Haqqımızda
“REAL” Tibb Mərkəzi 2005-ci ilin martında fəaliyyətə başlamışdır. Tibb mərkəzində poliklinika, diaqnostika və 30 çarpayılıq stasionar fəaliyyət göstərir. Xəstəxanamızda Türkiyənin və Rusiyanın ən müasir klinikalarında təkmilləşdirmə kursları keçmiş mütəxəssis həkimlər tərəfindən yüksək keyfiyyətli diaqnostika və müalicə xidmətləri həyata keçirilir. Artıq xəstəxanamızda beynəlxalq standartlara uyğun tibbi xidmət və idarəetmə prinsiplərinin bünovrəsini qoyaraq, ilkin hədəflərə çatmışıq. Bunun ən böyük nümunəsi beynəlxalq standartlara uyğun tibb xidmətlərinin kodlaşdırılması, həkim əməyinin bal sisteminə görə tənzimlənməsi, xəstəxanada kompüter proqramının yerləşdirilməsi, tibbi sığorta, tibbi və inzibati əmək şəraitinin yaxşılaşdırılması, xəstənin məmnuniyyətini özünə hədəf seçən çoğdaş xəstəxana idarəetmə anlayışının gətirilməsidir. Təbii ki, bu günə qədər gördüyümüz işlər qarşımıza qoyulan ali məqsədin bir hissəsi olduğunu dərk edir və bundan sonrakı fəaliyyətimizin bünövrəsini qoyduğumuz sistemin işlərini mükəmməlləşdirməkdən ibarət olacağına inanırıq.