Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir
(1)

Kür çayının üzərində Su Elektrik Stansiyasının tikintisi ilə bağlı salınmış Mingəçevirə şəhər statusu 11 noyabr 1948-ci ildə verilmsinə baxmayaraq, burada qurulan səhiyyə sisteminin tarixi 1946-cı ildən başlayır.

03/11/2025

“Medinex 2025” sərgisində iştirak edən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri, həkim-kardiolo...
03/11/2025

“Medinex 2025” sərgisində iştirak edən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri, həkim-kardioloq İradə Kələşova sərginin ölkə səhiyyə sisteminin inkişafı baxımından əhəmiyyətini vurğulayıb:

“Medinex 2025” sərgisi səhiyyə sahəsində baş verən yenilikləri yaxından izləmək, beynəlxalq təcrübəni öyrənmək və müasir tibbi texnologiyalarla tanış olmaq üçün çox vacib platformadır. Belə tədbirlər həkimlərin bilik və bacarıqlarının artırılmasına, tibb müəssisələrinin inkişafına və pasiyentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.”

01/11/2025
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının nümayəndə heyəti “Medinex 2025” sərgisində iştirak edib30 oktyabr – 1 noyabr tar...
01/11/2025

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının nümayəndə heyəti “Medinex 2025” sərgisində iştirak edib

30 oktyabr – 1 noyabr tarixlərində Bakıda keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” səhiyyə sahəsinin aparıcı mütəxəssislərini, tibb müəssisələrinin rəhbərlərini və innovativ tibbi texnologiyalar üzrə şirkətləri bir araya gətirib.

Tədbirdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Mətanət Əliyeva, İnzibati işlər üzrə direktor müavini Fuad Məmmədov və xəstəxananın digər mütəxəssisləri də fəal iştirak ediblər. Onlar sərgi çərçivəsində səhiyyə sisteminin inkişaf istiqamətləri, icbari tibbi sığortanın tətbiqi, müasir tibbi avadanlıqlar və innovativ texnologiyalarla yaxından tanış olublar.

“Medinex 2025” sərgisi səhiyyə sahəsində bilik və təcrübə mübadiləsi, eləcə də yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma kimi dəyərləndirilir. Bu cür beynəlxalq tədbirlər tibb müəssisələrinin inkişafına, xidmət keyfiyyətinin yüksəldilməsinə və müasir tibbi yeniliklərin ölkəmizdə tətbiqinə töhfə verir.

“Medinex 2025” çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
01/11/2025

“Medinex 2025” çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Medinex 2025 beynəlxalq tibb sərgisi çərçivəsində “Dialoqdan Əməkdaşlığa: Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları” a...
31/10/2025

Medinex 2025 beynəlxalq tibb sərgisi çərçivəsində “Dialoqdan Əməkdaşlığa: Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları” adlı ikitərəfli müzakirə paneli baş tutub.

Medinex - Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi çərçivəsində “TAVI: Müasir kardiocərrahiyyədə minimal invazi...
31/10/2025

Medinex - Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi çərçivəsində “TAVI: Müasir kardiocərrahiyyədə minimal invaziv yanaşma” mövzusunda panel sessiyası təşkil olunub

30 oktyabr – 1 noyabr tarixlərində paytaxt Bakıda keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “M...
31/10/2025

30 oktyabr – 1 noyabr tarixlərində paytaxt Bakıda keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” səhiyyə sektorunun əsas görüş məkanına çevrilib.

Sərgi səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirərək, səhiyyə sahəsində son yeniliklərin, tibbi texnologiyaların və innovativ həllərin müzakirə olunduğu mühüm platforma kimi çıxış edib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov da “Medinex 2025” sərgisinin ilk günündə iştirak edib. Tədbir çərçivəsində səhiyyə sisteminin inkişafı, icbari tibbi sığortanın rolu, müasir tibbi texnologiyaların tətbiqi və xidmət keyfiyyətinin artırılması kimi vacib mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bu cür beynəlxalq səviyyəli tədbirlər tibb müəssisələri arasında əməkdaşlığın genişlənməsinə, yeni texnoloji trendlərin ölkəmizin səhiyyə sisteminə inteqrasiyasına mühüm töhfə verir.

“Medinex” sərgisinin ilk günü
31/10/2025

“Medinex” sərgisinin ilk günü

30 oktyabr-1 noyabr tarixlərində Bakı səhiyyə sektorunun əsas görüş nöqtəsinə çevriləcək
30/10/2025

30 oktyabr-1 noyabr tarixlərində Bakı səhiyyə sektorunun əsas görüş nöqtəsinə çevriləcək

  sərgisinə start verildi
30/10/2025

sərgisinə start verildi

Həkimlərimiz beynəlxalq elmi forumda iştirak ediblər 🇦🇿Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-infeksionistləri Şə...
29/10/2025

Həkimlərimiz beynəlxalq elmi forumda iştirak ediblər 🇦🇿

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-infeksionistləri Şəfəq Kərimova və Könül Cəfərova Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin təşkilatçılığı və Referans Medical Group-un dəstəyi ilə keçirilən “AGHA İllik HepatoGastro I Forumu: Qastroenterologiya və Hepatologiyanın aktual problemləri” adlı elmi konfransda iştirak ediblər.

Tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Serbiya, Moldova və İndoneziyadan 200-dən çox həkim bir araya gəlib. İki gün davam edən forum çərçivəsində 24 spiker qastroenterologiya və hepatologiyanın müxtəlif sahələri üzrə aktual mövzularda çıxışlar edib, elmi müzakirələr aparılıb.

Qeyd edək ki, belə tədbirlər həkimlərimizin elmi biliklərinin artırılması və beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Address

Mingechaurges

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00

Telephone

+994242748017

Website

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram