Sumqayıt Tibb Mərkəzi

Sumqayıt Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

10/04/2026
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi sağlam genofondumuzun qorunması...
10/04/2026

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi sağlam genofondumuzun qorunması və sağlam gələcəyimizin formalaşması məqsədilə maarifləndirici seminar keçirib.

Seminar Sumqayıt şəhər 23 nömrəli Texniki Fənlər Təmayüllü Liseydə ailə həkimi, terapevt Xədicə Mollayeva tərəfindən təşkil olunub.Seminarda 8-ci və 9-cu sinif şagirdləri iştirak edib və iki mühüm mövzu “Erkən nikahların sağlamlığa mənfi təsiri”, “Qohum evlilikləri zamanı yarana biləcək irsi-genetik və metabolik xəstəliklər” ətrafında məlumatlandırılıb.

Görüş zamanı erkən nikahların həm fiziki, həm də psixoloji sağlamlığa təsiri barədə məlumat verib, belə halların gələcəkdə yarada biləcəyi riskləri izah edib. Eyni zamanda qohum evlilikləri zamanı irsi-genetik və metabolik xəstəliklərin yaranma ehtimalı haqqında şagirdləri məlumatlandırıb.

Şagirdlərlə mövzular ətrafında müzakirələr aparıb, onların suallarını cavablandırıb və sağlam həyat tərzi, düzgün seçimlər və gələcəkdə sağlam ailənin formalaşdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Belə maarifləndirici görüşlər gənclərin düzgün məlumatlanması və sağlam cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha göstərib.

10/04/2026
  📩
09/04/2026

📩

08/04/2026

Ötən gün Sumqayıtda açılışı olan Göz Mərkəzinin videoxülasəsini təqdim edirik.
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 saylı Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzində oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkündür.
Qeyd edək ki, göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur.

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) ...
08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🔗 https://president.az/az/articles/view/72061

08/04/2026

Güzgüdəki dəyər: Bədən imici uşaqlara necə təsir edir?

Məktəb yaşı uşağın özünü tanıdığı, kimliyini formalaşdırdığı ən həssas dövrlərdən biridir. Bu dövrdə uşaqlar həmyaşıdları ilə özlərini müqayisə etməyə başlayır, sosial mediada gördükləri obrazlarla “oynayır” və beləliklə onlarda zaman-zaman bədənləri haqqında yeni fikirlər formalaşır.

Bədən imici – insanın öz xarici görünüşünü necə qəbul etməsidir. Əgər uşaq öz görünüşünü daim tənqid edir, başqaları ilə müqayisə edir və özünü “kifayət qədər yaxşı deyil” kimi hiss edirsə, bu, özünə inamın azalmasına səbəb ola bilər.

Aşağı özünə inam məktəb həyatına da təsir edir:

• Dərsdə aktivliyin azalması;
• Sosial mühitdən uzaqlaşma;
• Həddindən artıq utanma və ya aqressiv davranış;
• Qidalanma vərdişlərində dəyişiklik.

Xüsusilə yeniyetməlik dövründə bədəndə baş verən təbii dəyişikliklər şagirdlərdə narahatlıq yarada bilər. Bu mərhələdə valideyn və müəllim dəstəyi çox önəmlidir. Uşağa onun dəyərinin yalnız görünüşlə ölçülmədiyini anlatmaq, bacarıqlarını və fərdi xüsusiyyətlərini vurğulamaq özünə inamın formalaşmasına kömək edir.

Gəlin uşaqlara güzgüdə qüsuru deyil, dəyəri görməyi öyrədək.

Sumqayıtda Göz Mərkəzinin açılışı olubSumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanas...
07/04/2026

Sumqayıtda Göz Mərkəzinin açılışı olub

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub.

Açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər.
Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək.

Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub.

Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır.

Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb.
Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq.

Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək.

Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur.

Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.
07/04/2026

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdır...
06/04/2026

Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdırır, sümükləri möhkəmləndirir və gündəlik enerjinizi artırır. Aktiv həyat tərzi stressi azaldır, əhval-ruhiyyəni yüksəldir və depressiya riskini minimuma endirir.

Sağlam qalmaq üçün böyük addımlar atmağa ehtiyac yoxdur. Həftədə ən azı 3 dəfə, gündə minimum 60 dəqiqə orta intensivlikdə hərəkət – yürüş, velosiped sürmək və ya idmanla məşğul olmaq artıq sağlam gələcəyə atılan böyük addımdır.

Hərəkət – sağlam və enerjili həyatın ən güclü təməlidir.

03/04/2026

Yaz aylarında havada polenlərin artması allergik konyunktiviti aktuallaşdırır. Bu, gözlərdə qaşınma, sulanma, qızartı və şişkinliklə müşayiət olunur.

Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının həkim-oftalmoloqu Lalə Rəhimli xəstəliyin profilaktika və müalicə üsullarından danışıb.

Address

Heydər Əliyev Prospekti, 7, AZ5000
Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sumqayıt Tibb Mərkəzi:

Share