Ailə Medical

Ailə Medical Ana olmaq hər bir qadının haqqıdır!

Hamiləlik dövründə təkcə 1 ürək deyil, 2 ürəyin sağlamlığına diqqət etmək gərəkli olur. Bu unudulmaz periodda kardioloql...
03/08/2023

Hamiləlik dövründə təkcə 1 ürək deyil, 2 ürəyin sağlamlığına diqqət etmək gərəkli olur. Bu unudulmaz periodda kardioloqlar həm ananın, həm də körpənin rifahını qorumaq üçün çalışır, daim onlara nəzarət edirlər. Müntəzəm yoxlamalar və skrininqlər bu transformasiya dövründə yarana biləcək ürək problemlərini aşkar etməyə kömək edir.

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Öskürək haymorit, faringit, laringit, bronxit, ağciyərin spesifik və qeyri-spesifik iltihabi xəstəlikləri, eləcə də vərə...
02/08/2023

Öskürək haymorit, faringit, laringit, bronxit, ağciyərin spesifik və qeyri-spesifik iltihabi xəstəlikləri, eləcə də vərəm, pnevmoniya, bronxial astma və bu kimi bir sıra problemlərin nəticəsində yaranır. Bundan başqa, mədə-bağırsaq sisteminin patologiyaları, daha çox reflüks zamanı, eləcə də ürək-qan damar sisteminin patologiyalarında öskürək yarana bilər. Yuxarı tənəffüs yollarının infeksiyaları ilə bağlı olan öskürək normal halda bir neçə gün, bir həftə, uzaqbaşı iki həftə ərzində keçməlidir. Keçmədiyi təqdirdə bunun səbəbi var və bu hal müalicə olunmadıqda daha ağır fəsadlarla nəticələnə bilər.

Öskürək nevroloji, psixoloji problemlərin də əlaməti ola bilər. Belə ki, stress, psixoemosional gərginlik də öskürəyə səbəb ola bilər. Bu xoşagəlməz hal bəzən döş sümüyündə, boyunda ağrılarla da müşahidə olunur ki, bunun səbəbi araşdırılmalıdır. Boyun fəqərələrində yaranan osteoxondroz da öskürək yaradır. Sinir sıxılması, əzələ gərginliyi zamanı çox gərgin olmasa da, sayrışan öskürək ola bilər. Siqaret çəkənlərin isə səhərlər yaranan bəlğəmli öskürəyi adi bir hal kimi dəyərləndirmələri çox təhlükəlidir. Bu hal ağırlaşaraq tənəffüs çatışmazlığına, hətta ürək və ağciyər çatışmazlığına qədər inkişaf edir. Bu hal gələcəkdə hətta ağciyər xərçənginə səbəb ola bilər.

Öskürək müalicəyə tabe olmadığı təqdirdə həyəcanlanmağa əsas yaranır. Bu halda mütəxəssis müayinəsindən keçmək vacibdir.

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Qan damarlarını gücləndirmək üçün şəkər xəstəsi olan insanlar C vitamini, xrom və Omeqa-3 yağ turşuları olan qidalar yem...
01/08/2023

Qan damarlarını gücləndirmək üçün şəkər xəstəsi olan insanlar C vitamini, xrom və Omeqa-3 yağ turşuları olan qidalar yeməlidirlər.

Şəkərli diabetdən əziyyət çəkənlər qan damarlarını gücləndirməlidirlər. Kiçik damarları gücləndirən antioksidanlar, qara giləmeyvə - qaragilə, böyürtkən, həmçinin tərkibində xrom olan qidalardan: şəkərsiz kakao, balıq, dəniz məhsulları və brokolidən istifadə etmək lazımdır.

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Ultrasəsin sehri ilə ana və körpə arasında hətta üz-üzə görüşməzdən əvvəl unudulmaz əlaqə yaranır. Bu kiçik ürək döyüntü...
31/07/2023

Ultrasəsin sehri ilə ana və körpə arasında hətta üz-üzə görüşməzdən əvvəl unudulmaz əlaqə yaranır. Bu kiçik ürək döyüntüsünü ilk dəfə eşitmək ananı heyrətə salaraq ömür boyu davam edəcək qırılmaz bağı gücləndirə bilir. 😍

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Xüsusi peşəkar ginekoloqlarımız hər bir xanımın sağlam həyata keçid etməsində, yeni ana olacaq kəslərə həm mənəvi, həm f...
29/07/2023

Xüsusi peşəkar ginekoloqlarımız hər bir xanımın sağlam həyata keçid etməsində, yeni ana olacaq kəslərə həm mənəvi, həm fiziki dəstəyin göstərilməsində böyük rol oynayır. Onlar təkcə tibbi cəhətdən deyil, həmçinin təhlükəsiz və pozitiv mühit yaratmaqda da ixtisaslaşmış insanlardır.

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Qidalı lifləri ilə zəngin olan məhsulların qəbulu artıq çəkidən azad edir, şəkərli diabet, ürək-damar sistemi, ağ ciyər ...
28/07/2023

Qidalı lifləri ilə zəngin olan məhsulların qəbulu artıq çəkidən azad edir, şəkərli diabet, ürək-damar sistemi, ağ ciyər xəstəliklərinin riskini azaldır.

İngiltərə alimləri tərəfindən keçirilən yeni araşdırmalar sübut edib ki, yeniyetmə və cavan yaşlarında çoxlu miqdarda qidalı liflərlə zəngin olan məhsulların qəbulu böyük yaşlarda süd vəzi xərçənginin riskini xeyli azaldır.

Alimlərin fikirinə görə, qidalı liflərin çoxlu miqdarda qəbulu qanda estrogen hormonlarının səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da xərçəngin ehtimalını azaldır.

Qidalı liflərlə zəngin olan məhsullar:
- meyvələr və meyvə quruları (xüsusilə avokado, alma, armud, ərik, şaftalı, banan, yemiş, portağal, xurma, ərik qurusu, kişmiş)

- tərəvəzlər (xüsusilə istənilən kələm növləri, kök, çuğundur, yaşıl lobya, qarğıdalı, kartof, soğan, balqabaq)

- giləmeyvələr (çiyələk, qaragilə, moruq)

- paxlalılar (mərci, noxud, lobya)

- qoz-fındıq (püstə, araxis, badam, keşyu, qoz), günəbaxan və balqabaq tumları

- yarmalar (yulaf yarması, düyü, qarabaşaq), buğda kəpəyi, buğdanın bərk növlərindən hazırlanan makaron.

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

İnsanların çoxu yüksək qan təzyiqindən əziyyət çəkirlər. Bu insanlar əsasən tərkibində B3 vitamini olan qidalar qəbul et...
27/07/2023

İnsanların çoxu yüksək qan təzyiqindən əziyyət çəkirlər. Bu insanlar əsasən tərkibində B3 vitamini olan qidalar qəbul etməlidir.

Bunu həkim German Gendelmanın və Yelena Malışeva deyib. Onların sözlərinə görə, sözügedən vitamin bu qidalarda mövcuddur:

"Bu maddənin mənbəyi çovdar çörəyi, qarabaşaq yarması, lobya, qoz-fındıq, təmizlənməmiş taxıl, yumurta sarısı, süd, ət və sakatat, göbələk, ananas kimi məhsullardır. Yetərincə B3 qəbul edən insanların bu xəstəliyə tutulma riski az olur".

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

✅Hamiləlikdən başqa, terapevtlər yeni ana olacaq xanımları istiqamətləndirərək, doğuşdan sonrakı mərhələ üçün onları haz...
26/07/2023

✅Hamiləlikdən başqa, terapevtlər yeni ana olacaq xanımları istiqamətləndirərək, doğuşdan sonrakı mərhələ üçün onları hazırlayır və dəstək olurlar. ☺️ Müsbət valideynlik strategiyalarını inkişaf etdirməklə, terapevtlər qadınlara uşaqları ilə güclü, tərbiyəvi əlaqələr qurmağa və sağlam ailə dinamikasını təşviq etməyə kömək edirlər.😍

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Ürək problemləri və insultların qarşısının alınması üçün hazırlıqlar dərman şirkətləri tərəfindən hər gün aspirin içmək ...
25/07/2023

Ürək problemləri və insultların qarşısının alınması üçün hazırlıqlar dərman şirkətləri tərəfindən hər gün aspirin içmək təbliğ olunur.

Terapevt Nikita Kotovun sözlərinə görə, asetilsalisil turşusu - aspirinə əsaslanan dərmanların nəzarətsiz qəbulu faydadan çox zərərli olacaq.
Aldadıcı yüngüllük

İnsanlar inanırlar ki, bu həbləri istənilən halda içmək olar, heç bir zərəri olmayacaq. Əslində bu, yanlış fikirdir. Aspirin dərmandır, yəni onu yalnız mütəxəssislə məsləhətləşdikdən və təyin olunan dozalarda qəbul edə bilərsiniz. Əks təqdirdə, faciəvi şəkildə bitə biləcək patologiyalar ehtimalı var.

Yan təsirləri

Asetilsalisil turşusu (ASA) qanı durulaşdırır. Buna görə də aspirindən infarkt və insultların qarşısını almaq üçün istifadə olunur.

Ancaq heç bir xəstəlik yoxdursa və insan profilaktika məqsədilə qəbul edirsə, hər bir səbəbsiz dərman qəbulu ilə hemorragik insult və daxili qanaxma riski artır.

Aspirin, hər hansı bir turşu kimi, mədənin divarlarını qıcıqlandırır və qan durulaşdırıcı təsiri ilə birlikdə mədə xorası və daxili qanaxmanın kəskinləşməsinə səbəb ola bilər. Yüksək qan təzyiqiniz varsa, heç vaxt aspirin qəbul etməyin. Unutmayın ki, həkim dərmanın orqanizmə bütün müsbət və mənfi təsirlərini ölçüb-biçdikdən sonra istənilən dərmanı təyin edir.

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Uşaqların müəyyən səbəblərdən qısamüddətli iştahları kəsilə bilər. Lakin bunun davamlı olması artıq hər hansı bir proble...
24/07/2023

Uşaqların müəyyən səbəblərdən qısamüddətli iştahları kəsilə bilər. Lakin bunun davamlı olması artıq hər hansı bir problemdən xəbər verir. Belə olduğu halda mütləq şəkildə həkimə xəbər verilməlidir. Bəs uşağın iştahasını necə yaxşılaşdırmaq olar? Hər şeydən əvvəl bütün yaş dövrlərində olan uşaqların gündəlik rejimini qaydaya salmaq lazımdır. Uşaq tez-tez təmiz havaya çıxarılmalı, hərəkətdə olmalıdır. Zəifləmiş uşaqlar daha çox istirahət etməlidirlər. Onlar erkən yatmalı, səhərlər daha gec oyanmalıdırlar. Günorta mütləq yatmalıdırlar.

 Heç bir halda, yeməkdən 1-2 saat qabaq uşağa şirniyyat, şirələr, qazlı içkilər vermək olmaz!

Bəs siz necə? Bu qaydaların hansılarına riayət edirsiniz? 😊

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Mərci ən çox sevilən qidalardan biridir. Qış aylarında ondan hazırlanan şorba və yeməklər qripə, soyuqlamaya qarşı fayda...
22/07/2023

Mərci ən çox sevilən qidalardan biridir. Qış aylarında ondan hazırlanan şorba və yeməklər qripə, soyuqlamaya qarşı faydalıdır.

Türkiyəli həkim Ayça Kaya mərcinin faydalarından danışıb:

Doktor Ayça Kayanın sözlərinə görə, yaşıl və qırmızı mərci daha faydalı hesab olunur:

“Mərcinin bu iki növü zülalla zəngindir. Bu qidalar maddələr mübadiləsinin sürətini artırır. Bu da arıqlamağa kömək edir”.

Həkim mərcinin orqanizm üçün yararlı karbohidratlar ehtiva etdiyini söyləyir:

“Karbohidratla zəngin olan mərci orqanizmi keyfiyyətli şəkərlə təmin edir. Kalorisi az olsa da, orqanizmin ehtiyacı olan bir çox vitamin və mineralı ödəyir. Pəhriz saxlayan insanlarda müşahidə edilən halsızlıq, yorğunluq kimi əlamətləri aradan qaldırır. Bunun üçün salatlara 2 xörək qaşığı suda bişirilmiş yaşıl mərci əlavə etmək kifayətdir”.

Ayça Kaya liflə zəngin olan bu qidanın həzm sisteminə yaxşı təsir etdiyini vurğulayır:

“Mərci ən keyfiyyətli lif mənbələrindən biridir. Lifli qidalar daha tez doymağa səbəb olduğu üçün arıqladır, həm də həzm sisteminin işini asanlaşdırır. Mərci bağırsaqlar üçün çox faydalıdır”.

Həkim mərcinin, xüsusilə də, qadınlar üçün çox faydalı olduğunu qeyd edir:

“Qadınlar mərcini gündəlik qida menyularına əlavə etməlidir. Ələxüsus, klimaks dövrünü yaşayanlar mərci yesinlər. Çünki o, klimaksın əlamətlərini aradan qaldırır. Həmçinin, döş və yumurtalıq xərçəngindən qoruyur”.

Mərcinin təsirini artırmaq üçün onu müəyyən qidalarla birlikdə yemək məsləhət görülür:

“Mərci dəmirlə zəngindir. Onu yumurta və ya ətlə birlikdə yemək məsləhətdir. Mərcili yeməkləri limonla yemək lazımdır”.

Hamiləlik sevinc, intizar və sonsuz məhəbbətlə dolu bir səyahətdir. Ana olmağa hazırlaşan Siz və körpənizin sağlamlığı h...
21/07/2023

Hamiləlik sevinc, intizar və sonsuz məhəbbətlə dolu bir səyahətdir. Ana olmağa hazırlaşan Siz və körpənizin sağlamlığı hər şeydən önəmlidir. Bu periodda sizi qoruyacaq qəhrəmanlardan biri Kardioloqlardır. Odur ki, koordiologiyanın imkanlarından faydalanın. 💫❤️

Ətraflı məlumat üçün ⤵️

📳 +994 12 452 97 17
📳 +994 50 386 38 02

📍Ünvan: Suraxanı qəs., ​Malik Mustafayev küçəsi, 1/1

🖥️www.ailemedical.az

Address

Malik Mustafayev Küçəsi, 1/1, Suraxanı Qəs. , ​Bakı/Azərbaycan
Suraxanı
AZ1042

Opening Hours

Tuesday 09:00 - 18:00
Friday 09:00 - 17:00

Telephone

+994503863802

Alerts

Be the first to know and let us send you an email when Ailə Medical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category