Cərrah uroloq-androloq Dr. Behnam Kazemi

Cərrah uroloq-androloq Dr. Behnam Kazemi Uroloq Androloq Dr. Behnam Kazemi

27/08/2022
Tədqiqt gostərir ki 55% dan çox kovid 19 dan sonra xəstələr qara ciyər piləməsinə duçar olurlar
26/01/2022

Tədqiqt gostərir ki 55% dan çox kovid 19 dan sonra xəstələr qara ciyər piləməsinə duçar olurlar

Kriptorxizm yaxud buna enməmiş xayalıq da deyilir hansı ki, kişi ge***al sisteminin ən çox rast gəlinən patologiyasıdır....
24/04/2020

Kriptorxizm yaxud buna enməmiş xayalıq da deyilir hansı ki, kişi ge***al sisteminin ən çox rast gəlinən patologiyasıdır. Kriptorxizm zamanı müxtəlif səbəblərdən xayanın normal eniş yolunda qalaraq xayalığa enməməsi və ya hər hansı səbəbdən xayanın xayalıqda olmaması müşahidə olunur.
Məlumdur ki, xayalar bətndaxili inkişafın 9-cu ayında qarın boşluğundan normal yolla xayalığa enirlər, erkən (vaxtından əvvəl) doğulmuş uşaqlarda kritorxizm daha çox rast gəlinir.

☑️Xayanın inkişafı və xayalığa enməsini təmin edən bir neçə əsas faktorlar var. Məsələn mexaniki, hormonal, endokrin, böyümə, sinir və xayanın özündən qaynaqlanan bir sıra faktorlar aiddir. Bunlardan isə hormonal və mexaniki faktorlar ən önəmli və geniş tədqiqat aparılan faktorlardandır. Bundan əlavə son dövrdə kriptorxizm həm də birləşdirici toxuma displaziyası ilə də əlaqələndirilir.

✅Kriptorxizmin müalicəsi yalnız cərrahi yolladır. Əməliyyat xayanın yerləşdiyi yerdən asılı olaraq laparoskopik və ya açıq olaraq icra edilir.

Əlaqə🔻
(+99455) 950 30 06
(+99470) 950 30 06

📍 Medi Plus Klinikasi (Mirəli Seyidov 26, Yasamal r. parkı yaxınlığı)

Böyrəklərdə ikiləşmə patologiyası müşahidə olunan insanların böyrəkləri normal insanlara nisbətən daha həssas olur. Bu h...
22/04/2020

Böyrəklərdə ikiləşmə patologiyası müşahidə olunan insanların böyrəkləri normal insanlara nisbətən daha həssas olur. Bu hala el arasında "3 və yaxud 4 böyrəkli" deyirlər.

🔻İkiləşmə bir və ikitərəfli ola bilər. Bunlardan 40%-i ikitərəfli ikiləşmədir. Belə böyrəklərin parenximası uzunsov olub, vahid böyrəyi xatırladaraq, iki ləyən və iki sidik axarı olur. Lakin onlar vahid böyrəyi xatırlatsa da hər bir yarısı özünü sərbəst üzv kimi göstərir. Ləyənlərin bir biri ilə əlaqəsi olmur. Bunlardan biri digərinin üzərində yerləşir və aralarında şırım olur.

İkiləşmiş böyrəklərdə yanaşı anomaliya və patalogiya yoxdursa, heç bir kliniki əlamət vermir, həyat üçün təhlükə törətmir və təsadüfi müayinələr zamanı aşkar edilir. Normal böyrəklərə nisbətən ikiləşmiş böyrəklər patoloji prosesə daha çox məruz qalır. İkiləşmiş böyrəyin kliniki əlamətləri ona qoşulan patoloji prosesdən asılıdır.

✅Hər bir halda ikiləşmiş böyrək diaqnozu qoyulan şəxslər mütəmadi uroloq nəzarəti altında olmalıdır ki, bununla səhhətlərində baş verə biləcək nasazlıqlara vaxtında konservativ müalicə və yaxud əməliyyat yolu ilə müdaxilə etmək mümkün olsun.

Əlaqə🔻
(+99455) 950 30 06
(+99470) 950 30 06

📍 Medi Plus Klinikasi (Mirəli Seyidov 26, Yasamal r. parkı yaxınlığı)

📌 Balanslaşdırılmış qidalanın📌Zərərli vərdişlər, alkoqol və siqaret istifadəsindən çəkinin📌 Sağlam həyat tərzi sürün (8 ...
20/04/2020

📌 Balanslaşdırılmış qidalanın
📌Zərərli vərdişlər, alkoqol və siqaret istifadəsindən çəkinin
📌 Sağlam həyat tərzi sürün (8 saatlıq yuxu, təmiz havada gəzinti və s.)
📌 Stressdən uzaq olmaqla çalışın psixi və emosional durumunuz normal olsun.
📌 Reproduktiv orqanların patologiyalarını (varikosele, qasıq yırtığı, hidropsi) zamanında müalicə edin.
📌 Reproduktiv orqanların xəstəliklərinin (prostatit)və infeksion yoluxmalarının (xlamidioz və s.) müalicəsi
📌 Müntəzəm cinsi həyata diqqət edin.
📌 Uzun müddət çox aşağı və ya çox yüksək temperatur şəraitində olmamağa çalışın.

Əlaqə🔻
(+99455) 950 30 06
(+99470) 950 30 06

📍 Medi Plus Klinikasi (Mirəli Seyidov 26, Yasamal r. parkı yaxınlığı)

Paranefrit - böyrəyi əhatə edən piy toxumaların iltihabi xəstəliyidir. Adətən ağır irinli pielonefrit prosesinə müdaxilə...
17/04/2020

Paranefrit - böyrəyi əhatə edən piy toxumaların iltihabi xəstəliyidir. Adətən ağır irinli pielonefrit prosesinə müdaxilə edən böyrək kapsulunun fibrozlu iltihabına olaraq bilinir. Paranefrit stafilokokk, bağırsaq çöpü və digər mikroorqanizmlərlə törədilir.

🔻Birincili və ikincili paranefritləri fərqləndirirlər. Birincili paranefrit böyrək xəstəliyi olmadan paranefral hüceyrələrin hematogen yol ilə orqanizmin ayrı-ayrı irin iltihabı ocaqlarından infeksiyalanması nəticəsində əmələ gəlir (Panarisiya, furunkul, ostemielit, pulpit, angina və s.). Onun inkişafına qurşaq nahiyəsinin zədələnməsi, soyuqdəymə və digər ekzogen faktorlar səbəb olurlar.

🔻İkincili paranefrit böyrəkdə irinli-iltihab prosesinin ağırlaşması kimi baş verir: bəzi hallarda birbaşa böyrəyin iltihab ocağından (böyrək çibanı, böyrək absesi, pionefroz) paranefral hüceyrələrə, digər hallarda isə, pielonefritdə - limfatik və qan (hematogen) yolları ilə. Infeksiya paranefral hüceyrələrə, həmçinin, qonşu üzvlərdəki iltihab ocaqlarından (parakolit, retriperitonit, parametrit, parasistit, appendisit, böyrək absesi, plevrit, ağ ciyər absesi və s.) keçə bilər.

✅İlk mərhələdə antibakterial terapiyanın tətbiqi cərrahiyyə əməliyyatı olmadan bir çox xəstələrin sağalmasına imkan verir.
Kəskin irinli paranefritdə əməliyyat göstərişdir.

Əlaqə🔻
(+99455) 950 30 06
(+99470) 950 30 06

📍 Medi Plus Klinikasi (Mirəli Seyidov 26, Yasamal r. parkı yaxınlığı)

Vezikulit toxumdaşıyıcı kanallarının iltihabi xəstəliyidir. Patologiyanın yaranmasında müxtəlif infeksiyalar və iltihabi...
15/04/2020

Vezikulit toxumdaşıyıcı kanallarının iltihabi xəstəliyidir.

Patologiyanın yaranmasında müxtəlif infeksiyalar və iltihabi xəstəliklərin ağırlaşmaları əsas rol oynayır. Əksər hallarda kişi cinsiyyət orqanlarının iltihabi xəstəlikləri də vezikulitin əmələ gəlməsinə səbəb olur.

📌 Xəstəliyin inkişafına təkan verən faktorlar aşağıdakılardır:
- orqanizmin soyuqlaması
- immun sistemin zəifləməsi
- oturaq həyat tərzi
- yüksək cinsi fəallıq
- qeyri-sağlam qidalanma
- qəbizlik
- kiçik çanaq orqanlarının travmaıları

Pasiyentlər şikayət etdiyi ümumi simptomlar aşağıdakılardır:
👉 zəiflik, hədsiz dərəcədə yorğunluq, mütəmadi olaraq hərarətin 37-dək yüksəlməsi. Qasıq önündə, aralıqda, qasığın özündə, bel nahiyəsində ağrılar. Sidik kisəsi dolduqda və defekasiya zamanı ağrılar güclənirlər. Defekasiya zamanı uretradan ayrılmalar ola bilər. Eyakulyasiya ağrılı olur, spermada qan əmələ gəlir.

Müalicə olmazsa, xəstəlik ağırlaşmış mərhələyə keçər, yüksək dərəcədə hərarət müşahidə olunar və xəstəyə yalnız əməliyyatla kömək etmək mümkün olar.

Əlaqə🔻
(+99455) 950 30 06
(+99470) 950 30 06

📍 Medi Plus Klinikasi (Mirəli Seyidov 26, Yasamal r. parkı yaxınlığı)

Kişilərdə prolaktin hormonu yüksələrsə, bu cinsi istəksizliyə səbəb olar. Süd hormonu kimi tanıdığımız Prolaktin  hormon...
13/04/2020

Kişilərdə prolaktin hormonu yüksələrsə, bu cinsi istəksizliyə səbəb olar.

Süd hormonu kimi tanıdığımız Prolaktin hormonu yüksəkliyi və prolaktinoma bu gün qadınlarda olduğu kimi kişilərdə də görülməkdədir.

Kişilərdə prolaktin yüksəkliyi cinsi istəyin azalması, ereksiya problemləri, impotensiya, sonsuzluq, sümüklərdə ərimə, süd vəzilərinin böyüməsi, əsəbilik, görmə problemləri kimi şikayətlərlə özünü büruzə verir.

Bir sıra səbəblərdən kişilərdə prolaktin yüksələ bilər:

►Dərman preparatlarından istifadə: xüsusilə depresiya dərmanları başda olmaqla, bitki tərkibli dərmanlar, mədə təzyiq dərmanları
►İdman məşqləri
►Stress
►Hipofizin travması
►Hipofiz vəzidəki sarkoidoz və vərəm kimi xəstəliklər.

Əlaqə🔻
(+99455) 950 30 06
(+99470) 950 30 06

📍 Medi Plus Klinikasi (Mirəli Seyidov 26, Yasamal r. parkı yaxınlığı)

Hidronefroz –böyrəyin məhvinə səbəb olan xəstəlikdir. Hansı ki, sidik axarı keçiriciliyin hər hansı bir səbəbdən pozulma...
10/04/2020

Hidronefroz –böyrəyin məhvinə səbəb olan xəstəlikdir.

Hansı ki, sidik axarı keçiriciliyin hər hansı bir səbəbdən pozulması nəticəsində böyrək ləyəni və kasacıqlarının proqressiv genişlənməsi ilə müşahidə olunan, vaxtında müdaxilə edilmədikdə böyrəyi sıradan çıxana xəstəlikdir.

►Hidronefrozun səbəbi sidik axarının daralması, xaricdən sıxılması, sidik axarında daş, böyrək sallanması ola bilər. Həmçinin böyrək, sidik kisə, bağırsaq, uşaqlıq, qarın boşluğu və çanaq orqanlarından inkişaf edən şişlər və peritonarxası sahənin şişləri, peritonarxası fibroz yaxud Ormondo xəstəliyi, böyümüş limfa düyünü və. s ola bilir.

►Hidronefrozun səbəbləri təkcə sidik axarı yox, böyrək ləyənindən başlayaraq sidik kanalının xarici dəliyinə qədər hər hansı səviyyədə sidik ifrazını ləngidən səbəblər də ola bilər. Məsələn prostat adenoması, prostat xərçəngi, sidik kanalı daralmaları və s.

🔴 Hidronefroz çox ləng inkişaf edən xəstəlikdir. Yalnız hidronefrozun özünə xas olan əlaməti yoxdur. Başlanğıc mərhələdə ümumiyyətlə əlamətsiz keçir, sonradan isə böyrək nahiyəsində ağrı, diskomfort yaranır, iltihabı proses qoşulduqda ağrı kəskinləşir, bədən temperaturu və arterial təzyiq yüksəlir, ümumi halsızlıq, tez yorulma olur. Uşaqlarda olduqda onlar boy inkişafından geri qala bilir. Bir sıra hallarda sidikdə qan da müşahidə edilir, xüsusən fiziki işdən sonra.

Böyrəyin funksiyası qorunubsa müalicə hidronefrozun səbəbini aradan qaldırmağa yönəlməlidir, lakin uzun müddətli hidronefroz böyrəyin funksiyasını tam itirməsinə səbəb ola bilər. Bu müalicə böyrəyin çıxarılmasıdır!

Əlaqə🔻
(+99455) 950 30 06
(+99470) 950 30 06

📍 Medi Plus Klinikasi (Mirəli Seyidov 26, Yasamal r. parkı yaxınlığı)

Address

26, Mirəli Seyidov
Xirdalan

Telephone

+994559503006

Website

Alerts

Be the first to know and let us send you an email when Cərrah uroloq-androloq Dr. Behnam Kazemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cərrah uroloq-androloq Dr. Behnam Kazemi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category