Ucar Rayon Mərkəzi Xəstəxanası

Ucar Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

08/12/2025
❓Ucar Rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətlərdən razısınızmı?📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsini...
05/12/2025

❓Ucar Rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətlərdən razısınızmı?

📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə keçirilir.

🔗 İştirak etmək üçün: https://forms.gle/cL3gsTb6xcNn9rJu6

📌 Sorğu 25 dekabr 2025-ci il tarixinədək davam edəcək.

01/12/2025
1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə GünüdürDünyada QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) qarşı aparılan müba...
01/12/2025

1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Dünyada QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) qarşı aparılan mübarizəyə baxmayaraq, infeksiyanın yayılması hələ də davam edir. Azərbaycanda isə bu infeksiya əsasən yoluxma riski yüksək olan qruplar arasında daha çox müşahidə olunur.

QİÇS-ə yoluxma əsasən qorunmasız cinsi əlaqə, infeksiyalaşmış qanın köçürülməsi, istifadə olunmuş iynə və digər kəsici-deşici alətlərin paylaşılması, həmçinin QİÇS pozitiv anadan körpəyə ötürülmə (doğuş zamanı və ya ana südü vasitəsilə) nəticəsində baş verir. Bu hallarda virus qan, sperma, vaginal ifrazat və ya ana südü kimi bədən mayeləri ilə selikli qişalara, zədələnmiş dəriyə və ya birbaşa qan dövranına daxil olaraq infeksiyaya səbəb olur.

Qeyd edilməlidir ki, gündəlik sosial təmas, qucaqlaşma, eyni qab-qacağın istifadəsi, qida və ya hava-damcı yolu ilə İİV-ə yoluxma mümkün deyil.

İİV-dən qorunmaq üçün əhaliyə tövsiyə olunur:

▪️İİV statusu məlum olmayan partnyorlarla cinsi əlaqədə olarkən, daimi və düzgün qaydada qorunmaq;
▪️tibbi və kosmetik xidmətlərdən istifadə edərkən steril alətlərin tətbiqinə diqqət yetirmək;
▪️iynə və kəsici-deşici alətlərin paylaşılmasından çəkinmək;
▪️hamiləlik planlaşdırıldıqda və hamiləlik dövründə İİV müayinəsindən keçmək;
▪️mütəmadi olaraq könüllü və gizli İİV skrininq test xidmətlərindən yararlanmaq.

Tibb işçiləri üçün vacib məlumat

İİV-in ötürülməsi ilə bağlı artan qlobal risklər fonunda tibb müəssisələrində təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Tibb işçiləri, xüsusilə də kəsici-deşici alət və ya bədən mayeləri ilə təmas riski yüksək olan ixtisas mütəxəssisləri üçün infeksiyadan qorunma tədbirləri prioritet olmalıdır.

Tibb işçilərinə tövsiyə olunur:

• pasiyentlərlə işləyərkən standart ehtiyat tədbirlərinə riayət etmək;

• qan və digər bədən mayeləri ilə təmas zamanı (prosedurdan asılı olaraq) əlcək, qoruyucu eynək, maska və digər fərdi qoruyucu vasitələrdən istifadə etmək;

• Tibb müəssisələrində kəsici-deşici alətlərin təhlükəsiz toplanması üçün təhlükəsizlik qutularından istifadə olunması;

• Deşici-kəsici tibbi alətlərlə davranış nəticəsində yaralanma (incident) baş verdiyi halda dərhal hadisə barədə məlumat vermək və “Qan və bədən mayeləri ilə təmas ehtiva edən insidentlərin idarə olunması haqqında Təlimat”a uyğun olaraq vaxtında tibbi yardım almaq;

• Təkrar istifadə olunan alət və avadanlıqların dekontaminasiyası, həmçinin çirkli çamaşırların toplanılması və daşınması prosedurlarında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarət şöbəsi tərəfinən hazırlanaraq İcraçı direktorun imzası ilə TƏBİB tabeli tibb müəssisələrinə göndərilmiş müvafiq təlimatlara peşəkar səviyyədə riayət etmək.

Unutmayaq ki, tibb işçilərinin təhlükəsizliyi əhalinin ümumi sağlamlığı üçün vacib zəncir halqasıdır. Bu səbəbdən həm tibb müəssisələrinin rəhbərliyi, həm də səhiyyə işçiləri gigiyenik qaydalara və təhlükəsizlik tədbirlərinin tətbiqinə xüsusi diqqət yetirməlidirlər.

25 Noyabr Kəlbəcər Şəhəri Günüdür 🇦🇿   !
25/11/2025

25 Noyabr Kəlbəcər Şəhəri Günüdür 🇦🇿

!

Ümumdünya Antimikrop Rezistenliyə Qarşı Maarifləndirmə Həftəsi (world AMR Awareness Week) çərçivəsində 21.11.2025 - ci i...
21/11/2025

Ümumdünya Antimikrop Rezistenliyə Qarşı Maarifləndirmə Həftəsi (world AMR Awareness Week) çərçivəsində 21.11.2025 - ci il tarixdə Ucar Rayon Mərkəzi Xəstəxanasında "Antimikrop rezistentlik və düzgün antibiotik istifadəsi" mövzusunda tibb işçiləri üçün maarifləndirici təlim keçirilmişdir.

20 Noyabr Ağdam Şəhəri Günüdür 🇦🇿
20/11/2025

20 Noyabr Ağdam Şəhəri Günüdür 🇦🇿

17 Noyabr Milli Dirçəliş Günüdür 🇦🇿
17/11/2025

17 Noyabr Milli Dirçəliş Günüdür 🇦🇿

17/11/2025

17 Noyabr - Milli Dirçəliş Günü

Şəkərli diabet orqanizmdə bəzi mübadilə proseslərinin pozulması nəticəsində qanda şəkərin normadan artıq və ya bəzən də ...
14/11/2025

Şəkərli diabet orqanizmdə bəzi mübadilə proseslərinin pozulması nəticəsində qanda şəkərin normadan artıq və ya bəzən də az olmasıdır. Bəzən şəkərli diabet xəstəlik yox, həyat tərzi hesab edilir.

1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd edilir.

13 Noyabr Beynəlxalq Gözdən Əlillər GünüdürÖzəl günün məhz bu tarixdə qeyd olunması görməyənlər üçün relyefli əlifbanın ...
13/11/2025

13 Noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür

Özəl günün məhz bu tarixdə qeyd olunması görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə bağlıdır.

12/11/2025

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Address

Ucar
6100

Alerts

Be the first to know and let us send you an email when Ucar Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ucar Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category