Qubadlı Rayon Mərkəzi Xəstəxanası

Qubadlı Rayon Mərkəzi Xəstəxanası Qubadlı,Səhiyyə

Əllərdə titrəmə, hərəkətlərin yavaşlaması, bədənin sərbəst idarə olunmasında çətinlik, əzələ sərtliyi və bəzi hallarda p...
11/04/2026

Əllərdə titrəmə, hərəkətlərin yavaşlaması, bədənin sərbəst idarə olunmasında çətinlik, əzələ sərtliyi və bəzi hallarda psixoloji dəyişikliklər Parkinson xəstəliyinin əsas əlamətləri sırasındadır. Bu xəstəlik zamanla gündəlik fəaliyyətləri məhdudlaşdıraraq əlilliyə səbəb ola bilər, lakin əksər hallarda insanın şüuru pozulmur.

Son illərdə dünyada Parkinson xəstəliyi daha geniş yayılaraq ciddi sosial və tibbi problemlərdən birinə çevrilib. Xəstəliyin əsasında beyində baş verən neyrodegenerativ dəyişikliklər dayanır və bu dəyişikliklər hərəkətlərin koordinasiyasına birbaşa təsir göstərir.

08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🔗 https://president.az/az/articles/view/72061

08/04/2026

Güzgüdəki dəyər: Bədən imici uşaqlara necə təsir edir?

Məktəb yaşı uşağın özünü tanıdığı, kimliyini formalaşdırdığı ən həssas dövrlərdən biridir. Bu dövrdə uşaqlar həmyaşıdları ilə özlərini müqayisə etməyə başlayır, sosial mediada gördükləri obrazlarla “oynayır” və beləliklə onlarda zaman-zaman bədənləri haqqında yeni fikirlər formalaşır.

Bədən imici – insanın öz xarici görünüşünü necə qəbul etməsidir. Əgər uşaq öz görünüşünü daim tənqid edir, başqaları ilə müqayisə edir və özünü “kifayət qədər yaxşı deyil” kimi hiss edirsə, bu, özünə inamın azalmasına səbəb ola bilər.

Aşağı özünə inam məktəb həyatına da təsir edir:

• Dərsdə aktivliyin azalması;
• Sosial mühitdən uzaqlaşma;
• Həddindən artıq utanma və ya aqressiv davranış;
• Qidalanma vərdişlərində dəyişiklik.

Xüsusilə yeniyetməlik dövründə bədəndə baş verən təbii dəyişikliklər şagirdlərdə narahatlıq yarada bilər. Bu mərhələdə valideyn və müəllim dəstəyi çox önəmlidir. Uşağa onun dəyərinin yalnız görünüşlə ölçülmədiyini anlatmaq, bacarıqlarını və fərdi xüsusiyyətlərini vurğulamaq özünə inamın formalaşmasına kömək edir.

Gəlin uşaqlara güzgüdə qüsuru deyil, dəyəri görməyi öyrədək.

07/04/2026

Zorakılıq yalnız fiziki zərbə deyil, o uşağın özünə inamını sarsıdır. Gələcək münasibətlərinə təsir edir və psixoloji travmaya səbəb olur.
Zorakılığın qarşısının alınması üçün həm isti, səmimi bir münasibətin olması, həm də yanlış davranışların uyğun metodlarla qarşısının alındığı bir məktəb və ailə şəraitinin yaradılması çox önəmlidir.

7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür. 🩺
07/04/2026

7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür. 🩺

Qubadlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Həsənovun qəbul qrafikinə uyğun olaraq vətəndaşların qəbulu keçiril...
06/04/2026

Qubadlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Həsənovun qəbul qrafikinə uyğun olaraq vətəndaşların qəbulu keçirilib.
Qəbulda vətəndaşların müraciətinə baxılıb. Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdır...
06/04/2026

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdırır, sümükləri möhkəmləndirir və gündəlik enerjinizi artırır. Aktiv həyat tərzi stressi azaldır, əhval-ruhiyyəni yüksəldir və depressiya riskini minimuma endirir.

Sağlam qalmaq üçün böyük addımlar atmağa ehtiyac yoxdur. Həftədə ən azı 3 dəfə, gündə minimum 60 dəqiqə orta intensivlikdə hərəkət – yürüş, velosiped sürmək və ya idmanla məşğul olmaq artıq sağlam gələcəyə atılan böyük addımdır.

Hərəkət – sağlam və enerjili həyatın ən güclü təməlidir.

“Qubadlının dahi təbibləri” rubrikası davam edir. Faiq MəmmədovMəmmədov Faiq İsmixan oğlu 1937-ci il  fevralın 5-də Quba...
06/04/2026

“Qubadlının dahi təbibləri” rubrikası davam edir.

Faiq Məmmədov

Məmmədov Faiq İsmixan oğlu 1937-ci il fevralın 5-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Orta təhsilini Qubadlı rayonunda əla qiymətlərlə bitirib, 1954-cü ildə Azərbaycan Tibb İnstitutunun Sanitar Gigiyena (hazırda Tibbi profilaktika) fakültəsinə daxil olub. 1960-cı ildə institutu bitirdikdən sonra Qubadlı Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb. Daha sonra Qubadlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzində bakterioloji laboratoriyanın müdiri vəzifəsinə təyin edilib. İki il burada işlədikdən sonra 1962-ci ildə Qubadlı rayonu Əliquluuşağı kənd həkim məntəqəsində müdir kimi fəaliyyət göstərib.
O, 1964-cü ilə qədər burada çalışmış və həmin ilin ortalarında Qubadlı rayonu Xanlıq kənd xəstəxanasında baş həkim kimi fəaliyyətini davam etdirib. 1980-ci ilə qədər baş həkim vəzifəsində çalışan Faiq Məmmədov, 1980-1991 ci illər ərzində Terapiya şöbəsinin müdiri vəzifəsini icra edib. Burada o, işçilər arasında böyük rəğbət qazanmışdır.
1992-ci ildən 1995-ci ilə kimi 706 nömrəli hərbi hissədə həkim kimi öz işini davam etdirib. 1995-ci ildən 1999-ci ilə qədər yenidən Qubadlı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi fəaliyyət göstərib. Daha sonra Bakı şəhərində məskunlaşan Faiq Məmmədov, 1999-cu ildən 2008-ci ilə qədər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasında səyyar həkim kimi çalışıb və buradan təqaüdə çıxmışdır.
Faiq Məmmədov 2019-cu il noyabr ayının 25-də vəfat edib.

2 Aprel Ümumdünya Autizm Məlumatlandırma GünüdürAutizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiy...
02/04/2026

2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür

Autizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiyyətinə və davranışlarına təsir edən inkişaf pozuntusudur. Əlamətləri adətən 1,5–2 yaşdan etibarən üzə çıxır. Uşaq göz kontaktından qaça, adına reaksiya verməyə bilər, yaşıdları ilə ünsiyyətdə çətinlik çəkər, nitqi gecikə və ya fərqli inkişaf edə bilər. Həmçinin özünə qapanma, təkrarlanan hərəkətlər və dəyişikliklərə qarşı həssaslıq müşahidə oluna bilər.

Bu əlamətlərdən bir neçəsi olduqda vaxtında psixoloq və ya mütəxəssisə müraciət etmək vacibdir. Erkən müdaxilə uşağın inkişafına müsbət təsir göstərir.

Müasir yanaşmalara görə autizm mərkəzi sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Onun yaranmasına genetik faktorlar, maddələr mübadiləsinin anadangəlmə pozğunluqları, hamiləlik və doğuş zamanı baş verən ağırlaşmalar, həmçinin bəzi infeksiyalar və nevroloji vəziyyətlər təsir göstərə bilər. Autizm fərqli formalarda özünü göstərir və düzgün dəstək ilə uşağın həyat keyfiyyətini artırmaq mümkündür.

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.    🇦🇿
02/04/2026

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.

🇦🇿

Qubadlı Rayon Mərkəzi Xəstəxanasında “Ultrasəs müayinəsi nədir və nə üçün istifadə olunur?” mövzusunda maarifləndirici t...
01/04/2026

Qubadlı Rayon Mərkəzi Xəstəxanasında “Ultrasəs müayinəsi nədir və nə üçün istifadə olunur?” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlimdə Qubadlı RMX-nın Poliklinika şöbəsinin həkimləri və tibb bacıları iştirak ediblər.
Çıxış edən radioloq Samirə Şirinova ultrasəsin istifadəsi, növləri, hansı xəstəliklərdə müraciət edilməsi, müayinə zamanı nələrə diqqət olunması barədə ətraflı məlumat verib. O qeyd edib ki, ultrasəs müayinəsi qarın boşluğu orqanları (qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi, böyrək), hamiləliyin monitorinqi, qalxanabənzər vəzi, süd vəzisi və damar xəstəlikləri kimi geniş spektrli sahələrdə diaqnostik məqsədlər üçün istifadə olunur. Geniş istifadə edilən bu üsul bir çox xəstəlikləri aşkar etməyə və müalicə prosesini düzgün istiqamətləndirməyə kömək edə bilər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!
31/03/2026

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!

Address

9-cu Məhəllə, M. Hüseynzadə 11
Sumgait

Alerts

Be the first to know and let us send you an email when Qubadlı Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qubadlı Rayon Mərkəzi Xəstəxanası:

Share