Qubadlı Rayon Mərkəzi Xəstəxanası

Qubadlı Rayon Mərkəzi Xəstəxanası Qubadlı,Səhiyyə

Sağlam ürək, sağlam həyat deməkdir!
29/09/2025

Sağlam ürək, sağlam həyat deməkdir!

Ünsiyyətləri sözsüz və səssiz olanların öz dilləri var.Eşidə və danışa bilməmək əngəl deyil!1951-ci ildə Lal-Karların Dü...
28/09/2025

Ünsiyyətləri sözsüz və səssiz olanların öz dilləri var.

Eşidə və danışa bilməmək əngəl deyil!

1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə hər il sentyabrın son bazar günü Beynəlxalq Eşitmə və Danışma Məhdudiyyətli İnsanlar Günü kimi qeyd edilir.

27 sentyabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin anım tədbiri ke...
27/09/2025

27 sentyabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin anım tədbiri keçirilib. Tədbirdə Qubadlı RİH-in başçısı Malik İsaqov, Qubadlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Həsənov, hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərimizin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, onların əziz xatirəsi dərin ehtiramla anılıb.

Vətən uğrunda canlarını fəda etmiş, qürur mənbəyimiz olan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq!Allah şə...
27/09/2025

Vətən uğrunda canlarını fəda etmiş, qürur mənbəyimiz olan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq!

Allah şəhidlərimizə rəhmət eləsin!

26/09/2025
25 sentyabr - Beynəlxalq Əczaçılar Günüdür. Bu gün 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası ...
25/09/2025

25 sentyabr - Beynəlxalq Əczaçılar Günüdür. Bu gün 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası tərəfindən təsis edilib.

Sentyabrın 21-i Ümumdünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür.Altsheymer - beyin hüceyrələrinin yox o...
21/09/2025

Sentyabrın 21-i Ümumdünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür.

Altsheymer - beyin hüceyrələrinin yox olmasına səbəb olan nevroloji xəstəlikdir. Əsas əlamətləri yaddaş, düşüncə və digər intellektual qabiliyyətlərin nəzərəçarpacaq dərəcədə zəifləməsi olan bu xəstəlik əksər hallarda yaşlı insanlarda müşahidə edilir və əlamətlər yaşla birlikdə irəliləyir.

Xəstəliyin yaranma səbəbi dəqiq məlum olmasa da, genetik faktorlar, həyat tərzi ilə əlaqələndirilir. Düzgün yuxu rejimi, balanslı qidalanma və fiziki aktiv həyat tərzi beyin sağlamlığını qorumaqla altsheymer xəstəliyinin riskini əhəmiyyətli dərəcədə azaldır.

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsipl...
20/09/2025

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub.

Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunub.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.

Günün mübarək, Azərbaycan!

20/09/2025

20 Sentyabr - Dövlət Suverenliyi Günü

Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən:Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hü...
17/09/2025

Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən:

Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var.

Address

9-cu Məhəllə, M. Hüseynzadə 11
Sumgait

Alerts

Be the first to know and let us send you an email when Qubadlı Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qubadlı Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram