21/06/2025
Travmatik Əyri Burunda Estetik Septoplastika əməliyyatı – Təkcə Tənəffüs deyil, estetik və funksional cəhətdən Stabil Gələcək deməkdir.
Travmatik əyri burunlarda aparılan septoplastika sıradan bir əməliyyat deyil. Bu halda təkcə tənəffüsü bərpa etmək kifayət etmir – burun ucunun düşməməsi, kolumellar retraksiyanın və xarici deformasiyanın qarşısını almaq üçün struktur baxımından dəqiq və kompleks yanaşma tələb olunur.
Biz bu əməliyyatda septumun kaudal kənarını anatomik olaraq doğru nöqtə olan Spina Nasalis anterior üzərinə fiksasiya edərək həm funksiyanı, həm də dayanıqlılığı bərpa edirik. Bu, gələcəkdə yarana biləcək ağır fəsadların – rekonstruktiv əməliyyata ehtiyac da daxil olmaqla – qarşısını alır.
Pasiyentimizdə əlavə olaraq unilateral spreader greftlər tətbiq edilərək burun tənəffüsü və estetik balans eyni anda təmin olundu.
Belə yanaşma artıq adi bir septoplastika deyil, Estetik Septoplastikadır – yəni funksional və estetik hədəfləri birləşdirən ideal cərrahi müdaxilə.
Belə halda təbii ki, əməliyyatın müddəti bir qədər uzana bilər, amma önəmli olan vaxt deyil, nəticədir. Məqsəd uzunmüddətli funksional və estetik stabillikdir.
Bir sözlə, GÖZƏL BURUN RAHAT NƏFƏS YAŞAMAĞA VERİR HƏVƏS.
Septoplasty in traumatic nasal deviation goes beyond routine correction.
It’s not only about opening the airway — it’s about preserving nasal tip support, preventing future deformities, and avoiding major revision surgeries.
In this case, we anchored the caudal septum to the Spina Nasalis anterior, ensuring long-term structural and functional stability. We also placed a unilateral spreader graft to support both breathing and anterior aesthetic balance.
This is not a simple septoplasty.
This is Aesthetic Septoplasty — a fusion of function and form, tailored for sustainable results.
🌐Lorest .az
Ətraflı məlumat və ilkin müayinə üçün
əlaqə ☎️ 050 323 45 05
Whatsapp:050 323 45 05