicilərinə ətraflı və maraqlı məlumatlar təqdim etməklə yanaşı, həm də daxil olan müraciətlərin araşdırılmasını təmin edir.

TƏBİB-i sosial mediada izləmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz 👇

📌Feysbuk - https://bit.ly/3nvmMkB

📌İnstaqram - https://bit.ly/3NBKp5n

📌Tvitter - https://bit.ly/3bEgImV

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Bakı, Sumqayıt, Göyçay, Quba təlim mərkəzlərində...
30/06/2022

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Bakı, Sumqayıt, Göyçay, Quba təlim mərkəzlərində “Təməl Həyat Dəstəyi” mövzusunda təlimlər keçirilib.

Təlimdə TƏBİB-in tabeli tibb müəsisələrində fəaliyyət göstərən Təcili Tibbi Yardım şöbələrindən 250 nəfər - həkim və tibb bacıları iştirak edib.

Kursun tədrisi Amerikanın Kardioloji Assosasiyasının (AHA) “BLS” təliminə, ilkin yardım zamanı tətbiq olunan “ILCOR” təlimatlarına və ÜST-ün tövsiyələrinə əsasən aparılıb. Kurs iştirakçılarına standartlara uyğun ürək-ağciyər canlandırılması (CPR), avtomatik eksternal defibrilyatorun (AED) protokollara uyğun formada istifadəsi, huşu, tənəffüsü, nəbzi olmayan xəstə/yaralıya təməl həyat dəstəyi addımlarını protokollara uyğun tətbiq edilməsi, hava yolu tıxanması yaşayan xəstə/yaralıya uyğun texnikaların istifadəsi izah edilib.

Təlimlər TƏBİB-in ÜST-lə birgə layihəsində müvəffəqiyyətlə iştirak edən, təlimçi sertifikatına malik Gülbəniz Məmmədəliyeva, Şəfa Yusubova, Pərvanə Fətullayeva, Həlimə Səfərli, Könül Əzizli, Firuzə Tarverdiyeva və Yaqub Allahverdiyev tərəfindən aparılıb.

Təlimlərin digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.

29/06/2022

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Bişkek şəhərində qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə keçirilən tədbirdə iştirak ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən 21-22 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Qeyri-infeksion xəstəliklər (QİX), qidalanmaya nəzarət və piylənmənin profilaktikası sahəsində siyasətə dair dialoqun təşəbbüsü və QİX-in profilaktikası ilə bağlı tədbirlərin reallaşdırılması üzrə tədqiqatlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində ÜST-nin İctimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin əməkdaşı Ceyran Abdullayeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları, həmçinin Elmi-Tədqiqat Pediatriya İnstitutu, Respublika Endokrinoloji Mərkəz və Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqları və b. iştirak ediblər.

Tədbir zamanı Mərkəzi və Qərbi Asiya ölkələrinin QİX-in profilaktikası üzrə icra etdiyi tədbirlər, epidemioloji vəziyyətə regional baxış, müxtəlif ölkələrin bu sahədə olan prioritet istiqamətləri haqqında məlumatlar və təqdimatlar dinlənilib.

Seminar iştirakçıları ətraf mühitin (xüsusi ilə rəqəmsal texnologiyaların) QİX epidemiyasının inkişafına təsiri, QİX risk faktorlarını aradan qaldırmaq üçün səhiyyə sisteminin potensialı, müxtəlif ölkələrin bu sahədə olan siyasətinə dair tövsiyələri müzakirə ediblər.

Konfrans çərçivəsində ilkin səhiyyə xidmətində çalışan həkimlər üçün təlimləri təşkil edəcək “Uşaqlarda artıq çəki və piylənmə ilə mübarizə üzrə” təlimçilərin hazırlığı həyata keçirilib. Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan nümayəndə heyəti tətbiqi tədqiqat ilə bağlı layihələrin həyata keçirilməsi üçün müvafiq maraqlı tərəfləri müəyyən edərək, onları cəlb etməyin mümkün yollarını müzakirə ediblər.

Azərbaycanı təmsil edən nümayəndə heyəti QİX-in profilaktikası üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər və bu sahədə ÜST-nin Avropa Regional Bürosu ilə əməkdaşlığın təmin edilməsi təşəbbüsü ilə çıxış edərək, həmçinin profilaktik tədbirlərin reallaşdırılması (tətbiqi tədqiqatlar) ilə bağlı layihənin ilkin nümunəsini təqdim ediblər.

Sonda region ölkələrdə keçirilən pilot layihələrin nəticələri analiz olunub və iştirakçı ölkələrin hesabatları dinlənilib.

29/06/2022

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə dəri-zöhrəvi, allerqoloji xidmətlərin təkmilləşdirilməsi və qarşılıqlı əlaqələrin effektiv qurulması istiqamətində Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) görüş keçirilib.

Görüşdə TƏBİB-in Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov və aidiyyəti şöbənin əməkdaşları iştirak edib.

İki gün davam edən təlimlərdə Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ regionlarında fəaliyyət göstərən həkim-dermatoloq və həkim-allerqoloqlara, həmçinin RMX-nın həkim-infeksionist və həkim-terapevtlərinə dəri-zöhrəvi xəstəliklərin müayinəsi, son protokollara uyğun müalicə standartları haqqında geniş məlumatlar verilib.
Mühazirələrin sonunda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Təlim müddətində Respublika Dəri-Zöhrəvi Mərkəzinin, 3 saylı Dəri-Zöhrəvi Dispanserinin və Nərimanov Tibb Mərkəzinin həkimləri tərəfindən Dermatoloji kabinet və Laboratoriya şöbəsi ilə tanışlıq olub, nəzərdə tutulan müayinələrin aparılması, kadr potensialının gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Address

Siazan'
5300

Alerts

Be the first to know and let us send you an email when Siyəzən Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Siyəzən Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category