Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB -in tabeliyində fəaliyyət göstərir.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında “Dəri-zöhrəvi xəstəlikləri” mövzusunda maarifləndirici tədbir təşkil olunub.Tədbirdə...
17/04/2026

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında “Dəri-zöhrəvi xəstəlikləri” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə çıxış edən həkim-dermatoveneroloq Aydın Şadmanov dəri və zöhrəvi xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müasir müalicə yollarından danışıb. O, bu növ xəstəliklərin yayılma yolları, daxili orqanlara təsiri və vaxtında tibbi müdaxilənin vacibliyi barədə ətraflı məlumat verib.

Xüsusilə, dəri xəstəliklərinə səbəb olan faktorlar və infeksion xəstəliklərdən qorunma üsulları iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, dəri problemləri zamanı özbaşına müalicə üsullarından qaçınmaq və mütləq şəkildə ixtisaslı həkimə müraciət etmək fəsadların qarşısını alan ən önəmli addımdır.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

🩸17 Aprel Ümumdünya Hemofiliya Günüdür.Hemofiliya - qanın laxtalanması prosesinin pozulması ilə xarakterizə olunan irsi ...
17/04/2026

🩸17 Aprel Ümumdünya Hemofiliya Günüdür.

Hemofiliya - qanın laxtalanması prosesinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlar, əzələlər, daxili orqanlarda zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir.

Hemofiliyanın müalicəsi olmasa da, xəstənin orqanizmində çatışmayan qanın laxtalanma amilinin inyeksiya edilməsi yolu ilə bu xəstəliyin gedişinə tam və uğurlu şəkildə nəzarət edilə bilər.

Uşaqlarda Düzgün Qidalanma Rejimi 🍎🧒Sağlam vərdişlərin təməli 6-cı aydan etibarən qoyulur. Övladınızın gələcək sağlamlığ...
16/04/2026

Uşaqlarda Düzgün Qidalanma Rejimi 🍎🧒

Sağlam vərdişlərin təməli 6-cı aydan etibarən qoyulur. Övladınızın gələcək sağlamlığı üçün bu 4 qaydaya diqqət edin:

* Daimi Rejim: Yeməkləri hər gün eyni vaxtda və sakit mühitdə yedirin. Bu, uşağın aclıq və toxluq hissini tənzimləyir.

* Sağlam Seçim: Yemək araları şirniyyat və çips kimi qeyri-sağlam atışdırmalıqları məhdudlaşdırın.

* Müstəqil Yemək: Uşağın özünün yeməyinə şərait yaradın. Bu, həm motorikanı, həm də yeməyə marağı artırır.

* Butulkadan İmtina: 12 aydan sonra butulka istifadəsini tədricən dayandırıb fincana keçid edin.

Sağlam gələcək düzgün qidalanma ilə başlayır!

Ürəyinizin səsinə qulaq asın! ❤️🩺Ürəyimiz həyatımızın mərkəzidir. Onun hər bir döyüntüsü sağlamlığımız haqqında bizə vac...
15/04/2026

Ürəyinizin səsinə qulaq asın! ❤️🩺

Ürəyimiz həyatımızın mərkəzidir. Onun hər bir döyüntüsü sağlamlığımız haqqında bizə vacib mesajlar verir. Lakin bu mesajları vaxtında eşitmək və ürəyimizi qorumaq bizim əlimizdədir.
Ürək xəstəliklərindən qorunmaq və sağlam ömür sürmək üçün bu iki addım həyati əhəmiyyət kəsb edir:

✅ Erkən Diaqnoz: Bir çox ürək xəstəliyi başlanğıcda heç bir əlamət verməyə bilər. Mütəmadi kardioloji müayinələr gizli təhlükələri vaxtında aşkar etməyə kömək edir.

✅ Profilaktika: Sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq ürəyinizi illərlə gənc və güclü saxlayır.

Unutmayın, vaxtında edilən müayinə həyat qurtarır! 🏥

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gün...
15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Xaçmazda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilibXaçmaz rayon...
14/04/2026

Xaçmazda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Xaçmaz rayonunda Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, təhsil və mədəniyyət işçiləri ilə yanaşı, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev, xəstəxananın əməkdaşları və akademik Zərifə Əliyevanın adını daşıyan 8 nömrəli tam orta məktəbin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə görkəmli alimin adını daşıyan məktəbin həyətində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Ardınca Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər, o cümlədən həkim-oftalmoloq İbrahim Məmmədəliyev Zərifə xanımın zəngin elmi irsindən, oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən və nəcib insan kimi keçdiyi mənalı ömür yolundan bəhs ediblər. Vurğulanıb ki, görkəmli alim həm də müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sadiq silahdaşı və qayğıkeş ana kimi hər bir vətəndaş üçün mənəviyyat və kamillik məktəbidir.

Anım mərasimi məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Müasir dövrdə günümüzün böyük hissəsi telefon və kompüter qarşısında keçir. Bu isə gözlərimizin həddindən artıq yorulmas...
14/04/2026

Müasir dövrdə günümüzün böyük hissəsi telefon və kompüter qarşısında keçir. Bu isə gözlərimizin həddindən artıq yorulmasına, qurumasına və gərginləşməsinə səbəb olur.

Göz sağlamlığınızı qorumaq üçün dünyada qəbul edilmiş sadə, lakin çox effektiv olan "20-20-6" qaydasını tətbiq edin:

🔹 Hər 20 dəqiqədən bir – ekrandan başınızı ayırın.

🔹 20 saniyə boyunca – gözlərinizi dincəldin.

🔹 Təxminən 6 metr uzaqlığa – uzaq bir nöqtəyə fokuslanın.

✅ Bu niyə vacibdir?

Uzağa baxmaq göz əzələlərini boşaldır və ekrana baxarkən azalan göz qırpma sayını normallaşdıraraq gözün nəmlənməsinə kömək edir.

Sağlamlığınızın qayğısına qalın! 🏥


13/04/2026
13/04/2026
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında “Sonsuzluq, səbəbləri və müasir müalicə metodları” mövzusunda maarifləndirici tədbir...
13/04/2026

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında “Sonsuzluq, səbəbləri və müasir müalicə metodları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə çıxış edən həkim-mama-ginekoloq Elmira Avçixanova sonsuzluğun müasir dövrün ən aktual tibbi-sosial məsələlərindən biri olduğunu vurğulayıb. O, xəstəliyin yaranma səbəbləri, reproduktiv sağlamlığın qorunması və bu sahədə tətbiq edilən ən son diaqnostika üsulları barədə ətraflı məlumat verib.

Xüsusilə, sonsuzluğun müalicəsində vaxtında qoyulan düzgün diaqnozun və müasir metodların əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, hər bir hal fərdi yanaşma tələb edir və müalicə prosesi müasir tibbi protokollara uyğun, peşəkar mütəxəssis nəzarəti altında aparılmalıdır.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Address

Xaçmaz
AZ2700

Telephone

+994233252464

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xaçmaz Rayon Mərkəzi Xəstəxanası:

Share

Category